19-02-2024, 12:40 | 1 ildə 63 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Ötən il 63 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə qeyd edilib.
2023-cü il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsi ilə 76 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 63 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib. 13 inzibati xəta protokolu isə hazırda məhkəmələrin icraatındadır.
19-02-2024, 12:38 | 15 bələdiyyə üzrə cinayət işi başlanılıb - SİYAHI

2023-cü ildə bələdiyyə vəsaitinin təyinatına uyğun istifadə olunması zamanı aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib.
Bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə qeyd edilib.
Məlumata görə, onlardan 15-i üzrə artıq cinayət işi başlanılıb.
Həmçinin, Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsi sədrinin bələdiyyə mülkiyyətinə aid 49.7 ha torpaq sahəsindən maddi maraq müqabilində ayrı-ayrı şəxslərin qanunsuz istifadəsinə şərait yaratması nəticəsində bələdiyyə büdcəsinə 104.370 manat maddi ziyan vurması faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü (dələduzluq) və 312.1-ci (rüşvət vermə) mad- dələri ilə cinayət işi başlanılıb.
Abşeron rayonu Masazır bələdiyyəsinin sabiq sədri tərəfindən yerli büdcə və- saitlərinin mənimsənilməsi və bələdiyyə əmlakının israf edilməsi nəticəsində bə- lədiyyə büdcəsinə 124.320 manat maddi ziyan vurulması faktı üzrə Abşeron Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət İşi başlanılıb.
Şabran rayonu Rəhimli bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsip- lərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə təkbaşına qərar tərtib etməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Gədəbəy rayonu Qoşabulaq bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən təkbaşına bələdiyyənin adından qərarlar tərtib etməklə yanaşı, iclas protokollarında katib kimi qeyd olunan bələdiyyə üzvlərinin adlarının qarşısında imza etməsi faktı üzrə Gədəbəy Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlanılıb.
Daşkəsən rayonu Əhmədli bələdiyyəsi sədrinin vəzifə səlahiyyətlərindən sui istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə İmza etməklə kollegial orqan olan bələdiyyənin adından təkbaşına qərarlar tərtib edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə torpac sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verməsi faktı üzrə Daşkəsər Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü, 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanılıb.
Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin qulluqçusu tərəfindər 45.000 manat müqabilində bələdiyyənin adından tərtib edilmiş saxta sənədlər əsasında 0.10 ha torpaq sahəsinin satılması faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycanı Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü, 308.1-ci və 320.1-ci (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanılıb.
Qeyd olunanlarla yanaşı, Bakı şəhəri Sabunçu rayonu Pirşağı, Suraxanı rayonu Zığ, Binəqədi rayonu Biləcəri, Xəzər rayonu Şağan, Qusar rayonu Balaqusar, Tovuz rayonu Düz Cırdaxan və digər bələdiyyələrdə aşkar olunmuş qanun pozuntuları ilə bağlı cinayət işləri başlanılıb.
Həmçinin, Binəqədi rayonu Binəqədi qəsəbə, Biləsuvar rayonu Biləsuvar, Saatlı rayonu Çolpı və digər bələdiyyələrin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı toplanmış materiallar istintaq orqanlarında baxılmaqdadır.
19-02-2024, 11:54 | Sağlamlığın tək ünvanı. Stimul Hospital

Bu gün respublikamızda kifayət qədər fəaliyyət göstərən özəl klinikalar vardır. Müasir tibbin standartlarına cavab verən bu klinikalar ən yeni avadanlıqlarla təchiz olunaraq əhaliyə xidmət göstərirlər. İnsanlar öz sağlamlıqlarını daha güvənli həkimlərə etibar etmələri üçün hər zaman savadlı,təcrübəli,müasir tibbi biliklərə yiyələnmiş peşəkar tibb mütəxəssislərinə daha çox ehtiyac duyurlar. Ən yeni nəsil tibb avadanlıqları ilə təchiz olunan,müasir dövrün tələblərinə cavab verən labaratoriyalar daim diqqət mərkəzində olaraq aktuallığını itirmir. Haqlı olaraq insanlar öz həyatlarını kimə etibar etməyin fərqində olaraq hansı şəfalı əllərdən dəqiq-dürüst müalicə alacaqlarının daim axtarışındadırlar.
2015-ci ildən fəaliyyətə başlayan Stimul Hospital paytaxtımızda ən öndə gedən qabaqcıl klinikalardan biri olaraq müasir tibbin tələblərinə
cavab verir.Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən ən böyük tibb müəssəsi kimi tanınan bu klinika insanların güvəndiyi və inandığı tibb mərkəzlərindən biridir. Savadlı,təcrübəli,peşəkar həkimlərlə təchiz olunmuş bu klinika müasir səhiyyənin bütün standartlarına cavab verərək gülərüzlü-qayğıkeş tibb personalı ilə birgə daim onlara pənah gətirmiş insanların həm etibarını və həm də inamını tam məsuliyyəti ilə qazanırlar.
Stimul Hospitalda günün tələblərinə cavab verməyi bacaran poliklinika,stasionar,təcili yardım,diaqnostika,laboratoriya,cərrahiyyə və sığorta şöbərəli fəaliyyət göstərir . Ölkəmizdə, Avropada,Rusiyada,Türkiyədə və Dünyanın bir çox aparıcı ölkələrində təhsil almış,təcrübə toplamış ,tibb üzrə elmi dərəcələr almış onlarla həkimlər öz şəfalı əlləri ilə passentlərinə yüksək səviyyədə xidmət göstərirlər. Sevindirici haldır ki,Stimul Hospitala pənah gətirmiş xəstələr böyük ruh yüksəkliyi,inamla və xoş əhval-ruhiyyə ilə öz isti ocaqlarına dönmüş olurlar. Düzgün laborator analizlər,dürüst diaqnoz,dəqiq proseduralar və ideal həkim müayinəsi günümizin,peşəmizin əsas prioritetidir deyir baş Həkim Novruz doktor.
Novruz doktorun dediklərindən:Bizə etibar etmiş insanların inamını qazanmaq,onların böyük ümidlə yola salınması,düzgün müalicə aparılması üçün bütün lazımi variantlardan istifadə edilməsi bizim ən ümdə şərəf borcumuzdur. Və onda da ən böyük qazancımız və ən böyük mükafatımız xəstələrin bizə ehtibar edib,inanıb və şəfa tapıb dogmalarına qovuşmasıdır. Klinikamızda çalışan onlarla mükəmməl tibbi m
ütəxəssislərimiz bu şərəfli peşənin öhdəsindən çox layiqincə gəlirlər deyə Novruz həkim xususi olaraq vurğulayır.
Stimul Hospitalın sahibi Bəxtiyar müəllimin dediklərindən:
Yüksək səviyyədə xidmət göstərmək,tibb personalının ixtisas və elmi biliklərini artırmaq, tibb dünyasının yenilikləri ilə,qabaqcıl müayinə və diaqnostik avadanlıqlarla tanış etmək məqsədi ilə mütəmadi dinləmələr,seminarlar keçirilir. Məqsədimiz bizi deyib gələnlərə düzgün,dürüst tibbi xidmətlər göstərmək,bizə olan etibarı doğrultmaqdır. Başqa klinikalara nisbətdə klinikamızda qiymətlər münasibdir. Əsas prioritetimiz ən müasir avadanlıqlarla təchiz olunaraq dövrün tələblərinə cavab verən yeni nəsil tibb standartları ilə bizə etibar edən passentlərimizə yüksək səviyyədə xidmət göstərməkdir. Stimul Hospitalda təmizliyə,gigiyena qaydalarına,anti-sanitariyaya xususi diqqət göstərilir.
Çalışlrıq ki,bizə olan etibarı öz əməli işimizlə doğruldaq. İşgüzar kollektivimiz hər zaman çalışır ki,qoy bizə pənah gətirmiş insanlar bizdən razı qalsınlar,xidmətimizdən məmnun olsunlar.İctimai işlərdə də hər zaman fəallıq göstəririk. Müəyyən aksiyalarda könüllü olaraq iştirak edirik.Şəhid ailələrinə,qazilərə,aztəminatlı ailələrə daim diqqət və qayğı göstərərək onların problemləri ilə maraqlanıb köməyimizi əsirgəmirik. -7-fevral prezident seçkilərində bütün kollektivimiz hamı bir nəfər kimi iştirak edərək qalib xalqın qalib lideri İlham Əliyev cənablarına etibar edərək səs verdilər. Bir sahibkar kimi hər zaman Ulu Öndərin layiqli davamçısı Cənab İlham Əliyevin yeritdiyi siyasəti hər zaman dəstəkləyərək öz əməli işimizlə başqalarına nümunə olmağa çalışmışıq. Cənab prezidentin tövsiyyələrinə rəğmən Dövlətimizin çiçəklənməsi naminə iqtisadiyyatımızın qüdrətlənməsində yaxından iştirak etməyimizi özümizə borc bilmişik. Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi:İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Sevindirici haldır ki, doğrudanda bu gün səhiyyəmiz,müasir tibb dünyamız dünyanın aparıcı dövlətlərinin səhiyyəsindən heç də geridə qalmır və öndə gedir.
Son olaraq bizdə Stimul Hospitalın Rəhbərliyinə,şəxsən baş həkim Novruz həkimə,tibb personalına,işgüzar kollektivinə və sahibkar Bəxtiyar müəllimə öz minnətdarlığımızı bildirir,yeni-yeni nailiyyətlər və işlərində ugurlar arzu edirik.Biz isə xalqımıza sağlam can sağlığı və sağlamlığının qaydına qalması üçün düzgün ünvana Stimul Hospitala müraciət etməyi məsləhət görürük. Devizimiz isə budur:
Sağlamlığının qayğısına qal-
Tək məkanı Stimul Hospital .
Buyur! Sonrada razı qal.
16-02-2024, 12:03 | Taksi sürücüləri narkoloji testdən keçəcək - RƏSMİ

Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun psixoloji problemlərinin olması və taksi sürücüsü kimi fəaliyyət göstərməsi ilə bağlı məlumatlar yayılıb.
Məlumata görə, həmin hadisədən sonra taksi sürücülərinin narkoloji testə göndərildiyi bildirilir.
Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən taksi şirkətlərinə sürücülərini narkoloji testə göndərməyin təmin edilməsi ilə bağlı tapşırıq verilib.
Qeyd edək ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ə.Əhmədov aşağıdakı maşın ilə taksi sürücüsü kimi fəaliyyət göstərib.
16-02-2024, 11:55 | Milli Məclisin iclası başladı

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
İclasın gündəliyinə 7 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
4. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
5. "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
7. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
16-02-2024, 11:42 | Sabiq rəis DTX tərəfindən saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Cəlilov Mirzə Xəlil oğlunun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə Bakı Hərbi Məhkəməsində baxılıb.
qafqazinfo-ya istinadən xəbər verir ki, o, NMR SHXÇDX-nin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.
Ətraflı
Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Mirzə Cəlilov barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Mirzə Cəlilov əvvəllər Naxçıvan şəhər Polis İdarəsinin rəisi vəzifəsində də çalışıb.
16-02-2024, 11:36 | Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Fevralın 16-sı saat 08:00-a olan məlumatına əsasən əvvəlcədən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır.
Qar örtüyünün hündürlüyü: Şahbuzda 2 sm, Xınalıq, Şahdağ, Xaltan, Qrızda 1 sm-dir.
Göygöl, Naftalan, Şəkmir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Cəfərxan, Quba, Qusar, Şabran, Xaltan, Tərtər, Gəncə, Göyçay, Yardımlı, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur və görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 3-6 dərəcə isti, (dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta), Aran rayonlarında 5-7 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta var.
14-02-2024, 15:47 | Azərbaycan əhalisinin sayı açıqlandı

2023-cü ildə ölkə üzrə əhalinin sayı 53 625 nəfər və ya 0,5 faiz artaraq 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 10 180 770 nəfərə çatıb.
Dövlət Ststistika Komitəsindən verilən xəbərə görə, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi MilMuğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.
Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 118 nəfər olub.
14-02-2024, 15:45 | Kəmaləddin Heydərov polkovniki İŞDƏN ÇIXARDI

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi işdən azad olunub.
"Unikal"a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, mərkəzin rəisi polkovnik Elxan Vəliyev tutduğu vəzifədən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.
14-02-2024, 12:20 | Nazirlər Kabineti bu gün istefa verəcək

Nazirlər Kabineti bu gün istefa verəcək.
Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyev bu gün and içib.
Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.
Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.
Konstitusiyanın 121-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər də müəyyənləşib. Baş nazir, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir. Konstitusiyanın 122-ci maddəsində isə qeyd edilib ki, Baş nazir, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.


















