ABŞ Ordusu İran blokadasını yarmaq istəyən gəmiyə zərbə endirib
ABŞ Ordusu İran blokadasını yarmaq istəyən gəmiyə zərbə endirib



ABŞ ordusu Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb.

Respublica.Az
xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yayıb.
Komandanlığın açıqlamasında deyilir: "CENTCOM qüvvələri 7 noyabrda Oman körfəzində bir ticarət gəmisini sıradan çıxarıb. Gəminin mülki heyəti dəfələrlə xəbərdarlıqlara məhəl qoymayıb və İranın dəniz blokadasını bir neçə dəfə pozmağa cəhd edib".

Bildirilir ki, zərbə dəqiq idarə olunan sursatlardan istifadə olunmaqla gəminin arxa hissəsinə endirilb. CENTCOM-un açıqlamasına görə, Sent-Kits və Nevis bayraqlı "Huda" yük gəmisi "İran limanına girib-çıxdıqdan” sonra regional sulardan çıxmağa çalışırmış.

Bəyanata görə, iyulun ortalarından bəri ABŞ ordusu İrana və İrandan 147 ticarət gəmisinin hərəkətinin qarşısını alıb, beşini sıradan çıxarıb. CENTCOM həmçinin bildirib ki, "daha 10 İran kommersiya neft tankeri məhv edilib".

İran gəmisinin vurulması ilə bağlı xəbəri Britaniya Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət və Əməliyyatları Mərkəzi (UKMTO) də təsdiqləyib. Mərkəzin məlumatına əsasən məlumatına görə, BƏƏ-nin Xor Fakkan limanı yaxınlığında yük gəmisi və hərbi qüvvələrin iştirakı ilə insident qeydə alınıb: “Ekipajın vəziyyəti, zərərin qiymətləndirilməsi və ətraf mühitə təsiri hazırda məlum deyil".(Musavat.com)

Respublica.Az

Tarix: Dünən, 08:51