3-06-2021, 08:26 | Karantin rejminin yumşaldılmasından ən çox bu sahələr faydalanacaq

Karantin rejminin yumşaldılmasından ən çox bu sahələr faydalanacaq


Karantin qaydalarının yumşaldılması, eləcə də bir sıra sahələrdə fəaliyyətin bərpa olunmasına icazə verilməsi iqtisadiyyata, eləcə də real sektora müsbət təsir göstərəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, açılışların xarakteri, eyni zamanda ümumi daxili məhsulun strukturu göstərir ki, karantin qaydalarınmın yumşaldılması nəqliyyat sektoruna müsbət təsir göstərəcək:

"Çünki rayonlar arası, o cümlədən Bakı ilə rayonlar arasında ictimai nəqliyyat bərpa olunub ki, bu da təbii ki, bu sahədə yeni dəyərin yaranmasına imnkan verəcək. Eyni zamanda metronun açılmasının nəqliyyat dövrüyyəsinə xüsusi təsiri olacaq. Bu baxımdan yumşalmaların nəqliyyat sektoruna böyük müsbət təsiri olacaq".

V.Bayramovun sözlərinə görə, turizm sektoru da yumşalmalardan faydalanan sektorlardan biri olacaq çünki rayonlararası ictimai nəqliyyatın bərpa edilməsi həm də yerli turizmin inkişafını stimullaşdıracaq:

"Xüsusilə nəzərə alsaq ki, turizm mövsümü yaxınlaşır, turizm sektoru bu açılımlardan ən çox qazanan tərəflərdən biri olacaq. İctimai iaşə və xidmət sektoru da birmənalı şəkildə yumşalmalardan qazanan tərəfdir və bu baxımdan bu sektorda da əlavə dəyərin yaranması gözlənilir. Bütövlükdə ölkə iqtisadiyyatı yumşalma tədbirlərindən faydalanacaq və ÜDM-də artımın əldə edilməsinə imkan yaradacaq".

19-05-2021, 07:30 | Finlandiya bilik və təcrübələrini Azərbaycana təklif edir

Finlandiya bilik və təcrübələrini Azərbaycana təklif edir

Finlandiya liman sənayesi sahəsində öz bilik və təcrübələrini Azərbaycana təklif edir.

Bunu Trend-ə Finlandiya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin direktoru Sirpa Oksanen deyib.

Onun sözlərinə görə, əgər Azərbaycan aparıcı regional nəqliyyat qovşağına çevrilməyə çalışırsa, hava, yerüstü və dəniz nəqliyyatının bütün komponentlərinin işləkliyini təmin etməlidir:

"Finlandiyada liman logistikası və gəmiqayırma sahəsində iri şirkətlər işləyir. Limanlar Finlandiya dəniz sənayesinin güclü tərəflərindən biridir. Ölkənin bütün limanları ilin soyuq aylarında buz bağladığı üçün biz ekstremal şərtlərdə müstəsna iş biliklərinə və təcrübəsinə malikik".

S.Oksanen əlavə edib ki, Finlandiyanın dəniz sənayesi buzqıranlardan tutmuş okean laynerlərinədək bütün növ gəmilərin istismarı sahəsində geniş məlumatlara malikdir.

19-05-2021, 07:16 | Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək

Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək

Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək.

Trend bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı xarici KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan "Orta Dəhliz" layihəsi çərçivəsində Asiya ilə Avropa arasında marşrutların genişləndirilməsi üçün yeni imkanlar yaradıb.

V.Qasımlı qeyd edib ki, Azərbaycan "Orta Dəhliz" layihəsi üzrə tərəfdaşları ilə birgə şərq və qərb istiqamətlərində dəmiryol yükdaşımaları sahəsində əməkdaşlıq qura bilər:

"Bakı artıq Naxçıvana gedən dəmir yolunun Azərbaycan hissəsinin tikintisinə başlayıb. Beləliklə, Zəngilan rayonu regional nəqliyyat qovşağına çevriləcək. Bununla əlaqədar beynəlxalq hava limanının və avtomobil yollarının tikintisi planlaşdırılır".


22-01-2021, 10:29 | Azərbaycan bu sahədə Türkiyə təcrübəsini öyrənir - FOTO

Azərbaycan bu sahədə Türkiyə təcrübəsini öyrənir - FOTO

Azərbaycanın energetika sektorunda islahatların sürətləndirilməsi ilə bağlı dövlət başçısının müvafiq tapşırıqlarının icrası çərçivəsində ölkəmizdə liberal elektrik enerjisi bazarının yaradılması üçün Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə onlayn seminar keçirilib.

Energetika Nazirliyindən milli.az-a verilən məlumata görə, elektrik enerjisi bazarı və bərpa olunan enerji mənbələrinin liberal bazar münasibətləri şəraitində idarə edilməsi məsələlərinə həsr olunmuş tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz də iştirak edib.

Nazir Pərviz Şahbazov qardaş Türkiyə ilə əməkdaşlıq əlaqələrinin bütün sahələrdə, o cümlədən enerji sektorunda yüksələn xətt üzrə inkişaf etdiyini bildirib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində reallaşan strateji enerji layihələri əməkdaşlığımızın yalnız iki ölkənin deyil, dünyanın enerji xəritəsinin yenidən formalaşmasında mühüm rol oynadığını göstərir. Türkiyənin elektrik enerjisi bazarı və bərpa olunan enerji sahəsində nailiyyətləri və bu isitiqamətdə əməkdaşlığımız da ölkəmizin elektroenergetika sektorunun yeni münasibətlər əsasında inkişafına töhfə verəcəkdir."

Çıxışda, həmçinin elektroenergetika sahəsində liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərin və bu sahədə bazar prinsiplərini ehtiva edən yeni qanun layihəsinin hazırlandığı bildirilib. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin də Azərbaycan Prezidentinin islahatlar və iqtisadiyyatın diversifikasiyası kursunun prioritetlərindən olduğu, bu məqsədlə ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30%-ə çatdırılmasının planlaşdırıldığı vurğulanıb. Ümumi gücü 470 MVt olan külək və günəş elektrik stansiyaları ilə bağlı pilot layihələrin isə artıq icra olunduğu qeyd edilib. Eyni zamanda, liberal bazara keçid və bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası sahəsində beynəlxalq təcrübənin, o cümlədən 2019-cu ildən etibarən Türkiyə təcrübəsinin öyrənilməsi üzrə atılan addımlardan bəhs edilib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez isə çıxışında iki ölkənin birliyi və qardaşlığının regionda və dünyada sülhə və sabitliyə, birgə enerji layihələrinin, o cümlədən TANAP-ın isə Türkiyə və Avropann enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb. Onun sözlərinə görə, TAP-ın sayəsində TANAP-ın və Azərbaycan qazının strateji əhəmiyyəti daha da artacaq. Liberal elektrik enerjisi bazarının isə Türkiyədə uzun illərdir uğurla tətbiq edildiyini, yüksək keyfiyyətli, rəqabətədavamlı sistemin yaradıldığını, bərpa olunan enerji sahəsinin əhəmiyyətli dərəcədə inkişaf etdiyini deyən Fatih Dönməz bu istiqamətdə ölkəsinin mütərəqqi təcrübəsini də Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.

Energetika Nazirliyi, nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, "Azərenerji" ASC, "Azərişıq" ASC, qarşı tərəfdən isə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi, Enerji Bazarı Tənzimləmə Qurumu (EPDK), Enerji Bazarları Əməliyyat Şirkəti (EPİAŞ) və Elektrik Enerjisi Ötürmə Şirkətinin (TEİAŞ) nümayəndələrinin iştirakı ilə iki gün davam edən seminarda Türkiyədə liberal elektrik enerjisi bazarına keçidin mərhələləri, keçid prosesində yaranan problemlər, onların aradan qaldırılması yolları, qiymətlərin formalaşması, subyektlər arasında hesablaşma, balanslaşdırma və köməkçi xidmətlər bazarlarının təşkili, idarə edilməsi, ehtiyat güclərin saxlanılması mexanizmi, həmçinin bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası məsələlərinin həlli, bu enerji mənbələrindən istifadənin genişləndirilməsinin bazara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid və bu sahədə yeni münasibətləri tənzimləyən qanunvericilik bazasının yaradılması ilə bağlı təkliflərin hazırlanması "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli 1209 nömrəli Sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib.

22-01-2021, 10:26 | Yanvarın 22-də xarici valyutaların manata qarşı məzənnələri

Yanvarın 22-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 22 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, yanvarın 22-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0695 manat təşkil edir. 1 türk lirəsi 0.2305 manat, 1 rus rublu 0.0230, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5153 manatdır.

22-01-2021, 10:06 | Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərrac keçiriləcək

Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərrac keçiriləcək

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyilə "Azərbaycanda bərpa olunan enerji hərraclarının dəstəklənməsi" layihəsi reallaşdırılır.

Bunu Trend-ə Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifələrini icra edən Təbriz Ammayev deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində qanunverici baza və qaydalar hazırlanır:

"Əgər qanun layihəsi və hərrac qaydaları yaxın zamanlarda qəbul edilərsə, bərpa olunan enerji üzrə ilk hərrac artıq bu il keçirilə bilər. Xarici investorların bu sahəyə böyük marağını nəzərə alsaq, deyə bilərik ki, bu, bərpa olunan enerji layihələrinə investisiyaların cəlb olunmasına kömək edə bilər".

O bilidirib ki, müxtəlif ölkələrdən beynəlxalq enerji şirkətləri Azərabycanda bərpa olunan enerji sahəsində layihələrə maraq göstərir:

"Bu ölkələr arasında Türkiyə, Rusiya, Böyük Britaniya, Almaniya, Niderland, Norveç, Səudiyyə Ərəbistamı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Yaponiya kimi ölkələt yer alır. Bərpa olunan enerji mənbələrinin istehsalının tənzimlənməsi məqsədilə normativ sənəd qismində "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsi haqqında" qanun layihəsi hazırlanıb. Hazırda bu sənəd baxılması üçün hökumətə təqdim olunub".

29-12-2020, 10:20 | Dekabrın 29-da xarici valyutaların manata qarşı məzənnələri

Dekabrın 29-da xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 29 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan milli.az-a verilən məlumata görə, dekabrın 29-da olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0805 manat təşkil edir. 1 türk lirəsi 0.2282 manat, 1 rus rublu 0.0230, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5202 manatdır.

28-12-2020, 11:40 | 2021-ci ildə yaşayış minimumunun məbləği ikinci oxunuşda təsdiq edildi

2021-ci ildə yaşayış minimumunun məbləği ikinci oxunuşda təsdiq edildi

Azərbaycanda 2021-ci ildə yaşayış minimumunun məbləği təsdiq edilib.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.

Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

28-12-2020, 11:34 | İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi təsdiq edilib

İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi təsdiq edilib



İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi təsdiq edilib.

Trend bildirir ki, bu ba rədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin gəlirləri 157 769 146,0 manat, xərcləri 157 769 146,0 manat məbləğində təklif edilib.

Təklif səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

28-12-2020, 10:11 | Manatın məzənnəsi


Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 28 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan milli.az-a verilən məlumata görə, dekabrın 25-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0763 manat təşkil edir. 1 türk lirəsi 0.2246 manat, 1 rus rublu 0.0229, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5196 manatdır.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.