22-09-2021, 06:10 | Vaşinqtonda atışma olub, 5 nəfər yaralanıb

ABŞ-ın Vaşinqton şəhərində silahlı insident baş verib.
Bildirir ki, bu barədə "The Washington Post" qəzeti Kolumbiya dairəsinin polis idarəsinin rəisi Robert Kontiyə istinadən xəbər verir.
Məlumata əsasən, naməlum silahlı şəxs ərzaq mağazasının yaxınlığında dayanan bir qrup insana odlu silahdan atəş açıb. İnsident nəticəsində biri 13 yaşlı yeniyetmə olmaqla 5 nəfər yaralanıb.
Bildirilir ki, onlardan 3-ü xəstəxanaya çatdırılıb, yeniyetmə və digər yaralı şəxs isə özləri həkimə müraciət ediblər.
R.Konti mətbuat konfransında baş vermiş hadisəni qəbuledilməz adlandırıb.
Trend
22-09-2021, 06:03 | Putin Ağasandyanı Rusiyanın KTMT yanında yeni daimi nümayəndəsi təyin edib

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mikael Ağasandyanı ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) daimi və səlahiyyətli nümayəndəsi təyin edib.
Sərəncam bu gün imzalanıb.
Başqa bir sərəncamla Putin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Şvedovu bu vəzifədən azad edib.
Mikael Ağasandyan 2015-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktor müavini vəzifəsinə təyin edilib. BMT Təhlükəsizlik Şurasının fəaliyyəti, Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət, sanksiyalar siyasəti, Balkan münasibətləri ilə bağlı məsələlərə nəzarət edib. Bundan əvvəl o, Rusiyanın BMT yanında daimi nümayəndəliyində çalışıb.
"Report"
22-09-2021, 05:56 | "Twitter" və "Instagram"ın işində qüsurlar yaranıb

"Twitter" və "Instagram" sosial şəbəkələrinin işində bir sıra ölkədə fasilələr yaranıb.
Bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, "Instagram"ın işində qüsurlar barədə əsasən ABŞ, "Twitter"in işində isə ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya və Niderland sakinləri şikayət edir.
Bildirilir ki, 61 faiz istifadəçi "Twitter"in saytının, 28 faiz mobil tətbiqinin işindən, 11 faiz isə serverə qoşulmaqda yaranan çətinliklərdən şikayət edib.
"Instagram" istifadəçilərindən 46 faizi tətbiqin işində, 24 faizi saytın işində, daha 24 faizi isə şərhlərin yazılmasında problemlərlə üzləşiblər.
Trend-
21-09-2021, 19:57 | Ərdoğanın Rusiyaya səfərinin vaxtı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin vaxtı açıqlanıb.
Bu barədə Türkiyə prezidentinin işlər idarəsindən bildiriblər ki, səfərin sentyabrın 29-da həyata keçirilməsi gözlənilir.
Qeyd olunur ki, R.T.Ərdoğanın rusiaylı həmkarı Vladimir Putinlə görüşü Soçi şəhərində keçiriləcək. Səfər bir gün davam edəcək.
Ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov R.T.Ərdoğanla V.Putin arasında görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional məsələləsin müzakirə olunacağını bildirmişdi.
Trend
21-09-2021, 14:22 | “Pfizer”in uşaqlar üçün COVID peyvəndinin sınaqları uğurlu olub

ABŞ-ın "Pfizer" və Almaniyanın "BioNTech" şirkətlərinin ortaq istehsalı olan koronavirusa qarşı vaksinin uşaqlar üçün nəzərdə tutulmuş variantı klinik sınaqlardan uğurla keçib.
Bu barədə məlumat adıçəkilən şirkətlərin birgə bəyanatında öz əksini tapıb.
Qeyd olunub ki, preparat 5-11 yaşlıların COVID vaksinasiyası üçün hazırlanıb.
Hazırda peyvəndin sınaqlarının ikinci mərhələsi başa çatıb. Testlərdə 2 268 uşaq iştirak edib.
//oxu.az//
21-09-2021, 14:19 | Rusiyalı general sərsəmlədi - Ermənidən artıq erməni oldu

Qatı ermənipərəst və qaragüruh mövqeyi ilə seçilən rusiyalı general Mixail Moiseyev növbəti dəfə sərsəm fikirlər səsləndirib. Ermənistanda faşist əlaltısı Qaregin Njdeyə abidə qoyulan zaman susan bu üzdəniraq hərbçi azərbaycanlıların ünvanına tənqid və təhqir səsləndirib. İddia edib ki, Qarabağda vaxtilə faşistlərə qarşı döyüşən sovet marşalı Sergey Xudyakovun (Armenak Artemoviç Xanferyants) abidəsi "vandalcasına dağıdılıb". Halbuki həmin abidə 44 günlük müharibə zamanı elə ermənilərin özləri tərəfindən də dağıdıla bilər. Ümumiyyətlə, hələ bu faktın özü də təsdiqini tapmayıb. General "ümid edirik ki, Azərbaycan rəhbərliyi və ictimai təşkilatları bu cür iyrənc və vəhşi təzahürlərə və hər bir vətəndaş, vətənpərvər üçün əziz olan ən müqəddəs şeyə əl qaldıranlara lazımi qiymət verəcək" deyib.
Maraqlıdır, bu üzdəniraq general niyə vaxtilə işğal altında olan Azərbaycan torpaqlarında dağıdılan abidələr, Böyük Vətən müharibəsində həlak olan azərbaycanlıların heykəlləri vandalcasına dağıdılanda susurdu? Çox güman ki, erməni ağalarından aldığı pulun təsirindən bunu etməyə cürəti çatmayıb. Qeyd etdiyimiz kimi, İrəvanın mərkəzində faşistlərə əməkdaşlığı tarixi faktlarla sübuta yetirilən Njdenin az qala 20 metrə çatan abidəsi ucaldılıb. Abidənin qoyulmasından isə 6 ilə yaxın vaxt keçir.
Düzdür, bir neçə il əvvəl Rusiyanın müxtəlif dairələrində Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasına qarşı çıxışlar oldu. Lakin 44 günlük müharibəyə qədər. Müharibədən sonra Rusiya rəsmiləri bu abidə barəsində bir kəlmə olsun belə danışmaq istəmirlər. İndi isə Rusiyanın qaragüruhçu bir hərbçisi faktları araşdırmadan, abidənin hansı şəraitdə dağıdılmasına toxunmadan belə bir cəfəng təhqir və tənqidlər səsləndirir.
Kamran Seyidov
Milli.Az
20-09-2021, 07:12 | Britaniyada son sutkada koronavirusdan 56 nəfər həyatını itirib

Böyük Britaniyada son sutka ərzində 29 612 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 7 429 746 nəfərə çatıb.
Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 56 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 135 203 nəfərə çatıb.//APA//
20-09-2021, 07:04 | Vahid Rusiya Partiyası parlament seçkilərində 45,2 faizlə liderdir

Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərdə partiya siyahısı üzrə seçicilərin 45,2 faiz toplayaraq və zəruri olan 5 faizliklik keçid baryerini aşaraq, parlamentdə təmsil olunan digər siyasi təşkilatları - Rusiya Federasiyası Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası və "Ədalətli Rusiya"nı üstələyib.
İNSOMAR şirkəti tərəfindən seçicilər arasında keçirilmiş sorğuya - "exit poll"un nəticələrinə əsasən "Vahid Rusiya" 45,2 faiz, Rusiya Federasiyası Kommunist Partiyası - 21 faiz, Rusiya Liberal Demokrat Partiyası - 8,7 faiz, "Ədalətli Rusiya" - 7,9 faiz səs toplayıblar. Qeyri-parlament partiyalarından ən yaxşı nəticəni 4,7 faiz səslə "Yeni insanlar" Partiyası göstərib.
VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da-red) başa çatıb. İlkin rəsmi nəticələrə əsasən, səsvermələrdə Vahid Rusiya Partiyası liderdir.
Trend
20-09-2021, 06:48 | ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO

ABŞ-ın Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Fort-Uort şəhərinin yanğınsöndürmə idarəsinin tvitterdəki səhifəsində bildirilir.
Məlumata görə, hadisə Texas ştatında olub. Qeyd edilir ki, təyyarə yaşayış məntəqəsinə, evin üstünə düşüb. Qəza zamanı evdə olan iki nəfər (bəzi mənbələrə görə, üç nəfər-red) xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. "Report"
20-09-2021, 06:11 | İran Azərbaycanla sərhəddəki təlimə SEPAH-ı cəlb etdi

İran Azərbaycan ilə sərhəddə, Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə start verir. Təlim ilə bağlı SEPAH tərəfindən hərbi silahlar və texnikanın daşınması davam edir.
Hərbi təchizatlar arasında İran istehsalı olan "Tufan" zirehli hərbi maşını da gözə dəyib.
Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimindən və Gorus-Qafan yolundakı məlum insidentdən sonra İran Azərbaycanla sərhəddə hərbi təlim keçirməyə qərar verib.
Musavat.com



















