11-11-2021, 10:45 | ABŞ-dan ŞOK PLAN: Türkiyəni təkləmək üçün 8 ölkəyə təzyiq göstərib... - AKAR AÇIQLADI

ABŞ-dan ŞOK PLAN: Türkiyəni təkləmək üçün 8 ölkəyə təzyiq göstərib... - AKAR AÇIQLADI

Türkiyəyə "Patriot"ları satmayan və Rusiyadan "S400" aldığı üçün CAATSA-nı işə alan ABŞ-ın şok planı üzə çıxıb.

Bu barədə "Hürriyətə" Türkiyə Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.

Nazir deyib ki, ABŞ Ankaranı "F-35" programından kənarlaşdırmaq üçün "F-35" konsorsiyumuna imza atan digər 8 ölkəyə təzyiq göstərərək anlaşmadan çıxardıb:

"9 ölkənin birləşərək qurduğu F-35 konsorsiumundan 8 ölkə çıxdı. Beləliklə, Türkiyə layihədə tək qaldı. Nəticədə F-35 ortaqlığı Türkiyəsiz yenidən quruldu".

"ABŞ rəsmiləri ilə təmaslarımız davam edir. İlk görüş Ankarada keçirilib. Yaxın aylarda ABŞ-da görüşün keçirilməsi qərara alınıb. İndiyə qədər etdiyimiz xərclər və 6 təyyarənin vəziyyəti ilə bağlı müzakirələr davam edir, - Akar qeyd edib.

11-11-2021, 10:36 | Bayden və Si Cinpin arasında virtual sammitin keçiriləcəyi tarix bilindi

Bayden və Si Cinpin arasında virtual sammitin keçiriləcəyi tarix bilindi

ABŞ prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpinin arasında virtual sammitin keçirilməsi noyabrın 15-nə planlaşdırılıb.

Trend bildirir ki, bu barədə ABŞ adminsitrasiyasındakı mənbəyə istinadən "Politico" xəbər verib.

Mənbənin sözlərinə görə, sammit noyabrın 15-i Vaşinqton vaxtı ilə axşam saatlarında keçiriləcək.

Xatırladaq ki, daha əvvəl C.Bayden və Si Cinpin arasında virtual sammitin keçiriləcəyini tərəflər təsdiqləyib. Lakin sammitin keçiriləcəyi tarix barədə rəsmi açıqlama verilməyib.

10-11-2021, 08:51 | Kanadada "Pfizer" peyvəndinin 3-cü dozasının istifadəsinə razılıq verilib

Kanadada "Pfizer" peyvəndinin 3-cü dozasının istifadəsinə razılıq verilib


Kanada Səhiyyə Nazirliyi 18 yaşdan yuxarı insanlar üçün Pfizer / BioNTech şirkətinin koronavirusa qarşı peyvəndinin "buster" dozasının istifadəsinə razılıq verib.

Trend-in məlumatına görə, bu barədə CBC televiziya kanalı xəbər verib.

Əlavə - üçüncü doza - ilk iki doza isə peyvənd olunduğunda altı ay sonra vurula bilər.

Bildirilib ki, üçüncü doza koronavirusa yoluxmasından yüksək səviyyədə qorunma saxlamaq üçün lazımdır.

10-11-2021, 06:50 | Bu kənddə qadınların saçının uzunluğu 2 metrə çatır

Bu kənddə qadınların saçının uzunluğu 2 metrə çatır


Dünyanın bir çox yerində etnik qruplar mövcuddur.

Bunlardan biri də üç milyon əhalisi olan Şimali Çin dağlarında yaşayan Qızıl Yao qrupudur.

Qızıl Yao həyat tərzləri və mədəniyyəti ilə Çində olan digər etnik qruplardan çox fərqlənirlər.

Qızıl Yaonun yaşadığı kənd 2002-ci ilə qədər sivilizasiyadan uzaq olub. Çin hökuməti düyü tarlaları arasında yerləşən bu kəndi turizm islahatı proqramı ilə tanıdaraq, turistlərin buraya rahat gəlib-getməsini təmin edib.

Çinin Huanqluo kəndində yaşayan qadınlar saçlarının çox uzun olması ilə diqqət çəkirlər. Belə ki, burada qadınların saçının uzunluğu 1,7 metr civarındadır. Buna görə də qadınların saçlarını yuması bəzən bir neçə saat vaxt alır.

Bu qrupun üzvləri eyni zamanda uzunömürlü olması ilə diqqət çəkir. Bu da onların sağlam qidalanması ilə bağlıdır.

Yaonun kişiləri və qadınları əksər hallarda bir-biriləri ilə evlənərlər. Kişilər əksər hallarda arvadının ailəsi ilə birgə yaşayırlar.

Evli qadınlarla subay qadınlar arasında saç fərqi də var.

Məsələn, subay qadınlar saçlarını yaylıqla bağladığı halda, evli qadınlar tellərini düymə ilə sarırlar.

1980-ci ilə qədər bir kişi evli olmayan gənc qızın saçını qısa görərdisə, o qız 3 il müddətində ona xidmət etmək məcburiyyətində qalırdı.

Amma artıq bu ənənə qüvvədə deyil. Qadınlar uzun saçların onlara bolluq, bərəkət gətirdiyinə inanırlar. Onlar həyatlarında sadəcə, bir dəfə saçlarını kəsdirirlər. O da 16 yaşında ər axtarmağa başlayanda...

qafqazinfo

9-11-2021, 08:23 | ABŞ və Qazaxıstan iqtisadi əlaqələri möhkəmləndirmək niyyətindədirlər

ABŞ və Qazaxıstan iqtisadi əlaqələri möhkəmləndirmək niyyətindədirlər

ABŞ-ın ticarət nümayəndəsi Ketrin Tai və Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov Vaşinqtonda keçirilən görüşdə iki ölkə arasında iqtisadi əlaqələri möhkəmləndirmək niyyətlərini bəyan ediblər.

Tərəflər iqtisadi əlaqələrin gücləndirilməsinə dair ortaq öhdəliklərinə sadiqliyin ifadə edib və işçilərin hüquqları, rəqəmsal ticarət, kənd təsərrüfatı standartları və ticarətin asanlaşdırılması kimi ümumi maraqların əsas sahələrini müzakirə ediblər.

ABŞ Ticarət Nümayəndəsi hər iki ölkədə iqtisadi təhlükəsizliyi və işçilərin rifahını artıran inklüziv, işçiyönümlü ticarət siyasəti üçün öz baxışını açıqladı, həmçinin Vaşinqton administrasiyasının ABŞ-ın Mərkəzi Asiya ilə ticarət əlaqələrini dərinləşdirməyə sadiqliyini vurğuladı.

Bundan əlavə, Tai Ümumdünya Ticarət Təşkilatının qarşıdan gələn nazirlər konfransına sədrlik etdiyi üçün Qazaxıstana təşəkkür edib.



Trend

9-11-2021, 08:09 | İstanbulun rəmzləri Azərbaycan bayrağının rənglərində işıqlandırılıb - FOTO

İstanbulun rəmzləri Azərbaycan bayrağının rənglərində işıqlandırılıb - FOTO

Azərbaycanın Vətən müharibəsində əldə edilən Zəfərin birinci ildönümü münasibətilə İstanbulun iki qitəsini birləşdirən "Fatih Sultan Mehmet" və "Yavuz Sultan Səlim" körpüləri, eləcə də tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

Tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi və Quru Yolları Baş İdarəsinin dəstəyi ilə baş tutub.

İşıqlandırma noyabrın 7-i və 8-i olmaqla iki gün davam edib.




8-11-2021, 06:19 | ABŞ Əfqanıstana yardımı davam etdirir

ABŞ Əfqanıstana yardımı davam etdirir
ABŞ hökuməti Əfqanıstana yardımı Taliban hökuməti deyil, humanitar təşkilatların vasitəsi ilə davam etdirmək niyyətindədir.

ABŞ prezidentinin regional təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan "CNN" televiziyasına müsahibəsində bildirib.

Sallivan bildirib ki, inklüziv hökumət formalaşmadığı üçün Əfqanıstana birbaşa yardım edilmir: "Hazırda ABŞ Əfqanıstana humanitar yardımla bağlı ən böyük donordur. Təkcə bu il beynəlxalq təşkilatlar və QHT-lər vasitəsi ilə ölkəyə yarım milyard dollar həcmində yardım verilib. Lakin hələlik vəsaiti birbaşa Taliban hakimiyyətinə verə bilmərik".

Ceyk Sallivan həmçinin əlavə edib ki, ABŞ silahlı qüvvələrinin Əfqanıstandan çıxarılması doğru addım olub.

7-11-2021, 10:18 | Meksikada ağır yol qəzası - 19 ölü

Meksikada ağır yol qəzası - 19 ölü

Meksikanın paytaxtı Mexikonu Puebla şəhəri ilə birləşdirən avtomobil yolunda yük maşını altı avtomobilə çırpılıb.

Yol qəzasında 19 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Toqquşmadan sonra bir neçə avtomobil tamamilə yanıb, ilkin ehtimala görə qəzaya səbəb yük avtomobilinin əyləc sistemində yaranan nasazlıq olub. Ölənlər arasında yük avtomobilinin sürücüsüdə var.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub, yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.




5-11-2021, 05:43 | Latviyada peyvənd olunmayan işçilər işdən çıxarılacaq

Latviyada peyvənd olunmayan işçilər işdən çıxarılacaq

Latviya parlamenti yekun oxunuşda COVID-19-un yayılmasına nəzarət haqqında qanuna düzəlişləri qəbul edib. Dəyişikliklərin lehinə 52 deputat, əleyhinə 27 deputat səs verib, 2 deputat bitərəf qalıb. Düzəlişlər işəgötürənə peyvənd və ya xəstəliyi təsdiq edən arayış olmadan işçiləri işdən çıxarmaq hüququ verir.

Həmçinin işəgötürənin işçidən COVID-19 sertifikatı tələb etmək hüququ var. İşçi 10 iş günündən gec olmayaraq peyvənd olunmağa borcludur. Noyabrın 15-dək işçi peyvənd prosesinə başlamazsa və ya başa vurmazsa, o zaman işəgötürənin onu işdən çıxarmaq hüququ olacaq. Bundan əlavə, işəgötürən, özəl sektorda çalışan işçinin işdən çıxarılması halında onun maaşını saxlaya bilər. Dövlət sektorunda bu seçim təmin edilmir. Qanun layihəsi Latviya prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

5-11-2021, 05:41 | "Fevrala qədər Avropada daha yarım milyon insan koronavirusdan ölə bilər"

"Fevrala qədər Avropada daha yarım milyon insan koronavirusdan ölə bilər"


Peyvənd edilmədən və epidemioloji təhlükəsizlik tədbirlərinə əməl olunmasa, 2022-ci ilin fevralına qədər Avropada qitənin yarım milyon sakini COVID-19-dan ölə bilər. bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa departamentinin rəhbəri Hans Klüge deyib.

"Hazırda ölüm hallarının 75 faizi 65 və daha yuxarı yaşda olan insanlarda baş verir. Proqnozlara görə, belə davam edərsə, 2022-ci il fevralın 1-nə qədər COVID-19-dan əlavə yarım milyon ölümün şahidi olacağıq", - Klüge bildirib.

ÜST rəsmisinin sözlərinə görə, regionun 43 ölkəsi xəstəxana çarpayılarının çatışmazlığı ilə üzləşəcək.

Klüge həmçinin vurğulayıb ki, təşkilat regiondakı vəziyyətdən narahatdır. Belə ki, son həftələrdə Avropanın 57 ölkəsində bütün yaş qruplarında yoluxmaların sayı 55 faiz artıb. O, yeni halların koronavirusun "delta" ştammı ilə əlaqəli olduğunu qeyd edib. Bu səbəbdən ÜST 23 ölkənin koronavirusun yayılması ilə mübarizə tədbirlərini gücləndirmək qərarını dəstəkləyib və 7 dövlətin məhdudiyyətləri aradan qaldıran qərarı narahatlığa səbəb olub.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.