30-11-2020, 16:43 | Laçının azad olunmasına saatlar qalır

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi arasında noyabrın 10-da imzalanan birgə bəyanata əsasən, Ermənistanın işğalçı qüvvələri dekabrın 1-də Laçın rayonunu tərk edəcək və rayon Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Başqa sözlə, Laçının 28 ildən çox davam edən işğalının bitməsinə saatlar qalır. Xəbər verildiyi kimi, Laçında qanunsuz məskunlaşdırılmış ermənilərin əksəriyyəti bu rayonu tərk edib, onlar gedərkən on illərdir qanunsuz yaşadıqları evləri dağıdır və yandırırlar.

Laçının Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı dövlət strukturları da müvafiq hazırlıq işləri aparırlar. Məsələn, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin lövhəsi hazırlanıb. Lövhə həmin strukturun rayonda yerləşəcək inzibati binasından asılacaq.
Eyni zamanda rayon mərkəzi sayılan Laçın şəhəri üçün, həm də rayonun ayrı-ayrı kəndləri üçün nişanlar hazırlanıb.
30-11-2020, 16:33 | Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 121 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 74 902 nəfər müalicə olunaraq sağalıb, 1 392 nəfər vəfat edib, aktiv xəstə sayı 44 882 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 342 ötən müddət ərzində isə ümumilikdə 1 728 577 test aparılıb.
30-11-2020, 16:01 | Karxanaların Kürə təsiri açıqlandı

Kür çayı hövzəsində yerləşən qum-çınqıl karxanaları bu çaya asılı gətirmələrin azalmasında böyük rola malikdir. Belə karxanalar Kür çayı yatağına yaxın Mingəçevir şəhəri yaxınlığında, Yevlax rayonu ərazisində, Araz çayının qədim gətirmə konusuna uyğun gələn İmişli rayonunda inkişaf edib.
Bunu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.
Onun sözlərinə görə, Kür çayı hövzəsində 1950-ci illərdən sonra aparılan əsaslı hidrotexniki dəyişmələr çayda asılı gətirmələrin 1952-ci ildəki 34,6 milyon tondan 1993-cü ildəki 11,4 milyon tona qədər, yəni 3 dəfədən çox azalmasına səbəb olmuşdur. Bu isə çay yatağı dibinin dərinliyinin eroziya bazisinə uyğunlaşmasına imkan verməyib:
"2020-ci ilin may ayına aid kosmik şəkillərin köməyi ilə aparılmış hesablamalardan məlum olmuşdur ki, Kür çayının deltasının sahəsi 134 kvadratkilometr, əsas çay boyunca onun uzunluğu 18 km, dənizlə olan sahil xəttinin uzunluğu 59 km-dir. Elmi mənbələr Kürün müasir deltasının XVIII əsrin axırı, XIX əsrin əvvəllərində formalaşmağa başladığını təsdiqləyir. Xəzər dəniz səviyyəsinin dövrü olaraq dəyişməsi Kürün deltasının ölçülərinin də tez-tez dəyişməsinə və məcra proseslərinin yenidən qurulmasına şərait yaradır. Dəniz səviyyəsinin 1978-ci ilə kimi mütəmadi olaraq aşağı enməsi (-28,8 m) eroziya bazisinin artması və çay yatağında dib eroziyanı intensivləşdirib. Sonrakı illərdəki kimi (1995-ci ilə) Xəzər dənizi səviyyəsinin yenidən qalxması dəniz səviyyəsindən aşağıda qalan Kür çayı yatağına dəniz suyunun dolmasına səbəb olmuşdur. Lakin dəniz suyu ağır olduğu üçün yatağın dibinə enmişdir. Çay suyu isə onun üzəri ilə dənizə doğru hərəkət etmişdir. Əslində klassik hidrogeomorfoloji şəraitə görə, dəniz səviyyəsinin qalxmasına və eroziya bazisində baş verən dəyişmələrə müvafiq olaraq çay yatağında dib çöküntülərin toplanması prosesi baş verməli idi.
Kür çayının mənsəbinə yaxın dəniz suyunun çay dərəsinə dolması çayın deltasında və hövzəsində baş verən təbii-antropogen proseslərlə bilavasitə əlaqədardır. 2020-ci ilin may ayına aid kosmik şəkillərin köməyi ilə aparılmış hesablamalardan məlum olmuşdur ki, Kür çayının deltasının sahəsi 134 kvadratkilometr, əsas çay boyunca onun uzunluğu 18 km, dənizlə olan sahil xəttinin uzunluğu 59 km-dir. Elmi mənbələr Kürün müasir deltasının XVIII əsrin axırı, XIX əsrin əvvəllərində formalaşmağa başladığını təsdiqləyir. Xəzər dəniz səviyyəsinin dövrü olaraq dəyişməsi Kürün deltasının ölçülərinin də tez-tez dəyişməsinə və məcra proseslərinin yenidən qurulmasına şərait yaradır. Dəniz səviyyəsinin 1978-ci ilə kimi mütəmadi olaraq aşağı enməsi (-28,8 m) eroziya bazisinin artması və çay yatağında dib eroziyanı intensivləşdirmişdir. Sonrakı illərdəki kimi (1995-ci ilə) Xəzər dənizi səviyyəsinin yenidən qalxması dəniz səviyyəsindən aşağıda qalan Kür çayı yatağına dəniz suyunun dolmasına səbəb olmuşdur. Lakin dəniz suyu ağır olduğu üçün yatağın dibinə enmişdir. Çay suyu isə onun üzəri ilə dənizə doğru hərəkət etmişdir. Əslində klassik hidrogeomorfoloji şəraitə görə, dəniz səviyyəsinin qalxmasına və eroziya bazisində baş verən dəyişmələrə müvafiq olaraq çay yatağında dib çöküntülərin toplanması prosesi baş verməli idi.
Lakin Kür çayı hövzəsində 1950-ci illərdən sonra aparılan əsaslı hidrotexniki dəyişmələr çayda asılı gətirmələrin 1952-ci ildəki 34,6 milyon tondan, 1993-cü ildəki 11,4 milyon tona qədər, yəni 3 dəfədən çox azalmasına səbəb olmuşdur. Bu isə çay yatağı dibinin dərinliyinin eroziya bazisinə uyğunlaşmasına imkan verməmişdir. Çayda asılı gətirmələrin azalmasında Kür çayı hövzəsində yerləşən qum-çınqıl karxanalarının da rolu böyükdür. Бelə karxanalar Kür çayı yatağına yaxın Mingəçevir şəhəri yaxınlığında, Yevlax rayonu ərazisində, Araz çayının qədim gətirmə konusuna uyğun gələn İmişli rayonunda inkişaf etmişdir".(Trend)
30-11-2020, 14:34 | "Koronavirusa yoluxmanın qarşısını almaq üçün 2-3 həftəlik sərt karantin rejimi tətbiq olunmalıdır" - İnfeksionist

"Hazırda koronavirusla bağlı epidemik durum kritikdir".
Bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə deyib.
O bildirib ki, gündəlik yoluxmanın 4000 üzərində olması yüksək göstəricidir: "Tədbirlər görülməsə, bu göstərici gündəlik 5000-dən çox olacaq. Yoluxmanın əsas səbəbi əhalinin profilaktik tədbirlərə tam riayət etməməsi, maskalardan və dezinfeksiyaedici vasitələrdən istifadə olunmaması, eyni zamanda havaların soyuması ilə əlaqədar virusun virulentlik və patogenliyinin artması nəticəsində daha çox yayılmasıdır. Havalar soyuduqca insanlar qapalı məkanlara daha çox üz tutur. Qapalı məkanlar da virusun daha tez yayılmasına gətirib çıxarır".

İnfeksionist vurğulayıb ki, hazırda xəstəlik iyun-iyul aylarına nisbətən yüngül keçir: "Yay aylarında ağır, stasionar müalicəyə ehtiyacı olan xəstələrin sayı daha çox idi. Amma indi yoluxma halı çox olsa da, ağır xəstələrin sayı yaya nisbətən azdır. Bunu klinik olaraq gündəlik xəstələr arasında görürük.
Hazırda xəstəlik əvvəlki aylarda olan simptomlarla özünü biruzə verir. Fərqli bir xüsusiyyət yoxdur. Xəstələrdə, əsasən, hərarətin olması, quru öskürək, iy və dadbilmə qabiliyyətinin itməsi, bəzi xəstələrdə ishalın olması - bu kimi əlamətlər daha çox özünü göstərir. Yəni bu əlamətləri daha çox müşahidə edirik".
V. Cavadzadə qeyd edib ki, koronavirusun ürəkdə müəyyən problemlər yaratması ilə bağlı fikirlər doğrudur: "Koronaviruslu xəstələrlə işlədiyim müddətdə xüsusən yaşlı insanlarda ürəkdə problemləri şəxsən müşahidə etmişəm. Bu xəstələrdə daha çox perikardit əlamətləri olub, bu, perikard boşluğunda mayenin miqdarının artmasıdır. Bundan başqa ikincili intoksikasiya fonunda yarana bilən və ya ağciyər fəaliyyətinin pozulması nəticəsində olan problemləri müşahidə edirik".
İnfeksionistin sözlərinə görə, hazırda gündəlik 4000 yoluxma ancaq test aparılanlarda üzə çıxan rəqəmdir: "Lakin evdə olan, test olunmayan xəstələr də var. Demək olar ki, yoluxma daha çoxdur. Fikrimcə, yoluxmanın qarşısını almaq üçün 2-3 həftəlik sərt karantin rejiminə keçmək lazımdır. Hesab edirəm ki, yoluxmalar daha çox ictimai nəqliyyatda olur. Nəqliyyatda insanların sayı həddən artıq çoxdur. Bu da yoluxmanın sürətlə yayılmasına səbəb olur. Sərt karantinə getmək lazımdır ki, xəstəliyin sayı daha da artmasın".(milli.az)
Nyus.Az
30-11-2020, 12:21 | Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir - XƏBƏRDARLIQ

Azərbaycanda COVİD-19-a yoluxma sayının getdikcə artması ilə müşahidə edilən mövcud durum sərt karantin tədbirlərinin tətbiqini qaçılmaz edir.
Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə ölkəmizdə koronavirusa yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çatacaq.
Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda COVİD-19 xəstələrinin sayının sürətlə artdığını deyən Y.Abdiyeva qeyd edib ki, son 10-14 gündə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45 000 nəfəri ötüb. Əgər dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayı 90 000 nəfərə çatacaq. Bu isə xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün edəcək.
Mütəxəssis əlavə edib ki, yoluxma hallarının qarşısının alınması üçün hökumətin məhdudiyyət tədbirləri hələlik minimal miqyasda həyata keçirilir:
"Lakin heç kəs "artıq sərt karantin tədbirləri olmayacaq" deyib rahatlanmamalıdır. Ölkədəki real vəziyyət artıq onu göstərir ki, səhiyyə sistemi üçün real təhlükə yaranır, onun yükü hədsiz şəkildə artır. Dəfələrlə bildirilib ki, bu virusdan qorunmağın yeganə yolu fiziki məsafənin saxlanılması, tibbi maskadan istifadə edilmə, kütləvi tədbirlərdə iştirak etməməkdir. İnsanlar bilməlidirlər ki, bunlara əməl edilmədikcə yoluxma sayı gündən-günə artacaq. Nəticədə isə hökumət tam təcrid edilmə, SMS icazənin tətbiqi və s. bu kimi tkarantin tədbirlərinin yenidən həyata keçirilməsinə məcbur olacaq.".
Y.Abdiyeva bildirib ki, bütün bunların baş verməməsi üçün vətəndaşlarımız öz davranışları ilə vəziyyətin yaxşılaşmasına töhfə verməli, daha məsuliyyətli olmalı, davranışlarını mövcud tələblərə uyğunlaşdırmalıdırlar:
"Bəzən heç bir kliniki əlaməti olmayan şəxslər laborator müyainədən keçəndə məlum olur ki, o, aktiv COVİD daşıyıcısıdır. Belə insanlar bu xəstəliyi yüngül əzələ ağrısı ,yorğunluq hissi ilə asimptamatik formada, ayaqüstə keçirirlər. Belə daşıyıcılar bu dövrdə işdə, avtobusda və getdiyi digər məkanlarda maskanı çənəsindən asırsa, gün ərzində adi burun tənəffüsü vasitəsilə 100-lərlə insanı virusa yoluxdurur. Çalışın çox insanla kontaktda olmayın, olsanız da maskadan düzgün istifadə edin. Maskanı gün ərzində 3-4 dəfə dəyişin, çünki avtobusda, marketdə, işdə sizin bilmədiyiniz nə qədər COVİD daşıyıcısı var. Qəti surətdə ad günləri, yas və s. yerlərə getməyin. "Kiminsə xətrinə dəyər, qoy, ad gününə gedim" deyərək hansısa məclisə gedirsinizsə, çox böyük səhv edirsiniz. Siz bu səhvlə həm özünüzü, həm də ətrafınızı təhlükəyə atırsınız".
30-11-2020, 12:19 | BDU-dan bayrağa hörmətsizlik edən tələbə ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu Bakı Dövlət Universiteti tərəfindən verilmiş müvafiq əmrlə 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilmişdir.
Sosial şəbəkədə yayılan məlumata görə, tələbə universitetə bərpa olunub.
azxeber.com məsələni dəqiqləşdirmək üçün universitetlə əlaqə saxlayıb.
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva deyib ki, tələbənin işinə bu gün baxılacaq:
"Pərviz Əlipənah oğlu Məhəmmədov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək bu əmrə yenidən baxılmasını xahiş etmişdir.
Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılmışdır.
Komissiyanın qərarına 30 noyabr 2020-ci il tarixdə keçiriləcək BDU Elmi Şurasında baxılaraq müvafiq qərar qəbul ediləcəkdir".
30-11-2020, 12:17 | Təhsil naziri qəzada ölən tələbələrdən yazdı

Təhsil naziri Emin Əmrullayev yol qəzasında ölən tələbələrlə bağlı sosial şəbəkədə paylaşım edib.
Nazir qeyd edib ki, gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbə həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb:
"Bu səhər çox üzücü bir xəbər aldıq. Gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbəmiz həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb. Həlak olanlar Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin V kurs tələbəsi Sahil Mustafazadə, müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Tuncay Məmmədov və eyni fakültənin VI kurs tələbəsi Yeganə Məmmədovadır. Müalicə profilaktika fakültəsinin V kurs tələbəsi İlkin Ağamirzəyev isə hadisə nəticəsində ağır yaralanıb. Allahdan həlak olanlara rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirəm!Trend
30-11-2020, 12:15 | İşıq pulu ilə bağlı əhaliyə ŞAD XƏBƏR

2022-ci ildən Azərbaycanda elektrik enerjisi tarifləri günün saatından asılı olaraq dəyişə bilər. Yəni, ölkədə gecə-gündüz tariflərinin tətbiq edilməsi nəzərdə tutulub.
Artıq bununla bağlı hökumətdə müzakirələr gedir.
Energetika Nazirliyinin "Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun hazırladığı layihə aidiyyəti dövlət qurumlarına göndərilib. Layihəyə əsasən, günün pik saatlarında elektrik enerjisi nisbətən baha, qeyri-pik və gecə saatlarında isə nisbətən ucuz olacaq.
Xatırladaq ki, bir neçə il bundan əvvəl Asiya İnkişaf Bankı Azərbaycanda sözügedən layihənin hazırlanmasına 1 milyon ABŞ dolları qrant ayırmışdı.
Hazırda ölkədə əhali qrupu abunəçiləri üçün elektrik enerjisinin 1 kVt/saatının qiyməti ay ərzində 300 kVt/s-a qədər istifadə edildikdə 7 qəpik, 300 kVt/s-dan artıq istifadə edildikdə isə 11 qəpikdir. (baxar.az)
30-11-2020, 12:05 | Qazi Elçin Səmədov Bakıya gətirilib, əməliyyat olunacaq

Döyüşlərdə yaralanan qazi Elçin Səmədov Bakıya gətirilib.
Bu barədə Trend-ə Qəbələ Rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, Elçin bu gün səhər Bakıya göndərilib və hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalındadır:
"Elçin hələlik əməliyyat olunmayıb. O, bu gün səhər saat 06:30-da Bakıya göndərilib. Onu ilk öncə müayinə edəcəklər, daha sonra əməliyyat olunacağı gözlənilir. Elçin hərbi vəzifəlidir və onun müalicəsi ilə Müdafiə Nazirliyi məşğuldur".
İH rəsmisi əlavə edib ki, Elçin Səmədovun səhhəti yaralandığı gündən dövlət səviyyəsində nəzarətdə saxlanılır:
"Elçin yaralandığı gündən rəhbərlik tərəfindən diqqətdə saxlanılır. Bu bizim borcumuzdur, ona lazım olan bütün şərait yaradılıb və səhhətindən başqa heç bir problemi yoxdur. İnşallah, o da yaxın günlərdə öz həllini tapar".
E.Səmədov Suqovuşan kəndində baş verən döyüşlər zamanı böyük qəhrəmanlıq göstərərək ürək nahiyəsindən ağır yaralanıb.
30-11-2020, 12:01 | Azərbaycanda hotellərə veriləcək ulduzlar beynəlxalq platformada da tanınacaq

Azərbaycanda yeni milli ulduz təsnifatı əsasında veriləcək ulduzlar beynəlxalq platformada da tanınacaq.
Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam deyib.
Onun sözlərinə görə, cari ilin oktyabr ayından etibarən Azərbaycan Hotel Assosiasiyası (AHA) yüksək səs çoxluğu ilə "HotelStars" Birliyinin ulduz təsnifatı üzrə icraçı üzvü seçilib. Bu status vasitəsilə AHA artıq milli ulduz təsnifatını HOTREC və "HotelStars" Birliyi tərəfindən müəyyənləşdirilmiş Avropa hotel standart və meyarlarına əsasən həyata keçirəcəyini rəsmi olaraq təsdiqləyib: "Bununla da hotellərin təmin olunacağı ulduz nəinki yerli, həmçinin beynəlxalq platformada da digər Avropa hotelləri ilə birgə digital şəkildə nümayiş etdiriləcək və tanıdılacaq. Qeyd edim ki, AHA 2019-cu ilin may ayında HOTREC və Hotelstars Birliyinin müşahidəçi üzvüdür. Dekabrın 6-da isə Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatı ilə təmin olunub. Ulduz təsnifatının icrası üzrə Azərbaycan Hotel Assosiasiyası və Azərbaycan Turizm Bürosu arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi bağlayıb".Trend-




















