28-02-2024, 11:55 | Hacı Kamran Abbasov Möhkəm təməllərə əsaslanan xalq birliyi

[
Hacı Kamran Abbasov Möhkəm təməllərə əsaslanan xalq birliyi


[b]"AY-MİN" MMC kolbasa məmulatı firmasının satış meneceri Hacı Kamran Abbasov [/b]- Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Bununla da Azərbaycan öz şanlı tarixinin yeni dövrünə qədəm qoydu. Andiçmə mərasimində çıxış edən cənab İlham Əliyev bildirdi ki, tariximizin son iyirmi ili böyük uğurlarla, möhtəşəm qələbələrlə zəngin olmuşdur. Həqiqətən də bu illər ərzində Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə sinə gərmiş, inkişaf və tərəqqi yolu ilə uğurla irəliləmişdir.

Prezident İlham Əliyev ilk dəfə xalqın etimadını qazanaraq bu ali vəzifəyə seçildiyi 2003-cü ildən bu günə qədər verdiyi bütün vədləri yerinə yetirdi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi. Keçən il isə, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bununla da Qarabağ problemi Azərbaycanın öz gücünə birdəfəlik həll olundu. Əlbəttə ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi hələ də imzalanmayıb. Lakin Prezident İlham Əliyevin dediyi kimi, bu məsələnin hazırda bizim üçün elə bir böyük önəmi də yoxdur. Azərbaycan öz məsələsini həll edib. Dövlət başçımızın bu ilin 7 fevral tarixində keçirilmiş seçkilərdə məhz Xankəndidə səs verməsi Qarabağ məsələsinin Azərbaycanın xeyrinə kökündən həll olunduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.





]

Bu gün isə, Azərbaycan artıq daxil olduğu yeni dövrün qarşıya qoyduğu vəzifələrin icrasına başlayır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı bu dövrə alnı açıq, üzü ağ, başı dik daxil olur. Azərbaycan cəmiyyətində hökm sürən misilsiz ruh yüksəkliyi ölkəmizi daha da gücləndirir. Dövlətimizin başçısı öz çıxışında xüsusi olaraq vurğuladı ki, növbəti illərdə qarşıda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Etiraf olunmalıdır ki, İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb və bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Əlbəttə ki, bu gün də Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, ən müasir silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır.

Həmçinin Prezident İlham Əliyev Azərbaycan gəncliyinin bundan sonra da milli-vətənpərvər ruhda formalaşdırılması işinin vacibliyini qeyd etdi və bildirdi ki, yeni yetişən gənc nəsil milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olmalıdır. Buna görə də xüsusilə xarici qüvvələrin gənclərimizin beyinlərini zəhərləmək cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır. Bu baxımdan, dövlətimizin başçısı ilk növbədə ailə tərbiyəsinin ön plana çıxdığını qeyd etdi və vurğuladı ki, Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Həmçinin cənab Prezident bu məsələdə məktəb tərbiyəsinin xüsusi rolunu qeyd etdi: “Məhz məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır.” Dövlət başçısı bu fikirləri məktəblərin üzərində çox böyük məsuliyyətin olduğunu bir daha vurğulamış oldu.

Prezident İlham Əliyevin nitqində milli-mənəvi dəyərlərimizin xarici təsirlərdən qorunması məsələsi də xüsusi yer almışdır: “Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur.” Əlbəttə ki, Azərbaycan dövləti tərəfindən bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Lakin cənab Prezidentimizin dediyi kimi, bütün məqsədlərə ən effektiv şəkildə nail olmaq üçün bütün cəmiyyət, bütün xalq həmrəy olmalıdır və bu gün bu həmrəylik ən yüksək səviyyədə özünü bütün sahələrdə göstərməkdədir. O cümlədən, 7 fevral Prezident seçkilərində göstərilən həmrəylik cəmiyyətimizi daha da möhkəmləndirdi və artıq heç bir kənar qüvvə Azərbaycana qarşı heç bir təsir gücünə malik deyil.

28-02-2024, 11:33 | Göstəricilər yaxşıdır, amma bu, bizi sakitləşdirməməlidir - Umayra Tağıyeva

Göstəricilər yaxşıdır, amma bu, bizi sakitləşdirməməlidir - Umayra Tağıyeva



Bu il son 10 il ərzində yaxşı göstəricilərlə üzləşdik. Böyük Qafqazın çaylarında sululuq normadan 88 faiz çoxdur. Keçən illə müqayisədə isə 38 faiz çoxdur. Kiçik Qafqaz çaylarında isə sululuq norma göstəricilərdən 35 faiz artıqdır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmədə deyib.

"Bunlar yaxşı göstəricilərdir, amma bizi sakitləşdirməli deyil. İqlim dəyişiklikləri nəticəsinə əsasən, su ehtiyatlarının gələcək proqnozları nikbin deyil. Buna görə su ehtiyatlarının səmərəli istifadəsi vacib məsələdir", - deyə nazir müavini bildirib.

28-02-2024, 11:30 | "Arvadınıza pul verəndə notariusla verin" - VİDEO

"Arvadınıza pul verəndə notariusla verin" - VİDEO



Space Tv-də Amil Xəlilin təqdimatında yayımlan verilişdə səslənən fikrlər diqqət çəkib.

roqramın eksperti yazıçı-kulturoloq Aydın Xan Əbilovun dedikləri birmənalı qarşılanmayıb.

O, bəylərin xanımlarına və uşaqlarına pulu notariusla verməli olduğu fikrini əsaslandırmağa çalışıb.

Həmin görüntüləri təqdim edirik:

28-02-2024, 11:29 | Bu "ASAN xidmət" mərkəzi bağlanır

Bu "ASAN xidmət" mərkəzi bağlanır



Bakının Yasamal rayonunda yerləşən 3 saylı "ASAN xidmət" mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar martın 1-dən bir ay müddətinə bağlanacaq.

Bu bardə "ASAN xidmət" mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazır sənədlərini 3 saylı "ASAN xidmət" mərkəzindən əldə etməli olan vətəndaşlardan martın 1-dən etibarən 7 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət etmələri xahiş olunur.

21-02-2024, 16:04 | Birinci siniflərə elektron qeydiyyatın vaxtı açıqlandı

Birinci siniflərə elektron qeydiyyatın vaxtı açıqlandı



Birinci siniflərə qeydiyyat prosesi 2015-2016-cı tədris ilindən etibarən elektron qaydada həyata keçirilir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır:

"2024-2025-ci tədris ili üzrə birinci siniflərə elektron qeydiyyata cari ilin may ayında start verilməsi planlaşdırılır. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".

21-02-2024, 13:39 | Bakıda bu evlərin qiymətləri bahalaşdı

Bakıda bu evlərin qiymətləri bahalaşdı



Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub.

Bu barəd İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən aparılan monitorinqə əsasən, yanvar ayında bağ evlərinə tələb azalsa da, fərdi həyət evlərinə tələbin artması müşahidə olunub.

Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.2 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb yenə də stabildir.

Yaşayış binalarında olan mənzillərdə 0.7 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində qiymət 1.1 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər 0.5 faiz artıb.





21-02-2024, 12:39 | Kamil Zeynallını belə HƏBS EDİBLƏR - ƏN SON VİDEOGÖRÜNTÜLƏR

Kamil Zeynallını belə HƏBS EDİBLƏR - ƏN SON VİDEOGÖRÜNTÜLƏR



Xəbər verdiyimiz kimi, fitnes məşqçisi Kamil Zeynallı "Domodedovo" hava limanında saxlanılıb.

Musavat.com-un redaksiyasına Kamil Zeynallının saxlanılma videoları daxil olub.

Həmin videoları təqdim edirik.

21-02-2024, 12:17 | Rəşad. Daşdəmirov: Zəfərin mübarək, Azərbaycan!

Rəşad. Daşdəmirov:  Zəfərin mübarək, Azərbaycan!




Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirov - “7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkiləri bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Hər bir ölkənin həyatında əhəmiyyətli rol oynayan seçkilərin nəticələri hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsindən asılıdır. Azərbaycan zəngin seçki təcrübəsi ilə daim dünyanın diqqətində olub. Seçkidən-seçkiyə bu təcrübənin daha da təkmilləşməsi Azərbaycan dövlətinin seçki kampaniyalarının demokratik, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsində maraqlı olduğunu bir daha təsdiqləyir. 7 fevral prezident seçkiləri Azərbaycanın demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazdı. Bu seçki kampaniyasına beynəlxalq səviyyədə göstərilən maraq müşahidəçilərin, həmçinin prosesi işıqlandıran mətbu orqanların say tərkibində də özünün aydın ifadəsini tapdı. Seçkilərlə bağlı rəylərdə qeyd edildi ki, siyasi kampaniyanın demokratikliyi yüksək səviyyədə təmin edilib, seçici fəallığı həm yaradılan şəraitin, həm də ölkədə görülən işlərin, qazanılan uğuların göstəricisidir. Hər kəs seçki məntəqələrinə gələrək seçki hüquqlarından istifadə etməklə həm özünün, həm də ölkəsinin uğurlu gələcəyi üçün seçimini etdi. Azərbaycanın demokratiya təcrübəsinin nümunə olduğu əsaslı şəkildə qeyd olundu.”






7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkiləri Azərbaycanın müasir tarixinə daha bir möhtəşəm səhifəni yazdı: “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi fonunda keçirilən bu seçkilərin müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etməsi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı. Suverenliyimizin tam bərpa olunması bu seçkilərin keçirilməsini zərurətə çevirən mühüm amil oldu. Çünki Azərbaycan yeni dövrə qədəm qoydu. Cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 ilinin tamam olması, verilən hər bir vədin, qarşıya qoyulan vəzifələrin uğurlu icrası artıq yeni hədəflərə bir çağırış oldu. Xatırlasaq Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində bildirdi ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru getdik.”

“Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiqli yer tutdu. Ölkəmiz mühüm təşəbbüslərin müəllifidir. Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün güclü siyasi və hüquqi zəmin yaratdı. Eyni zamanda, iqtisadi müstəqilliyimiz təmin olundu. Son 20 ildə bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Ölkə iqtisadiyyatı dörd dəfədən çox artıb. İqtisadi müstəqilliyimiz siyasi mövqeyimizin möhkəmlənməsində öz sözünü deyir. Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi dünyanın diqqətindədir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Xalqımız hər addımda özünə diqqət və qayğının şahidi olur. Cənab İlham Əliyev bütün çıxışlarında bildirir ki, həyata keçirilən siyasətin əsasında vətəndaş amili dayanır”.

20 ilin təqdimatı olan 7 fevral prezident seçkiləri yeni dövrün başlanğıcıdır: “Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin Mərkəzi Seçki Komisiyasının ilkin nəticələrinə görə seçiçilərin 92 faizindən çoxunun səsini qazanması Azərbaycan xalqının Prezidentinə inamının, etimadının, onun ətrafında dəmir yumruq kimi birləşərək bundan sonra da ölkəmizin zəfərdən-zəfərə doğru inamla irəliləmək istəklərinin göstəricisidir. Hazırda azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəliş mərhələsini yaşayır. Bu torpaqlarımız Azərbaycanın müasir şəhərsalma təcrübəsinin dünyaya təqdimatı olmaqla yanaşı, yaradılan şərait vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını bir daha nümayiş etdirir.”

Zəfər seçkilərinin yüksək seçici fəallığı şəraitində keçməsi torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin yaratdığı qürur hissinin nümayişi oldu: “Xalqın qalib Liderinə etimadı səsvermənin nəticələrində özünün aydın ifadəsini tapdı. Yeni dövrün başlanğıcı kimi dəyərləndirilən bu seçkilər ölkəmizin qarşısında yeni imkanlar yaradır. Tarixi Zəfərimizin reallıqları fonunda ölkəmizin sözünün dəyəri daha da artır. Bu reallıqların mühüm tərkib hissəsi kimi Böyük Qayıdış Proqramı uğurla icra edilir. Sakinlərinə qovuşan torpaqlarımızda əsl canlanma baş verib. Onu da qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə işğaldan azad edilmiş ərazilərdəki ümumilikdə 47 seçki məntəqəsi üzrə seçici fəallığı 93 faizdən çox olub. Müstəqillik tariximizin Zəfər seçkilərində inamlı qələbəsi ilə bu gün dünyanın diqqətində olan cənab İlham Əliyevə milyonların inamı, etimadı beynəlxalq səviyyədə də xüsusi vurğulanır. Dövlət başçısına təbrik məktublarında Onun rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar qeyd edilir. Soydaşlarımızın 30 illik torpaq həsrətinə son qoyan tarixi Zəfərimizin, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin müəllifi cənab İlham Əliyevdir. Xalq qalib Liderinə səs verməklə bir daha təsdiqlədi ki, xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır, əbədidir

20-02-2024, 13:38 | Bu 4 universitetin ikili diplom proqramları üzrə qiymətləndirmə aparılır

Bu 4 universitetin ikili diplom proqramları üzrə qiymətləndirmə aparılır




"2023-cü il ərzində 13 ali təhsil müəssisəsinin institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib".

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.

Onun sözlərinə görə, beş ildən bir müvafiq komissiyalar tərəfindən ali məktəblərin akkreditasiyası həyata keçirilir. 271 meyar üzrə qiymətləndirmə aparılır.

Bura Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Bakı Dövlət Universitetinin Qazax filialı, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti daxildir.

Tural Əhmədov bildirib ki, Azərbaycanda 4 ali təhsil müəssisəsində dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramı həyata keçirilir.

Onun sözlərinə görə, dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramlarının 4 ali təhsil müəssisəsi üzrə 3 ixtisaslaşma və 8 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi prosesi başlanılıb: "Bunlar ADA -Corc Vaşinqton Universiteti, Bakı Mühəndislik Universiteti - Koreyanın İNHA, Azərbaycan Dövlət Pedaqoji Universiteti - Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti - Ege Universitetidir".

20-02-2024, 13:04 | Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidromoterologiya Xidməti məlumat yayıb.

Gün ərzində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.




������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.