6-02-2020, 10:43 | XİN: “Təyyarə qəzasında yaralananlar arasında Azərbaycan vətəndaşı olmayıb” - YENİLƏNİB

İstanbulun Sabiha Gökçen hava limanında qəzaya uğrayan təyyarədə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı olmayıb.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
O bildirib ki, İstanbulda Sabiha Gökçen hava limanında qəzaya uğrayan "Pegasus" şirkətinə məxsus təyyarədə xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması ilə bağlı XİN-ə məlumat daxil olmayıb.
Xatırladaq ki, İzmirdən İstanbula uçan "Pegasus" şirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib. Ən son məlumatlara görə, hadisə nəticəsində üç nəfər ölüb, 179 nəfər xəsarət alıb.
----------
09:43
İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəzada yaralananlardan biri azərbaycanlıdır.
AZƏRTAC-a ölkəmizin İstanbuldakı Baş konsulluğundan məlumat verilib.
Hazırda bu şəxsin kimliyi araşdırılır.
Qeyd edək ki, qəzaya uğramış təyyarədə Türkiyə ilə yanaşı, ABŞ, Çin, İraq və digər ölkələrin vətəndaşları olub.
Xatırladaq ki, İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.
30-01-2020, 18:39 | Bakıda kişi kürəyindən bıçaqlanıb

Bakının Suraxanı rayonunun Bülbülə kənd sakini yanvarın 29-da baş verən münaqişə nəticəsində ciddi bədən xəsarəti alıb.
Bu barədə rayon Polis Şöbəsindən məlumat daxil olub. Saat 21:00 radələrində Bəydəmirov küçəsində 37 yaşlı Nəcəfov Vüqar Rafiq oğlunun kürəyinə üç bıçaq zərbəsi vurulub.O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 31-ci Polis Bölməsinin əməkdaşları hadisədə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdiriblər. Onun zərərçəkənin dostu olduğu məlum olub. Hələ tutulmadığı üçün həmin şəxsin adı açıqlanmır. Faktla bağlı araşdırma davam edir.
30-01-2020, 18:38 | Kişini öldürüb, meyitini onuncu mərtəbədən aşağı atdılar

Rusiyanın Moskva şəhərində çoxmərtəbəli binadan həyətə çılpaq kişi meyiti atılıb. REN TV-nin xəbərinə görə, hadisə Şarikopodşipnikovskaya küçəsində baş verib. Yoldan keçən zaman yerdə meyit görən şəxs bununla bağlı polisə xəbər verib.Tibbi ekspertizada meyitin bədənində zorakılıq əlamətləri olduğu müəyyən edilib. Məlum olub ki, meyit onuncu mərtəbədə yaşayan, əvvəl məhkum olunmuş qadın tərəfindən atılıb. Qeyd edək ki, evdən qan izləri aşkarlanıb.