24-12-2023, 18:58 | TƏCİLİ: Azərbaycanda yaşayış binasında partlayış - VİDEO

TƏCİLİ: Azərbaycanda yaşayış binasında partlayış - VİDEO


Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində yerləşən yaşayış binasında partlayış baş verib.

Respublica.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı məlum olub ki, üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 24m² olan üçotaqlı mənzilin anbar kimi istifadə edilən 1 otağında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.

Hadisə nəticəsində mənzilin 1 otağının əlavə artırması 2m² sahədə uçub, 2 otağın pəncərə çərçivələri və dəmir barmaqlıqları yerindən çıxıb. Partlayış dalğasının təsirindən otağa yığılmış ayaqqabı və digər geyim əşyaları yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Respublica.Az







24-12-2023, 18:26 | Ağstafada güclü külək yanacaqdoldurma məntəqəsinin damını uçurtdu - VİDEO

Ağstafada güclü külək yanacaqdoldurma məntəqəsinin damını uçurtdu - VİDEO


Ağstafada güclü külək yanacaqdoldurma məntəqəsinin damını uçurdub.

Respublica.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.


Respublica.Az

Həmin anın gönrütülərini təqdim edirik:

24-12-2023, 18:24 | Azərbaycanda avtomobil traktorla toqquşdu - xəsarət alanlar var

Azərbaycanda avtomobil traktorla toqquşdu - xəsarət alanlar var


Yevlax rayonunun Gülövşə kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Respublica.Az report-a istinadən xəbər verir ki, "VAZ-2106" markalı avtomobillə traktorun toqquşması nəticəsində 1965-ci il təvəllüdlü, N.Yusubova, 1970-ci il təvəllüdlü M.Qarayev və onun oğlu 2013-cü il təvəllüdlü Ü.Qarayev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Respublica.Az




24-12-2023, 15:47 | Araz Əliyev həbs edildi

Araz Əliyev həbs edildi


İctimai fəal Araz Əliyev həbs edilib.

Respublica/Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmə A.Əliyev haqda 25 sutka müddətinə inzibati qaydada həbs qərarı çıxarıb.

Respublica/Az



24-12-2023, 14:41 | Bakıda minik avtomobili avtobusla toqquşdu - VİDEO

Bakıda minik avtomobili avtobusla toqquşdu - VİDEO



Bakıda minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

Respublica.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, hadisə Bakının Yeni Günəşli qəsəbəsində baş verib.

Hadisə nəticəsində xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Respublica.Az



24-12-2023, 13:44 | Bakı Dövlət Universitetinin 29 yaşlı müəllimi itkin düşdü

Bakı Dövlət Universitetinin 29 yaşlı müəllimi itkin düşdü


Bakı Dövlət Universitetinin gənc müəllimi Araz Əliyev itkin düşüb.

Bu barədə musavat.com-a A. Əliyevin həyat yoldaşı Gülarə İsmayılova məlumat verib.

O bildirib ki, Araz Əliyev dekabrın 23-də saat 17:00-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.


A. Əliyev evdən çıxarkən tanışları ilə qısamüddətli görüşə getdiyini desə də, sonradan ondan xəbər çıxmayıb. 1994-cü il təvəllüdlü Araz Əliyev 2018-ci ildən Bakı Dövlət Universitetinin müəllimidir.

Respublica.Az



23-12-2023, 12:10 | Daha bir ağır qəza - 8 nəfər yaralandı

Daha bir ağır qəza - 8 nəfər yaralandı


Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Xırdalan qəbiristanlığının qarşısındakı yolda baş verib.

Belə ki, "Opel" markalı avtomobillə "Chevrolet" markalı avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Respublica.Az



23-12-2023, 11:40 | Şuşada dəhşətli qəza - ölən və yaralanan var

Şuşada dəhşətli qəza - ölən və yaralanan var


Şuşa yolunda betonqarışdıran avtomobil idarəetmədən çıxaraq aşıb, ölən və yaralanan var.

Respublica.Az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində Biləsuvar rayon sakinləri, sürücü Rahil Ağayev yaralanıb, Elçin Nəzərov isə ölüb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Respublica.Az






23-12-2023, 10:10 | Azərbaycanda AĞIR QƏZA: bir ailənin dörd üzvü...

Azərbaycanda AĞIR QƏZA: bir ailənin dörd üzvü...


Salyan rayonunda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.

Respublica.Az report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Jiquli" markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb.

Qəza nəticəsində bir ailənin dörd üzvü - rayonun Sarvan kənd sakinləri, 1961-ci il təvəllüdlü Abışova Gülşən Davud qızı, 1988-ci il təvəllüdlü Abışova Xanım Yusif qızı, 2010-cu il təvəllüdlü Abışzadə Eşqin Emil oğlu və 1988-ci il təvəllüdlü Abışov Emil Həsrətddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Respublica.Az


23-12-2023, 09:35 | Qəbiristanlıqdan oğurluq edən şəxs ələ keçdi

Qəbiristanlıqdan oğurluq edən şəxs ələ keçdi


Goranboyda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xınnalı kəndindəki qəbiristanlıqdan ümumi dəyəri 450 manat olan dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən rayon sakini Araz Qədimov saxlanılıb.

Maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilən A. Qədimov dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Respublica.Az

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.