28-06-2022, 18:24 | Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır:
- Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 70; 2007, № 11, maddə 1117; 2018, № 2, maddə 187; 2020, № 8, maddə 1038; 2021, № 8, maddə 911) ilə təsdiq edilmiş "Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
- aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
"2-1. Dövlət məvacibindəki sonrakı artımlar dövlət qulluqçusunun müvafiq vəzifədə işlədiyi vaxt dövlət məvacibinə daxil olan ödənişlərdəki artımlara şamil olunur.".
- 7-ci hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Ailə üzvlərindən biri ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyası və ya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsinə əsasən sosial müavinət (ailə başçısını itirməyə görə sosial müavinət istisna olmaqla) aldıqda, ailə başçısını itirməyə görə ona düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə, onların əmək pensiyasının məbləği yenidən hesablanır.".
27-06-2022, 22:00 | Müasir, güclü, yenilməz Azərbaycan Ordusu

Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir, ölkədə möhtəşəm milli birliyə nail olunmuş və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etmişdir. Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan Ordusu işğala son qoydu. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. “Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdir. Qalib Ordunun hərbiçilərinin qəhrəmanlıqlarının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edilmişdir. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür. “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal -“Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olunub. Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Komando və Milli Müdafiə Universitetinin təsis olunması buna nümunədir. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə cari ildə Milli Müdafiə Universiteti yaradıldı. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır.
Hikmət Şikarov,
Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini.
27-06-2022, 14:28 | BMT, Dünya Bankı və Aİ ilə birlikdə azad olunan 3 rayonda yenidənqurma ehtiyacları dəyərləndirilib

"Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir".
AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək: "Bununla yanaşı, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək.
Biz artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirmişik".
27-06-2022, 14:23 | Azərbaycan Respublikasının Silahlı Qüvvələri xalqın qürur mənbəyidir

Müstəqil respublikanın gərək güclü ordusu olsun. Bu gün torpaqlarımızı müdafiə etmək üçün belə ordu bizə hava-su kimi lazımdır. Belə ordu sabah, gələcək üçün, müstəqil respublikamızın müstəqilliyini təmin etməkdən ötrü də lazımdır. Ona görə də ordu quruculuğu, ordu yaratmaq hər birimizin müqəddəs borcudur.
Heydər ƏLİYEV
Ümummilli lider
Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bizim şanlı ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir.
İlham ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti
Silahlı Qüvvələrimizin iradəsi, gücü, düşmən üzərində qazanılan tarixi qələbə Azərbaycan dövlətinin qüdrətinin təcəssümüdür. Nəyə qadir olduğumuzu, hansı məqsədlər uğrunda mübarizə apardığımızı aydın göstərir. Əlbəttə bu uğurlar illərin sınaqlarında formalaşıb, ordumuz, əsgər və zabitlərimiz çətin mübarizə yolları keçib.
Ölkəmizin müdafiə qüdrətini möhkəmləndirmək, ordu quruculuğunu formalaşdırmaq Azərbaycan dövlətinin ən başlıca vəzifələrindən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdiyi ilk günlər bu vəzifə ön plana çəkilmiş və ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmışdır.
Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ciddi çətinliklərə baxmayaraq, ölkəmizdə hərbi kadrların hazırlanması sahəsində mühüm tədbirlər görülmüş, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılmışdır. Bu məktəbin fəaliyyətə başlaması hərb peşəsinə olan marağın artırılması, bacarıqlı hərbiçilərin hazırlanması, gələcəkdə ordu quruculuğunun inkişaf etdirilməsi demək idi.
Ulu öndərin gərgin zəhməti sayəsində gənclərin ovaxtki ittifaqın ali hərbi məktəblərinə göndərilməsi, Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəbində təhsil almaları, əlbəttə ki, torpaqlarımızın azğın düşməndən qorunmasında, 44 günlük müharibədə öz parlaq nəticələrini göstərdi.
Heydər Əliyev bütün fəaliyyəti dövründə ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, peşəkar hərbi kadrların hazırlanmasına, orduda ruh yüksəkliyi yaradılmasına, əsgər və zabitlərin iş və həyat şətaitlərinin yaxşılaşdırılmasına diqqətlə yanaşmış, hərb tariximizin öyrənilib təbliğ edilməsini, müasir silahların orduda tətbiq olunmasını tövsiyə etmiş və bu vəzifənin uğurla icra olunmasına ciddi nəzarət edmişdir. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü də məhz Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir.
Bu gün Azərbaycan Silahlı Qüvvələri daha güclü və yenilməzdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi çox mühüm tədbirlər, ordunun moderinləşdirilməsi, maddi - texniki bazasının möhkəmləndirilməsi, müasir silahlarla təchiz edilməsi, əsgər və zabitlərə qayğı və diqqətin artırılması 44 günlük müharibədə öz sözünü dedi. O taleyüklü günlərdə Azərbaycanın Silahlı Qüvvələri, igid oğullarımız döyüşlərdə əfsanəvi qəhrəmanlıqlar göstərdilər.
Elə buna görə də hər birimiz ordumuzla, Ali Baş Komandanımızla, əsgər və zabitlərimizlə fəxr edir, onları alqışlayır və gələcək qələbələrimizə inanırıq. Silahlı qüvvələr günü hər birimiz üçün olduqca, əziz və qürurverici bir gündür.
İbrahim Cəfərov,
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru.
Professor.
27-06-2022, 11:52 | Prezident Toğanalı-Kəlbəcər avtomobil yolunda inşa edilən iki tunelin tikintisi ilə tanış olub - FOTO

Xəbər verdiyimiz kimi, iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.
AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən inşaat işləri haqqında məlumat verdi.
Qeyd edildi ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun inşa edilir. Belə ki, yolun keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq, onun əsas hissəsinin ikizolaqlı, yoxuşlarda isə əlavə zolaq artırılmaqla tikintisi aparılır. Bu yol tunel və körpü hissələrdə dörd hərəkət zolaqlı olacaq.
Hazırda yolboyu torpaq yatağının, həmçinin zəruri yerlərdə suötürücülərin tikintisi davam edir. İki hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücülərin inşası tamamlanıb, yeni su kanalının tikintisi davam etdirilir.
Ətraflı
Bildirildi ki, layihənin 13,5-ci kilometrindən Murovdağ silsiləsi başlayır. Yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrədək artır. Bu hissədə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş və gəliş istiqaməti üzrə 2,1 kilometr uzunluğunda qazma işləri tamamlanıb.
Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan iki ehtiyat keçidin tikintisi yekunlaşıb.
Hazırda tuneldə partlatma və qırma prosesləri nəticəsində əmələ gələn qaya parçalarının və süxurların daşınması, lay sularının kənarlaşdırılması və tuneldaxili hissənin üzlənməsi işləri davam etdirilir.
Həmçinin məlumat verildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelindən əlavə, daha üç tunelin inşası nəzərdə tutulur. Uzunluğu 542, eni 12 metr olan birinci və uzunluğu 607 metr olan ikinci tuneldə tikinti işlərinə başlanılıb. Artıq birinci tuneldə üst qatda qazma işləri icra olunaraq tuneldaxili hərəkət təmin edilib. İkinci tuneldə isə üst qatda qazma işləri tamamlanmaq üzrədir.
Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
27-06-2022, 11:45 | Zakir Həsənov erməni təxribatlarından danışdı - VİDEO

"Keçən ilin 26-dan bu ilin 26-na kimi, biz hesabat dövrü hesab edirik. Bu ərəfədə əməliyyat şəraiti çox gərgin keçib".
Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov REAL TV-yə müsahibəsində deyib.
"Bilirsiniz ki, Azərbaycan ordusu gərgin iqlim şəraitində xidmətini təşkil edir. Müharibədən sonra ilk növbədə mən qeyd etmək istəyirəm ki, Azərbaycan-Ermənistan sərhədində bilirsiniz ki, daima Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs pozulur. Təxribata əl atırlar.
Dəfələrlə biz onların cavabını vermişik. Misal üçün, götürək, 2021-ci ilin 13, 17 noyabr aylarını, o vaxt ki, Erməni Silahlı Qüvvələri böyük bir təxribata əl atmışdılar. Azərbaycan ordusunun bir neçə postuna hücum etmişdilər.
Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Ordusu, Azərbaycan əsgəri, Azərbaycan zabiti layiqli cavab verərək strateji yüksəklikləri azad edib və Ermənistan Silahlı Qüvvələri böyük itkilər vermişdilər. 6 nəfər məhv edilmişdi, 33 nəfər əsir götürülmüşdü", - nazir qeyd edib.
Z.Həsənovun sözlərinə görə, bu təxribatlar davam edir:
"Hər dəfə bunların təxribatının qarşısını alanda Erməni Silahlı Qüvvələri itki verir. 5-10 gün sakitçilik olur. Yenə təxribata başlayırlar. Ümumiyyətlə, son vaxtlar siz görsəniz, eyni məsələlər təkrarlanır.
İtki verəndən sonra 5-6 gün sakitçilikdir. Sonra təxribatlar yenə təkrarlanır. Biz dəfələrlə müvafiq qurumlara fikrimizi demişik. Demişik ki, hər bir təxribatın qarşısı qətiyyətlə alınacaq və indiyə kimi də alınır".
Daha ətraflı videomüsahibədə:
27-06-2022, 11:39 | Ceyhun Bayramov: Hazırda Azərbaycan-Qazaxıstan-Türkiyə əməkdaşlığı böyük əhəmiyyət kəsb edir - FOTO

Hazırda qlobal təhlüksizlik sabitliyə və iqtisadi inkişafa qarşı artan təhlükələr fonunda əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir.
Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan,Qazaxıstan,Türkiyənin Xarici İşlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısı zamanı deyib.
Nazir qeyd edib ki, üçtərəfli əməkdaşlığımızın konkret istiqamətlərinin nəzərdən keçirilməsi olduqca aktualdır.
"Ümid edirik ki bugünkü görüş ölkələrimiz arasındakı əməkdaşlığa, birliyə öz töhfəsini verəcək. Azərbaycan-Qazaxıstan-Türkiyə arasında keçirilən bu görüş Azərbaycanın xarici siyasət konsepsiyasına uyğundur", - deyə C.Bayramov əlavə edib.
27-06-2022, 11:34 | Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin I üçtərəfli görüşü keçirilib

İyunun 27-də Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov üçtərəfli görüşün əhəmiyyətindən danışıb. Nazir üçtərəfli və regional əməkdaşlığın vacibliyini vurğulayıb.
Ceyhun Bayramov bu görüşün üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıdığını qeyd edib.
Sonra üçtərəfli görüşün gündəliyi təqdim olunub.
Qeyd edək ki, üçtərəfli görüşdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı, Qazaxıstanın Sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev və digər dövlət rəsmiləri iştirak ediblər.
27-06-2022, 10:43 | "Qarabağ müharibəsində amerikalıların bizə dediklərinin əksini gördük" - Kalın

"Qarabağ müharibəsində Azərbaycanın yanında olanda amerikalılar bizə dedilər ki, siz çox yaxşı iş görürsünüz. Amma bunun tam əksi ilə üzləşdik".
"report"a istinadən bildirir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
Türkiyə hökumətinin rəsmisi qeyd edib ki, rəsmi Ankara beynəlxalq miqyasda müstəqil siyasət yürüdür: "Liviya məsələsində də belə oldu. Biz milli təhlükəsizliyimizə və maraqlarımıza toxunan məsələlərdə planlarımızı ABŞ və başqa ölkələrinin icazəsi olmadan həyata keçiririk.
Yeri gəldi, İsraillə toqquşduq. Ən böyük təzyiqi oradan görmədikmi? Onda da deyirdilər ki, iş bitib, belə edəcəklər və s. NATO üzvü kimi S-400-ləri almışıq. Bu bizim birinci seçimimiz deyildi, Türkiyə məcbur oldu. Bizim üstünlük verdiyimiz şey NATO alyansı çərçivəsində təhlükəsizlik ehtiyaclarımızı ödəmək idi. Xarici siyasətdə heç bir tərəddüd içində deyilik".
"Bu bütün dövlətlərlə körpüləri qırmaq və hamı ilə döyüşmək demək deyil. Müəyyən məsələlərdə razılaşırsınız, onların perspektivləri dəyişir. Xarici siyasətimizdə ABŞ-ın nə deyəcəyini, Avropanın nə deyəcəyini düşünmürük. Öz maraqlarımız nəyi tələb edirsə (onu həyata keçiririk-red). Razılaşa bilsək birlikdə gedək deyirik, razılaşa bilmiriksə yolumuza gedirik", - Ərdoğanın sözçüsü vurğulayıb.
26-06-2022, 14:51 | Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
Silahlı Qüvvələrimizin iradəsi, gücü, düşmən üzərində qazanılan tarixi qələbə Azərbaycan dövlətinin qüdrətinin təcəssümüdür. Nəyə qadir olduğumuzu, hansı məqsədlər uğrunda mübarizə apardığımızı aydın göstərir. Əlbəttə bu uğurlar illərin sınaqlarında formalaşıb, ordumuz, əsgər və zabitlərimiz çətin mübarizə yolları keçib.
Ölkəmizin müdafiə qüdrətini möhkəmləndirmək, ordu quruculuğunu formalaşdırmaq Azərbaycan dövlətinin ən başlıca vəzifələrindən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdiyi ilk günlər bu vəzifə ön plana çəkilmiş və ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmışdır.
Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ciddi çətinliklərə baxmayaraq, ölkəmizdə hərbi kadrların hazırlanması sahəsində mühüm tədbirlər görülmüş, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılmışdır. Bu məktəbin fəaliyyətə başlaması hərb peşəsinə olan marağın artırılması, bacarıqlı hərbiçilərin hazırlanması, gələcəkdə ordu quruculuğunun inkişaf etdirilməsi demək idi.
Ulu öndərin gərgin zəhməti sayəsində gənclərin ovaxtki ittifaqın ali hərbi məktəblərinə göndərilməsi, Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəbində təhsil almaları, əlbəttə ki, torpaqlarımızın azğın düşməndən qorunmasında, 44 günlük müharibədə öz parlaq nəticələrini göstərdi.
Heydər Əliyev bütün fəaliyyəti dövründə ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, peşəkar hərbi kadrların hazırlanmasına, orduda ruh yüksəkliyi yaradılmasına, əsgər və zabitlərin iş və həyat şətaitlərinin yaxşılaşdırılmasına diqqətlə yanaşmış, hərb tariximizin öyrənilib təbliğ edilməsini, müasir silahların orduda tətbiq olunmasını tövsiyə etmiş və bu vəzifənin uğurla icra olunmasına ciddi nəzarət edmişdir. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü də məhz Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir.
Bu gün Azərbaycan Silahlı Qüvvələri daha güclü və yenilməzdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi çox mühüm tədbirlər, ordunun moderinləşdirilməsi, maddi - texniki bazasının möhkəmləndirilməsi, müasir silahlarla təchiz edilməsi, əsgər və zabitlərə qayğı və diqqətin artırılması 44 günlük müharibədə öz sözünü dedi. O taleyüklü günlərdə Azərbaycanın Silahlı Qüvvələri, igid oğullarımız döyüşlərdə əfsanəvi qəhrəmanlıqlar göstərdilər.
Elə buna görə də hər birimiz ordumuzla, Ali Baş Komandanımızla, əsgər və zabitlərimizlə fəxr edir, onları alqışlayır və gələcək qələbələrimizə inanırıq. Silahlı qüvvələr günü hər birimiz üçün olduqca, əziz və qürurverici bir gündür.
Aqil Məmmədov,
Milli Məclisin əməк və sosial siyasət Komitəsinin, habelə regional məsələlər Komitəsinin üzvü oldu. Milli Məclisin deputatı.