5-11-2021, 05:55 | Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak oldu

Noyabr ayının 4-də saat 17:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun Birgə Məlumatında deyilir.
Məlumata görə, hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.
Milli.Az
5-11-2021, 05:48 | Səttar Möhbalıyevin qardaşının bağ evində qətl törədilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Möhbalıyevin qardaşının evində qətl törədilib.
Hadisə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik Faiq Möhbalıyevin Novxanı qəsəbəsində yerləşən bağ evində baş verib.
F.Möhbalıyev 2018-ci il mart ayında vəfat etdiyindən həmin ev hazırda onun oğlu Suliddin Möhbalıyevin adınadır. Suliddin Möhbalıyev babasının adını daşıyır.
Qətl hadisəsi isə sentyabrın 29-u gecə saatlarında baş verib. Hələlik adı istintaqla rəsmi təsdiqlənməyən şəxs Suliddin Möhbalıyevin villasına oğurluğa girib. Həmin vaxt gözətçi Ramin Əlixanov külünglə onu başından vuraraq öldürüb. Daha sonra meyiti qonşunun yaşayış olmayan evinin həyətində basdırıb.
Cinayətin üstü açıldıqdan sonra R.Əlixanov həbs edilib.
Qeyd edək ki, Səttar Möhbalıyev Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla qudadır. Həsənovun kürəkəni İsfəndiyar Möhbalıyev isə uzun illər paytaxtın Yasamal, Xəzər və Qaradağ rayon Polis İdarələrinin rəisi olub. Daha sonra öz ərizəsi ilə polis orqanlarında xidmətdən xaric edilib. İsfəndiyar Möhbalıyevin artıq xaricdə yaşadığı bildirilir.
"qafqazinfo"
5-11-2021, 05:24 | "Həyat yoldaşı kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmirdi" deyib arvadını boğub öldürdü - VİDEO

Antalyada həyat yoldaşını boğaraq öldürən Məsut Öztürk adlı şəxs məhkəmə qarşısına çıxarılıb.
Təqsirləndirilən şəxs ifadəsində xanımı Aslıhanın üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyini iddia edib. Şahidlər bildirib ki, Mesut Öztürk hadisə baş verən gecə maşınına xalçaya bükülmüş bir şey aparırmış. Öztürk ifadəsində hadisəni etiraf edib. Bildirib ki, arvadı ilə yaşanan mübahisədə onu boğaraq öldürdüyünü, daha sonra xalçaya sarıyaraq tarlaya aparıb inşaat maşını ilə basdırdığını söyləyib.
4-11-2021, 06:44 | Şirvanda ana və qızı dəm qazından zəhərlənib

Şirvanda ana və qızı dəm qazından zəhərlənmə diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirlib.
Hadisə şəhərin 28 may küçəsində yerləşən mənzildə baş verib.
Şirvan şəhər sakini, 1991-ci il təvəllüdlü Pənahova Susanə Vidadi qızı və onun qızı 2010-cu il təvəllüdlü Nərmin dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.(APA)
2-11-2021, 08:24 | Bərdə rayon sakini Bakıda bıçaqlanıb

Nizami rayonunda gənc oğlana 5 bıçaq zərbəsi vurulub.
Hadisə Bəkir Çobanzadə küçəsi 41 ünvanında baş verib.
1994-cü il təvəllüdlü Qarazadə Nahid Tahir oğlu dostu ilə əlbəyaxa dava zamanı kürək və üz nahiyəsindən 5 bıçaq xəsarəti alıb. Yaralı ağır halda xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.
1-11-2021, 21:09 | Həkim narkoz altında olan xəstəsinə təcavüz etdi

24 yaşlı Qazaxıstan vətəndaşı bildirib ki, Moskvada özəl klinikalardan birində həkim ümumi anesteziya altında kolonoskopiya əməliyyatı zamanı ona təcavüz edib.
Milli.Az xəbər verir ki, bu barədə REN TV telekanalı məlumat yayıb. Xəstənin dediyinə görə, tibbi manipulyasiyalardan sonra o, yuxudan ayılıb və huşsuz vəziyyətdə tibb işçisinin ona təcavüz etdiyini görüb. Hazırda fakt üzrə araşdırma aparılır. Hüquq-mühafizə orqanları həkimin ittihamlarda iştirakını müəyyən etməyə hazırlaşır.
Anar Əli
1-11-2021, 21:05 | Bakıda qadın marixuana satarkən tutuldu - VİDEO - FOTO

Paytaxtın Nizami rayonunda keçirilən əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan 1-i qadın olmaqla 3 nəfər saxlanılıb.
Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb. Əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Əsmər Kazımova Qara Qarayev prospektində narkotik vasitələrin satışını həyata keçirən zaman tutulub. Onun üzərində şəxsi axtarış aparılarkən 17 bükün satış üçün qablaşdırılan narkotik vasitə marixuana aşkar edilib. Əsmər Kazımova ifadəsində narkotik vasitələri Bəxtiyar və Elmir adlı şəxslərdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin qadına narkotik vasitəni satan Bəxtiyar Qasımlı və Elmir Ağamalılı da saxlanılaraq istintaqa təqdim ediliblər. Hər iki şəxsin üzərindən bir kibrit qutusu marixuana aşkar olunub. Əlavə olaraq Bəxtiyar Qasımlının Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən mənzilinə baxış zamanı 19 kibrit qutusunda satış üçün saxladığı marixuana aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslərin hər biri izahatlarında Nizami, Suraxanı və paytaxtın digər rayonlarında narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalara başlanılıb, narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
1-11-2021, 21:01 | Yoluxanların sayında azalma var - 27 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1200 yeni yoluxma faktı qeydə alınıb, 1174 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
1-11-2021, 20:28 | Məşhur türkiyəli aktrisa vəfat etdi

Türkiyənin məşhur aktrisası Semra Dinçer 56 yaşında dünyasını dəyişib.
Bu barədə ifaçı Haluk Levent tvitterdə bildirib.
Onun sözlərinə görə, aktrisa iki il idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi.
Qeyd edək ki, S. Dinçer 1965-ci il iyulun 25-də Ankarada anadan olub. O, tamaşaçılara daha çox "Kuzey Güney", "İstanbullu gelin", "Kaybolan Yıllar", "Kavak Yelleri", "Kırmızı Oda" seriallarından tanışdır.
22-10-2021, 09:05 | Bakıda 9 mərtəbəli yaşayış binasında yanğın baş verib

Bakının Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağında divan, kreslo və stol yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan otağın lambirindən ibarət tavanı 4 m² sahədə əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


















