6-09-2021, 10:15 | Bakıda avtomobil yanıb

Bakıda avtomobil yanıb

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi və dayanacaqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

6-09-2021, 10:14 | Tanınmış həkim koronavirusdan vəfat etdi - FOTO

Tanınmış həkim koronavirusdan vəfat etdi - FOTO

Şəkidə həkim koronavirusun qurbanı olub.

Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu 1957-ci il təvəllüdlü Rasimə Cabbarova dünən müalicə aldığı xəstəxanada koronavirusdan həyatını itirib.

Məlumata görə, o, bir müddət əvvəl COVID-19 virusuna yoluxub.

Qeyd edək ki, 64 yaşlı R. Cabbarova Şimal-qərb bölgəsində tanınmış ginekoloq olub.




4-09-2021, 10:37 | Zərdabda ailə faciəsi - rəis müavini atası ilə eyni gündə koronavirusdan öldü

Zərdabda ailə faciəsi - rəis müavini atası ilə eyni gündə koronavirusdan öldü

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəis müavini və atası eyni gündə koronavirusdan vəfat ediblər.

koronavirusa yoluxan rəis müavini mayor Vüsal Mirzəyevin vəfatından bir neçə saat əvvəl isə atası Cərulla Mirzəyev dünyasını dəyişib.

Qeyd edək ki, Cərulla Mirzəyev uzun illər Zərdab rayon Maliyyə Şöbəsinin müdiri işləyib.


26-08-2021, 13:38 | Sumqayıtda dənizdə batan azyaşlının meyiti sudan çıxarıldı

Sumqayıtda dənizdə batan azyaşlının meyiti sudan çıxarıldı

Avqustun 25-də Sumqayıt şəhərində, dənizdə batan 2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, H.Qələndərlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

16-06-2021, 07:08 | Qaxda ağır yol qəzasında 1 məzun ölüb, digərləri yaralanıb

Qaxda ağır yol qəzasında 1 məzun ölüb, digərləri yaralanıb


Qax rayonunda mikroavtobusla minik avtomobili toqquşub, bir nəfər ölüb, on nəfərə yaxın sərnişin isə xəsarət alıb.

APA xəbər verir ki,hadisə bu gün axşam saatlarında Qax-Qorağan-Zaqatala avtomobil yolunun, rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax istiqamətində hərəkət edən Ləkit kənd sakininin idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Qəza zamanı minik avtomobilində olan sərnişin ağır xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Mikroavtobusda və minik avtomobilində olan 10-a yaxın sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qaxda yol qəzası zamanı ölən şəxs rayonun Ləkit kənd sakini, 2004-cü il təvəllüdlü Cəfər Şamil oğlu Cəfərovdu.

"Daewoo" markalı minik avtomobilini idarə edən C.Cəfərov bu il orta məktəbi qutaran məzundu. Qəza zamanı onun idarə etdiyi avtomobildə yaralananlardan da məzun olanları var.


3-06-2021, 09:18 | Azərbaycanda dəhşətli hadisə: Ana iki uşağı ilə yanaraq öldü

Azərbaycanda dəhşətli hadisə: Ana iki uşağı ilə yanaraq öldü




Sabirabad rayonunun Zəngənə kəndində evin yanması nəticəsində ana və iki oğlu yanaraq ölüb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır.

Bunlar Sabirabad rayonunun Zəngənə kənd sakini, 1994-cü il təvəllüdlü Nağıyeva Şəbnəm Əfsər qızı, oğlanları 2009-cu il təvəllüdlü Nağıyev Xəyal Elmin oğlu və 2010-cu il təvəllüdlü Nağıyev Ceyhun Elmin oğludur.

Təfərrüatlar barədə əlavə məlumat veriləcək.

APA

3-06-2021, 08:31 | Ucarda avtomobilin vurduğu piyada xəsarət alıb

Ucarda avtomobilin vurduğu piyada xəsarət alıb


Ucarda piyada yol qəzasında ağır xəsarət alıb.

Hadisə axşam saatlarında rayonun Heydər Əliyev prospektində baş verib.

Ucar rayon sakini, 1978-ci il təvəllüdlü İbrahimov Qabil İbrahim oğlu idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçmək istəyən piyada, rayon sakini, 1959-cu il təvəllüdlü Rüstəmli İldırım İvan oğlunu vurub. Zərərçəkən ağır vəziyyətdə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

3-06-2021, 08:01 | Bakıda “Bazarstore”da güclü yanğın

Bakıda “Bazarstore”da güclü yanğın


Dünən axşam Bakının Yasamal rayonu ərazisində yerləşən "Bazarstore" mağazalar şəbəkəsinin filialında güclü yanğın olub.

Hadisə yerinə FHN-in yanğınsöndürənlərinin cəlb olunduğu, yanğın nəticəsində xəsarət alanın olmadığı bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən milli.az-a verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, marketə aid ümumi sahəsi 24 m² olan, dəmir konstruksiyalardan ibarət saxlanma yerində karton tullantıları və pəncərə çərçivəsi 8 m² sahədə yanıb. Yüksək temperaturdan kondisioner və generator qarsalanıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 23:55-də tam söndürülüb. Market yanğından mühafizə olunub.


3-06-2021, 06:38 | Avtobusda kütləvi davanı polis də ayıra bilmədi - VİDEO

Avtobusda kütləvi davanı polis də ayıra bilmədi - VİDEO

İstanbulda avtobusda iki qrup arasında baş verən mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava o qədər böyüyüb ki, polis də onları aralaya bilməyib.

Milli.Az haberturk-ə istinadən xəbər verir ki, baş verənləri yoldan keçənlər cib telefonlarına çəkiblər.

2-06-2021, 20:08 | Mağazadan 10 min manatlıq siqaret oğurlayan şəxs yaxalandı

Mağazadan 10 min manatlıq siqaret oğurlayan şəxs yaxalandı

Qəbələ rayonu Zarağan kəndi ərazisindəki tütün məmulatlarının topdan satışı ilə məşğul olan mağazadan 10 min manat dəyərində müxtəlif markalı siqaretlərin oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında Qəbələ və Zaqatala RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Zaqatala şəhər sakini Tofiq Məmmədov saxlanılıb.

Həmin şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı siqaretləri Bakı və Sumqayıt şəhərlərində satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.