12-12-2024, 09:30 | Saxta pulu əslindən necə ayırd etmək olar?

Saxta pulu əslindən necə ayırd etmək olar?


Saxta pulun həqiqi puldan fərqləndirilməsi üçün müxtəlif üsullardan istifadə edilə bilər.

Aşağıda ən çox tətbiq edilən və effektiv yollar təqdim olunur:

Pulun Materialını Yoxlayın

Həqiqi Pul: Xüsusi pambıq liflərindən hazırlanır, toxunuşda sərt və dayanıqlı hiss edilir.
Saxta Pul: Adi kağız kimi yumşaq və sürüşkən olur, tez yırtıla bilər.

Su Nişanına Baxın

Həqiqi pulun kağızında xüsusi bir su nişanı olur. Pul işığa tutulduqda bu nişan görünməlidir.
Saxta pullarda su nişanı ya yoxdur, ya da çox bulanıqdır.

Təhlükəsizlik Xətləri

Həqiqi pulda müəyyən xətlərin içində mikro yazılar və ya xüsusi rəng dəyişiklikləri olur.
Saxta pullarda bu xətlər ya düz imitasiyadır, ya da heç yoxdur.

Rəng Dəyişən Hissələr

Həqiqi pulda bəzi hissələr (adətən məbləğ göstərilən rəqəm) işıq bucağına görə rəngini dəyişir.
Saxta pullarda bu xüsusiyyət təkrarlana bilmir və rəng sabit qalır.

Şrift və Yazı Keyfiyyəti

Həqiqi Pul: Yazılar dəqiq və aydın olur, böyüdücü ilə baxıldıqda xətalar görünmür.
Saxta Pul: Yazılar bulanıqdır, böyüdücü ilə baxıldıqda qeyri-dəqiqliklər və kobud çap izləri görünür.

Ultrabənövşəyi (UV) İşıqdan İstifadə Edin

Həqiqi pullarda UV işıq altında görünən xüsusi elementlər olur (məsələn, müəyyən yazılar və ya simvollar).
Saxta pullar UV işıq altında ya tam görünməz qalır, ya da həddindən artıq parlaq olur.

Hologramlar və Xüsusi Simvollar

Həqiqi pullarda hologramlar yüksək keyfiyyətlidir, hərəkət etdirildikdə forma və ya rəng dəyişir.
Saxta pullarda hologramlar aşağı keyfiyyətli və ya sadəcə çap edilmiş təsvirlərdir.

Kənar İncəlikləri Yoxlayın

Həqiqi pulların kənarları dəqiq kəsilir və qeyri-bərabərlik yoxdur.
Saxta pulların kənarları kobud və qeyri-bərabər ola bilər.

Şübhələndiyiniz Təqdirdə Nə Etməli?

Pulu qəbul etməmişdən əvvəl diqqətlə yoxlayın.
Şübhəli pul tapdıqda, onu aidiyyəti dövlət qurumlarına (məsələn, polis və ya bank) təqdim edin.
Mütləq qanuni yolla təsdiqlənmiş cihazlardan istifadə edin (məsələn, UV detektor).

Bu üsulları tətbiq etməklə saxta pulu tanımaq və aldadılmağın qarşısını almaq mümkündür.

Fidan
milli.az


12-12-2024, 09:29 | Göyçayda suvarma kanalı yarıldı - su kəndə axır

Göyçayda suvarma kanalı yarıldı - su kəndə axır


Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi yarılıb.

Hadisə gecə saatlarında Lək kəndi ərazisində baş verib.

Suvarma kanalının torpaq qatı 3-4 metr yarılıb, hazırda su kəndə doğru axır. Əraziya Şirvan suvarma kanalının canlı qüvvəsi və ağır texnikası cəlb edilib.

Hazırda kanalın yarılan hissəsinin bərpası işləri görülür. Əraziyə polis əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Fəsadın aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçrilir.,

11-12-2024, 20:16 | 1 milyonu belə bölüblər - Aralarında sədr, baş həkim, direktor, baş mühasib də var

1 milyonu belə bölüblər - Aralarında sədr, baş həkim, direktor, baş mühasib də var


Cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən biri-axtarışda olan musiqiçi həbs edilib.

37 yaşlı Yasin Əhmədov adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə xüsuilə külli miqdarda dövlət vəsaitinin yeyintisində iştirakda ittiham edilir.

Maliyyə Monitorinqi Mərkəzinin izləmələri ilə şirkətlərin şübhəli əməliyyatlar apardığı üzə çıxıb. Məlum olub ki, Yasin Əhmədov və əlbir olduğu digər şəxslərin adına olan şirkətlər ölkə xarici və daxildəki müəyyən hesablara milyonlarla pul köçürüb. Pullar xaricə guya hansısa xidməti avadanlıqların alınması üçün köçürülsə də, heç bir alış-veriş aparılmayıb. Yeganə məqsəd cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaq olub.

Cinayətdə adı hallanan Yasin bu prosesə qoşulana kimi incəsənətlə məşğul olub, ona sözügedən iş üzrə nisbətən kiçik fiqur da demək olar. Elə toy danışığı zamanı müştərilərdən biri ona belə bir işə qoşulmağı təklif edib. Musiqiçi ilə razılaşma belə olub ki, adına şirkətlər yaradılacaq, o, əziyyət çəkmədən hər mədaxil nəticəsində pul qazanacaq. Yasini bu işə cəlb edən daha böyük "baş"lar var. Onlar da istintaqa cəlb edilib, həbsdədirlər.

Hazırkı təqsirləndirilən şəxsi ona görə nisbətən kiçik fiqur adlandırırıq ki, onun qazancı hər köçürülən məbləğdən cəmi 200-300 manat olub. Məsələn, dövlət qurumlarının birindən 20 min manat pul köçürülübsə, oradan Yasinə 200-300 manat çatıb. O, istintaq müddətində özünü qismən təqsirli bilib.

Y.Əhmədov barəsində bu ilin iyulunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 179.4-cü (mənimsəmə-xüsuilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Həmin vaxt Yasin istintaqdan gizlənib, bu səbəbdən axtarışa verilib. O, bir neçə gün əvvəl tutulub, barəsində 2025-ci ilin yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib.

İstintaq cinayət məqsədilə istifadə edilən şirkətlərin hansı vəzifəli şəxslərlə iş gördüyünü üzə çıxarıb.

Süni şəkildə tenderlərdə qalib gələn şirkətlərə pul köçürüb mənimsəmə edən həmin şəxslərin adları istintaq materiallarında yer alıb:

- "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədrinin köməkçisi Abdullayev Samir Ramiz oğlu;

- "Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası"nın baş həkimi Xudiyev Azər Mənaf oğlu;

- "Bakı şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobaza"sının direktoru Məmmədov Yaqub Şəmsi oğlu;

- "Abşeron Regional Elektrik Şəbəkəsi" MMC-nin direktoru Vəliyev Elman İsrafil oğlu;

- "Xızı rayon Şorabad bələdiyyəsi"nin sədri İsmayılov Fazil Şükür oğlu;

- "Dəmiryolservis" MMC-nin sabiq direktoru Lütfəlibəyov Əli Əşrəf Orxan oğlu;

- "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin sabiq baş mühəndisi Sadıqov İsmayıl Lətif oğlu;

- "Bakı Xareoqrafiya Akademiyası"nın sabiq baş mühasibi Əzimov Sahib Şakir oğlu.

Adları keçən şəxslər xidmət göstərilməsi üçün 299 şirkətə dəyərindən artıq dövlət vəsaiti köçürüblər. Ümumilikdə qurumlardan 5 milyondan artıq pul köçürülüb, onun 1 milyondan bir qədər çox hissəsi sahibkarlarla köçürmə edən vəzifəlilər arasında bölüşdürülüb.

Məsələn, qurumlardan biri iki il ərzində mal-materiallar alınması üçün şirkətlərə dəyərindən 160 min manat artıq pul köçürüb.

Korrupsiya cinayətlərində əsas məqsəd dövlətə dəymiş ziyanın ödənilməsidir. Bu əsasla adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan tam ödətdirilib. Həmçinin cinayət məsuliyyətindən azad olunmaları üçün vurduqları ziyanın 25-50 faizi miqdarında dövlət büdcəsinə ödəniş də edilib. Bu səbəbdən qanunun müddəasına əsasən, onlar barəsindəki xüsusilə külli miqdarda mənimsəmə cinayətinə bəraətverici əsaslar olmadan xitam verilib.

Musiqiçi şirkət rəhbərinə gəlincə, o, əməlinə görə hələ mühakimə ediləcək.

qafqazinfo

18-09-2024, 16:57 | Azərbaycanda kişi 8 aylıq hamilə sevgilisini necə öldürüb?

Azərbaycanda kişi 8 aylıq hamilə sevgilisini necə öldürüb?


Bərdə şəhərində qeyri-rəsmi nikahda yaşadığı 36 yaşlı Günay Ələkbərovanı amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Şirxan İmanovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.

O ifadəsində göstərib ki, Günayla təxminən 6 ay əvvəl tanış olub:

"Günayla birlikdə yaşadığımız müddət ərzində gah rayonun "Təzə məhəllə" adlanan ərazisində olan həyat evində, gah da ki, Alaçadırlı kəndində yerləşən kirayəyə götürdüyüm evdə qalmışıq. Günayla qeyri-rəsmi nikah münasibətində olmuşam. 29 mart 2023-cu il tarixdə, axşam saat 19 radələrində Günay mənim işlətdiyim kafeyə gələrək kefinin olmadığını dedi. Biz bir qədər spirtli içki qəbul etdik. Həmin vaxt kafedə bizdən başqa heç kim yox idi. Günayla bir qədər söhbət etdikdən sonra aramızda mübahisə yarandı. Həmin vaxt o, mənə qışqıraraq çıxıb getmək istədi. Günay qapıdan çıxarkən onun arxası ilə yollandım. Kafenin həyətində onu tutub saxladım. Günay getmək istəsə də, buna imkan vermədim. Bu zaman o, yerə yıxıldı. Günayın saçlarından tutdum və sürüyərək onu kafenin içərisinə saldım. Günay çıxıb getməsin deyə qapını çöl tərəfdən bağladım. Daha sonra telefonla Günayın anasına zəng vurdum, qızının narahat olduğunu dedim. Anası mənə qızının keçmiş həyatı barəsində danışmağa başladı və mübahisənin öz aramızda həll edilməli olduğunu bildirdi. Qadınla kafenin həyətində telefonla danışarkən Günayın obyektin içərisini dağıtdığını, qapını, eləcə də pəncərəni balta ilə vurduğunu gördüm. Sonra kafeyə girdim və Günayın sinə nahiyəsindən qan çıxdığını gördüm. Bir qədər onun yanında durduqdan sonra oradan çıxdım və bazarın yuxarısından Anar adlı taksi sürücüsünü tapdım, onu kafeyə gətirdim. Kafeyə daxil olduqda Günayın kresloda oturaqlı vəziyyətdə sinəsindən xeyli qan axdığını gördüm. Avtomobilə mindirməyə gücüm çatmadığından taksi sürücüsünə köməklik etməsini xahiş etdim. Anarın köməkliyi ilə Günayı avtomobilə mindirib Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirdik. Xəstəxanada həkimlər Günayın artıq vəfat etdiyini söylədilər".

Şirxan İmanov ifadəsinin davamında Günayı vurmadığını, qadının özü-özünə xəsarət yetirdiyini qeyd edib:

"Mən sadəcə olaraq Günayın ağzını bağlayıb evdə saxlamışam. Daha sonra hadisə ilə bağlı Günayın anasına məlumat verdim".

İttihama görə, Şirxan İmanovun sevgilisi, 8 aylıq hamilə olan Günay Ələkbərova ilə kafedə dalaşıb və qapını bağlayaraq oradan çıxmağa imkan verməyib. Buna səbəb isə Günayın ilk evliliyindən olan uşaqlarını görmək istəməsi olub. Hadisə vaxtı Günay Ələkbərova aktiv müqavimət göstərdikdə Şirxan zərbələr endirərək onu öldürüb.

O, Cinayət Məcəlləsinin 120.2.8, 128 və 145.2.2-ci (Hamilə qadını öldürmə, qəsdən sağlamlığa yüngül zərər vurma və qanunsuz azadlıqdan məhrumetmə) maddələri üzrə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə Şirxan İmanov 17 il müddətinə azadlıqdan məhrum edilib.

13-05-2024, 11:52 | Asan yolla qazanc əldə etmək istədi - it də getdi, ip də - VİDEO

Asan yolla qazanc əldə etmək istədi - it də getdi, ip də - VİDEO


Xaçmaz rayon sakini Sevinc Babayeva internet üzərindən pul qazanmaq təklifinin qurbanı olduğunu və 500 manatını itirdiyini iddia edir.

O deyir ki, "Instagram"da tanımadığı bir səhifədən ona cəmi 20 manat qarşılığında yüzlərlə manat pul qazanmaq təklifi gəlib.

Bu təklif onu cəlb etdiyi üçün aldanıb. O, "pulqazan.investor" adlı həmin səhifənin adminlərinə xeyli məbləğdə pul göndərib. Həmin səhifənin admini tərəfindən növbəti dəfə pul göndərmək təklifinə isə Sevinc Babayeva rədd cavabı verib. Bundan sonra onunla əlaqə bloklanıb.

Mövzuya münasibət bildirən hüquqşünas Kamandar Hüseynovun sözlərinə görə, son vaxtlarda xüsusilə asan qazanc əldə etmək adı altında vətəndaşların aldadılması faktları artıb.

Hüquqşunas bildirib ki, insanlar bəzi hallarda bu yalan vədlərə inanır və müxtəlif məbləğdə pul vəsaitlərini onlara köçürürlər. Daha sonra isə qazanc əldə etmək gözləntiləri yaransa da, bu baş tutmur.

Onun sözlərinə görə, konkret olaraq cəmi bir neçə dəqiqə ərzində yüksək məbləğdə qazanc vədləri əsassızdır. Bundan zərərçəkənlər aidiyyəti üzrə məlumat verməlidirlər.

Hüquqşünas vətəndaşlara tövsiyə edib ki, bu cür şirnikləndirici elanlara aldanıb tanımadıqları şəxslərə vəsaitlərini göndərməsinlər. Əks halda, belə aldananlar çox olacaq.

Ətraflı Xəzər TV süjetdə:

13-05-2024, 11:42 | Əməkdar artist vəfat etdi - FOTO

[center]Əməkdar artist vəfat etdi - FOTO[/center]

Azərbaycanın Əməkdar artisti xəstəxanada vəfat edib.

manset.az-a istinadən xəbər verir ki, Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bu barədə onun qızı Əminə Sadıqova məlumat verib.

Qeyd edək ki, Faiq Sadıqov daha əvvəl xəstəxanaya yerləşdirilmişdi. Əməkdar artistdə ağciyər pnevmasiyası qeydə alınmışdı.







11-05-2024, 09:15 | Sabirabadda avtomobil maneə çırpılıb, iki nəfər yaralanıb

Sabirabadda avtomobil maneə çırpılıb, iki nəfər yaralanıb


Sabirabadda avtomobil maneə çırpılıb, iki nəfər yaralanıb.

report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes" markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı maneə çırpılıb.

Qəza zamanı Sabirabad şəhər sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Cəlal Əlipənah oğlu və Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərov Xeyrulla Seyfulla oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır

11-05-2024, 07:41 | Bakıda təhlükə saçan hotel: Balta ilə içəri girdi - FOTO

Bakıda təhlükə saçan hotel: Balta ilə içəri girdi - FOTO


Bakıda iaşə obyektlərindəki təhlükəsizlik boşluğu ifşa edilib.

Baku TV-nin əməkdaşı paytaxtda yerləşən hotellərdən birinə heç bir yoxlama olmadan soyuq silahla (balta ilə) daxil olub.

Hotel işçisi "Mühafizəni necə təşkil edirsiniz?" sualına, insanların xarici görünüşündən psixologiyasını müəyyən edib, içəri buraxdıqlarını bildirib.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyindən isə bildirilib ki, hotellərin təhlükəsizlik məsələlərinə Turizm Agentliyi nəzarət etmir.

Beləliklə, məlum olub ki, turizm və xidmət sahəsinin vacib subyektlərindən biri olan hotellərdə təhlükəsizliyin təminatı məsələsi qorunmur.




10-05-2024, 10:37 | Güclü, dağıdıcı seysmik təkanlar ola bilər? - Qurban Yetirmişli açıqladı

Güclü, dağıdıcı seysmik təkanlar ola bilər? - Qurban Yetirmişli açıqladı


Respublika üzrə seysmogen bölgələrdə seysmiklik fon səviyyəsindədir.

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, hazırda elə bir aktiv ərazi yoxdur ki, güclü, dağıdıcı seysmik təkanlar olsun: "Bu gün respublika ərazisində 20-dən çox yeraltı təkan qeydə alınıb. Hamısı hiss olunmayan, zəif təkanlardır".

10-05-2024, 10:35 | Narkotikə görə saxlanıldılar

Narkotikə görə saxlanıldılar


Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Elşən Əsgərov və Füzuli Tağıyev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, F.Tağıyevdən marixuana, E.Əsgərovdan isə metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.




������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.