15-10-2023, 06:39 | “Qəzza zolağında 300-ə yaxın Türkiyə vətəndaşı var”

“Qəzza zolağında 300-ə yaxın Türkiyə vətəndaşı var”.
Respublica.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə keçirilən mətbuat konfransında məlumat verib.
“Biz Misir və İsrail hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edirik. İçəridə 300-ə yaxın Türkiyə vətəndaşı var. Onlardan 30-nu təxliyə edə bildik. Sərhəd qapısı bağlı olduğundan hazırda işimiz davam edir. Biz bu gündən etibarən həm indi, həm də silahlar susdurulduqdan sonra Misirlə və digər tərəfdaşlarımızla bu mövzularda nələr edilə bilər, nələr edilməlidir, fikir mübadiləsi aparmağa başlamışıq”, - deyə Fidan bildirib.
Respublica.Az
13-10-2023, 09:59 | Rusiya 1 gündə Ukraynada 1000-dən çox hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1030 hərbçisini itirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 285 920 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 26 tank, 49 zirehli döyüş maşını, 44 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.//Modern.az //
13-10-2023, 09:57 | Fransa erməniləri və Ermənistanı vecinə almır - Aleksanyan

Fransa Qarabağ münaqişəsində Ermənistana necə kömək etdi? Sadə sual. Ən azı bir nümunə verin. Konkret misal gətirin ki, Fransa bu problemi Ermənistanın xeyrinə həll edib.
axar.az-a istinadən bildirir ki, bunu erməni bloger Natali Aleksanyan Feysbuk səhifəsində yazıb.
"İki müharibə, ərazi itkiləri, "dqr"in süqutu, Qarabağ ermənilərinin köçürülməsi - Ermənistan qara günlər gördü, bəs o vaxt Fransa harada idi? Niyə Fransa Ermənistanı yalnız sözlə dəstəkləyir, hətta hər şey artıq arxada qaldığı halda? Fransanın nə etdiyini sizə deyimmi? Bizə şirin sözlərlə yaltaqlanır və kömək əlini uzatmadan səssizcə baxmağa başlayır. Qarabağ müharibələri zamanı nə qədər fransız silahı alınıb? Bu müharibələrdə nə qədər fransız ölüb? Başa düşmürsünüz ki, Fransanı nə biz, nə də ölkəmiz maraqlandırır? Parisə bir şey lazımdır: Ermənistan-Azərbaycan münaqişəsi heç vaxt səngiməsin. Fransa heç vaxt bu münaqişənin bir hissəsi olmayacaq, Fransa yalnız erməniləri və türkləri bir-birinə qarşı qoymaqla məşğuldur. Yaxşı, bunu nə vaxt başa düşəcəyik?", - Aleksanyan bildirib.
13-10-2023, 09:53 | Zelenskinin Brüsselə getmə səbəbi barədə maraqlı iddia

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın diqqətinin İsrailə yönələ biləcəyindən qorxaraq, NATO ölkələri müdafiə nazirlərinin görüşünə şəxsən gedib.
Bu barədə "El Mundo" nəşri yazır.
"Çərşənbə axşamı Zelenski gözlənilmədən NATO müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə getdi", - şərhdə bildirilib.
Nəşr qeyd edib ki, bu cür davranış son vaxtlar Kiyevi bürüyən həddindən artıq narahatlıqdan qaynaqlanır. Belə ki, problem ABŞ-dan gələn həyəcan siqnalları ilə əlaqədardır.
İlk növbədə, ukraynalılar Qəzza zolağında gözlənilən müharibənin təkcə medianın deyil, həm də dünyanın xarici siyasət qurumlarının, xüsusən ABŞ-ın diqqət mərkəzində olacağından qorxurlar.
13-10-2023, 09:50 | İran bizə görə Türkiyə ilə savaşa girəcək? - Qasparyan

İran Ermənistana görə Türkiyə ilə toqquşmayacaq.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş baş müşaviri Arsen Qasparyan deyib.
Qasparyanın sözlərinə görə, Tehran Qafanda konsulluq açmaqla artıq ciddi addım atıb:
"Ancaq Türkiyə-Azərbaycan təcavüzü halında İrandan hər hansı hərbi müdaxiləni gözləməyimiz əbəsdir. İran tərəfinin "qırmızı xətlər"lə bağlı səsləndirdiyi bütün bəyanatlar ("Ermənistan sərhədləri İranın qırmızı xəttidir" - red.) sadəcə söz olaraq qalır. Düşünmürəm ki, İran Ermənistan ərazisinə görə Türkiyəyə qarşı hərbi əməliyyatlar keçirsin. Onlar yenə də bəyanatlarla kifayətlənəcəklər".
O bildirib ki, Tehranın NATO-nun ikinci ən güclü ordusu ilə müharibəyə başlaması istisnadır.
Qasparyan Türkiyənin Azərbaycandan Naxçıvana gedən yol ilə bağlı ritorikasında dəyişiklikləri də şərh edib:
"İndiki mərhələdə müxtəlif bəyanatlar verilə bilər, xüsusən də parlaq diplomatiya aparan Türkiyə tərəfindən. Onların Ermənistandan keçən yol variantı var, bu, 9 (10) noyabr tarixli sənəddə göstərilib, amma orada "dəhliz" sözü yoxdur. Söhbət kommunikasiyaların açılmasından gedir, sənədə əsasən, buna Rusiya Federasiyası FSB-nin sərhədçiləri nəzarət edəcək.
Hazırda Türkiyə və Azərbaycan ikinci variantı - İran vasitəsilə - düşünürlər, lakin bir məqamı nəzərə almaq lazımdır, Ankara və Bakının imzaladığı Şuşa Bəyannaməsində "Zəngəzur dəhlizi"nin adı çəkilir".
Qasparyan əlavə edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) son iclasında Ermənistan növbəti diplomatik uğursuzluğa düçar olub. Belə ki, KTMT və Aİİ üzvləri - Qazaxıstan və Qırğızıstan faktiki olaraq, Türkiyə və Azərbaycanla Ermənistanın suveren ərazisi ilə bağlı sənəd qəbul ediblər.
"Bütün bunlar onu deməyə əsas verir ki, Bakı və Ankaranın planları dəyişməyib. Onlar başqa layihələri İranla da müzakirə edə bilərlər. Bu, diplomatik çeviklikdir - hansı variantın daha sərfəli olduğunu anlamaq üçün...", - Qasparyan yekunlaşdırıb.//milli.az//
13-10-2023, 09:44 | İsrail Müdafiə Ordusu Qəzza sakinlərinə çağırış etdi

İsrailin Müdafiə Ordusu Qəzza şəhərinin sakinlərini Qəzza zolağının cənubuna getməyə çağırıb.
Bu barədə məlumatı İsrail ordusu yayıb.
"İsrail Müdafiə Ordusu Qəzza şəhərinin bütün dinc sakinlərini öz təhlükəsizlikləri üçün cənuba getməyə çağırır. Geri dönməklə bağlı digər göstəriş verildikdən sonra şəhərə qayıda bilərsiniz", - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, HƏMAS terrorçuları dinc sakinlərin yaşadığı evlərin altında tunellərdə və binaların içərisində gizlənir.
13-10-2023, 09:41 | Türkiyə şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin çavuşu Musa Esat Kaya şəhid olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, o, İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin açdığı atəş nəticəsində şəhid olub.
report
12-10-2023, 17:43 | Bayraqdar: Ursula fon der Leyen ikiüzlüdür

Səlcuq Bayraqdar Ukrayna və Fələstində müharibə ilə bağlı ikili standartlar nümayiş etdirməsi fonunda Avropa Komissiyasının sədri Ursula fon der Leyeni ikiüzlü adlandırıb.
O,bu barədə sosial media hesabında yazıb.
"İkiüzlülüyün ideal mənzərəsini necə çəkmək olar", - Bayraqdar Ursula fon der Leyenin bəyanatını şərh edərkən yazıb.
O, başqa paylaşımında isə bunları qeyd edib:
"Allah bütün məzlumlara kömək olsun. Həqiqətən, O, qüdrətlidir, duaları eşidəndir".
5-11-2022, 12:50 | Xersonda komendant saatı elan edildi

Rusiyanın ilhaq etdiyi Xerson vilayətində bir günlük komendant saatı elan edilib.
Bunu Xerson vilayət rəhbərinin müavini Kirill Stremousov deyib.
Bildirilib ki, Xersonda komendant saatı elan edilən zaman Rusiyanın ilhaq etdiyi Donetskdə Ukrayna Silahlı Qüvvələri tərəfindən hücumlar həyata keçirilib. Donetskdən verilən açıqlamada Ukraynanın hücumları zamanı Makiivka və Horlivka ilə yanaşı, Donetsk mərkəzinə də 26 top mərmisinin düşdüyü bildirilib. Bu hücumlar zamanı can və ya mal itkisinin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
16-09-2022, 15:44 | Türk Dövlətləri Təşkilatı Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştiraka hazırdır - Baş katib

Türk Dövlətləri Təşkilatı Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etməyə hazırdır.
Trend-ə istinadən bildirir ki, bunu Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bu forumda iştirak etmək türkdilli dövlətlər üçün böyük şərəfdir.
"Mən dəfələrlə səfərim zamanı həm dövlət başçısı, həm də nazirliklər səviyyəsində işğaldan azad edilmiş ərazilərin bərpası sahəsində əməkdaşlığımızı müzakirə etmişəm. Bu gün keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara qayıdışı üçün çox böyük işlərin icra edildiyini görürük. Biz həmçinin Azərbaycanın bu əraziləri necə fəal və sürətlə bərpa etdiyini görməkdən məmnunuq və bu işlərdə iştirak etməkdə maraqlıyıq", - deyə B.Amreyev bildirib.
Həmçinin, baş katibin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması region ölkələri arasında əməkdaşlıq üçün böyük potensiala malikdir.


















