26-12-2023, 09:41 | Magistral yolda TIR aşdı

Bakı-Astara yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Respublica.Az xəbər verir ki, bu barədə baku.ws-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə zamanı idarəetməni itirən TIR aşıb.
Xəsarət alanlar barədə məlumat yoxdur.
Respublica.Az
26-12-2023, 09:38 | Bakıda bina yandı

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 80 kvadratmetr olan ikiotaqlı mənzilin eyvanında 3 kvadratmetr sahədə ev əşyaları yanıb, yüksək temperaturdan bir ədəd plastikdən ibarət qapı və bir ədəd pəncərə qarsalanıb.
Respublica.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat yayıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Respublica.Az
26-12-2023, 09:21 | Bakıda toydan çıxan ər və arvadı maşın vurdu

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.
Respublica.Az APA-ya istinadən bildirir ki, hadisə Mehdi Abbasov küçəsində baş verib.
Şadlıq sarayından çıxaraq əks tərəfə keçmək istəyən 1969-cu il təvəllüdlü Mirəziz Ramiz oğlu Heydərov və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Sevinc Nadir qızı Heydərovanı minik avtomobili vurub.
Yaralılar ağır vəziyyətdə özəl xəstəxanaların birinə yerləşdiriliblər.
M.Heydərovun sağ baldır və sol bazu sümüyü sınıb. S.Heydərovaya qapalı kəllə-beyin travması və qabırğaların sınığı diaqnozu qoyulub.
Fakt üzrə Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Respublica.Az
26-12-2023, 08:43 | Bakıda qız atasını bıçaqlayıb

Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb.
Respublica.Az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Xəlilov Elman Oqtay oğlu qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Bıçaqlanan şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb.
Respublica.Az
26-12-2023, 08:39 | Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.
Respublica.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
4. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Respublica.Az
26-12-2023, 08:37 | Azərbaycanda bir ailə yol qəzasına düşdü, xəsarət alanlar var

Abşeron rayonu Masazır qəsəbəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Respublica.Az report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Əhmədov Səxavət Yusifəli oğlu, həyat yoldaşı Əhmədova Səadət Nurəddin qızı və övladları - 2018-ci il təvəllüdlü Əhmədli Nihat Səxavət oğlu, 2011-ci il təvəllüdlü Əhmədli İntizar Səxavət qızı hadisə zamanı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Əhmədov Səxavətə döş qəfəsinin küt travması, Əhmədova Səadətə burun əziyi, uşaqlara isə bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozları qoyulub.
Respublica.Az
25-12-2023, 06:18 | 16 yaşlı oğlanı öldürüb Sədərəkdə basdırdı - TƏFƏRRÜAT

Keçən ilin sentyabrında Bakıda 16 yaşlı Hüseynağa Şeydabəyovu qətlə yetirən və meyitini xeyli müddət avtomobilində saxladıqdan sonra "Sədərək" ticarət mərkəzinin ərazisində basdıran 1968-ci il təvəllüdlü Babək Quliyevin məhkəməsi başa çatıb.
Respublica.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə B.Quliyev Cinayət Məcəlləsinin 120.2.9 və 145.2.3-cü (köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə və qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirlənidirilib.
Məhkəmə prosesində hadisənin təfərrüatı da məlum olub. Bildirilib ki, B.Quliyevin şəhərin mərkəzində və Bilgəh qəsəbəsində evləri olub. Onun ailə üzvləri, eləcə də 2007-ci il təvəllüdlü qızı vaxtaşırı Bilgəhdəki bağ evinə gedib orada qalırmış. Bu müddət ərzində B.Quliyev yeniyetmə qızının qonşuluqda yaşayan 2006-cı il təvəllüdlü Hüseynağa ilə münasibətinin yarandığını düşünüb. Hadisədən bir neçə gün əvvəl B.Quliyev oğlana zəng edərək xəbərdarlıq edib, həmçinin qızının telefonunu əlindən alıb. Bundan 10 gün sonra, yəni sentyabrın 6-da B.Quliyev gecə saatlarında Bilgəhdəki evinə gedib və həyətdə Hüseynağanı yaxalayıb. O, 16 yaşlı oğlanın əl-qolunu iplə, ağzını yapışqanlı lentlə bağlayaraq özünə məxsus "Toyota Prado" markalı avtomobilə qoyub və Albalılıq adlanan əraziyə aparıb. Burada B.Quliyev Hüseynağanı maşından endirərək ağızını açıb və onu sorğu-sual edib. Daha sonra o, 16 yaşlı oğlanı amansızlıqla döyüb və ölümünə tam əmin olmaq üçün sonda boğub.
Bundan sonra B.Quliyev qətlə yetirdiyi oğlanın meyitini maşına qoyub və yaşadığı evə gedib. O, avtomobildə meyit olması barədə heç kimə məlumat verməyib. Sentyabrın 7-də B.Quliyev işlədiyi "Sədərək" ticarət mərkəzinə gedib və günorta iş başa çatandan sonra Hüseynağanın meyitini oradakı çuxura atıb və traktorla üstünü torpaqla örtüb.
Hadisədən sonra H.Şeydabəyovun ailə üzvləri onun axtarışına çxııblar. Onlar B.Quliyevin evinə gəliblər. Lakin B.Quliyev və ailə üzvləri Hüseynağanı görmədiklərini deyiblər. Polisin itkin kimi axtardığı şəxsin naməlum şəraitdə yoxa çıxması şübhələri Babək Quliyev istiqamətində artırıb və o, törətdiyi əməli etiraf edib. Ötən ilin 10 sentyabr tarixində o, saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda B.Quliyevə 18 il həbs cəzası təyin edilib.
16 yaşlı oğlanın əl-qolunu iplə, ağzını yapışqanlı lentlə bağlayaraq özünə məxsus "Toyota Prado" markalı avtomobilə qoyub və Albalılıq adlanan əraziyə aparıb. Burada B.Quliyev Hüseynağanı maşından endirərək ağızını açıb və onu sorğu-sual edib. Daha sonra o, 16 yaşlı oğlanı amansızlıqla döyüb və ölümünə tam əmin olmaq üçün sonda boğub.
Respublica.Az
25-12-2023, 06:08 | Güclü külək bu əraziləri işıqsız qoydu

Hazırda Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsir.
Respublica.Az xəbər verir ki, bu barədə report.az-a rayon sakinləri məlumat verib.
Onların sözlərinə görə, artıq 1 saatdan çoxdur ki, güclü külək əsməyə başlayıb. Qəfil başlayan külək səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.
Hazırda bölgədə küləkli hava şəraiti davam edir.
Respublica.Az
25-12-2023, 05:58 | "Saray körpüsü"ndə hadisə: ölən var

Sumqayıtda 66 yaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Respublica.Az report-a istinadən məlumat verir ki, hadisə "Saray körpüsü" adlanan ərazidə qeydə alınıb.
Yolu keçmək istəyən piyada 1957-ci il təvəllüdlü Dəmirova Alidə Allahverdi qızını maşın vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Respublica.Az
25-12-2023, 05:40 | Bakı metrosunda hadisə - xəsarət alan var

Bakı Metropoliteninin "Xalqlar dostluğu" stansiyasında 65-70 yaşlar arası kişi sərnişin ehtiyatsızlıq səbəbilə qatar stansiyaya daxil olarkən stansiya yoluna düşüb.
Respublica.Az xəbər verir ki, bu barədə report.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, dərhal stansiya yolundan yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti dəvət olunub.
"Stansiya işçisi və polis əməkdaşının operativ gördüyü tədbirlər sayəsində sərnişin stansiya yolundan çıxarılaraq ona ilkin yardım göstərilib. Təcili tibbi yardım personalı xəsarət almış sərnişinə ilkin tibbi yardım göstərib. Sərnişin təcili tibbi yardım xidməti ilə yola salınıb.
Təmas relsində yüksək gərginlik bərpa edildikdən sonra, qatar stansiyanı tərk edib. Polis və stansiya işçi personalının çevik tədbirləri nəticəsində qatarların hərəkətində intervaldan əlavə cəmi 5 dəqiqə yubanma qeydə alınıb".
Respublica.Az