16-09-2022, 15:30 | Paşinyan Putinlə danışdı: Vəziyyət gərgindir!

Paşinyan Putinlə danışdı: Vəziyyət gərgindir!





Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Report"a istinadən xəbər verir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Nikol Paşinyan vurğulayıb ki, hazırda sərhəd nisbətən sakit olsa da, vəziyyət gərgin olaraq qalır.

Bildirilib ki, ölkə liderləri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

26-08-2022, 10:46 | "Region ölkələrinin Türkiyədən öyrənməli olduğu çox şey var"

"Region ölkələrinin Türkiyədən öyrənməli olduğu çox şey var"


Türkiyə dini və etnik faktorlardan asılı olmayaraq bütün Balkan ölkələri ilə münasibətlərdə balanslı yanaşmaya riayət edir.

Trend-ə istinadən bildirir ki, bunu Şimali Makedoniya prezidenti Stevo Pendarovski Türkiyə ilə Balkan ölkəsi arasında diplomatik əlaqələrin 30-cu ildönümü münasibətilə təşkil edilən "Anadolu" agentliyinə eksklüziv müsahibəsində deyib.

"Türkiyə heç vaxt Balkanlarda region xalqlarını fərqləndirən yanaşmalar nümayiş etdirməyib. Bu, ilk növbədə, Qərbi Balkanlara aiddir", - makedoniyalı siyasətçi bildirib.

O qeyd edib ki, region ölkələrinin Türkiyədən öyrənməli olduğu çox şey var.

Pendarovski Ankara ilə Skopye arasında əməkdaşlığın bundan sonra da iki ölkənin və xalqların mənafeyinə uyğun olaraq inkişaf edəcəyinə əminliyini ifadə edib.

26-08-2022, 10:44 | Bu ölkədə keçmiş prezident korrupsiya faktlarını etiraf etdi

Bu ölkədə keçmiş prezident korrupsiya faktlarını etiraf etdi


Qarşıdan gələn seçkilərdə yenidən namizədliyini irəli sürən Braziliyanın keçmiş prezidenti Luiz İnasio Lula da Silva (2003-2010) lideri olduğu İşçi Partiyasında hakimiyyətdə olduğu illərdə korrupsiya faktlarını etiraf edib.

Trend-ə istinadən bildirir ki, 2018-2019-cu illərdə Lula da Silva korrupsiya ittihamı ilə 580 gün həbsdə qalıb və bu, onun o vaxtkı seçki yarışında iştirakına mane olub.
Ətraflı

Eyni zamanda, Lula da Silva özü də həmişə günahsızlığından danışaraq, siyasi məqsədlər üçün ədalətdən sui-istifadənin qurbanı olduğunu bəyan edib.

O, dövlət başçısı seçiləcəyi təqdirdə, korrupsiyaya qarşı mübarizəni gücləndirəcəyinə, o cümlədən dövlət idarəçiliyində daha çox şəffaflığın təmin edilməsinə söz verib.


1-07-2022, 15:37 | Putinin hədəsi təsir etdi - Finlandiya geri çəkildi

Putinin hədəsi təsir etdi - Finlandiya geri çəkildi



Hazırda Finlandiyada NATO qüvvələrinin yerləşdirilməsinə ehtiyac yoxdur.

Bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.

"Hazırda öz ərazimizdə NATO qüvvələrini yerləşdirməyə ehtiyac yoxdur. Şimali Atlantika Alyansının kollektiv təhlükəsizliyin təmin edilməsi planlarını dəstəkləyirik. Finlandiyanın Rusiya ilə ümumi sərhədi var və indi ora təhlükəsizdir", - deyə nazir bildirib.

Bununla belə, Haavisto əlavə edib ki, Finlandiya tərəfi istənilən fövqəladə vəziyyətə hazır olmaq istəyir.

Qeyd edək ki, Rusiya lideri Putin NATO hərbi infrastrukturunun İsveç və Finlandiyada yerləşdirilməsi halında buna adekvat cavab verməyə məcbur olacağı haqda xəbərdarlıq etmişdi.

28-06-2022, 09:16 | “Regionun simasını dəyişən layihələri can Azərbaycanla birgə həyata keçirmişik”

“Regionun simasını dəyişən layihələri can Azərbaycanla birgə həyata keçirmişik”



"Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, TANAP qaz boru kəməri kimi layihələr regionumuzun simasını dəyişib. Bunları Azərbaycanla, can Azərbaycanla birlikdə həyata keçirmişik".

Bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.


Yeni əlaqələrin yaradılmasının regiona müsbət təsir edəcəyini vurğulayan Çavuşoğlu bildirib ki, Türkiyə enerji və enerji infrastrukturu sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyir.


28-06-2022, 09:12 | Adanada yüksəkkeyfiyyətli neft yatağı aşkarlanıb - Ərdoğan açıqladı

Adanada yüksəkkeyfiyyətli neft yatağı aşkarlanıb - Ərdoğan açıqladı



"Adanada neft axtarışı işləri apararaq qazdığımız iki quyuda yüksəkkeyfiyyətli neft aşkarlamışıq. Yataqdakı ehtiyat təxminən bir milyard dollar qiymətləndirilib".

"qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra açıqlamasında bildirib.

Gündəlikdə duran digər məsələlər barədə danışan dövlət başçısı, inflyasiyaya qarşı tədbirlər, əməkhaqqının artırılması, terrorçuluqla mübarizə məsələsinə toxunaraq bildirib ki, NATO dövlət başçılarının İspaniyada keçiriləcək zirvə görüşündə PKK/YPG, FETÖ kimi terror təşkilatlara münasibətdəki riyakarlığa dair dəlillər faktlar əsasında tərəflərə təqdim olunacaq.

28-06-2022, 09:02 | NASA ABŞ-dan kənarda kosmik raket buraxıb

NASA ABŞ-dan kənarda kosmik raket buraxıb



ABŞ Aerokosmik Agentliyi NASA ilk dəfə ABŞ-dan kənarda kosmik raket buraxılışı həyata keçirib.

APA-ya istinadən xəbər verir ki, Avstraliyadakı Anhem kosmik mərkəzindən buraxılan raket astrofiziki tədqiqatlar məqsədilə istifadə olunub.

Layihə sadəcə cənub yarımkürəsindən izlənilməsi mümkün olan kosmik hadisələri müşahidə etməyə imkan verir. Raketin topladığı məlumatlar ulduzlardan yayılan şüaların həyatın mümkün ola biləcəyi planetlərə təsirlərinin araşdırılmasında istifadə ediləcək. Növbəti raket buraxılışı iyulun 4-nə nəzərdə tutulub.


28-06-2022, 08:54 | ABŞ-da sərnişin qatarı relsdən çıxıb: 3 ölü, 13 yaralı


ABŞ-da sərnişin qatarı relsdən çıxıb: 3 ölü, 13 yaralı


ABŞ-ın Missuri ştatında qatarın relsdən çıxması nəticəsində 3 nəfər ölüb.

Bu barədə "CNN" telekanalı yerli rəsmilərə istinadla məlumat yayıb.

Bİldirilir ki, qatar yük avtomobili ilə toqquşub, nəticədə 246 sərnişini daşıyan qatarın bir neçə vaqonu relsdən çıxaraq aşıb.

Qatardakı iki sərnişin və yük avtomobilinin sürücüsü hadisə yerində vəfat ediblər, azı 13 nəfər yaralanıb.

Hadisə qurbanlarının sayının artacağı istisna edilmir.

28-06-2022, 08:49 | ABŞ son 50 ilin ən böyük əsgər qıtlığl ilə üzləşib

ABŞ son 50 ilin ən böyük əsgər qıtlığl ilə üzləşib



ABŞ Ordusunda hərbi xidmətə yararsız şəxslərin saylarının artması fonunda könüllülərə ciddi ehtiyac yaranıb.

Trend-ə istinadən bildirir ki, yaranmış vəziyyət, təxminən 50 ildə ən böyük əsgər çatışmazlığına gətirib çıxarıb.

Qeyd olunur ki, sentyabrın 30-da başa çatacaq müqavilə əsasında hərbçilərin qəbulu üzrə ümumi illik plan iyun ayına cəmi 40 faiz yerinə yetirilib.


Bundan əlavə, Pentaqonun daxili araşdırması göstərib ki, hərbi xidmətə yararlı olanların yalnız 9%-i hərbi xidmətə getməyə hazırdır. Qeyd olunur ki, bu, 2007-ci ildən bəri rekord minimumdur.

Respondentlərin 57%-i xidmət başa çatdıqdan sonra emosional və psixoloji çətinliklərlə üzləşmək istəmədiklərini, respondentlərin yarısı isə mümkün fiziki xəsarətlərdən qorxduqlarını bildirib.


28-06-2022, 08:36 | Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb


Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu, yoluxma nəticəsində ölənlərin sayı isə 6,32 milyonu ötüb.

Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bazar ertəsi yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, pandemiyanın başlamasından indiyədək 540 923 532 nəfər infeksiyaya yoluxub, onlardan 6 325 785 nəfər ölüb.

Beləliklə, təşkilatın son bülleteninin dərc edildiyi iyunun 23-dən sonra yoluxanların sayı 1 590 289 nəfər, ölənlərin sayı 2 989 nəfər artıb.

Dünya ölkələri arasında koronavirusa yoluxmuş insanların sayına görə ABŞ 85 673 420 yoluxma sayı ilə ilk pillədə qərarlaşıb. İlk üçlüyə Hindistan (43 407 046) və Braziliya (31 890 733) daxildir.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.