20-10-2021, 09:15 | BMT Şimali Koreyanın raket sınaqlarından narahatdır

BMT Şimali Koreyanın raket sınaqlarından narahatdır



BMT Şimali Koreyanın raket sınaqlarından narahatdır və bu ölkənin rəhbərliyini Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün səylərini bərpa etməyə çağırır.

Bu barədə brifinq zamanı BMTBaş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak deyib.

F.Hak bildirib: "Dənizdən atılan ballistik raket də daxil olmaqla, Koreya Xalq Demokrtain Respublikasının [raket -red.] sınaqları xəbərləri bizi narahat edir. BMT Baş katibinin dəfələrlə bəyan etdiyinə diqqətinizi yönəltmək istəyirəm. Biz dəfələrlə KXDR rəhbərliyini BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq öhdəliklərinə tam əməl etməyə çağırmışıq".

"Eyni zamanda, biz KXDR rəhbərliyini davamlı sülh, Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı diplomatik səyləri dərhal bərpa etməyə çağırırıq", - deyə rəsmi nümayəndənin müavini qeyd edib.

20-10-2021, 09:11 | Türkiyə parlamenti Mali və Mərkəzi Afrika Respublikasında hərbi missiyanın mandatını uzadıb

Türkiyə parlamenti Mali və Mərkəzi Afrika Respublikasında hərbi missiyanın mandatını uzadıb



Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinin Mali və Mərkəzi Afrika Respublikasında hərbi missiya yerinə yetirmək səlahiyyətlərinin bir il müddətinə uzadılması ilə bağlı hökumətin müraciətini təsdiqləyib.

Bununla bağlı səsvermə oktyabrın 19-u keçirilib.

Verilən mandata uyğun olaraq, Türkiyə hərbçilərinə bu ölkələrin ərazisində daha bir il qalmaq üçün hüquqi imkan verilir.

Qeyd edək ki, Türkiyə hərbçilərinin Mali və Mərkəzi Afrika Respublikasında BMT əməliyyatları və missiyalarında iştirakı barədə qanun layihəsi oktyabrın 6-da Türkiyə parlamentinə təqdim edilib.

Trend

10-10-2021, 11:51 | Gürcüstanda son sutkada COVID-19-a 2 490 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb

Gürcüstanda son sutkada COVID-19-a 2 490 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb


Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 490 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 634 053, ölənlərin sayı isə 9 246 nəfərə çatıb. Virusa yoluxanlardan 600 524 (95%) nəfərin sağaldığı bildirilir.

10-10-2021, 11:36 | Müştəri maska taxmağı tələb edən mühafizəçini bıçaqlayıb

Müştəri maska taxmağı tələb edən mühafizəçini bıçaqlayıb


ABŞ-ın Nyu-York ştatında "App Store" mağazasının mühafizəçisi naməlum müştəri tərəfindən bir neçə dəfə bıçaq xəsarəti alıb.

Bu barədə yerli polisin açıqlamasında bildirilib.

Mühafizəçinin müştəriyə mağazaya daxil olarkən maska taxmaq xəbərdarlığı ikincinin narazılığına səbəb olub və aralarında mübahisə yaranıb.

Polisin məlumatına görə, sonradan mağazaya qayıdan naməlum müştəri "iti bir əşya" çıxarıb mühafizəçiyə bir neçə dəfə zərbə endirib. Zərərçəkən yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hazırda polis şübhəli şəxsi axtarır.


10-10-2021, 11:30 | ABŞ-da koronavirusun mümkün olan mənbəyi tapılıb

ABŞ-da koronavirusun mümkün olan mənbəyi tapılıb

Koronavirus Çinli mədənçidə aşkar edilən infeksiyadan tədricən inkişaf edə bilərdi. Həmin mədənçi 2012-ci ildə xəstəliyə yoluxub.

Trend-in məlumatına görə, bu barədə "Telegraph" qəzeti ABŞ alimlərinə istinadən xəbər verib.

2012-ci ildə Vuhanda mədənçilərdə tapılan naməlum virus COVID-19 pandemiyasının mümkün mənbəyi ola bilər. 2020 -ci ildə Vuhan laboratoriyasından sızmadan sonra virus insanlara yoluxmağa başladı.

ABŞ-ın Bioscience Resource Project təşkilatının icraçı direktoru Conatan Latem bildirib ki, viruslar bir insanın bədənində bir çox təkamül mərhələsindən keçə bilər:

"Nəzəriyyəmizə əsasən, bənzər bir təkamül 2012-ci ildə naməlum bir xəstəlikdən sonra mədənçilərin ağciyərlərində baş verib". Onun sözlərinə görə, sonra bilinməyən virusun Sars-Cov-2 formasında təkamülü altı ay ərzində baş verdi və 9 il sonra nümunələr laboratoriyadan kənara çıxıb.


10-10-2021, 11:18 | Moskvanın Bolşoy teatrında tamaşa zamanı aktyor faciəli şəkildə vəfat edib - FOTO

Moskvanın Bolşoy teatrında tamaşa zamanı aktyor faciəli şəkildə vəfat edib - FOTO


Moskvadakı Bolşoy teatrın səhnəsində mimik ansablın aktyoru 37 yaşlı Yegeni Kuleşa vəfat edib.

Faciəli hadisə "Sadko" operasının nümayişi zamanı tamaşaçıların gözü qarşısında baş verib.

Tamaşa zamanı dekorasiya aktyorun boynuna düşüb.

Dərhal pərdə bağlanıb və fasilə elan edilib.


10-10-2021, 11:10 | Banqladeşdə qayıq ilə yük gəmisinin toqquşması nəticəsində beş nəfər ölüb

Banqladeşdə qayıq ilə yük gəmisinin toqquşması nəticəsində beş nəfər ölüb


Banqladeşin Dəkkə şəhəri yaxınlığında Turaq çayında qayıq yük daşıyan gəmi toqquşub. Bundan sonra qayığın aşması nəticəsində ən azı beş nəfər həlak olub.

Bu barədə Sinxua agentliyi yerli təcili yardım xidmətinin növbətçisinə istinadən xəbər verib.

Məlumata əsasən, hadisə göyərtəsində 18 nəfər olan qayığın və yük gəmisinin toqquşması nəticəsində baş verib. Bildirilib ki, hazırda xilasedicilər bir qadın, bir qız və üç oğlanın cəsədini çıxarıblar. Bir neçə nəfərin itkin düşdüyü bildirilib.


10-10-2021, 11:07 | Konqoda Ebola xəstəliyinə yeni yoluxma hadisəsi qeydə alınıb

Konqoda Ebola xəstəliyinə yeni yoluxma hadisəsi qeydə alınıb


Konqonun Beni şəhərinin sakinləri ölkədə son Ebola epidemiyasının sona çatdığını elan etdikdən 5 ay sonra xəstəliyin yeni yayılması hadisəsinin təsdiqləndiyi xəbərini aldıqları üçün narahatlıqlarını ifadə ediblər. Epidemiyanın son yayıldığı müddətdə altı nəfər həlak olub.

Bu barədə ABC News televiziya kanalı xəbər verib.

Ölkənin Səhiyyə Nazirliyi və Milli Biotibbi Araşdırmalar İnstitutundan verilən məlumata görə, təxminən 3 yaşında olan uşaq Ebola xəstəliyi simptomlarının aşkar edildikdən sonra Beni şəhərindəki Butsili xəstəxanasına göndərilib.

Uşaq oktyabrın 6-da vəfat edib. Virusa yoluxması ilə bağlı testlərin nəticələri müsbət çıxıb.


10-10-2021, 11:04 | Nigeriyada silahlılar bazara hücum edib, ən azı 20 nəfər öldürülüb


Nigeriyada silahlılar bazara hücum edib, ən azı 20 nəfər öldürülüb


Nigeriyanın Sokoto ştatında bazara silahlıların hücumu nəticəsində ən azı 20 nəfər ölüb.

Bu barədə yerli hakimiyyət orqanları "Reuters" agentliyinə bildirib.

Məlumata əsasən, basqınçılar ən az 20 insanı öldürüb və doqquz avtomobili yandırıb.

Yerli hakimiyyətdən qeyd olunub ki, silahlılar motosiklet sürərək fərq qoymadan atəş açırdılar.


10-10-2021, 10:57 | Peruda 5,7 bal gücündə zəlzələ baş verib

Peruda 5,7 bal gücündə zəlzələ baş verib


Peruda 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geoloji xidməti xəbər verib.

Məlumata əsasən, yeraltı təkanların episentri Kusko şəhərindən təxminən 200 km şimalda olub. Zəlzələnin ocağı 13,5 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.