15-10-2023, 19:01 | Prezident: Bu gün burada olmağım böyük rəmzi məna daşıyır

Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada (Xankəndidə - red.) olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən səsləndirib.
"Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən bütün Azərbaycan xalqıdır, onların davamçılarıdır. Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır, - deyə Prezident İlham Əliyev bildirib.
Respublica.Az
15-10-2023, 18:59 | Prezident: Biz Heydər Əliyevin 100 illiyini onun siyasətinə, tarixi irsinə hörmət göstərərək qeyd edirik

Bu il "Heydər Əliyev İli"dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən deyib.
Ulu Öndərin yubileyləri ilə bağlı xatirələrini bölüşən dövlətimizin başçısı qeyd edib: "Mən Ulu Öndərin ad gününü (100 illiyini - red.) Şuşada keçirdim. Onun 50 illiyini mən yaxşı xatırlayıram. 1973-cü ildə evdə ancaq ailə üzvləri onu qeyd etdik. Altmış illiyini də xatırlayıram, o zaman Moskvada çalışırdı. Orada da heç bir qonaq yox idi. Yetmiş illiyini Naxçıvanda oraya gələrək atamla birlikdə qeyd etmişdim. Səksən illiyini isə, - artıq sağlamlığı o qədər də yerində deyildi, - Ankarada xəstəxanada, xəstəxananın yeməkxanasında keçirmişik. Ona görə də atamın 100 illiyini bizim üçün böyük rəmzi məna daşıyan, hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etməli idim. Orada Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi dedim".
Respublica.Az
15-10-2023, 18:57 | "Rossiyskaya qazeta" İlham Əliyevdən yazdı

"Rossiyskaya qazeta" nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə ölkə başçısı seçilməsinin 20 illiyi münasibətilə "Son 20 ildə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda nüfuzunu xeyli gücləndirib" sərlövhəli məqalə dərc edilib.
Respublica.Az report-a istinadən xəbər verir ki, məqalədə deyilir ki, İlham Əliyevin hakimiyyəti Azərbaycanda daxili-siyasi sabitliyin simvolu olmaqla yanaşı, eləcə də ölkənin beynəlxalq nüfuzunu necə gücləndirə biləcəyinin nümunəsinə çevrilib.
"Dövlət başçısı hakimiyyətdə olduğu illər ərzində səmərəli və balanslaşdırılmış idarəetmə üçün sarsılmaz zəmin yarada bilib. Bu gün Azərbaycanın siyasi sistemi faktiki olaraq heç bir daxili çağırışla üzləşmir və genişspektrli risklərə müqavimət göstərir. Bütün bunlar İlham Əliyevin idarəçilik keyfiyyətlərinin nəticəsidir", - məqalədə qeyd edilir.
Bildirilir ki, İlham Əliyev milli iqtisadiyyatın şaxələndirilməsinə və ixracdan asılılığın azaldılmasına birmənalı önəm verir, çünki vətəndaşların rifahını özünün prioriteti hesab edir.
"Dövlətin iqtisadi dayanıqlığı Azərbaycanın beynəlxalq münasibətlərdə strategiyasının müəyyənedici xüsusiyyətinə çevrilib. İnvestisiya sahəsində qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaratmaq məqsədilə ilkin mərhələdə Bakı münaqişələrin azaldılmasına və böhranların qarşısının alınmasına diqqət yetirib.
İlham Əliyevin hakimiyyəti illərində ölkə əsas maraqlarının perimetri boyu riskləri minimuma endirməyə nail olub. O, onilliklər ərzində Azərbaycanda gündəmi zəbt edən problemi həll etdi, Qarabağ bölgəsinə nəzarəti bərpa edə bildi. Hazırkı prezidentin rəhbərliyi altında ölkə faktiki olaraq bir vaxtlar işğal olunmuş region ətrafında yerli erməni əhalisinin maraqlarını hərtərəfli nəzərə alaraq total reinteqrasiya üçün şərait yaradıb.
İyirmi il ərzində Prezident bütün seçki vədlərini praktiki olaraq yerinə yetirib: genişmiqyaslı regional layihələr həyata keçirilib, dövlətin gəlirləri artır, yeni iş yerləri açılır, sosial problemlər həllini tapır. Azərbaycan regionda faktiki və şəksiz liderə çevrilib", - məqalədə vurğulanıb.
Respublica.Az
15-10-2023, 18:55 | Prezident: Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, bu, əbədi bizimlə olacaq

Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıqdan sonra çıxış edərkən səsləndirib.
"Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər", - deyə dövlətimizin başçısı əlavə edib.
Respublica.Az
15-10-2023, 18:53 | İlham Əliyev: Bu, tarixi hadisədir

Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıqdan sonra çıxış edərkən söyləyib.
Dövlətimizin başçısı deyib: "İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq".
Respublica.Az
15-10-2023, 18:47 | Prezident: Bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır

Bu gün burada (Xankəndi - red.) olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən deyib.
"Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir", - deyə dövlətimizin başçısı bildirib.
Respublica.Az
15-10-2023, 18:45 | İlham Əliyev: İyirmi il əvvəl qarşıma bir nömrəli vəzifə qoymuşdum ki...

İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıqdan sonra çıxış edərkən deyib.
Bu illər ərzində Azərbaycanın gücləndiyini və dünya miqyasında özünə layiq yerini tuta bildiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır".
Respublica.Az
15-10-2023, 18:43 | Prezident Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış olub - FOTO

Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış olub.
Xəbər yenilənəcək
Respublica.Az





15-10-2023, 18:39 | İlham Əliyev Xocavənddə Bayrağımızı ucaldıb - FOTO

Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Xəbər yenilənəcək
Respublica.Az








15-10-2023, 18:22 | Şimali Kiprin Prezidenti Heydər Əliyev Mərkəzi ilə tanış olub

Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar oktyabrın 15-də Heydər Əliyev Mərkəzində olub.
Ali qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.//milli.az//

















