15 bələdiyyə üzrə cinayət işi başlanılıb - SİYAHI
2023-cü ildə bələdiyyə vəsaitinin təyinatına uyğun istifadə olunması zamanı aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib.
Bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə qeyd edilib.
Məlumata görə, onlardan 15-i üzrə artıq cinayət işi başlanılıb.
Həmçinin, Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsi sədrinin bələdiyyə mülkiyyətinə aid 49.7 ha torpaq sahəsindən maddi maraq müqabilində ayrı-ayrı şəxslərin qanunsuz istifadəsinə şərait yaratması nəticəsində bələdiyyə büdcəsinə 104.370 manat maddi ziyan vurması faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü (dələduzluq) və 312.1-ci (rüşvət vermə) mad- dələri ilə cinayət işi başlanılıb.
Abşeron rayonu Masazır bələdiyyəsinin sabiq sədri tərəfindən yerli büdcə və- saitlərinin mənimsənilməsi və bələdiyyə əmlakının israf edilməsi nəticəsində bə- lədiyyə büdcəsinə 124.320 manat maddi ziyan vurulması faktı üzrə Abşeron Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət İşi başlanılıb.
Şabran rayonu Rəhimli bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsip- lərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə təkbaşına qərar tərtib etməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Gədəbəy rayonu Qoşabulaq bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən təkbaşına bələdiyyənin adından qərarlar tərtib etməklə yanaşı, iclas protokollarında katib kimi qeyd olunan bələdiyyə üzvlərinin adlarının qarşısında imza etməsi faktı üzrə Gədəbəy Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlanılıb.
Daşkəsən rayonu Əhmədli bələdiyyəsi sədrinin vəzifə səlahiyyətlərindən sui istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə İmza etməklə kollegial orqan olan bələdiyyənin adından təkbaşına qərarlar tərtib edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə torpac sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verməsi faktı üzrə Daşkəsər Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü, 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanılıb.
Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin qulluqçusu tərəfindər 45.000 manat müqabilində bələdiyyənin adından tərtib edilmiş saxta sənədlər əsasında 0.10 ha torpaq sahəsinin satılması faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycanı Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü, 308.1-ci və 320.1-ci (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanılıb.
Qeyd olunanlarla yanaşı, Bakı şəhəri Sabunçu rayonu Pirşağı, Suraxanı rayonu Zığ, Binəqədi rayonu Biləcəri, Xəzər rayonu Şağan, Qusar rayonu Balaqusar, Tovuz rayonu Düz Cırdaxan və digər bələdiyyələrdə aşkar olunmuş qanun pozuntuları ilə bağlı cinayət işləri başlanılıb.
Həmçinin, Binəqədi rayonu Binəqədi qəsəbə, Biləsuvar rayonu Biləsuvar, Saatlı rayonu Çolpı və digər bələdiyyələrin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı toplanmış materiallar istintaq orqanlarında baxılmaqdadır.
Tarix: 19-02-2024, 12:38