ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB

8 Noyabr – Zəfər Günü münasibətilə 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin təşkilatçılığı ilə 07 noyabr 2026-cı il tarixində ağacəkmə aksiyası keçirilmişdir.
Aksiya çərçivəsində Mərkəzin Yeyənkənd meşəbəyliyinin 16 saylı meşə dolayının 3-cü kvartalında yerləşən 2 hektar ərazidə 3x2 əkin sxemi üzrə ümumilikdə 3 300 ədəd Aroniya tingi əkilmişdir.
Tədbirdə 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin,Masallı Rayon İcra Hakimiyyətinin,1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 1 saylı Lənkəran Regional Nəqliyyat Şöbəsinin əməkdaşları, eləcə də kənd sakinləri iştirak etmişlər.
ZƏFƏR GÜNÜNÜZ MÜBARƏK!










































Tarix: Bu gün, 13:42
















