16-02-2024, 11:34 | Polis Qəbələdə əməliyyat keçirdi: saxlanılanlar var

Polis Qəbələdə əməliyyat keçirdi: saxlanılanlar var




Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotiklərin satışında şübhəli bilinən Çinar Soltanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı Çinar Soltanovun həmin narkotik vasitəni Qəbələ rayonunun Tola kənd sakini Mərdan Əzəmmədovdan 120 manata satış məqsədilə aldığı məlum olub.

Davam etdirilən tədbirlərlə M.Əzəmmədov da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən satış məqsədilə saxladığı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

14-02-2024, 12:07 | Sumqayıtda özünü 5-ci mərtəbədən atan şəxs ölüb

Sumqayıtda özünü 5-ci mərtəbədən atan şəxs ölüb



Sumqayıtda özünü 5-ci mərtəbədən atan şəxs xəstəxanaya çatdırılsa da, ölüb.

Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Mürvətov Elvin Vüqar oğlu yaşadığı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanından özünü atıb.

Onun psixoloji problemlərinin olduğu bildirilir

13-02-2024, 06:39 | Bu qızları görənlərin nəzərinə - Dərhal polisə xəbər edin!

Bu qızları görənlərin nəzərinə - Dərhal polisə xəbər edin!


Abşeronda 2 məktəbli qız itkin düşüb.

Hadisə dünən baş verib.

Belə ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri - Saray Məmmədli və Aydan Muradzadə günorta saat 14:00 radələrində dərsdən çıxıb, geri qayıtmayıblar.

Onların evə qayıtmadığını görən valideynləri dərhal Abşeron rayon Polis İdarəsinə məlumat veriblər.// report

13-02-2024, 06:14 | Yusif Qədimbəylinin oğlunun evindən oğurluq edən qadına AĞIR CƏZA

Yusif Qədimbəylinin oğlunun evindən oğurluq edən qadına AĞIR CƏZA


"Sədərək" ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən 803 min manatlıq oğurluq etməkdə ittiham olunan xadimə Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, R.Cabbarova xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluqda təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 44 yaşlı R.Cabbarova özünü qismən təqsirli bilir. İddia edir ki, oğurladıqlarının hamısını geri qaytarıb, zərərçəkmiş şəxslər isə qisas almaq məqsədilə dəymiş ziyanın məbləğini şişiriblər.

Müdafiə tərəfi dəfələrlə zərərçəkmişlərin məhkəməyə çağırılmasını tələb etsə də, məcburi gətirilmə qərarı çıxarılsa da, Qədimbəyli ailəsini məhkəməyə gətirmək mümkün olmayıb. Müdafiə zamanı vəkillər, xanım müttəhim isə son sözündə buna etiraz edib. Məhkəmə zərərçəkmiş şəxslərin ölkədə olmadıqlarına görə məcburi gətirilmə qərarının icra edilmədiyini elan edib.

12-02-2024, 19:56 | Azərbaycanda AĞIR QƏZA - 7 yaralı var

Azərbaycanda AĞIR QƏZA - 7 yaralı var



Yevlaxda ikisi azyaşlı olmaqla, 7 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.

İki "Mercedes Benz" minik avtomobili toqquşub. Nəticədə, hər iki avtomobildə olan sərnişinlər və sürücülər xəsarət alıblar.

Xəsarət alan şəxslər - 1978-ci il təvəllüdlü Qənbərov Çingiz, 1953-cü il təvəllüdlü Məmmədova Rahilə, 1987-ci il təvəllüdlü Səfərova Nərmin, 1988-ci il təvəllüdlü Qurban Rəhimov, 2015-ci il təvəllüdlü Ə.Rəhimli, 2013-cü il təvəllüdlü N.Rəhimzadə və hələlik şəxsiyyəti məlum olmayan bir nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

12-02-2024, 12:10 | Bakı-Quba yolundan istifadə edən sürücülərin DİQQƏTİNƏ

Bakı-Quba yolundan istifadə edən sürücülərin DİQQƏTİNƏ




Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrdə yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq 13 fevral saat 9:00-dan axşam saatlarınadək işlərin aparıldığı istiqamətə uyğun əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

12-02-2024, 11:43 | Daha bir şəhid atası vəfat etdi

Daha bir şəhid atası vəfat etdi




Vətən müharibəsi şəhidi İlkin Ağakişiyevin atası vəfat edib.

Xəstəlikdən əziyyət çəkən şəhid atası Elxan Ağakişiyev ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü İlkin Ağakişiyev evin tək oğul övladı olub. O, 8 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində şəhid olub və nəşi bir müddət sonra tapılaraq 27.11.2020-ci ildə Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında izdihamla dəfn olunub.

Ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" , "Vətən uğrunda" medalları ilə təltif edilib.

12-02-2024, 10:56 | Bu il orduda özünü öldürmə halı qeydə alınıb? - RƏSMİ AÇIQLAMA

Bu il orduda özünü öldürmə halı qeydə alınıb? - RƏSMİ AÇIQLAMA



Ötən ay Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizinin üstü açılıb.

Bunu Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.


Məlumata görə, Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə həyata keçirilmiş tədbirlərin nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 33,8 faiz azalıb.

O bildirib ki, qeyd olunan dövrdə hərbi xidmət əleyhinə olan cinayətlər 18,5 faiz, qeyri-hərbi cinayətlər 44,9 faiz; hərbi xidmətdən yayınma cinayətləri 45,2 faiz; hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 35, 3 faiz; hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 85,7 faiz və mülkiyyət əleyhinə olan cinayətlər 22,7 faiz azalıb: "Xüsusi vurğulamaq lazımdır ki, özünü öldürmə həddinə çatdırma cinayətləri yanvar ayı ərzində ümumiyyətlə, qeydə alınmayıb".//milli.az

12-02-2024, 10:46 | "Ermənilər çirkin xislətindən hələ də əl çəkmir"




[
Nyus.Az xəbər verir ki, hadisə fevralın 6-da, Sabunçu rayonu Şəhər şossesində qeydə alınıb. 217 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobus 1988-cu il təvəllüdlü Elsevər Vəli oğlu Nəsirovu vurub.

Ağır xəsarət alan şəxs fevralın 11-də Sabunçu Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Nyus.Az




9-02-2024, 09:40 | Narkotik qarşılığında kuryerlik edirmiş

Narkotik qarşılığında kuryerlik edirmiş


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ŞPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Abşeron rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Mövsüm Məmmədov şəhər ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı çəkisi 1 kiloqram 500 qramdan artıq olan marixuana və 720 qram heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı M.Məmmədov sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotikləri bir miqdar narkotik vasitə qarşılığında Bakı şəhərinə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.