XİN: “Təyyarə qəzasında yaralananlar arasında Azərbaycan vətəndaşı olmayıb” - YENİLƏNİB
XİN: “Təyyarə qəzasında yaralananlar arasında Azərbaycan vətəndaşı olmayıb” - YENİLƏNİB

İstanbulun Sabiha Gökçen hava limanında qəzaya uğrayan təyyarədə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı olmayıb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

O bildirib ki, İstanbulda Sabiha Gökçen hava limanında qəzaya uğrayan "Pegasus" şirkətinə məxsus təyyarədə xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması ilə bağlı XİN-ə məlumat daxil olmayıb.

Xatırladaq ki, İzmirdən İstanbula uçan "Pegasus" şirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib. Ən son məlumatlara görə, hadisə nəticəsində üç nəfər ölüb, 179 nəfər xəsarət alıb.

----------
09:43

İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəzada yaralananlardan biri azərbaycanlıdır.

AZƏRTAC-a ölkəmizin İstanbuldakı Baş konsulluğundan məlumat verilib.

Hazırda bu şəxsin kimliyi araşdırılır.

Qeyd edək ki, qəzaya uğramış təyyarədə Türkiyə ilə yanaşı, ABŞ, Çin, İraq və digər ölkələrin vətəndaşları olub.

Xatırladaq ki, İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.
Tarix: 6-02-2020, 10:43