10-05-2021, 09:20 | Braziliyada koronavirusdan daha 1 024 nəfər ölüb

Braziliyada koronavirusdan daha 1 024 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 38 911 nəfər yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 15 184 790 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 024 nəfər ölüb, ölənlərin ümumi sayı 422 340 nəfər təşkil edir. Trend

10-05-2021, 08:45 | Dünyada ötən sutka koronavirusa 786 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada ötən sutka koronavirusa 786 mindən çox yoluxma qeydə alınıb - ÜST


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 786 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 786 943 nəfər yeni koronavirusa yoluxub, 12 994 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 157 289 118, ölənlərin isə 3 277 272 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

9-05-2021, 08:44 | ÜST əczaçılıq şirkətlərini yeni dərman və vaksinlər barədə bütün klinik məlumatları açıqlamağa çağırıb

ÜST əczaçılıq şirkətlərini yeni dərman və vaksinlər barədə bütün klinik məlumatları açıqlamağa çağırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dərmanlara Nəzarət üzrə Orqanların Beynəlxalq Koalisiyası (ICMRA), əczaçılıq sənayesini bütün yeni dərman preparatları və vaksinlər o cümlədən COVID-19-a qarşı olanlar barədə məlumatları təqdim etməyə çağırıb.

ÜST vurğulayıb ki, söhbət insanların həyatı və sağlamlığı barədə gedir, buna görə də klinik tədqiqatlarla bağlı hesabatlar məxfi məlumatlar redaktə edilmədən dərc edilməlidir.

İki qurumun birgə bəyanatında bildirilir, ki məlumatların tamlığı çox vacibdir. Mütəxəssislərin fikrincə, bu çağırış COVID-19 pandemiyası kontekstində, yalnız fövqəladə hallarda istifadə üçün nəzərdə tutulan dərmanların bazara daxil olması fonunda son dərəcə aktualdır.

Ekspertlər bütün məlumatların dərc edilməsi zamanı "piratçılıq" riskinin mövcud olduğunu etiraf edirlər. Bu məlumatlar bu və ya digər istehsalçının rəqibləri tərəfindən kommersiya məqsədləri üçün istifadə edilə bilər. Lakin ÜST hesab edir ki, bu risklər insanların həyatı və ölümü ilə bağlı risklərdən qat-qat aşağıdır.

Bir çox halda, sınaqlar başa çatdıqdan sonra bütün nəticələr, o cümlədən aşkar edilmiş problemlər deyil, yalnız rəsmi protokollar dərc olunur. Ekspertlərin fikrincə, bu cür yanaşma, cəmiyyətin yeni vaksinlərə və dərmanlara olan etibarını azaldır.

ÜST əczaçılıq şirkətlərini yeni dərmanlar və vaksinlər üzərində aparılan tədqiqatların nəticələrinin səhiyyə sahəsində qərarların qəbul edilməsində iştirak edən hər kəsə əlçatanlığını təmin etməyə çağırır. Onlar qeyd edirlər ki, həm müsbət, həm də mənfi klinik məlumatlara çıxış olmalı, yalnız xəstələrin fərdi məlumatları istisna edilə bilər.

"COVID-19 pandemiyası, məlumatların əldə edilməsinin ictimai inam üçün nə dərəcədə vacib olduğunu göstərdi. ICMRA və ÜST, əczaçılıq sənayesini tez bir zamanda və qanunvericilikdəki dəyişiklikləri gözləmədən könüllü olaraq bütün sınaq nəticələrinə məhdudiyyətsiz çıxışı təmin etməyə çağırır ... ", - deyə bəyanatda deyilir.

AZƏRTAC

9-05-2021, 08:40 | Buxarestdə peyvəndləmə marafonu keçirilir

Buxarestdə peyvəndləmə marafonu keçirilir


Buxarestdə koronavirusa qarşı peyvəndlənmə ilə əlaqədar marafon keçirilir.

AZƏRTAC bildirir ki, marafon 3 gün və 3 gecə keçiriləcək. Vətəndaşlara heç bir öncədən qeydiyyatsız Pfizer şirkətinin peyvəndi vurulacaq. Bu Rumıniyada kütləvi peyvəndlənmə ilə əlaqədar keçirilən ən böyük tədbirdir. Vətəndaşlardan yalnız şəxsiyyət vəsiqəsinin təqdim olunması tələb olunur. Tədbirdə 1200 könüllü, həkim, tibb bacısı, Buxarest Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri iştirak edir.

9-05-2021, 08:38 | Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirləri qadağan ediləcək

Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirləri qadağan ediləcək


Malayziya hakimiyyəti ölkə daxilində sərbəst hərəkətə qadağa qoyacaq. Həmçinin ölkədə koronavirusa yoluxanların sayının artması fonunda kütləvi sosial və iqtisadi tədbirlərin çoxu dayandırılacaq.

Bu barədə The Straits Times qəzeti Malayziya Müdafiə naziri İsmayıl Sabri Yakoba istinadən xəbər verib.

Nazir bildirib ki, məhdudiyyətlər mayın 10-dan iyunun 6-dək qüvvədə olacaq, lakin iki həftə sonra qərar yenidən nəzərdən keçirilə bilər: "Polisin xüsusi icazəsi olmadan ölkə daxilində - şəhərlər, rayonlar və əyalətlər arasında hər hansı bir hərəkət qadağandır".

Onun sözlərinə görə, bu dövrdə təhsil, iqtisadiyyat sahələrində da daxil olmaqla toy, əyləncə və digər kütləvi tədbirlərin keçirilməsi qadağandır. Trend





9-05-2021, 08:36 | Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü

Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü


Kolumbiyada etiraz aksiyalarında iştirak edən təxminən 550 nəfər itkin düşüb.

Bu barədə La FM radiostansiyası ölkənin insan hüquqları üzrə müvəkkilinin aparatının verdiyi məlumata istinadən bildirib.

Məlumata əsasən, 28 apreldən 7 maya qədər 548 nəfər itkin düşdü. Etiraz və iğtişaşlar zamanı ölənlərin sayı 26-ya çatıb.

Qeyd edək ki, Kolumbiyada 28 apreldən etibarən vergi islahatlarına qarşı nümayişlər keçirilir. İğtişaşlar Boqota, Kali, Medellin və digər şəhərlərdə baş verib. Trend


9-05-2021, 08:33 | Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib

Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib


ABŞ-ın Nyu-York şəhərinin Tayms-skver meydanında atışma baş verib.

Trend-in məlumatına görə, bu barədə NBC televiziya şirkəti polisə istinadən bildirib.

Məlumata əsasn, baş verən atışma nəticəsində ən az üç nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının verdiyi son məlumatlara görə, xəsarət alanlar arasında iki qadın və bir uşaq var. Onlar xəstəxanaya çatdırılıb, həyatlarına heç bir təhlükə yoxdur.

Atəş açan şəxs hadisə yerindən qaçıb. Polis araşdırma aparır.

9-05-2021, 08:31 | Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 817 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 817 345 nəfər yeni koronavirusa yoluxub, 13 426 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 156 496 592, ölənlərin isə 3 264 143 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


9-05-2021, 08:27 | Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var

Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var

Əfqanıstanın paytaxtı Kabildə yerləşən məktəbin qarşısındakı partlayışlar nəticəsində ən az 55 nəfər ölüb, 150 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi təhlükəsizlik xidmətində olan mənbəyə istinadən bildirib.

Məlumata əsasən, Kabildə qızlar üçün dövlət məktəbinin qarşısında minalanmış avtomobil partlayıb.

Əfqanıstan Daxili İşlər Nazirliyi hələki 30 nəfərin ölməyini rəsmi olaraq təsdiqləyib. Ölən və yaralananların əksəriyyəti məktəb şagirdləridir.


Hələ heç bir təşkilat hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.


8-05-2021, 07:58 | Türkiyədə son sutkada koronavirusdan 35 529 nəfər sağalıb

Türkiyədə son sutkada koronavirusdan 35 529 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 278 nəfər dünyasını dəyişib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 42 465 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 20 107 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 998 089 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 35 529 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 662 328 nəfər təşkil edir.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.