8-10-2021, 05:55 | Türkiyə və İran arasında siyasi məsləhətləşmələr keçiriləcək

Türkiyə və İran arasında siyasi məsləhətləşmələr keçiriləcək


Oktyabrın 8-i Anakarada Türkiyə və İran Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, siyasi məsləhətləşmələrdə iki ölkənin nümayəndə heyətlərinə XİN rəhbərlərinin müavinləri Sedat Onal və Ali Baqeri Keni rəhbərlik edəcəklər.

Məsləhətləşmələr zamanı ikitərəfli əlaqələrin vəziyyəti və perspektivləri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Trend

4-10-2021, 12:04 | Gürcüstanda daha 30 nəfər COVID-19-dan ölüb

Gürcüstanda daha 30 nəfər COVID-19-dan ölüb


Gürcüstanda ötən sutkada koronavirusa 867 yeni yoluxma faktı qeydə alınıb, 1 877 nəfər müalicə olunaraq sağalıb, 30 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 618 620 nəfərdə aşkarlanıb. Onların 591 668-i sağalıb, 9 068-i ölüb.

30-09-2021, 08:09 | İsveçdə bütün koronavirus məhdudiyyətləri qaldırıldı

İsveçdə bütün koronavirus məhdudiyyətləri qaldırıldı



İsveç, COVID-19 koronavirus pandemiyası səbəbiylə tətbiq edilən demək olar ki, bütün məhdudiyyətləri ləğv edir, xüsusən də indi kafe və restoranlara, habelə ictimai tədbirlərə məhdudiyyət olmadan baş çəkə bilərsiniz.

The Local qəzetinin yazdığına görə, ictimai yerlərdə masalar arasındakı məsafəni, bar və restoranlarda icazə verilən ziyarətçilərin sayını müşahidə etmək qaydası ləğv edilir. Əvvəllər qruplar bir-birindən ən az bir metr məsafə saxlamalı idilər. Üstəlik, səkkiz nəfərdən çox olmayan bir qrupun otaqda olmasına icazə verildi.

Qeyd edildiyi kimi, konsertlər və böyük idman tədbirləri də daxil olmaqla tədbirlərə qatılma ilə bağlı xüsusi qaydalar ləğv edildi. Ayrıca, tədbirə girmək üçün mənfi bir koronavirus testi nəticəsi və ya COVID-19 əleyhinə peyvənd sübutunu təqdim etmək də tələb olunmur.

Üstəlik, 2020-ci ilin yazından etibarən qüvvədə olan evdən işlə bağlı tövsiyələr ləğv edildi. Çərşənbə günündən etibarən işçilərə tədricən işlərinə qayıtmaları tövsiyə olunur. Əgər işçinin simptomları varsa, evdən işləyə bilər.

Eyni zamanda, koronavirus əleyhinə peyvənd edilməmiş şəxslər hələ də yaxın təmas dairəsindən kənarda olan insanlarla sosial uzaqlaşmanı saxlamalı və risk altında olan 70 yaşdan yuxarı insanlarla təmasdan çəkinməlidirlər.

İsveçdə, COVID-19 pandemiyasının başlanmasından bu yana 1.15 milyondan çox infeksiya aşkar edildi, 14.8 min ölüm faktı qeydə alındı.

30-09-2021, 08:07 | Türkiyədə son sutkada koronavirusdan 31 018 nəfər sağalıb

Türkiyədə son sutkada koronavirusdan 31 018 nəfər sağalıb



Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 227 nəfər vəfat edib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 355 442 nəfər test edilib, 29 386 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 31 018 nəfər sağalıb.


24-09-2021, 06:32 | “Bayraktar”lar Ukraynada da istehsal ediləcək

“Bayraktar”lar Ukraynada da istehsal ediləcək

Türkiyə ilə Ukrayna arasında müdafiə sahəsindəki əməkdaşlıq genişlənir.

Artıq məşhur "Bayraktar TB2" PUA-ları Ukraynada da istehsal ediləcək.

Bu barədə ölkənin xarici işlər naziri Dmitri Kuleba məlumat verib.

Onun sözlərinən görə, hazırda müvafiq hazırlıq işləri aparılır. Bu məqsədlə, ilk öncə Ukrayna ərazisində istehsal müəssisəsi qurulacaq.

XİN rəhbəri ölkəsinin təkcə adıçəkilən PUA-ların alışında deyil, həm də istehsalında maraqlı olduğunu bildirib.

23-09-2021, 06:38 | İlin sonunadək 100 milyon peyvənd dozası istifadəyə yararsız hala düşə bilər

İlin sonunadək 100 milyon peyvənd dozası istifadəyə yararsız hala düşə bilər

Koronavirus pandemiyasına qarşı mübarizədə dünyanın bir sıra ölkələrində peyvənd dozalarına böyük ehtiyac olduğu halda, inkişaf etmiş ölkələr əhalinin tələbatından artıq miqdarda peyvəndi anbarlarda saxlayır. Bu ilin sonunadək dünyada koronavirus əleyhinə 100 milyon peyvənd dozasının saxlanma müddəti başa çatacaq.

Məlumatların analizi üzrə ixtisaslaşmış "Airfinity" şirkətinin məlumatına görə, ən qısa zamanda həmin kontingent tələbat olan yerlərə yönəldilməsə, böyük həcmdə peyvənd ehtiyatı yararsız hala düşəcək. Qeyd edilib ki, istifadə edilməyən peyvənd dozalarının təxminən 40 faizi Avropa İttifaqı ölkələrindədir. Buna səbəb kimi yay aylarında yoluxma hallarının azalması fonunda əhalinin vaksinasiya kampaniyasında iştiraka meyilli olmaması, tələbatdan artıq peyvəndin alınması və həmçinin peyvənd inkarçılarının aktiv fəaliyyəti göstərilir.

Peyvənd dozalarını idxal etdikdən sonra əksər ölkələrdə müvafiq vaksinasiya kampaniyasını təşkil etmək üçün azı iki aylıq saxlanma müddətinə ehtiyac olduğunu nəzərə aldıqda, o zaman daha 40 milyon peyvənd dozasının aqibəti təhlükə altına düşür. Şirkətin hesablamalarına görə, qeyd edilən peyvənd dozaları ən qısa zamanda yoxsul ölkələrə göndərilsə, bu kontingent indiyədək alınan və yardım olaraq təqdim edilən peyvənd dozaları ilə birlikdə həmin ölkələrdə əhalinin 70 faizinin vaksinasiyası üçün yetərli ola bilər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) davamlı olaraq peyvənd dozalarının ədalətli bölgüsü üçün çağırışlar edir. Bildirilir ki, koronavirus peyvəndləmə kvotası aşağı olan ölkələrdə nə qədər çox yayılarsa, bu, onun yeni variantlarının yaranması təhlükəsini bir o qədər artırar. Yeni variantların yaranması isə peyvənd maddələrinin onlara qarşı daha az effektiv olması ilə nəticələnə bilər.



AZƏRTAC

23-09-2021, 06:29 | Fransalı siyasətçilər ölkəni NATO-dan çıxmağa çağırırlar

Fransalı siyasətçilər ölkəni NATO-dan çıxmağa çağırırlar


Avstraliya Fransa ilə sualtı qayıqların alınmasına dair müqavilədən imtina etdikdən sonra fransız siyasətçilər ölkənin NATO-dan çıxması məsələsini qaldırıblar.

Milli Birlik Partiyası ölkənin NATO-dan tamamilə çıxmasını, Respublikaçılar Partiyası təşkilatın fövqəladə Zirvə görüşünün çağırılmasını və Fransanın təşkilatın komandanlığından ayrılmasını tələb edib.

"Yenilməz Fransa" və Fransa Kommunist partiyaları da eyni fikri təkrarlayıb. Fransanın üzləşdiyi diplomatik böhranla əlaqədar fransız siyasi partiyalarından 2022-ci il prezident seçkilərinə namizədlər ölkənin NATO-dan çıxmasının vacibliyini bildiriblər. Bəzi siyasətçilər Fransanın NATO-nu tərk etməli və ABŞ asılılığından qurtulmalı olduğunu vurğulayıblar.



AZƏRTAC

23-09-2021, 06:22 | Avropa İttifaqı ölkələrində elektrovelosipedlərin sayı artır

Avropa İttifaqı ölkələrində elektrovelosipedlərin sayı artır


Avropa İttifaqı ölkələrində əsl elektrovelosiped bumu yaşanır.

Avropa İttifaqının Statistika Bürosu (Avrostat) tərəfindən aparılan tədqiqatların nəticələri bunu sübut edir. Ekoloji cəhətdən təmiz olan bu nəqliyyat növündən istifadə koronavirus pandemiyası dövründə daha sürətlə populyarlıq qazanıb. Cari ilin əvvəlində Avropa İttifaqına üzv ölkələrdəki şəxsi evlərdə belə nəqliyyat vasitəsi ötən illə müqayisədə 20 faiz çox idi. Təkcə Almaniyada bu ilin əvvəlində təqribən 7,1 milyon elektrovelosiped qeydə alınıb. Ötən il bu göstərici 5,9 milyona bərabər olub.

Lakin elektrovelosipedlərin sayının artması ilə yanaşı, qəzaların da sayı artıb. Məlumatlara əsasən, elektrovelosipedlə baş verən yol-nəqliyyat hadisələrində əvvəllər görünməmiş dərəcədə daha çox insan həlak olub. Xüsusilə nəzərəçarpan odur ki, bu, qəzaların daha az müşahidə edildiyi il ərzində baş verib. Qəzaların da ümumi sayı 2019-cu illə müqayisədə aşağı olub.



AZƏRTAC

23-09-2021, 06:15 | Norveç Avropada təbii qazın qiymətinin artması fonunda hasilatı artırmağı vəd edib

Norveç Avropada təbii qazın qiymətinin artması fonunda hasilatı artırmağı vəd edib


Norveç Avropada təbii qazın qiymətinin artması fonunda hasilatı artırmağı vəd edib.

Krallıq artıq Avropa ölkələrinə təbii qaz ixracının həcmini artırmağa razılıq verib.

Avropa İttifaqı ölkələrində qaz ehtiyatlarının azalması, Asiyada tələbatın kəskin artması, Rusiyadan qaz hasilatının azalması, bərpa olunan enerji istehsalının aşağı səviyyədə olması və nüvə elektrik stansiyalarının işində yaranan fasilələr səbəbi ilə Avropada yanvar ayından bu yana mavi yanacağa olan qiymətlər orta hesabla 3,5 dəfə artıb.

Təbii qazın qiymətinin kəskin artması səbəbindən, həm də gübrə zavodlarının bağlanması digər sahələrədə bir çox problemlərin yaranmasına səbəb olub. Həmçinin avropalı istehlakçılar yaxınlaşan qış aylarında isitmə xərclərinin artması ehtimalı ilə də üzləşib.

Bütün bunları nəzərə alaraq, Rusiyanın "Qazprom" şirkətindən sonra Avropanın ikinci ən böyük qaz hasilatçısı olan Norveçin "Equinor" şirkəti ölkənin "Troll" və "Oseberg" yataqlarından oktyabrın 1-dən başlayaraq illik təbii qaz ixracını 2 milyard kubmetr artırmaq niyyətində olduğunu elan edib. Ekspertlərin hesablamalarına görə, bu artım Norveçin boru kəməri ilə illik qaz ixracatının təxminən 2 faizinə bərabərdir.


AZƏRTAC-

23-09-2021, 06:11 | Yeni Zelandiyada karantin rejimini pozanları böyük məbləğdə cərimə gözləyir

Yeni Zelandiyada karantin rejimini pozanları böyük məbləğdə cərimə gözləyir


Yeni Zelandiyanın hakimiyyət orqanları karantin qaydalarını pozan fiziki şəxsləri 4 min (2,8 min ABŞ dolları), hüquqi şəxsləri isə 12 min (8,5 min ABŞ dolları) Yeni Zelandiya dolları məbləğində cərimə edəcək.

Bu barədə Baş nazir Casinda Ardern onlayn-brifinq zamanı bəyan verib.

Hökumətin başçısı bildirib ki, Yeni Zelandiya COVID-19 ilə mübarizədə irəliləyişə məhz vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində nail olub.

Baş nazir, həmçinin bildirib ki, karantin qaydalarını pozanlar üçün cərimə 300 Yeni Zelandiya dollarından (212,7 ABŞ dolları) 4 min dollaradək (2,8 min ABŞ dolları) qaldırılacaq. Epidemioloji qaydaları pozan müəssisə və təşkilatların rəhbərləri isə 1 min Yeni Zelandiya dolları (709 ABŞ doları) əvəzinə 12 min dollar (8,5 min ABŞ dolları) cərimə ödəyəcəklər. Bununla yanaşı, sanitar qaydaları qəsdən pozanları məhkəmə hökmü ilə altı ay azadlıqdan məhrumetmə cəzası gözləyəcək.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Yeni Zelandiyada virusa yoluxanların sayı 4095 nəfərə çatıb, onlardan 27-si həyatını itirib.

AZƏRTAC

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.