9-02-2024, 09:28 | Azərbaycanda elektrovoz avtomobillə toqquşdu

Azərbaycanda elektrovoz avtomobillə toqquşdu


Bu gün saat 07:10 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovoz Sitalçay yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 75-Vl-639 olan "Nazlifan" markalı avtomobil dəmiryol keçidində qəflətən qatarın yoluna çıxıb.

Bu barədə ADY-dən bildirilib.

Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.

"ADY nəqliyyat vasitələri sürücülərini "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir", - deyə səhmdar cəmiyyəti bəyan edib.

9-02-2024, 09:20 | Qusar-Xudat yolunda yol qəzası olub, ölən var

Qusar-Xudat yolunda yol qəzası olub, ölən var


Qusar-Xudat yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə yolun Xaçmaz rayonu Digah-oba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Məmmədov Emin Fərhad oğlunun idarə etdiyi "Ford" markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücünün qardaşı, avtomobildə olan sərnişin 2003-cü il təvəllüdlü Məmmədov Elçin Fərhad oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.



report.az





9-02-2024, 09:16 | Qurani-Kərimi yandıran şəxsə hökm oxundu

Qurani-Kərimi yandıran şəxsə hökm oxundu


İsveç İmmiqrasiya Məhkəməsi Qurani-Kərimi yandıran şəxslə bağlı qərar verib.

Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikaya qarşı İmmiqrasiya İdarəsi deportasiya qərarı çıxarıb.

Bu qərardan razı qalmayan Salvan Momika apellyasiya məhkəməsinə müraciət edib.

Məhkəmə Momikanın yaşayış icazəsi ilə bağlı yalan məlumat verdiyini müəyyən edərək deportasiya qərarını dəstəkləyib.

İmmiqrasiya Məhkəməsinin təsdiq etdiyi qərarla onun deportasiya prosesi başlayıb.

publika.az

8-02-2024, 09:09 | Qusarda silah satmaq istəyən və işlədiyi obyektən oğurluq edənlər saxlanılıblar

Qusarda silah satmaq istəyən və işlədiyi obyektən oğurluq edənlər saxlanılıblar



Qusarda tapdığı silahı satmaq istəyən və işlədiyi obyektən oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Ağaməmmədov saxlanılıb.

Həmin şəxsin üzərindən satmaq məqsədilə daşıdığı 1 ədəd "Kalaşnikov" markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı Xaçmaz rayon sakini Ramazan Əliyev saxlanılıb. Həmin şəxs ayrı-ayrı vaxtlarda kirayə qaldığı evdən və işlədiyi obyektdən soyuducu, televizor və pul oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 1 512 (min beş yüz on iki) manat ziyan vurub.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Teymur Ağaməmmədovun barəsində həbs, Ramazan Əliyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

8-02-2024, 08:55 | Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib



Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

report.az-a istinadən xəbər verir ki, metronun "Azadlıq" stansiyasının yanında avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Səmədov Murad Qurban oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.

Fakt araşdırılır.

23-01-2024, 15:27 | Bakıda sərnişin avtobusu qəza törətdi - VİDEO

Bakıda sərnişin avtobusu qəza törətdi - VİDEO



Bakıda sərnişin avtobusu qəza törədib.

Bu barədə sosial şəbəkədə video yayılıb. Sərnişin daşınması ilə məşğul olan nəqliyyat vasitəsi minik avtomobilinə çırpılıb.

Qəzanın detalları barədə məlumat yoxdur

5-01-2024, 13:25 | Bakı-Qazax yolunda dəhşətli qəza - Ölən var - VİDEO

Bakı-Qazax yolunda dəhşətli qəza - Ölən var - VİDEO



Bakı-Qazax yolunun 245-ci kilometrliyində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində bir nəfər həyatını itirib.

29-12-2023, 14:35 | Bakıda körpüdə qəza oldu

Bakıda körpüdə qəza oldu



Bakıda körpünün üzərində qəza olub.

NİİM-dən milli.az-a verilən xəbərə görə, yol-nəqliyyat hadisəsi Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsünün üzərində baş verib.

Qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

Respublica.Az

29-12-2023, 14:33 | Sabirabadda 12 yaşlı qız nişanlandı - Ombudsman məsələni nəzarətə götürdü

Sabirabadda 12 yaşlı qız nişanlandı - Ombudsman məsələni nəzarətə götürdü



Sabirabad rayonunun Məmişli kəndində azyaşlı qızın evliliyə cəlb olunması ilə bağlı məlumat yayılıb.

Respublica.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın evliliyə cəlb olunması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat araşdırılaraq Ombudsman tərəfindən nəzarətə götürülüb.

"Azyaşlının hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi və məsələnin nəzarətdə saxlanılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müvafiq sorğular göndərilib.

Ombudsman Aparatının aidiyyəti struktur bölməsi tərəfindən uşağın ailə üzvləri ilə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri, erkən evliliyin fəsadları izah edilib, uşağın təhsilinin davam etdirilməsinin vacibliyi vurğulanıb".

Respublica.Az



26-12-2023, 09:47 | Azərbaycanda DƏHŞƏT: Oğurluğa girdiyi evi yandırdı

Azərbaycanda DƏHŞƏT: Oğurluğa girdiyi evi yandırdı





Lənkəranda oğurluq etdiyi evi izi itirmək üçün yandıran şəxs saxlanılıb.

Bu barədə milli.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu ilin fevral ayının 2-də Lənkəran rayon Boladi kəndinin ərazisindəki evlərdən birinin yanması və həmin evdən 1 ədəd ov tüfənginin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində həmin yaşayış evinin Boladi kənd sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Mirzəyev tərəfindən yandırıldığı məlum olub. Belə ki, həmin şəxs həmkəndlisinin evinə gizli yolla daxil olaraq oradan "İJ" markalı ov tüfəngini oğurladıqdan sonra həmin evi yandırıb.

Ş.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb və oğurlanan silah aşkarlanaraq maddi sübut kimi götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Respublica.Az

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.