14-12-2023, 09:30 | Azərbaycanda oğlan danışdığı qızın çılpaq şəkillərini onun bacısının ərinə göndərdi - Çəpərin yanında...

Azərbaycanda oğlan danışdığı qızın çılpaq şəkillərini onun bacısının ərinə göndərdi - Çəpərin yanında...



Kürdəmir rayonunda 2002-ci il təvəllüdlü Ruslan 2004-cü il təvəllüdlü həmkəndlisi Hicranın (adlar şərti verilib - red.) intim fotolarını yaymaqda ittiham edilib.

Respublica.Az teleqraf.com-a istinadən bildirir ki, Kürdəmir rayon sakini Ruslan 2021-ci ilin sonlarında "WhatsApp" vasitəsilə Hicranla video-zəng formasında danışarkən onun məlumatı və razılığı olmadan çılpaq vəziyyətdə intim görüntülərini mobil telefonunda qeydə alıb.

2021-ci il dekabrın sonlarında kənddə qohumu Sərxanla görüşdüyü vaxt videoları "WhatsApp"da ona göndərib. Dekabrın sonlarında həmkəndlisi Vüsalla bağda mal otaran zaman videoları ona göstərib. Evə getdikdən sonra isə videoları "WhatsApp"da Vüsala göndərib.

İstintaq orqanı tərəfindən Ruslanın barəsində Cinayət Məcəlləsinin 156.1-ci (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Hicranı həmkəndlisi kimi tanıyıb:

"Hicrangilin evləri bizim evimizdən iki küçə aralıdadır. Onun bir müddət əmim nəvəsi Sərxanla sevgi münasibətlərində olması barədə eşitmişdim.

2021-ci ilin avqust ayından 2022-ci ilin fevral-mart aylarına qədər Gəncə şəhərində zavodda qaynaqçı kimi işləmişəm. 2022-ci ilin may ayına kimi Zəngilan rayonunda yenidənqurma işlərində fəhlə kimi çalışmışam. May ayında isə yaşadığım kəndə qayıtmışam".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ilin noyabr və dekabr aylarının sonlarında bir neçə gün yaşadığı kənddə qalıb:

"Noyabrda Sərxandan Hicranın mobil nömrəsini götürüb "WhatsApp"da mesaj yazdım, onunla tanış oldum. Bir müddət danışdıqdan sonra münasibətlərimiz daha da yaxşılaşdı. Onunla həm səsli, həm də görüntülü söhbət etdik. Aramız səmimi olduğundan arabir çılpaq şəkillərimi ona göndərdim.

Hicran da çılpaq vəziyyətdə olduğu vaxt görüntülü zəng formasında danışaraq mənimlə virtual intim münasibətdə oldu.

Danışdığımız müddət ərzində bir neçə dəfə Hicrangildə heç kim olmayanda çəpərin yanında onunla görüşərək sevişmişəm, öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşam".

Təqsirləndirilən şəxs deyib ki, 2021-ci ilin sonlarında Hicranla görüntülü zəng formasında danışdıqları vaxt çılpaq vəziyyətdə bədənini ona göstərərkən özünə məxsus mobil smartfon vasitəsilə bir neçə dəfə qeydə alıb:

"Həmin videoları telefonumda saxladım. Videolar barəsində əmim nəvəsi Sərxana da danışdım. Təxminən 2021-ci il dekabrın sonlarında yaşadığım kənddə Sərxanla görüşdük. Yeyib-içərkən Sərxan Hicranın intim görüntülərini əks etdirən videoları ona göndərməyimi xahiş etdi. Mən də onun xahişini yerinə yetirdim".

Ruslan qeyd edib ki, bir neçə gün sonra, təxminən 2021-ci il dekabrın sonlarında həmkəndlisi Vüsalla mal otaran zaman Hicranın çılpaq vəziyyətdə görüntülərini qeydə aldığını bildirib:

"Videolardan birini ona göstərdim. O da videonu göndərməyimi xahiş etdi. Axşam evə gedərkən videonu Vüsala yolladım.

Təxminən 2022-ci ilin fevralında Hicran zəng edərək videonu niyə bacısının əri Vüsala göndərdiyimi soruşdu. Videonu Pərvizə göndərdiyimi, həmin videonu da onun telefonundan Pərvizin götürdüyünü dedim.

Buna görə Hicran bir neçə gün mənimlə danışmadı. Lakin sonradan yenə danışmağa başladıq. Bu söhbət zamanı Hicrana videoları Vüsala özümün göndərdiyimi etiraf etdim".

Təqsirləndirilən şəxs bildirib ki, 2022-ci ildə Hicranın böyük bacısının qaynı Vüqar ona zəng edib və onu təhqir etməklə Hicranın intim videosunu niyə kənddə yaydığını soruşub: "Vüqara heç nə demədən telefonu söndürdüm. Təxminən 20 dəqiqə sonra Hicranın atası Əli atama zəng etdi və onu evlərinə çağıraraq söhbət etdi. Axşam Hicranın vəziyyətinin pisləşdiyini, xəstəxanaya aparıldığını eşitdim.

Hicranın həmin videoları qeydə almağımdan və Vüsala göndərməyimdən 2022-ci ilin fevral ayında xəbəri olub. Atasının bundan xəbər tutması ona pis təsir edib. Hicranın bu məsələyə görə özünü öldürmək istəməsini düşünmürəm. Çünki heç vaxt onunla amansız rəftar etməmişəm, ona hədə-qorxu gəlməmişəm.

Hicranın intim görüntülərini əks etdirən videoları ilk dəfə dostum Sərxana, daha sonra həmkəndlim Vüsala göndərmişəm. Videoları başqa heç kimə göndərməmişəm.

Hicranla çılpaq vəziyyətdə danışarkən onun görüntülərini qeydə almağımdan xəbəri olmayıb. Videoları yaymaqda başqa niyyət güdməmişəm".

İş üzrə zərərçəkmiş Hicranın sözlərinə görə, təqsirləndirilən Ruslanı həmkəndlisi kimi tanıyıb, Ruslangilin evləri onların evindən iki küçə aralıda yerləşir:

"Təxminən 2021-ci ilin noyabında Ruslan "WhatsApp"da mesaj yazaraq mənimlə tanış olmaq istədi. Xoşum gəlmədiyi üçün onu bloka ataraq yazışmanı davam etdirmədim.

Təxminən bir neçə saat sonra Ruslan başqa nömrədən yenidən yazaraq onu niyə bloka atdığımı soruşdu, blokdan çıxarmağımı istədi və mənə bir söz deyəcəyini bildirdi. Ona danışmaq istəmədiyimi dedim.

Ruslan məni sevdiyini dedi. Ona rədd cavabı verdim. Axşam saatlarında bizə qonaqlar gəldi. Ruslan yenidən yazaraq bizə elçi gəlib-gəlmədiyini soruşdu. Mən də onu özümdən uzaqlaşdırmaq üçün elçi gəldiyini bildirdim.

Ruslan bir müddət gözləməyi, məni alacağını bildirdi. Yenidən rədd cavabı verərək ona mesaj yazmadım".

Hicran qeyd edib ki, səhəri gün Ruslan yenidən mesaj yazaraq onu istədiyini, elçilərə rədd cavabı verməsini tələb edib:

"Bundan sonra mənə kənddən kim elçi gəlsə, Ruslan həmin adamları taparaq onlarla dalaşıb mənim başqası ilə evlənməyə imkan vermədi.

Ruslanın bu hərəkətlərindən sonra məni həqiqətən istədiyinə, sevdiyinə inandım, onunla danışmağa başladım. Həm səsli, həm də görüntülü danışdıq. Aramız səmimi olduğundan məndən çılpaq şəkillərimi göndərməyimi istədi. Mən də inanaraq çılpaq şəkillərimi Ruslana göndərdim.

Həmçinin çılpaq vəziyyətdə görüntülü zəng formasında danışaraq onunla virtual intim münasibətdə oldum. Danışdığımız müddət ərzində 3-4 dəfə müxtəlif vaxtlarda evimizdə heç kim olmayanda həyətimizdəki çəpərin yanında Ruslanla görüşərək sevişdik. Hər dəfəsində öz razılığımla qeyri-təbii yolla cinsi əlaqədə oldum".

Zərərçəkmiş deyib ki, 14 fevral 2022-ci ildə Ruslan çılpaq vəziyyətdə olduğu zaman qeydə aldığı video görüntünü bacısı Sənəmin əri Vüsala göndərib:

"Ruslanla görüntülü danışarkən onun danışıqlarımızı qeydə aldığını bilməmişəm. Fevralın 14-də bacım zəng edərək Ruslanın videomu Vüsala göndərdiyini, bunun nə məsələ olduğunu soruşdu. Mən də bacıma Ruslanla danışdığımı, lakin görüntünü qeydə aldığından xəbərimin olmadığını bildirdim.

Bu barədə Ruslana yazaraq videonu niyə Vüsala göndərdiyini soruşdum. Ruslan videonu özünün göndərmədiyini, videodan təkcə dostu Pərvizin məlumatı olduğunu bildirdi. Bu barədə bacım Sənəm anama da məlumat verdi. Lakin atamdan qorxduğumdan ona heç nə demədik.

Anam bacımın qayınanasına bu barədə məlumat verərək onu Ruslanın ailəsi ilə danışmağa göndərdi.

Bacımın qayınanası Ruslanın evinə getdi, atasına bu barədə məlumat verdi. Ruslanın atası oğlunu başa saldığını, videonu sildirdiyini bildirdi".

Hicranın sözlərinə görə, bu hadisədən sonra Ruslanın nömrəsini yenidən bloka atıb və onunla əlaqəni kəsib: "Təxminən 1 həftə sonra Ruslan başqa bir nömrə ilə yenidən mənə yazaraq səhv etdiyini, videonu özünün göndərdiyini, onu bağışlamağımı istədi. Ruslanla dalaşaraq nömrəsini telefonundan sildim, öz nömrəmi də sındıraraq atdım. Mobil nömrə istifadə etmədim. Ruslanla heç bir əlaqəm olmadı".

Zərərçəkmiş qeyd edib ki, digər bacısı Xumarın əri Cəlil onlara gələrək çılpaq vəziyyətdə danışdığı videosunu ona bir nəfərin göndərdiyini bildirib: "Videonu anama, atama göstərdi. Atam Ruslanın atasına zəng etdi, bu videonun nə olduğunu, kimin yaydığını soruşdu. Ruslanın atası həmin videonu sildirdiyini, videonu oğlunun yox, qohumu Pərvizin yaydığını bildirdi.

Bundan sonra özümü itirərək evdə başımı divarlara vurmağa başladım. İntihar məqsədi ilə evdən çıxaraq Kür çayına doğru qaçdım. Bacım və valideynlərim arxadan gələrək məni tutdular, evə apardılar. Bundan sonra məni xəstəxanaya gətirdilər. Şərəf və ləyaqətimin alçaldılması səbəbindən rayon prokurorluğuna şikayət etdim".

Hicranın ifadəsinə görə, intim görüntülərinin kənddə yayılması səbəbindən özünü öldürmək istəyib:

"Evdə ailə üzvlərim və ya qeyriləri tərəfindən incidilməmişəm, döyülməmişəm, ləyaqətim alçaldılmayıb. Mənə qarşı heç bir hədə-qorxu gəlinməyib. İntim görüntülərim olan videonu yayacağı ilə bağlı məni Ruslan da hədələməyib".

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ruslan 450 saat ictimai işlər cəzasına məhkum edilib.


Respublica.Az



14-12-2023, 08:44 | Bakı metrosunda dəhşət - Ölən var

Bakı metrosunda dəhşət - Ölən var


Bu gün "Memar Əcəmi" stansiyasında saat 6:30 radələrində 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, yüksək gərginlik çıxarılıb. Təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar. Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib.

milli.az

14-12-2023, 08:23 | Bakıda əsgər ailələrini aldadıb pulunu mənimsəyən dələduz - VİDEO

Bakıda əsgər ailələrini aldadıb pulunu mənimsəyən dələduz - VİDEO




Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan Müşviq Məmmədovun hər iki oğlu hərbi xidmətdədir.

Dekabr ayının altısında, axşam saatlarında qapısı döyülərək, “mən N saylı hərbi hissədə qulluq edən oğlunuzun komandirlərindən biriyəm. Övladınız ağır xəstə olduğu üçün gəlmişəm” deyərək ondan pul tələb edilib.

Eyni ərazidə yaşayan digər əsgər valideyni də bu tələyə düşüb.

Daha ətraflı “ATV Xəbər”in süjetində:



26-11-2023, 18:51 | SON DƏQİQƏ! Bakıda çoxmərtəbəli binanı ALOV BÜRÜDÜ - VİDEO

SON DƏQİQƏ! Bakıda çoxmərtəbəli binanı ALOV BÜRÜDÜ - VİDEO


Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.

news24.az xəbər verir ki, hadisə Bakının Suraxanı rayonu Günəşli Qəsəbəsi, İnqilab İsmayılov küçəsində yaşanıb.

Belə ki, birinci mərtəbədə başlayan yanğın digər mərtəbələrə də keçib.

Yanğının qısaqapanma səbəbindən baş verdiyi iddia olunur.


26-11-2023, 18:31 | Dərnəgüldəki yanğın iqtisadiyyatımızı yandırır

Dərnəgüldəki yanğın iqtisadiyyatımızı yandırır


Noyabrın 23-də paytaxtımızın "Dərnəgül" kimi tanınan ərazisində - Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki taxta bazarında ciddi fəsadlarla nəticələnən yanğın baş verdi.

report-a istinadən xəbər verir ki, taxta bazarında ticarətlə məşğul olan obyektlər bir-birinə o qədər sıx yerləşir ki, yanğın zamanı alovun qonşu obyektlərə sıçramasının qarşısını tez bir zamanda almaq mümkün olmadı. Nəticədə yanğın geniş vüsət alaraq bu ərazidə yerləşən yüksək gərginlikli elektrik xəttini tamamilə sıradan çıxardı.

Buraya qədər hər şey aydındır. Qaranlıq qalan məqam isə odur ki, bəs elektrik şəbəkələrinin mühafizə zonasına niyə riayət olunmur?!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"nın 5-ci hissəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonaları xətlərin gərginliyinə uyğun məsafədə yerləşməlidir. Dərnəgüldəki taxta bazarında yanaraq sıradan çıxan elektrik xəttinin gərginliyi 110 kV olduğundan o, ən azı, 20 metr məsafə qorunaraq mühafizə zonası ilə əhatələnməli idi.

Nazirlər Kabinetinin Qaydaları dövlət arxivlərində tozlanmaq üçün yox, onlara riayət olunmaq üçün qəbul olunur. Elektrik şəbəkələrinin mühafizə zonalarına riayət etməməklə açıq-aşkar qaydalara meydan oxuma azmış kimi, hətta tezalışan materialların satışının da yüksək gərginlikli xətlərin altında təşkilinə göz yumulur.

Qeyd olunan faktlar acı həqiqətdir, lakin ən acısı yüzlərlə kiçik sahibkarın ailəsini dolandırmaq üçün min bir əzab-əziyyətlə ərsəyə gətirdiyi irili-xırdalı obyektlərin yanıb kül olmasıdır. Əlbəttə, bu hadisənin araşdırılması hüquq-mühafizə orqanlarının işidir. Amma "Dərnəgül yanğını" təkcə kiçik sahibkarların biznesini batırmayıb, ölkəmizin də adını batırmağa doğru gedir. Söhbət Azərbaycanın strateji əhəmiyyətli sənaye müəssisələrinin elektrik enerjisi təminatı dayandırıldığı üçün fəaliyyətlərini də dayandırmaq məcburiyyətində qalmalarından gedir. Məsələn, ölkəmizin ən böyük metallurgiya şirkəti olan "Baku Steel Company"nin fəaliyyəti artıq 4 gündür ki, elektrik enerjisinin bərpa olunmaması səbəbindən dayanıb. Dörd gün sizə az gəlməsin, bu miqyasda bir müəssisə üçün çalışmadığı gün yox, hətta saat belə dövlətin polad sütununa vurulan zərbədir. "Baku Steel Company" QSC Azərbaycanın qeyri-neft sektorundakı ən böyük vergi ödəyicilərindəndir, Qarabağın yenidənqurma və bərpa işlərində, eləcə də ölkəmizdəki digər quruculuq layihələrində şirkətin müxtəlif məhsullarından fasiləsiz şəkildə istifadə olunur.

Elektrik şəbəkəsinin mühafizə zonasının qaydalarını heçə sayan rəsmi qurumlar nə vaxta kimi hərc-mərcliklə məşğul olacaq?! Nə vaxta kimi öz şəxsi maraqlarını düşünüb, Azərbaycanın prioritet maraqlarına zərbə dəyməsinə vəsilə olacaqlar?! Suallar çoxdur, cavab isə ölkəmizin strateji sənaye müəssisələrinin hələ də qaranlığa və sükuta qərq olması ilə nəticələnən rəsmi qurumların fəaliyyətsizliyi, ya da ki özfəaliyyətidir.




26-11-2023, 18:27 | Kafedə çayın pulunu vermədi, bakalı başında sındırdılar - Sumqayıtda DƏHŞƏT

Kafedə çayın pulunu vermədi, bakalı başında sındırdılar - Sumqayıtda DƏHŞƏT


Sumqayıtda kafedə insident olub.

lent.az-a istinadən bildirir ki, hadisə şəhərin 21-ci mikrorayon, İsmət Qayıbov küçəsindəki kafelərdən birində baş verib. Burada çay içən müştərilərdən biri zarafatyana hesabı verməkdən imtina edib. Bu isə yan masada əyləşən digər müştəri R.R.-nın xoşuna gəlməyib.

O, ayağa qalxaraq pivə bakalı ilə həmin müştərinin başına zərbə endirib. Zərbənin təsirindən bakal qırılıb və o, qırıq bakalla zərərçəkənin qoluna da xəsarət yetirib.

R.R. polis tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsilə cinayət işi başlanılıb və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda Sumqayıt şəhər Məhkəməsində istintaq davam edir.


26-11-2023, 18:15 | Sevdiyi qızdan ayrılıb Bakıya gəldi, ailəsi cansız bədənini tapdı - Zaqatalalı gəncin faciəsi

Sevdiyi qızdan ayrılıb Bakıya gəldi, ailəsi cansız bədənini tapdı - Zaqatalalı gəncin faciəsi


Bu gün Bakıda, Sabunçu rayonu Ramana qəsəbəsində baş verən intiharla bağlı bəzi təfərrüatlar məlum olub.

lent.az-a istinadən bildirir ki, intihar edən Elnur Musayev Zaqataladandır.

İlkin məlumata görə, E.Musayev sevdiyi qızdan ayrıldığı üçün canına qəsd edib. O, intihar etməzdən öncə yazdığı məktubunda da bunu qeyd edib. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

Mərhumun meyiti Zaqatalaya aparılaraq Göyəm kəndində dəfn edilib.

Faktla bağlı araşdırma aparılır.


24-11-2023, 06:35 | Salyanda bir gündə iki qəza - Xəsarət alanlar var

Salyanda bir gündə iki qəza - Xəsarət alanlar var


Salyanda baş verən yol-nəqliyyat hadisələrində iki nəfər xəsarət alıb.

Respublica.Az report-a istinadən xəbər verir ki, ilk qəza rayonun Çuxanlı kəndində, digəri isə şəhərin Bayraq meydanı yaxınlığında qeydə alınıb.

Yol qəzaları zamanı Salyan rayon sakinləri, 1965-ci il təvəllüdlü Nəzirov Bəhruz Musa oğlu və 1972-ci il təvəllüdlü Muradov Mahir Dilavər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Respublica.Az

24-11-2023, 06:18 | Füzulidə 20 yaşlı gəncin FACİƏLİ ÖLÜMÜ

Füzulidə 20 yaşlı gəncin FACİƏLİ ÖLÜMÜ


Füzulidə intihar hadisəsi olub.

Respublica.Az lent.az-a istinadən bildirir ki, hadisə Alıxanlı kəndində baş verib.

Belə ki, 20 yaşlı Elmir Misirxan oğlu Səfərli yaşadığı evin həyətindəki yarımtikilidə özünü asıb.

Məlumata görə, o, ailə üzvlərinin yatmasını gözləyib və gecə özünə qəsd edib.

Onun hansı səbəbdən özünü öldürməsi hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Respublica.Az

24-11-2023, 06:14 | TƏBİB: Binəqədidəki yanğında 6 nəfər xəsarət alıb

TƏBİB: Binəqədidəki yanğında 6 nəfər xəsarət alıb


Bu gün saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Respublica.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 6 nəfər (1 qadın, 5 kişi olmaqla) xəsarət alıb. Onlardan 4 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Nərimanov Tibb Mərkəzinin tabeliyindəki Yanıq Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli, 35 yaşlı) sağ qaşüstü nahiyənin I dərəcəli yanığı diaqnozu ilə yerində yardım göstərilib.

Kliniki Tibbi Mərkəzə təxliyə olunan 33 yaşlı vətəndaşa (kişi cinsli) sağ bud nahiyəsinin deşilmiş yarası, 28 yaşlı vətəndaşa (kişi cinsli) sol çiyin nahiyəsinin deşilmiş yarası, 56 yaşlı vətəndaşa (kişi cinsli) bud-çanaq nahiyəsinin travması, 39 yaşlı vətəndaşa (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin yanığı, sağ qolun travması diaqnozu qoyulub.

Yanıq Mərkəzinə təxliyə olunan 40 yaşlı vətəndaşa (kişi cinsli) sağ ayağın II-III dərəcəli yanığı diaqnozu qoyulub.

Hazırda tibb müəssisələrinin müvafiq şöbələrində zərərçəkənlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Respublica.Az




������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.