27-06-2022, 21:14 | Toyda KÜTLƏVİ DAVA: polisi döydülər, yaralılar var

Kocaelinin Kandıra rayonunda toyda dava baş verib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı 2 nəfər güllə yarası alıb, 1 polis əməkdaşı və digər 3 nəfər döyülüb.
İlkin məlumata görə, sərxoş olduğu iddia edilən gənclər arasında mübahisə davaya çevrilib.
Davaya müdaxilə edən bir polis əməkdaşı başından ağır zərbə alaraq, yaralanıb. (publika.az)
27-06-2022, 21:12 | Hamamı qonağa kirayə verib və sonra kirayəşinləri güllələyib

Moskva vilayətində qətldə şübhəli bilinən rusiyalı saxlanılıb.
Bu haqda REN TV xəbər verir.
Nəşrin məlumatına görə, şübhəli şəxs qurbana və həyat yoldaşına "Fregat" Bağ qeyri-kommersiya tərəfdaşlığında hamam kirayə verib. Kişi və ev sahibi spirtli içki qəbul edirdilər. Bir azdan obyektin sahibi tüfəngi çıxararaq qonağı arxadan güllələyib. Öldürülən ərin meyiti daha sonra hamama girən arvadı tərəfindən aşkar edilib.
Gələn polis dərhal şübhəli şəxsi müəyyən edib və saxlayıb. Müstəntiqlər hadisənin motivlərini müəyyənləşdirirlər. Faktla bağlı cinayət işi başlanıb.
İrfan Vəliyev
Milli.Az
27-06-2022, 11:17 | Bu ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Peruda meymunçiçəyi xəstəliyin ilk yoluxma halı respublikanın paytaxtı Lima şəhərində qeydə alınıb.
Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Xorxe Lopes məlumat verib.
"Yoluxma halı paytaxtda qeydə alınıb. Pasient dünən bütün laborator müayinələrdən keçib, nəticələr meymunçiçəyinə yoluxmanı təsdiqləyib", - deyə nazir bildirib.
Onun sözlərinə görə, yoluxan şəxs xarici ölkənin vətəndaşıdır.
27-06-2022, 11:07 | Dünyada koronavirusdan ölənlərin sayı bu ay ilk dəfə artıb

Bu həftə dünyada koronavirusa yeni yoluxma hallarının sayı 4,2 milyonu keçib ki, bu da əvvəlki həftə ilə müqayisədə 800 min yoluxma halı daha çoxdur.
Trend xəbər verir ki, bu barədə "TASS"ın statistikasında deyilir.
Məlumata əsasən, koronavirusdan ölüm hallarının sayı bu ay ilk dəfə artıb. Son 7 gün ərzində koronavirusdan 9,7 min nəfər ölüb ki, bu da öncəki həftə ilə müqayisədə min ölüm halı daha çoxdur.
Qeyd edilir ki, ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınıb.
27-06-2022, 11:03 | "Hazırda Rusiya və Ukrayna ilə danışıqlar davam edir"

İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin görüşü keçiriləcək.
Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Habertürk telekanalının efirində deyib.
"Hazırda Rusiya və Ukrayna ilə danışıqlar davam edir. Hər iki tərəfin razılığı olacağı təqdirdə yaxın vaxtlarda İstanbulda Rusiya Federasiyası, Ukrayna, Türkiyə və BMT nümayəndələri arasında görüş keçiriləcək", - deyə İ.Kalın bildirib.
Onun sözlərinə görə, bu görüşdə Ukrayna taxılının tədarükü mexanizmi müzakirə olunacaq.
27-06-2022, 10:49 | Türkiyə, İsveç, Finlandiya və NATO arasında sammit keçiriləcək

NATO sammitindən əvvəl iyunun 28-də İspaniyanın paytaxtı Madriddə Türkiyə, Finlandiya, İsveç və Şimali Atlantika Alyansı arasında sammit keçiriləcək.
Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Habertürk telekanalının efirində deyib.
"Çərşənbə axşamı NATO baş katibinin xahişi ilə prezidentimizin iştirakı ilə Madriddə Türkiyə, NATO, İsveç və Finlandiyanın sammiti keçiriləcək. Görüş NATO sammitinin açılışından öncə baş tutacaq. Türkiyənin bu sammitdə iştirakı bizim mövqeyimizdən döndüyümüz anlamına gəlmir", - deyə İ.Kalın bildirib.
27-06-2022, 10:36 | Böyük Britaniya Kiyevdə dəmir yollarını bərpa edəcək

Böyük Britaniya hökuməti Ukraynadan taxıl ixracını asanlaşdırmaq üçün bu ölkədə dəmir yollarının bərpasına 10 milyon funt-sterlinqə qədər vəsait ayıracaq.
APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Consonun ofisi bəyanat yayıb.
Bildirilirki, krallıq və onun müttəfiqləri Rusiyanın dünya ərzaq qiymətlərinə təsirinin qarşısını almağa qərarlıdır.
Ərzaq böhranının dünyada 47 milyon insanı humanitar fəlakət riski ilə üz-üzə qoyduğu qeyd olunub.
Həmçinin aclıq riskinin gələn ay artacağı təhlükəsi olduğu qeyd olunub.
27-06-2022, 10:24 | "Ukraynaya raket zərbələrinin bütün iştirakçılarını tapacağıq" - Zelenski

Ukraynaya raketlərin buraxılmasını təmin edən bütün pilotlar, dispetçerlər, texniklər və bütün digər insanlar başa düşməlidirlər - hamınızı tapacağıq".
"report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
"Hər biriniz bu zərbələrə görə məsuliyyət daşıyacaqsınız. Əgər kimsə "əmr belə olub" deyərək məsuliyyətdən yayınacağını hesab edirsə, yanılır".
"Raketlərinizin evlərimizi vurmaları müharibə cinayətləridir. Məhkəmə - sizi gözləyən budur. Siz heç bir yerdə gizlənə bilməyəcəksiniz - nə raketlərinizin atıldığı Xəzər dənizinin sahilində, nə də Belarusda, heç yerdə", - Zelenski deyib.
27-06-2022, 10:17 | Zelenskidən Belarus vətəndaşlarına müraciət: “Sizi müharibəyə sürükləyirlər”

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus vətəndaşlarına "Sizi müharibəyə cəlb edirlər" müraciəti ilə çıxış edib.
"Mən Belarus vətəndaşlarına müraciət etmək istəyirəm. İnsanlara - həm mülki şəxslərə, həm də hərbi rütbəlilərə. Sizi müharibəyə sürükləyirlər", dövlət başçısı axşam videomüraciətində bildirib.
"Və fevral və yaz aylarında olduğundan daha aktiv (şəkildə-red). Rusiya artıq sizin üçün hər şeyi qərara alıb - sizin həyatınız onlar üçün heç bir əhəmiyyəti yoxdur", - Zelenski vurğulayıb.
"Ancaq siz qul deyilsiniz və top "əti" deyilsiniz", - dövlət başçısı deyib: "Siz ölməməlisiniz. Və başqasının sənin üçün nə olacağına qərar verməsinə icazə verə bilməzsən".
"report
24-06-2022, 13:14 | Zaxarovanın İrandakı bu fotosu maraqla qarşılandı

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 22-23-ü İranda rəsmi səfərdə olub.
"Qafqazinfo"ya istinadən bildirir ki, bu səfərdə Lavrovu müşayiət edən Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarovanın fotosu böyük maraqla qarşılanıb.
Belə ki, fotodan Zaxarovanın nazirlərin birgə mətbuat konfransı zamanı libasının üzərindən qara rəngli üst geyimi geyinib başını örpəklə örtməsi diqqət çəkib.
Sözügedən fotonu isə Zaxarova öz rəsmi teleqram kanalında paylaşıb.


















