29-12-2023, 06:18 | 2024-cü ildə manatın məzənnəsi necə dəyişəcək?

2024-cü ildə manatın məzənnəsi necə dəyişəcək?



Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat verib. Sənədinin təhlili göstərir ki, gələn il də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də, iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq.

Respublica.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

"Digər tərəfdən, Mərkəzi Bank manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalını məhdudlaşdıracağını proqnozlaşdırır. İnflyasiya proseslərlərinin idarə edilməsində mühüm rolunu nəzərə alaraq, Mərkəzi Bank 2024-ci ildə də nominal effektiv məzənnənin dinamikasını sıx monitorinq edəcək.

Sənəddən göründüyü kimi, gələn il də neft gəlirlərimiz manatın məzənnəsinə təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda, valyuta ehtiyatlarımızdan istifadə edə bilər. Bu isə o deməkdir ki, gələn il manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq", - deyə o bildirib.

Respublica.Az




26-12-2023, 09:33 | Bakının neft erası nə qədər davam edəcək? - Ekspertdən ilginc açıqlamalar

Bakının neft erası nə qədər davam edəcək? - Ekspertdən ilginc açıqlamalar



İlham Şaban: “2050-ci ildə dünya enerji balansında əsas enerji daşıyıcısı olaraq...”
Azərbaycanda, ümumiyyətlə dünyada neft ehtiyatlarının tükənəcəyi barədə illərdir ki, proqnozlar verilir. Dünya iqtisadçılarının proqnozlarına görə, 2040-cı ildə neft ehtiyatları tamamilə tükənəcək. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından (OECD) bildirilib ki, ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları oktyabrda sentyabr ayı ilə müqayisədə 12,8 mln. barel azalıb. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir ki, OECD ölkələrində neftin kommersiya ehtiyatları oktyabr ayının yekunlarına görə 2 818 mln. barel təşkil edib, bu da öncəki göstəricidən (illik müqayisə - red.) 45 mln. barel çox, lakin son beşillik ortalama göstəricidən 66 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 128 mln. barel azdır.

Dünya Bankı Qrupunun açıqladığı Azərbaycana dair İqlim və İnkişaf Hesabatında (CCDR) isə bildirilir ki, ölkə iqtisadiyyatı ÜDM-in üçdə birini və ixracın 90%-ni təşkil edən neft-qaz sektorundan əhəmiyyətli dərəcədə asılıdır. Mövcud neft ehtiyatlarının azaldığı və daha 25 il kifayət edəcəyinin gözlənildiyi bir şəraitdə kompleks və effektiv dekarbonizasiya səyləri iqtisadiyyatı şaxələndirməyə və yaşıl hidrogen və kənd təsərrüfatı kimi yeni artım drayverlərinə rəvac verəcək.

Qeyd edək ki, Azərbaycanda əsas platformalarda hasil olunan neft ehtiyatları hər il azalır. Qeyd etmək yerinə düşər ki, Azərbaycanda neft hasilatının pik nöqtəsi 2011-2012-ci illərdə yaşanıb ki, həmin vaxt günə 1 milyon barel neft hasil olunub. Ekspertlərin hesablamalarına görə 2021-ci ildə bu nəticə 30-35 faiz aşağı düşüb. Bildirilir ki, əgər azalma tendensiyası yaxın 10 ildə də davam edərsə, 20-25 il sonra neft ehtiyatlarının bitməsi gözləniləndir. Dövlət Statistika Komitəsi və Dövlət Neft Şirkətinin 2010-cu ilin yekunlarında açıqladığı rəqəmlərə görə, Azərbaycanda neft hasilatı 50,7 mln., 2015-ci ildə aşağı düşərək 41,5 mln. ton olub. Son illərin nəticələrinə nəzər saldıqda isə 2019-cu ildə Azərbaycanda 37,5 mln., 2020-ci ildə 34,6 mln. ton neft istehsal edilib.

2022-ci ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən isə Azərbaycanda 11,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 409 min ton az olub. Respublika üzrə neft hasilatının 7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,5 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,6 milyon ton təşkil edib. Hesabat dövründə 9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 8,5 milyon tona yaxını konsorsiumun, 448 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2021-ci ilin müvafiq dövrünə nisbətən 501 min ton, yəni 5,3 faiz azdır.

Nəzərə çatdıraq ki, hazırda ölkə üzrə 81 neft-qaz yatağı mövcuddur ki, bunun da 28-i dənizdə, 53-ü quruda yerləşir. Həmin yataqların 18-i dənizdə, 39-u isə quruda olmaqla istismar prosesindədir. Ehtiyatları tükənmiş 7 yataq konservasiya olunub. Bundan əlavə, 9 yataq fəaliyyətsiz fonda daxil edilib, eyni sayda yataqda isə kəşfiyyat işləri aparılır. Mütəxəssislərin proqnozlarına görə, hazırda Azərbaycanın çıxarıla bilən qalıq neft ehtiyatları 1 milyard tondan artıqdır ki, bunun da əksər hissəsi dəniz neft yataqlarının payına düşür. Bununla belə, qurudakı yataqlarda da çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Hazırda qurudakı yataqların 28-i SOCAR-ın “Azneft” İstehsalat Birliyinin balansındadır. Həmin yataqların isə 6-sı konservasiya prosesindədir. Bundan əlavə, ölkənin quru ərazisində yerləşən daha 25 neft-qaz yatağı SOCAR-la yaradılmış birgə müəssisə və əməliyyat şirkətləri tərəfindən istismar olunur.

Yerli ekspertlər Azərbaycanın neft hasilatının faktiki olaraq cəmləşdiyi “Azəri-Çıraqlı-Günəşli” yatağının ehtiyatının 2030-cu ilə kimi tükənəcəyini bir neçə il əvvəl proqnoz etmişdilər.

Bu proqnozlar doğrulacaqmı, 2030-cı ilədək neft ehtiyatları tamamilə tükənəcəkmi? Bunun qarşısını almaq mümkün deyilmi?




İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, 2050-ci ildə yaşıl enerji dünya enerji balansında əsas enerji daşıyıcısı olaraq günəş və külək olsa, bu o deməkdir ki, 2050-ci ildə dünyada olan neft və qaz yataqlarının ümumi ehtiyatlarının cəmi 50 faizi çıxarılmış olacaq: “Yəni yarısı orada qalacaq. 2015-ci ildə BMT-nin böyük əksəriyyət ölkələri imza atdılar ki, dünyadakı iqlim dəyişmələrinin bir səbəbi atmosferə atılan karbon qazıdır. Onun miqdarı artdıqca temperatur yüksəlir. Temperaturun yüksəlməsi isə həm insanların yaşamasına, həm də məhsuldarlığın azalmasına və bir sıra canlı orqanizmlərin bir müddət sonra məhvinə gətirib çıxaracaq ki, bu da növbəti nəsil insanın planetdə yaşayışını diskomfort hala gətirib çıxaracaq. Sonrakı nəsillər üçün yaşayış olacaq ya olmayacaq heç bəlli deyil. Bu baxımdan cari ildə Dubayda keçirilən COP 28 tədbirində ölkələr bunu dəstəklədi ki, həqiqətən də iqlim dəyişiklikləri real faktdır. Bu nağıl deyil. Təxəyyüldən gələn hansısa məsələ deyil. Dünyanın hansı hissəsindən asılı olmayaraq artıq özünü göstərir. Bunun üçün də ilk addımı Avropa atdı. Avropa 2040-cı ildən bütün Avropa Birliyində sənayedə qazın istehlakını dayandırmaq istəyir. Qərar veriblər ki, artıq 2035-ci ildən daxili yanma mühərrikini Avropa Birliyi ölkələrindən 27-də istifadə etməyəcəklər. Ancaq bu addım böyük maliyyə tələb edir. Gərək 44 milyon investisiya qoyasan ki, özünün daxili bazarında tamamilə yaşıl enerjiyə keçəsən”.

Ekspert əlavə edib ki, Azərbaycan dünya bazarında böyük həcmdə neft-qaz hasil etmir: “Biz qiymət bazarında tələbat azalmamış özümüzün nə resursumuz varsa, onu kapitala çevirməliyik. O kapitalı da, gələn gəlirlərin bir hissəsini rasional şəkildə ölkənin inkişafı, digər hissəsini isə insan kapitalına yönəltmək lazımdır. Bununla da, neft-qaz olmadan insanlar özlərini inkişaf etdirə bilsinlər. Mən bundan düzgün yol görmürəm. Bu Avstraliyadan tutmuş, Okeaniyada olan adalara qədər bütün insanlara aiddir, hər kəs çörək pulunu qazana bilməlidir. Bununla ölkəmizin yarıdan çoxunun Abşeron yarımadasında cəmləşməsi, bununla da gözünü neft- qaza dikmək məsələsi bitmiş olar”.

Gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -COP 29-un Bakıda keçirilməsi ilə bağlı suala gəlincə, İlham Şaban dedi ki, bunun ölkəmizdə ilk dəfə təşkil olunması təsadüfi deyil: “Xəzər dənizini əhatə edən beş ölkənin beşinin də iqtisadiyyatları neftə, qaza bağlıdır. Rusiya, Qazaxıstan, Türkmənistan, İran, Azərbaycanın iqtisadiyyatının lokomotivi ənənəvi enerjidir. Bu da hesab edirəm ki, ənənəvi enerji ölkələrinə Xəzərdən, Bakıdan yeni bir çağırış olacaq. Görək bir il ərzində texnoloji, elmi baxımından nə dəyişiklik olacaq ki, məhz Bakıdakı görüşdə də iqlim dəyişikliklərinin qarşısını almaq üçün çağırışları buradan dünyaya desinlər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

23-12-2023, 10:50 | Yunanıstan Azərbaycan qazının idxal xərclərini ARTIRDI

Yunanıstan Azərbaycan qazının idxal xərclərini ARTIRDI


2023-cü ilin oktyabr ayında Yunanıstan Azərbaycandan 161,8 milyon kubmetr təbii qaz idxal edib, sentyabrda isə bu rəqəm 157,3 milyon kubmetr olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Avropa İttifaqının Statistika İdarəsi - Eurostat məlumat verib.

Bu, əvvəlki ayla müqayisədə idxal həcmində 2,9 faiz artım deməkdir.

2023-cü ilin on ayı ərzində Azərbaycandan Yunanıstana ümumi qaz ixracı 744,5 milyon avro olmaqla, demək olar ki, 1,7 milyard kubmetr təşkil edib.

Yunanıstan oktyabrda Azərbaycandan qaz idxalına 57,7 milyon avro xərcləyib ki, bu da sentyabrda 4,5 faiz artaraq 55,2 milyon avro olub.

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi ilə qazın Avropaya nəqlinə başlayıb. Xəzər dənizi regionundan qazı Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql edir.

Layihənin dəyəri 33 milyard ABŞ dolları təşkil edib. SGC üçün kapital xərclərinin 8-10 il ərzində tam ödəniləcəyi gözlənilir.

2022-ci ilin iyulunda Azərbaycan və Aİ CQC vasitəsilə qaz tədarükünün həcmini 2027-ci ilə qədər hazırkı 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaq barədə razılığa gəliblər.

Respublica.Az






22-12-2023, 09:43 | Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı


Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,37 dollar və ya 1,6 % azalaraq 83,98 ABŞ dollarına enib.

Qeyd edək ki, 2022-ci ildə "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" (CIF) nefti 44,6% bahalaşıb.

Respublica.Az



14-12-2023, 13:24 | Azərbaycanda bu şəxslər 60 min manat maaş alır - RƏSMİ

Azərbaycanda bu şəxslər 60 min manat maaş alır - RƏSMİ


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev hesab edir ki, dövlət xəstəxanalarında çalışan həkimlər 1000 manatdan az maaş almamalıdır.

Respublica.Az report-a istinadən xəbər verir ki, Z.Əliyev dekabrın 14-də keçirdiyi brifinqdə qeyd edib ki, bu əsas məqsədlərdən biridir.

O vurğulayıb ki, hazırda terapevtlər əlavə bonuslarla birgə orta hesabla 1600 manata yaxın maaş alır.

Onun sözlərinə görə, cərrah və oftalmoloqlarda bu məbləğ bir az çoxdur:

"Bu digər ölkələrlə müqayisədə bir az aşağıdır. Xidmətlər zərfində bir çox qiymətlər artıb. Qurum tərəfindən xəstəxanalara xidmətlər çərçivəsində ödənən məbləğlər həmin əməliyyatları icra edən həkim-cərrah bonus olaraq yazılır. Cərrahlar təbii ki, nisbətən daha çox məvacib alır. Bu da onların icra etdiyi bahalı əməliyyatların qiymətlərinə görə dəyişir".

Sosial şəbəkələrdə həkimlərin 60 min manat maaş aldığı iddialara cavab verən Zaur Əliyev bildirib ki, bu bəzi yüksək ixtisaslı cərrahlara şamil edilə bilər:

"Çox az sayda cərrahlar var ki, icra etdiyi bahalı cərrahi əməliyyatların bonusları, vahid tarif cədvəli və aylıq sabit əlavələrlə birlikdə bu məbləği ala bilməsi mümkündür".

Respublica.Az



14-12-2023, 08:12 | Dollarla bağlı mühüm QƏRAR VERİLDİ

Dollarla bağlı mühüm QƏRAR VERİLDİ


Ölkənin mərkəzi bankının funksiyalarını yerinə yetirən ABŞ Federal Ehtiyat Sistemi (FES) baza dərəcəsini 5,25-5,5 faiz səviyyəsində saxlayıb.

Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə FES-in saytında bildirilib.

FES 2023-cü il üçün ABŞ ÜDM-in artımı ilə bağlı proqnozunu 2,1 faizdən 2,6 faizə qədər yaxşılaşdırıb. 2024-cü il üçün proqnoz 1,5 faizdən 1,4 faizə endirilib. 2025-ci il üçün iqtisadi artım proqnozu 1,8 faiz səviyyəsində saxlanılıb, 2026-cı il üçün isə 1,8 faizdən 1,9 faizə qaldırılıb.

ABŞ-da 2023-cü ildə işsizlik proqnozu 3,8 faiz səviyyəsində saxlanılıb, 2024-2026-cı illərdə bu rəqəm 4,1 fauz olacaq. ABŞ-da 2023-cü ildə inflyasiya proqnozu 3,3 faizdən 2,8 faizə, 2024-cü ildə 2,5 faizdən 2,4 faizə, 2025-ci ildə 2,2 faizdən 2,1 faizə yüksəldilib.

Respublica.Az

13-12-2023, 13:12 | Mərkəzi Bankdan fırıldaqçılıqla bağlı əhaliyə XƏBƏRDARLIQ

Mərkəzi Bankdan fırıldaqçılıqla bağlı əhaliyə XƏBƏRDARLIQ



Kapital bazarlarında aparılan qeyri-qanuni fəaliyyət və fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Mərkəzi Bank tərəfindən ictimaiyyətin, o cümlədən, investorların mütəmadi məlumatlandırılması diqqət mərkəzində saxlanılır.

Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir.


Qeyd edilib ki, son dövrlər ölkə hüdudlarından kənarda yeni fırıldaqçılıq hallarına cəhd edildiyi müşahidə edilir:

"Mərkəzi Banka daxil olmuş vətəndaş müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olub ki, naməlum şəxslər sosial şəbəkələr üzərindən "Maryam Invest" investisiya şirkəti adı ilə yüksək gəlir vəd edərək investisiya xidməti göstərilməsi adı altında vətəndaşların pul vəsaitlərini mənimsəməyə cəhd edirlər.


23-11-2023, 12:41 | Bu tarixdən təbii qaz qiymətləri kəskin ucuzlaşacaq – BEA

Bu tarixdən təbii qaz qiymətləri kəskin ucuzlaşacaq – BEA



2025-ci ildən başlayaraq dünya bazarında təbii qazın qiyməti azalacaq.

Bu fikirdə olan Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol Almaniyanın “Sueddeutsche Zeitung” qəzetinə bildirib ki, yaxın illərdə qlobal bazarlara maye qazın böyük axını baş tutacaq. Bu axın əsasən ABŞ və Qətərdən reallaşacaq – hazırda hər iki ölkədə maye qaz istehsalının kəskin artımını nəzərdə tutan nəhəng layihələrin icrasına başlanıb. Həmin layihələr çərçivəsində istehsal olunacaq əlavə maye qaz həcmləri 2025-ci ilin əvvəllərindən bazara daxil olmağa başlayacaq ki, bu da qiymətləri kəskin şəkildə aşağı çəkəcək.

BEA rəhbərinin fikrincə, yeni təbii qaz hasilatı layihələrinə pul yatırmaq böyük risklər yaradır: “Kim belə layihələrə sərmayə qoyacaqsa, onu itirmək təhlükəsi ilə üzləşəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Almaniya kansleri Olaf Şolz Afrika ölkələrində qaz layihələrinin həyata keçirilməsinin tərəfdarı olduğunu bildirib. Nigeriyanın Riverside LNG şirkəti və Almaniyanın Johannes Schuetze Energy Import AG şirkətləri onun iştirakı ilə noyabr ayında qaz tədarükü üçün müqavilə bağlayıblar. Tədazrüklərin 2026-cı ildə başlaması gözlənilir.

22-11-2023, 08:27 | Necə oldu ki, pomidordan 11 milyon dollar itirdik?

Necə oldu ki, pomidordan 11 milyon dollar itirdik?




Rusiya hökuməti azərbaycanlı biznes adamlarına Moskvaətrafı ərazilərdə “parnik” üçün daha əlverişli şərtlər və məhsuldar torpaq sahələri təklif edir

Azərbaycanın bir vaxtlar böyük həvəslə “qırmızı qızıl” adlandırılan pomidor ixracından gəlirləri ciddi şəkildə azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında ölkədən 126 milyon dollar dəyərində 113,3 min ton pomidor ixrac edilib. Bu isə o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 11 milyon dollar azalıb. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan 137.1 milyon dollar dəyərində 114,9 min ton pomidor ixrac olunmuşdu.

Qeyd edək ki, 2015-ci il neftdən gəlirlər kəskin azaldıqdan və valyuta çatışmazlığından sonra ölkədə ixracyönümlü məhsulların istehsalı prioritet elan olunub. Həmin ildən etibarən müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı üçün dövlət büdcəsindən subsidiyalaşdırmaların həcmi artırılıb. O cümlədən ixracyönümlü pomidor istehsalı üçün zəruri olan müasir tipli istilikxanaların ölkəyə gətirilməsi və quraşdırılması subsidiyalaşdırılmağa başlayıb. Bundan əlavə, 2015-ci ildə məlum təyyarə hadisəsi zamanı Rusiya Türkiyədən pomidor idxalını tamamən dayandırıb. Bu, Azərbaycandan idxal üçün münbit zəmin yaradıb. Nəticədə dövlətin geniş subsidiya dəstəyi ilə iki ildə istilikxanaların sahəsi 400 hektardan 1500 hektara qədər artırılıb. Rəsmi məlumata əsasən, 2022-ci ildə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3154 vahid istixana fəaliyyət göstərib. Həmin istixanalarda 369 337,4 ton pomidor, 28873,8 ton xiyar istehsal edilib.

İstilikxanaların sayının və sahəsinin artması pomidor istehsalını ilbəil artırıb. 2020-ci illə müqayisədə 2021-ci ildə pomidor istehsalı 19 faizə qədər artmışdı. 2022-ci ildə isə 2021-ci illə müqayisədə yenə 7.6 faiz istehsal artıb. Amma məhz həmin ildə istehsalın artmasına baxmayaraq, artıq əvvəlki illərlə müqayisədə pomidor istehsalçılarının sayı 2 faiz azalmışdı. Eyni zamanda pomidor sahələri də azalmışdı. Belə ki, 2021-ci illə müqayisədə 2022-ci ildə 6 faizə qədər az sahədə pomidor əkilmişdi. Eləcə də istixanaların sayı azalıb. İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a deyib ki, istehsalın və ixracın azalmasının əsas səbəbi bilavasitə pomidorun ixrac dəyərində olan qiymətin aşağı enməsidir ki, bu, pomidor istehsalçılarının davranışlarına təsir göstərən əsas faktordur. Məlumatlara görə, səbəblər sırasında pomidor ixracı ilə məşğul olan iri biznesmenlərin əkin işlərini Rusiya paytaxtına yaxın bölgələrə köçürməsidir. Azərbaycandan olan biznes adamları daha pomidor və digər kənd təsərrüfatı məhsullarının ölkəmizdən ixracını gəlirli hesab etmirlər. Moskvaətrafı ərazilərdə Rusiya hökuməti onlara daha əlverişli şərtlər və məhsuldar torpaq sahələri təklif edir. Onlar da istixanaları orada quraraq daha çox məhsul əldə edir və satmaqda da xüsusi çətinlik çəkmirlər.

Rəsmi məlumata görə, 2023-cü ildə Rusiyada istilikxana ilə əhatə olunan torpaqlar 3280 hektara çatıb. Göstərilən ümumi istixana sahəsinin 2165 hektarı müasir, 1066 hektarı isə köhnəlmiş istixanalardır və yenidənqurma tələb olunur.

2022-ci ilin sonunda Rusiyada qış istixanalarında tərəvəz məhsulu 1,52 milyon tona çatıb. Ölkə əhalisinin (146 milyon) örtülü torpaqlarda yetişdirilən tərəvəzə olan daxili tələbatı 2,196 milyon ton (adambaşına 15 kq nisbətində) təşkil edir. “Rosstat”ın məlumatına görə, 2022-ci ildə istixana xiyarları ilə özünütəminetmə səviyyəsi 95,5 faiz (849 min ton), pomidorla təminat isə 61,4 faiz (637 min ton) təşkil edib.

Yerli istehsal artdığına görə 2022-ci ildə istixana tərəvəzlərinin idxalı 2021-ci illə müqayisədə 12,9 faiz azalaraq 497,6 milyon ABŞ dolları dəyərlə 412,7 min ton təşkil edib. Rusiyaya istixana tərəvəzlərinin idxalı strukturunda aparıcı yerləri (pomidor, xiyar) aşağıdakı dövlətlər tutur: Türkiyə, Belarus, Çin, Azərbaycan, Türkmənistan və Özbəkistan.

Rusiya İstixanaları Assosiasiyası 2025-ci ilə qədər istixanaların sahəsini 3,4 min hektara, qış istixanalarında tərəvəzin ümumi istehsalını 1,7 milyon tona çatdırmağı planlaşdırır.

Azərbaycan istehsalçılarının çox ciddi problemi bazar asılılığıdır. İxracın 95 faizdən çoxu Rusiyaya reallaşır. Ölkənin rəsmi statistikasına əsasən, 2023-cü ilin yanvar-sentyabrında Azərbaycan xaricə 124 milyon 294.80 min dollarlıq 112 071.52 ton pomidor ixrac edib. Ötən ilin eyni dövründə 134 milyon 279.33 min dollar dəyərlə 112 354.16 ton ixrac olmuşdu.

Yanvar-sentyabrda pomidor ixracının 120 milyon 380,97 min dollarlıq 109 min 685,83 tonu Rusiyaya, qalanı Belarus, Qazaxıstan, Moldova, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qətər, Səudiyyə Ərəbistanı, Polşa, cüzi həcmdə Sinqapura ixrac edilib. Baxmyaraq ki, ixrac coğrafiyasında genişlənmə var, bu amil Azərbaycanın pomidor ixracında Rusiyadan asılılığının azalmasına gətirib çıxarmayıb.

İxracda Rusiyadan asılılığın yaratdığı problemlər kifayət qədər böyükdür. İlk növbədə Rusiyanın etibarlı tərəfdaş olmaması hər an bu ölkəyə ixracın dayanması təhlükəsini aktual edir. 2015-ci ildə Türkiyədən pomidor idxalının tamamən dayandırılması faktı ortadadır. Son 8 ildə Rusiya siyasi hakimiyyəti dəfələrlə müxtəlif ölkələrə qarşı belə idxal qadağası tətbiq edib. Bunun hamısı məhz “Rosselxoznadzor”un əli ilə və demək olar ki, eyni iddialarla həyata keçirilib. Hər dəfə “Rosselxoznadzor” idxal olunan bu və ya digər məhsulda ya zərərverici, ya da orqanizm üçün təhlükəli olan maddələr “tapır”. 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsini zəfərlə başa çatdırdıqdan sonra Moskva öz tələblərini yürütmək üçün ölkəmizdən pomidor və alma idxalını qadağan etdi. Nəticədə Azərbaycan ixracatçıları böyük zərərlə üzləşdilər

Türkiyə ilə münasibətlər normallaşmağa başlayandan dərhal sonra Rusiya oradan pomidor idxalına məhdudiyyətlərlə də olsa icazə verdi. Lakin Türkiyə sahibkarları bu icazəyə baxmayaraq, özlərini yenidən bu ölkəyə ixracdan asılı hala gətirmədilər. Onlar məhsullarını başqa istiqamətlərə yönəltmək istiqamətində böyük uğurlar əldə ediblər. Bu ilin birinci yarısında Türkiyə 325,2 min ton pomidor ixrac edib. Türkiyə pomidorlarını 48 ölkə alıb. 2015-ci ilədək Türkiyənin pomidor ixracında birinci yerdə olan Rusiya indi alıcılar arasında 5-cidir. Bu ölkəyə altı ayda cəmi 29,563 milyon dollarlıq məhsul satılıb.

Təəssüflər olsun ki, Azərbaycan istehsalçıları pomidor ixracını diversifikasiya etmək sahəsində nailiyyət əldə edə bilməyiblər. 2020-ci ildə üzləşdikləri on milyonlarla dollarlıq zərər bu məsələdə sahibkarlarımız üçün yetərli olmayıb. Bazarlar genişlənmədiyinə görə ixrac həcmlərində artım azalma ilə əvəz olunmaqdadır.

Halbuki Rusiyanın özündə gedən proseslər qadğalar olmasa belə, tezliklə Azərbaycandan pomidor idxalının azalmasını şərtləndirəcək. Bu il oktyabrın 12-dək Rusiyada istixanalardan 1,23 milyon ton, ötən ilin eyni dövründəkindən 1,6 faiz çox məhsul toplanıb. Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bunun 644 tonu xiyar, 512 tonu pomidor olub. İstehsalın artımı istilikxana təsərrüfatlarının genişləndirilməsi hesabınadır. 2018-ci ildən bəri 1,5 min hektar sahədə 4 və 5-ci nəsil istilikxana təsərrüfatı qurulub. Belə istilikxana təsərrüfatlarında yetişdirilən pomidorun rentabelliyi 20 faizdən yuxarıdır.

Bu ilin payız aylarında Rusiyada pomidorun qiymətində 20-27 faiz bahalaşma qeydə alınıb. Sentyabrdan başlanan bu proses Azərbaycanda da pomidorun kəskin bahalaşmasına gətirib çıxarıb: istehsalçılar daxili qiyməti ən böyük ixrac bazarına uyğunlaşdırırlar. Lakin noyabrın əvvəlindən Azərbaycanda pomidorun qiymətində xeyli azalma müşahidə olunur: 4-5 manatdan 3-3,5 manata qədər ucuzlaşma var. Bunu ölkədə istilikxanalarda becərilən məhsulun yetişməsi, həmçinin Rusiyada tələbatın azalması ilə əsaslandırırlar. Rusiyada tələbatın azalması isə ölkənin özündə istilikxana mövsümünün başlanması, yerli məhsulun bazara çıxmasıdır. Baxmayaraq ki, qiymətlər bahalaşır, yerli istehsal artdığına görə idxala tələbat da azalır.

Azərbaycan daxilində qiymətlərin Rusiya bazarından tənzimlənməsi yerli pomidor istehsalçıları, eləcə də adi vətəndaşlar üçün ciddi problemlər yarada bilər: qiymətlərin kəskin ucuzlaşması istehsalçı və ixracatçılar, bahalaşması isə əhali üçün.

Onu da qeyd edək ki, Azərbaycandan yalnız pomidorun deyil, bütün növ kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasının genişlənməsi qarşısında olan ən mühüm problemlərdən biri də Ümumdünya Ticarət Təşkilatına üzv olmamaq, Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişinin imzalanmamasıdır. ÜTT üzvü olmayan ölkələr üçün üzv ölkələr tərəfindən müxtəlif baryerlər tətbiq olunur. Eyni zamanda Azərbaycan istehsalçıları ÜTT-nin verdiyi imtiyazlardan yararlana bilmirlər. Aİ ilə sazişin olmaması şəraitində Azərbaycan məhsulları Birlik ölkələrinə idxal zamanı bir neçə mərhələli yoxlamalara məruz qalır. Bu isə ixrac dəyərini artırır, vaxt itkisinə səbəb olur. Eyni zamanda saziş olmayan ölkələrdən idxal üçün Aİ-nin bir sıra əlavə rüsumları tətbiq olunur, yaxud onlara güzəşt verilmir. Bütün bunlar son nəticədə Azərbaycan ixracatçıları üçün ciddi problemlər yaradır.

Dünya SAKİT,
“Yeni Müsavat”

21-11-2023, 15:51 | "Həmin evlərə sənəd verilməyəcək" - RƏSMİ AÇIQLAMA

"Həmin evlərə sənəd verilməyəcək" - RƏSMİ AÇIQLAMA


Uzun illərdir əsas problemlərdən biri kimi gündəmdə olan sənədsiz evlərlə bağlı məsələ hələ də öz həllini tapmayıb. Respublika üzrə qanunsuz tikililərin cox hissəsi Bakı və Abşeron yarımadasının payına düşür.

ARB TV-nin efirində yayımlanan "Günə Son" verilişində sənədsiz evlərin taleyi ilə bağlı müzakirələr aparılıb.

Abşeron Rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov bu barədə açıqlama verib: "Bir necə il bundan qabaq sənədsiz evlərin siyahıya alınması ilə bağlı tapşırıq gəlmişdi, siyahını hazırlayıb Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil vermişik. Pandemiyadan əvvəlki dövrdə təxminən iyirmi altı, iyirmi yeddi minə yaxın sənədsiz ev vardı. Təsəvvür edin ki, Abşeron rayonunda iki yüz on beş min qeydiyyatda olan əhali var, lakin yeddi yüz minə yaxın insan yaşayır. Yüksək gərginlikli elektrik xətlərinin, qaz, işıq, su, dəmiryol xətlərinin və vulkanların mühafizə zolaqlarında yerləşən evlərə birmənalı olaraq, sənəd verilməyəcək" - deyə o, bildirib


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.