10-05-2024, 10:10 | Ağcabədidə ağır qəza - 84 yaşlı sürücü öldü

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub .
Hindarx qəsəbəsində 1991-ci il təvəllüdlü Mirzayev Emil Sahib oğluna məxsus "VAZ-21011" markalı avtomobillə 1940-cı il təvəllüdlü Quliyev Türbəndə Talış oğluna məxsus "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə, Türbəndə Quliyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.//apa
10-05-2024, 09:09 | Səbaildə 15 yaşlı piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Səbail rayonunda gənc oğlanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yolu keçən 2009-cu il təvəllüdlü Əhmədov Fərid Teymur oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
10-05-2024, 07:52 | Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI

Sumqayıtda yeddi yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olan idman müəllimi Mehman Xəlilovla bağlı bəzi təfərrüat məlum olub.
Belə ki, Mehman Xəlilov narkotik və psixotrop maddələrin istifadəçisi olub. İbtidai istintaq zamanı dindirilən bir neçə şahidin ifadəsindən məlum olub ki, məşqçi narkotik vasitələr və psixotrop maddələri mütəmadi qəbul edirmiş.
Mehmanın qohumu olduğunu deyən və istintaq sirri olduğundan adı açıqlanmayan şahid məşqçini xarakterizə edərkən onun fiziki cəhətdən güclü, xarakter cəhətdən isə zəif olduğunu, son vaxtlar spirtli içki və hətta narkotik vasitələrdən də istifadə etdiyini bildirib. Şahid onu da vurğulayıb ki, şəxsi istifadəsi üçün narkotik maddəyə ehtiyacı yarananda Mehman Xəlilova müraciət edib.
Mehman da öz növbəsində ona istədiyi "metamfetamin"in əvəzinə marixuana verib. İstintaq materiallarında diqqətçəkən digər məqam Mehman Xəlilovun hadisə baş verən gün, yəni 2023-cü il aprelin 29-da narkotik maddə axtarması epizodudur. Məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittihamı təhlil edərək qeyd edib ki, onun törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunub, həmin əməllər qəsdən törədilib.
Mehman Xəlilov məhz xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan yeddi yaşlı Fəridi qəsdən öldürüb. Məhkəmənin qənaətinə görə, Fəridin anası Aynurun Mehmanla sevgi münasibətlərinə son qoyması idmançıda qisas hissi yaradıb.
Hadisə günü Fəridi idman zalında görən Mehman ona qarşı üst-üstə, hətta qulaqlarından da tutmaqla 80 dəfə təhlükəli fənd işlədərək yerə çırpıb. Fəridin anası Aynur Məlikovanın məşqçi Mehman Xəlilovla yaxın münasibətlərinə gəldikdə isə bu əlaqələr 2023-cü ilin fevralına təsadüf edir. Yəni Fəridin məşqə başladığı vaxta. İki aylıq münasibətlərdən sonra Aynur Mehmandan ayrılmaq istəyib.
Mehman isə buna etiraz edib. İbtidai və məhkəmə istintaqına təqdim olunan materiallardan bəlli olur ki, tərəflərin arasındakı münasibətin qəfil pozulmasının azyaşlının ölümünə bilavasitə təsiri olub. Fəridlə zalda birlikdə məşqə gedən qardaşı ifadəsində bildirib ki, Mehman müəllim hər zaman onlarla yaxşı rəftar edib.
Lakin həmin gün məşqə gedən zaman Mehman onlarla, özəlliklə də qardaşı Fəridlə pis rəftar etməyə başlayıb. Belə ki, həmin gün Fərid ağlayaraq anasına məşqə getmək istəmədiyini bildirib. Anası da Mehmana zəng vuraraq Fəridin məşqə gəlmək istəmədiyini deyib. Lakin Mehmanla danışdıqdan sonra anası onları məşqə aparıb. Uşaqlar zala daxil olan kimi Mehman Fəridi qaldıraraq başının üzərindən yerə çırpıb, ardınca daha bir neçə dəfə həmin hərəkəti təkrarlamaqla əsəbi halda azyaşlıdan nə üçün məşqə gəlmək istəmədiyini soruşub.
Qardaşı bildirib ki, ilk vaxtlar Fərid yerə çırpıldıqdan sonra ayağa qalxa bilsə də, bir qədər sonra ayağa dura bilməyib. Qardaşı ifadəsi zamanı daha sonra qeyd edib ki, idmançı azyaşlıya "yenə də anana gəlmirəm deyəcəksən?" sualını təkrar-təkrar verərək ona qarşı təhlükəli fəndləri tətbiq etməkdə davam edib.
Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunan tibbi müayinə protokolundan da görünür ki, təqsirləndirilən şəxsdən götürülmüş analizlərdə onda marixuana və opioidlərin qəbulu aşkarlanıb.
Tədqiq edilən bütün halları nəzərə alan məhkəmə Mehman Xəlilovu 19 il azadlıqdan məhrum edib. // Baku.TV
29-04-2024, 15:09 | Bakının məşhur restoranında ÖLÜM: Rəqs edərkən... - TƏFƏRRÜAT

Bakının məşhur restoranında 73 yaşlı şəxs qəflətən ölüb.
xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata əsasən, hadisə "Ay İşığı" restoranında baş verib.
Belə ki, 1951-ci il təvəllüdlü Fəxrəddin Poladov rəqs etdiyi zaman qəfil halı dəyişib. Şəxsin ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
29-04-2024, 14:27 | Bakının məşhur restoranında ÖLÜM: Rəqs edərkən... - TƏFƏRRÜAT

Bakının məşhur restoranında 73 yaşlı şəxs qəflətən ölüb.
xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata əsasən, hadisə "Ay İşığı" restoranında baş verib.
Belə ki, 1951-ci il təvəllüdlü Fəxrəddin Poladov rəqs etdiyi zaman qəfil halı dəyişib. Şəxsin ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
29-04-2024, 14:16 | Məktəb direktoru müəllimləri şantaj edərək rüşvət yığırmış

Mənimsəmə və rüşvət alma kimi cinayətlərdə təqsirləndirilən Xocavənd rayonunun Qaradağlı kənd orta məktəbinin sabiq direktoru İngilis Tağıyevə hökm oxunub.
qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İngilis Tağıyevin məktəbin bir neçə müəllimini şantaj edərək rüşvət aldığı, məktəb üçün ayrılan vəsaitləri ələ keçirdiyi bildirilib.
Bəlli olub ki, 2002-ci ildən 2022-ci ilədək məktəbə rəhbərlik etmiş İ.Tağıyev işə çıxmayan bir qrup müəllimin adına açılmış əməkhaqqı kartlarını özündə saxlayaraq külli miqdarda pul mənimsəyib. Bundan başqa, onun bir neçə müəllimdən hədə-qorxu yolu ilə pul tələb edərək aldığı da müəyyən edilib. 2022-ci ildə məktəb kollektivindən bir sıra müəllim İngilis Tağıyevin əməlləri barədə hüquq-mühafizə orqanlarına və Təhsil Nazirliyinə şikayət ediblər. Bundan sonra o, vəzifədən azad edilib və barəsində cinayət işi başlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda İ.Tağıyev Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 311.3.2, 311.3.3, 311.3.4 və 313-cü (Mənimsəmə (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla, hədə-qorxu tətbiq etməklə və külli miqdarda rüşvət alma, vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il müddətə vəzifə tutmaq qadağan edilməklə 5 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Həmçinin onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib.
5-03-2024, 10:05 | Faciəli şəkildə ölən şəxs məşhur fotoqraf imiş - VİDEO - FOTO

Göyçay-Ucar yolunda baş vermiş ağır qəzada ölənlərdən biri tanınmış fotoqraf imiş.
ATV xəbərin məlumatına görə, Xəqani Bağırov Göyçayda tanınmış fotoqraf imiş.
Onlar toy məclisindən qayıdarkən qəzaya düşüblər.
Ətraflı video məlumatı təqdim edirik:
4-03-2024, 10:33 | Azərbaycanda avtomobil piyadanı vuraraq öldürdü

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb.
APA-ya istinadən bildirir ki, Firuz Qocayev idarə etdiyi "Toyota Carolla" markalı avtomobillə yolu keçən, 1978-ci il təvəllüdlü Almaz Abdullayevanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
19-02-2024, 12:46 | Daha bir uşaq qızılcadan öldü - YENİLƏNİB

05.02.2008-ci il təvəllüdlü Lənkəran rayon Veravul kənd sakini Qurbanlı Xədicə Bəbək qızı axşam 23:35 radələrində "Kəskin tənəffüz çatışmamazlığı, dəqiqləşdirilməmiş qıcolma tutmaları" diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.
TƏBİB-dən verilən xəbərə görə, xəstənin vəziyyətinə uyğun olaraq dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Saat 23:55 radələrində ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, xəstədə anadangəlmə kvadroplegiya, spastik tetraplegiya diaqnozları olub.
--------
Lənkəranda azyaşlı qız qızılcadan ölüb.
report-a istinadən xəbər verir ki, rayonunun Veravul kənd sakini 2018 - ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Zəruri yardımlar göstərilsə də uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
16-02-2024, 11:47 | Bakıda Prius "Chrysler"i vurdu - Gəlin maşını idi - VİDEO

Xalqlar Dostluğu ərazisində qəza baş verib.
Toyota Prius markalı avtomobillə Chrysler toqquşub. Görüntülər sosial şəbəkələrdə yayılıb.
Həmin görüntüləri təqdim edirik: