25-11-2020, 11:05 | Onlarla vəkil koronavirusa yoluxub - Kollegiya sədri açıqladı

Onlarla vəkil koronavirusa yoluxub - Kollegiya sədri açıqladı

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov koronavirus pandemiyasının Azərbaycanda geniş yayılması ilə bağlı ictimaiyyətə müraciət edib.

A.Bağırov bildirib ki, ölkədə COVİD-19 infeksiyasına yoluxanların sayı durmadan artmaqdadır: "Təəssüf ki, bu bəla vəkillərimizdən və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat əməkdaşlarından yan keçməyib.

Hal-hazırda koronavirusa yoluxan onlarla həmkarımız həkim nəzarəti altında müalicə olunur, hər kəsə Allahdan şəfa diləyirəm. Hər birinizdən artıq dərəcədə xahiş edirəm, özünüzü və yaxınlarınızı qoruyun, bütün sanitar qaydalara ciddi əməl edin".

25-11-2020, 10:25 | "Kəlbəcərin qan tökülmədən azad edilməsi həm hərbi, həm də siyasi uğurumuzdur" - Deputat

"Kəlbəcərin qan tökülmədən azad edilməsi həm hərbi, həm də siyasi uğurumuzdur" - Deputat

Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Ermənistan ordusu darmadağın oldu və nəticədə Azərbaycan tərəfinin diqtəsilə noyabrın 10-da birgə bəyanat qəbul olundu. Bəyanata uyğun olaraq bu gün Ermənistan 1993-cü ildən bəri işğal etdiyi Kəlbəcər rayonunu Azərbaycan ordusuna təhvil verdi.

Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonu olmaqla yanaşı, həm də olduqca çətin təbii relyefə malikdir:

"Ərazisinin çox böyük hissəsi sərt dağlıq ərazilərdən ibarətdir. Təbii ki, bizim qəti şübhəmiz yoxdur ki, Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan digər ərazilərimiz kimi Kəlbəcərdə də böyük qəhrəmanlıq göstərərək bu rayonumuzu da işğaldan azad edə bilərdi. Lakin bəyanata uyğun olaraq Kəlbəcər döyüşsüz, qan tökülmədən Azərbaycana qaytarılır. Düşünürəm hadisələrin bu cür cərəyan etməsi bizim həm hərbi, həm də siyasi uğurumuzdur.

Kəlbəcər qan tökülmədən öz tarixi sahiblərinə qovuşur. Ermənilər Kəlbəcəri tərk edərkən evləri yandırıb çıxırdılar. Əgər bu, bir tərəfdən onların ənənəvi xislətini göstərirdisə, digər tərəfdən də onlar çox yaxşı başa düşürdülər ki, bir də bu ərazilərə qayıtmayacaqlar. Çünki bu evlərin əsl sahibləri qayıdırlar. 1993-cü ildə Kəlbəcərdən çıxarılan sakinlərimizin əksəriyyəti isə (digər ərazilərimizdə olduğu kimi) hələ də tərk etdikləri evlərinin açarlarını özlərində saxlayırlar. Onlar bilirdilər ki, Kəlbəcərə mütləq qayıdacaqlar".Trend

25-11-2020, 10:22 | 900-dən çox Azərbaycan toponimi erməniləşdirilib

900-dən çox Azərbaycan toponimi erməniləşdirilib

Ermənilər Ermənistanda və işğal altında saxladıqları Qarabağda 900-dən çox Azərbaycan toponimini saxta yolla erməniləşdiriblər.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, Coğrafi Adlar Komissiyasının sədr müavini akademik Möhsün Nağısoylu Trend-ə bildirib ki, erməniləşdirilən toponimlərin siyahısı artıq hazırlanıb:

"Həm Qarabağda, həm də Ermənistanda çox sayda toponimlər erməniləşdirilib. Bu siyahıda Qarabağ üzrə erməniləşdirilən toponimlərin sayı 210-dan çox, Ermənistan üzrə 700-dən çoxdur. Bu siyahı artıq Dilçilik, Tarix və Coğrafiya institutları tərəfindən hazırlanaraq AMEA rəhbərliyinə təqdim edilib".

25-11-2020, 10:01 | Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının YENİ ÜZVLƏRİ

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının YENİ ÜZVLƏRİ

Təhsil naziri Emin Əmrullayevin əmri ilə Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvləri yeni tərkibdə təsdiq edilib.

Şuranın üzvləri TN-nin Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov və Həsən Həsənli, nazirin müşaviri Simuzər Feyzullayeva, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təyin edilib.

25-11-2020, 09:50 | Ordumuz Toğana kəndi və Daşkəsən istiqamətindən Kəlbəcərə daxil olub

Ordumuz Toğana kəndi və Daşkəsən istiqamətindən Kəlbəcərə daxil olub


Müdafiə Nazirliyi ordumuzun işğaldan azad edilən Kəlbəcər rayonuna daxil olmasına dair ilk videogörüntüləri yayıb. Görüntülərdə ordumuzun istehkam bölüyü qoşunların hərəkətini təmin etmək üçün yolu minalardan təmizləməsi əks olunur.



Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı ötən gün axşam Göygölün Toğana kəndində jurnalistlərə açıqlamasında bildirib ki, ordumuzun bölmələri iki istiqamətdən-Murov aşırımından və Daşkəsən istiqamətindən Kəlbəcərə daxil olub. Onun sözlərinə görə, qoşunlar müəyyən edilmiş plan əsasında Kəlbəcər rayonunda müəyyən edilmiş mövqeləri tutacaqlar və rayonu tam nəzarət altına alacaqlar.



Xatırladaq ki, 9 noyabr üçtərəfli razılaşması əsasında Ermənistan işğalçı qüvvələri və qanunsuz olaraq rayonda məskunlaşmış mülki işğalçılar noyabrın 24-də Kəlbəcəri tamamilə tərk edib. Gecə saat 00.00-dan etibarən ordumuzun bölmələri Kəlbəcərə daxil olmağa başlayıb.

24-11-2020, 06:08 | Azərbaycanlı alimlər dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib


Azərbaycanlı alimlər dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib

ABŞ-ın Stanford Universitetinin mütəxəssisləri tərəfindən "Dünyanın ən nüfuzlu elm adamları"nın siyahısı tərtib olunub. Siyahıya azərbaycanlı alimlərin də adları daxil edilib.

Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, siyahı elmi istinad indeksi istifadə edilərək, dünyadakı elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanıb.

Qiymətləndirmənin nəticəsi olaraq dünya üzrə müxtəlif ixtisasda 159 min 684 alimin adı "Plos biology" jurnalında nəşr olunub.

Siyahıya daxil edilən doqquz azərbaycanlı elm adamından dördü Türkiyədə fəaliyyət göstərir. Onlar Türkiyənin "Süleyman Dəmirəl Universiteti"nin inşaat mühəndisliyi bölümünün müəllimi Abdullah Sofiyev, "Orta Doğu Teknik Universiteti"nin fizika bölümünün müəllimi Təhmasib Əliyev, "Çanaqqala Onsekiz Mart Universiteti"nin müəllimi İsrafil Hüseynov və "Yıldız Teknik Universiteti"nin mexanika mühəndisliyi bölümünün müəllimi Surxay Əkbərovdur.

Qeyd edək ki, professor İsrafil Hüseynov vəfat edib.

17-11-2020, 16:57 | Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

Ölkə əhalisinin sayı məlum olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2020-ci ilin yanvar-sentyabr aylarında əhalinin sayı 49184 nəfər və ya 0,5 faiz artaraq, 2020-ci il oktyabr ayının 1-i vəziyyətinə 10116292 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.


17-11-2020, 16:21 | ELAN

ELAN

İdarə, müəsssisə, təşkilat və digər dövlət və ya qeyri-dövlət qurumlarında vəzifə sahibi olan şəxslərinin nəzərinə!

Bir neçə gün bundan öncə Respublica.az saytının əməkdaşı olmuş Akif Əliyev, redaksiyanın daxili nizam-intizam qaydalarını pozduğuna, rəhbərliyin verdiyi tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmədiyinə və atdığı çoxsaylı qanunsuzluq əməllərinə görə daşıdığı vəzifəsindən uzaqlaşdırılmışdır. Əgər adı çəkilən bu şəxs redaksiyamızın adından kimisə hansısa formada narahat edərsə, o halda bizimlə əlaqə saxlamağınızı, yaxud da hüquq-müfafizə orqanlarına bu haqda məlumat verməyinizi sizdən xahiş edirik.

Rəhbərlik

17-11-2020, 05:22 | Bu gün Milli Dirçəliş Günüdür

Bu gün Milli Dirçəliş Günüdür


17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür.

Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır.

Məhz həmin gün Azadlıq (o vaxtkı Lenin) meydanına toplaşan yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə “Meydan hərəkatı” adlanan prosesin əsası qoyulub.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi “Meydan hərəkatı”nın əsasını qoyub. Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilmədi və 17 günlük “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olundu.

Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.

Bu il isə... bu bayramın 32-ci ildönümü xüsusi fərəh və qürur hissi ilə qeyd olunacaq. Belə ki, uzun illər erməni silahlı qüvvələrinin tapdağı altında olan Azərbaycan əraziləri işğaldan azad edilib. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar zamanı dogma torpaqlarımız düşmən tapdağından qurtulub.

12-11-2020, 07:42 | Azərbaycanda Konstitusiya Günü qeyd olunur

Azərbaycanda Konstitusiya Günü qeyd olunur



12 noyabrda Azərbaycanda Konstitusiya Günü qeyd olunur.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.

1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.

Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.