25-08-2025, 11:02 | "Sədərək"dəki yanğında sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?

"Sədərək"dəki yanğında sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?


Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində yenidən yanğın hadisəsi baş verdi. Bu, son 8 ildə sözügedən ticarət mərkəzində onuncu belə hadisə idi. Aydındır ki, bu dəfə də sahibkarlara xeyili ziyan dəyib. Bəs, yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, inkişaf etmiş ölkələrdə belə yanğınlar baş verən zaman dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilir:

"Sahibkarlar öz əmlaklarını və məhsullarını sığortalayırlar ki, belə hallarda ziyanı sığorta şirkəti ilə paylaşa bilsinlər.
Azərbaycanda da sahibkarlar əmlakın icbarı və eləcə də könüllü sığortasından istifadə edərək gözlənilməyən zərərləri öncədən kompensasiya edə bilərlər. Amma, müşahidələr göstərir ki, "Sədərək" Ticarət Mərkəzində texniki təhlükəsizlik vəziyyəti və əmlakın sığortalanması səviyyəsi tamamilə fərqlidir. Hətta bəzi əmlak sahibləri öz obyektlərini və mallarını sığortalamaq istəsələr də belə buna nail ola bilmirlər. Belə ki, sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, oradakı əksər mağazaları sığortalamaqdan imtina edirlər.
Sözsüz, sığorta şirkətləri də öz risklərini öncədən planlaşdıra bilməlidirlər. Bu şirkətlər heç bir halda yüksək risk olan əmlaklarda öhdəlik götürməkdə maraqlı olmayacaqlar. Belə əmlakların sığortalanması üçün Fövqəladə Hallar Nazirliyinin istismar ilə bağlı müvafiq rəy və sənədinin alınmasına ehtiyac var. Belə sənədlər olmadıqda təbii ki, şığorta şirkətləri, demək olar, hər il yanğın olan ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlı olmayacaqlar".

Deputatın sözlərinə görə, bütün bunlar ilə yanaşı, "Sədərək" ticarət mərkəzinə də sığorta münasibətlərinin gətirilməsinə ehtiyac var.

"Bu sahibkarlara dəyən və gələcəkdə dəyə biləcək zərərlərin öncədən sığortalanması üçün vacibdir. Amma bunun üçün həmin obyektlərdə texniki təhlükəsizlik qaydalarının tam təmin edilməsinə ehtiyac var. Əks halda, sığorta şirkətləri bu riski obyektlər ilə işləməkdə maraqlı olmayacaqlar və yanğın nəticəsində sahibkarlara dəyən ziyan sığorta ilə qarşılanmayacaq.
Aydındır ki, sahibkarların aylıq ödənişləri də kiçik məbləğlər deyil. Deməli, yığılan vəsaitlərin bir hissəsinin texniki təhlükəsizliyin gücləndirilməsi üçün istifadəsinə ehtiyac var. Yoxsa, yenə də sığorta şirkətləri belə mərkəzlərdən yan keçəcəklər",- deyə millət vəkili əlavə edib.

25-08-2025, 09:44 | Havada normadan artıq toz müşahidə olunur

Havada normadan artıq toz müşahidə olunur


Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.

R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub:

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir".

24-12-2024, 07:29 | "Yeni il"i restoranda qarşılamaq neçəyə başa gəlir ?

"Yeni il"i restoranda qarşılamaq neçəyə başa gəlir ?


2024-cü ilin Yeni ilində restoranlarda qiymətlər artmağa davam edir. Hər il olduğu kimi, restoranlar və kafe-barlar xüsusi menyular və şənlik proqramları ilə müştəriləri cəlb etməyə çalışır. Bayram gecəsi üçün qiymətlər, restoranın növünə, təklif etdiyi xidmətlərə və atmosferə görə müxtəliflik göstərir. Bakıda bəzi restoranlarda depozit qiyməti artıb.

Maximum bir nəfər üçün 400, minimum 100 manatdır.

Sahibkarlar bu artımın "Yeni İl" bayramı ilə əlaqədar olduğunu bildirirlər.

Onlar bildirirlər ki, bu qiymətlər həmişə belə olur. 10 yaşa kimi uşaqlar isə ödənişsizdir. Qiymətlərin nəyə əsasən dəyişdiyiniə gəldikdə isə, restoran sahibləri deyir ki, bu zalın ölçüsü, şou proqram və menyuya uyğun olaraq dəyişir.

Sadə restoranlar və ailəvi kafelərdə Yeni il şənlikləri üçün qiymətlər adətən 100-150 manat arasında dəyişir. Bu cür məkanlar müştərilərə 3-4 yeməkdən ibarət xüsusi menyular təklif edir. Həmçinin, içkilər və bayram atmosferi də qiymətə daxil ola bilər.

Orta səviyyəli restoranlarda Yeni il gecəsi üçün qiymətlər 150-200 manat arasında dəyişir. Bu cür restoranlar daha zəngin menyular təklif edir, daxilində şampan, şirinliklər və xüsusi qəlyanaltılar yer alır. Bir çox restoranlar, bu gecə üçün xüsusi şoular və tədbirlər də təşkil edir, bu da qiymətə təsir edən amillərdən biridir.

Yüksək səviyyəli restoranlar və otel restoranlarında qiymətlər daha yüksəkdir. 300-400 manat arasında dəyişən qiymətlər, burada xüsusi şampan, premium içkilər, müğənni və ya DJ şouları kimi əlavə xidmətlərlə müşayiət olunur. Bu restoranlarda daha lüks menyular və müştərilərə yüksək xidmət təklif edilir.

Bir çox restoranlar Yeni il gecəsi üçün yerləri erkən rezervasiya edən müştərilərə xüsusi endirimlər təklif edir. Erkən sifariş verənlər həm yer ayıra, həm də daha əlverişli şərtlərlə bayram gecəsinə qatılmaq imkanı əldə edə bilərlər.

"Yeni İl" gecəsi restoranlarda qiymətlər geniş spektrdə dəyişir. Sadə restoranlardan lüks otellərə qədər hər büdcəyə uyğun təkliflər mövcuddur. Bayramın ruhunu yaşamaq və sevdiklərinizlə unudulmaz bir gecə keçirmək üçün erkən rezervasiya etməyi unutmayın.

Aysel Əkbər
Milli.Az

12-12-2024, 09:23 | Əhaliyə XƏBƏRDARLIQ edildi - Bu gün...

Əhaliyə XƏBƏRDARLIQ edildi - Bu gün...


Dekabrın 12-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında mülayim gilavar küləyinin gündüz arabir xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

12-12-2024, 06:34 | Əhaliyə XƏBƏRDARLIQ edildi - Bu gün...

Əhaliyə XƏBƏRDARLIQ edildi - Bu gün...


Dekabrın 12-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında mülayim gilavar küləyinin gündüz arabir xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

12-12-2024, 06:32 | Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür


Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçir. Heydər Əliyev dahi siyasətçi idi, o, regional siyasətin aparıcı simalarından biri olaraq həm öz xalqı arasında, həm də beynəlxalq siyasi arenada böyük nüfuza malik idi.

Ümummilli Liderin xatirəsi Azərbaycanda, o cümlədən xarici ölkələrdə ehtiramla yad edilir.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan üçün xilas yolu oldu. Ən çətin anda o, ölkəyə geri dönərək siyasi böhran və iqtisadi tənəzzüldən çıxış yolu tapdı. O, o zamankı bacarıqsız hakimiyyətin yaratdığı vəziyyəti düzəldə bildi, müharibəni dayandırdı, vətəndaş qarşıdurmasının qarşısını aldı və ölkəni tərəqqi yoluna yönəltdi. Məhz Heydər Əliyevin səyi ilə tarixi "Əsrin müqaviləsi" imzalandı. Ulu öndərin neft strategiyası Azərbaycanın iqtisadi inkişafına güclü təkan verdi. 1998-ci ildəki andiçmə mərasimində o, belə deyirdi: "Biz XXI əsrə daha da qüdrətli, müstəqil Azərbaycan dövləti çatdırmaq istəyirik. Gələcək nəsillərə daha xoşbəxt həyat yaratmaq istəyirik. Azad, sərbəst, demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir".

Bu gün Azərbaycan güclü, nüfuzlu və həqiqətən müstəqil bir dövlətdir. Ulu öndərin qoyduğu möhkəm təməl üzərində Prezident İlham Əliyev Azərbaycanın misilsiz uğur hekayəsini yazdı. Ölkədə yoxsulluğun öhdəsindən gəlindi, möhtəşəm iqtisadiyyat quruldu, peşəkar ordu formalaşdırıldı və Azərbaycanın beynəlxalq arenada hesablaşılmalı bir oyunçu kimi möhkəm imici yaradıldı. Biz, qalib xalq olaraq, azad, sabit və çiçəklənən bir ölkədə yaşayırıq.


11-12-2024, 21:55 | Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu


Teleaparıcı Xoşqədəm Hidayətqızı və "ARB Media Qrup"a qadağa qoyulub.

Bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.

Belə ki, Quliyeva Xumar Məzahir qızı məhkəməyə ərizə ilə müraciət edərək bildirib ki, Xoşqədəm Hidayətqızı tərəfindən şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan məlumatların yayılmasıhərəkətlərinə məruz qalıb.

Şikayətçi qeyd edib ki, bu hal itkin düşən qardaşlar Mahir və İldırım Cəbrayılovlar barəsində danışılan verilişlərdə baş verib. Belə ki, Mahir 1997-ci ildə,

İldırım isə 2004-ci ildə Litvanın paytaxtı Vilnüs şəhərində itkin düşüblər. Bu günə qədər aqibətləri məlum deyil. X.Quliyev onlardan yalnız Mahiri uzaq qohumu olan Rəna xanımın vasitəsilə tanıyıb.

1991-ci ildə Mahir öz dostları ilə bərabər onun oğlu Cavidanın kiçik toy məclisində iştirak edib. Həmin vaxtdan etibarən Mahirlə yaxın əlaqəsi, mütəmadi ünsiyyəti olmayıb. Bütün bunlara baxmayaraq, Xoşqədəm Hidayətqızı onun oğlunun kiçik toy məclisini əks etdirən videogörüntüləri sırf Mahirin və onun həmin videoda görünməsi səbəbi ilə X.Quliyevanın razılığı olmadan efir vasitəsilə yayımlayıb.

Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən iclasda bu barədə birtərəfli efir müzakirələrinin aparılmasının 1 ay müddətinə "ARB" TV-yə və "Səni Axtarıram" adlı verilişin lahiyə rəhbəri və aparıcısı Baxşəliyeva Xoşqədəm Hidayət qızına qadağan edilməsi ilə bağlı qərar verilib. Müvəqqəti təminat tədbiri 11.01.2025-ci il tarixdən qüvvədən düşür. /"Unikal"

11-12-2024, 21:19 | Azərbaycanda yeni Palata yaradıldı - sədr seçildi

Azərbaycanda yeni Palata yaradıldı - sədr seçildi


Azərbaycanda Qiymətləndiricilər Palatası yaradılıb.

Trend xəbər verir ki, Palata noyabrın 30-da təsis edilib.

Bildirilib ki, Qiymətləndiricilər Palatası "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna əsasən yaradılıb və Nüsrət İbrahimov onun sədri seçilib.

Qiymətləndirmə Palatası qiymətləndirmə fəaliyyəti ilə bağlı şəhadətnamə imtahanları nəticəsini təqdim edir və fəaliyyətə icazə verir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti isə bu istiqamətdə sertifikatlaşma işlərini həyata keçirir və bu yöndə fəaliyyət göstərən şirkətlərin və şəslərin hüquqlarını müdafiə edir.

Qeyd edək ki, Nüsrət İbrahimov 1984 -cü ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsi üzrə məzunu olub. O, 2000-2008-ci illər müxtəlif şirkətlərdə texniki direktor, icraçı direktor vəzifələrində fəaliyyət göstərib.

O, 2018-2022-ci illərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri olub.

Hazırda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə Vüqar Oruc rəhbərlik edir.

11-12-2024, 20:24 | Bu ərazilərdə yaşayanların nəzərinə - Sabah saat 10:00-dan sonra...

Bu ərazilərdə yaşayanların nəzərinə - Sabah saat 10:00-dan sonra...


"Qaradağ-Sumqayıt" magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə 12.12.2024-cü il saat 10:00-dan "Müşfiqabad", "Ceyranbatan" və "Pirəkəşkül" QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilir ki, təmir-bərpa işləri aparılan müddətdə Abşeron rayonu üzrə Aşağı-Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Nübar, Müşfiqabad Qaçqınlar şəhərciyinin və 12 sənayə müəssisəsinin, Abşeron rayonu üzrə Ceyranbatan və Saray qəsəbələrinin, Çaylı-Qobustan yaşayış massivinin və 3 sənayə müəssisəsinin, Qaradağ rayonu üzrə isə Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin və 12 sənaye müəssisənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

11-12-2024, 20:12 | Həmin məktəbdə şagirdləri məcbur edirmişlər

Həmin məktəbdə şagirdləri məcbur edirmişlər


Xəbər verdiyimiz kimi, ötən gün Gəncədə nöqsan aşkarlanan İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoruna şiddətli töhmət verilib.

Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə şagirdlərdən pul yığılması ilə bağlı müxtəlif iddialar irəli sürülüb.

Məktəbdə şagirdlərə məcburi olaraq sınaq imtahanı bileti satılırmış.

Valideynin sözlərinə görə, övladına 7 manatlıq sınaq imtahanı bileti məktəb çantasına qoyulub və bu vəziyyət onun narazılığına səbəb olub. Valideyn qeyd edib ki, belə bir halların uşaqlarda rüşvət anlayışını yaratması qəbulolunmazdır.

Xatırladaq ki, şiddətli töhmət alan məktəbin direktoru Gülbəniz Bayramova cəmi 9 aydır həmin vəzifədə çalışır. Belə ki, G.Bayramova bu ilin martında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov əmr ilə sözügedən məktəbə direktor təyin olunub. Buna qədər G.Bayramova M.Mehdizadə adına 4 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb.

Asya
Milli.Az

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.