Daha bir ağır qəza - 8 nəfər yaralandı

Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Xırdalan qəbiristanlığının qarşısındakı yolda baş verib.
Belə ki, "Opel" markalı avtomobillə "Chevrolet" markalı avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Respublica.Az
Tarix: 23-12-2023, 12:10