22-06-2022, 12:24 | Daşkənddə Özbəkistan və Azərbaycanın qurumları arasında bir sıra sənədlər imzalanıb -

Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yüksək xətlə inkişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün potensialın böyük olduğunu bildirib. S.Umurzakov qeyd edib ki, Azərbaycan və Özbəkistan əməkdaşlığı genişləndirə, birgə emal müəssisələri yaratmaqla məhsullarını üçüncü ölkələrə tədarük edə bilər. Biznes forumun əhəmiyyətindən danışan nazir tədbirin yeni təşəbbüslərin və istiqamətlərin müəyyənləşdirilməsi üçün əlverişli platforma olduğunu diqqətə çatdırıb, müzakirələrin biznes əlaqələrinin genişləndirilməsi üçün faydalı olacağını vurğulayıb.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. İqtisadiyyat naziri sənaye, kənd təsərrüfatı, ticarət, investisiya və sair sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını diqqətə çatdırıb, Özbəkistan iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, birgə layihələrin icrasına dəvət edib.
Tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev, "Uzkimyosanoat" ASC-nin İdarə Heyətinin sədri Jurabek Mirzamaxmudov, "Uzeltexsanoat" Assosiasiyasının sədri Mirziyod Yunusov, "Uztekstilprom" Assosiasiyasının sədri İlxom Haydarov və Azərbaycan Zərgərlik Assosiasiyasının sədri Toğrul Abbasquliyev iqtisadiyyatın aidiyyəti sahələrində əlaqələrin genişləndirilməsi, hər iki ölkənin ixrac və investisiya potensialı, biznes və investisiya mühiti barədə məlumat veriblər.
Biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb.
"Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində Memorandum"u agentliyin İdarə Heyətinin sədri Kamran İmanov və Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov, "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında 2022-ci il üçün turizm sahəsi üzrə əməkdaşlıq Proqramı"nı Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Özbəkistanın turizm və mədəni irs nazirinin müavini Baxtiyor İbrahimov, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumu"nu ölkəmizin energetika naziri Pərviz Şahbazov və Özbəkistanın energetika nazirinin birinci müavini Azim Ahmedxacayev imzalayıblar.
Həmçinin "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının "Özarxiv" Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş"i Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Özbəkistanın "Özarxiv" Agentliyinin sədri Uluqbek Yusubov, "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu"nu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO" ilə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Özbəkistanın İxracın Təşviqi Agentliyinin direktoru Uluqbek Muradov, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu agentliyin rəhbəri Yusif Abdullayev və Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Agentliyin direktoru Uluqbek Kasimxocayev imzalayıblar.
Bundan əlavə imzalanan sənədlər arasında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov tərəfindən imzalanan "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Özbəkistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərmaş"ın İdarə Heyətinin sədri Emin Axundov və "Uzavtosanoat"ın sədrinin müavini Sardor Taciyev tərəfindən imzalanan "Azərmaş" ASC ilə "Uzavtosanoat" SC arasında Azərbaycanda avtomobil istehsalının lokallaşdırılmasına dair Memorandum", "NərgizMED"in direktoru Məlahət Şahramanova və "Meri Naturel"in direktoru Miravzal Mirsadikov tərəfindən imzalanan "Azərbaycanın "NərgizMED" şirkəti ilə Özbəkistanın "Meri Naturel" şirkəti arasında məhsulların Özbəkistana ixracına dair Memorandum" da var.
"Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə "Uztekstilprom" Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədrinin müavini Səkinə Babayeva və "Uztekstilprom" Assosiasiyasının sədrinin müavini Mirmuxsin Sultanov, "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası ilə "Uzpromstroymaterialı" Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Tikintin Materialları İstehsalçıları Assosiasiyasının sədrinin müavini Mayis Qasımov və "Uzpromstroymaterialı" Assosiasiyasının sədrinin birinci müavini Azizbek Baxodırov imzalayıblar.
Həmçinin Forum çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov və Özbəkistanın innovativ inkişaf naziri İbroxim Abduraxmonov imzalayıblar.
Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov və Özbəkistan Milli Elmlər Akademiyası adından akademik Yuldaşev Bexzod imzalayıb.
Tədbir hər iki ölkənin biznes nümayəndələri arasında ikitərəfli görüşlərlə davam edib.
19-06-2022, 13:47 | Erməni işğalı zamanı torpaqlarımızda mədəni-tarixi abidələr məhv edilib - Aydın Kərimov

Erməni işğalı zamanı torpaqlarımızda mədəni-tarixi abidələr dağıdılaraq məhv edilib.
Trend-ə istinadən bildirir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının yenidənqurulması və inkişafına baxış" mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müharibə bitdikdən sonra Şuşada dərhal yenidən-qurma bərpa işlərinə başlanıldı.
"Tapşırıqlara uyğun olaraq, şəhərin əsas bina və obyektlərinin istiliklə təmin olunması istiqamətində 7 qazanxana təchiz edildi. Müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib, bunun sayəsində şəhərə elektrik enerjisi verilib. Həmçinin şəhərdə 7 qazanxana tikilərək istiliklə təmin edilib. Hazırda məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir",- deyə o əlavə edib.
19-06-2022, 13:46 | IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşada panel müzakirələr aparırlar - YENİLƏNİB - FOTOlar

Azərbaycan işğaldan azad edilmiş ərazilərinə iyunun 19-da səfər edən IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən sonra Şuşaya gəliblər.
Trend-ə istinadən bildirir ki, IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşada panel müzakirələri başlayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlayıb.
---------
12:58
IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən sonra Şuşaya gəliblər.
Trend-ə istinadən bildirir ki, qonaqları yerli və xarici media nümayəndələri müşahidə edirlər.
Şuşada IX Qlobal Bakı Forumunun iştirakçıları panel müzakirələr aparacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlayıb.
19-06-2022, 13:41 | "Azərbaycan qlobal miqyasda getdikcə daha çox əhəmiyyət kəsb edir" - Mladen İvaniç

Qlobal Bakı Forumu qlobal miqyaslı tədbir olmağa başlayır.
Bu barədə Trend-ə Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu kuluarında deyib.
"Mən artıq yeddinci dəfədir ki, Qlobal Bakı Forumunda iştirak edirəm və deyə bilərəm ki, onun əhəmiyyəti ildən-ilə artır. Forum təkcə regionda deyil, bütün dünyada ən mühüm platformalardan birinə çevrilir. Bu möhtəşəm tədbirin bir hissəsi olmaqdan qürur duyuram", deyə M.İvaniç bildirib.
O qeyd edib ki, Qlobal Bakı Forumu kimi platforma dünya birliyinin aktual problemlərindən dürüst danışmaq, müxtəlif fikirlər söyləmək imkanı verir ki, bu, sabiq prezidentin sözkərinə görə, bu gün üçün nadir fürsətdir:
"Azərbaycanın özü qlobal miqyasda getdikcə daha çox əhəmiyyət kəsb edir".
19-06-2022, 13:38 | Zelenski ərzaq böhranını həll edəcək şərti açıqlayıb

"Ukraynanın mövqeyi aydın və dəyişməz olaraq qalır - beynəlxalq vasitəçiliyin yardımı ilə Ukrayna limanlarında gəmiçiliyin təhlükəsizliyini təmin etmək mümkün olan kimi dövlət dünyada ərzaq böhranına qarşı çıxmaq üçün hər şey edəcək".
"Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində söyləyib.
"Mən cənubdan qayıdıram - Nikolayev vilayətində ön xəttə, eləcə də Nikolayevin özündə, həmçinin Odessa vilayətində oldum. Müdafiəçilərimiz - hərbçilər, polislər, Milli Qvardiya, müdafiə qüvvələri ilə söhbət etdim. Onların əhval-ruhiyyəsi inamlıdır, hamısının qələbəmizə şübhəsi yoxdur. Biz cənubu heç kimə verməyəcəyik, bizim olan hər şeyi geri alacağıq və dəniz Ukraynanın olacaq - təhlükəsiz olacaq", - dövlət başçısı vurğulayıb.
19-06-2022, 13:37 | Şuşanın yenidən qurulmasını görmək təsiredici hadisədir - İsmail Seragəldin

Şuşanın inkişaf etdirilməsini, yenidən qurulmasını görmək təsiredici hadisədir.
Trend-ə istinadən bildirir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Seragəldin jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Şuşa əhəmiyyətli və tarixi bir şəhərdir.
"Şuşanın işğaldan azad edilərək burada bərpa-yenidən qurulma işlərinin aparılması Azərbaycanın uğurudur. Şuşanın inkişaf etdirilməsini, yenidən qurulmasını görmək təsiredici hadisədir. Bura Azərbaycan mədəniyyətin göstəricilərindən biridir. Qlobal Bakı Forumu iştirakçıları olaraq hazırda burada olmaqdan çox məmnunuq", -deyə o əlavə edib.
19-06-2022, 13:20 | IX Qlobal Bakı Forumunun iştirakçıları Qarabağa səfər ediblər

IX Qlobal Bakı Forumunun iştirakçıları iyunun 19-da Qarabağ İqtisadi Rayonuna - Füzuli və Şuşa şəhərlərinə səfər ediblər.
Trend-ə istinadən bildirir ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış, eləcə də ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədilə həyata keçirilən səfərdə qonaqları yerli və xarici media nümayəndələri müşayiət edirlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlayıb.
19-06-2022, 13:19 | Müdafiə naziri Kəlbəcər və Laçında: Tapşırıqlar verdi - VİDEO - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyindən milli.az-a verilən xəbərə görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərdə görülən işlərlə tanış olublar.
Məruzə olunub ki, azad olunmuş rayonlarda hərbi polisin xidməti fəaliyyətinin yüksək səviyyədə təşkili üçün yataqxana və xidməti otaqlar, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi, eləcə də digər infrastruktur obyektlərinin tikilməsi və müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulub.
Ətraflı
Sonra general-polkovnik Z.Həsənov tikintisi davam edən maddi-texniki təminat anbarlarına baxış keçirib. Bildirilib ki, iqlim və relyefdən asılı olmayaraq qoşunların fasiləsiz və dayanıqlı fəaliyyətini təşkil etmək məqsədilə müasir tələblər nəzərə alınaraq inşa edilən anbarlar vasitəsilə bölmələr silah-sursat, yanacaq-sürtkü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla mərkəzləşdirilmiş qaydada təmin ediləcək.
Tikinti işlərinin gedişatını yoxlayan müdafiə naziri təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
18-06-2022, 07:03 | İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.
AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Qlobal Bakı Forumunun önəminə toxunuldu, burada iştirak edənlərin sayının hər il daha da artdığı vurğulandı. Tədbirin gündəliyinin çox geniş olduğu bildirildi. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi, geosiyasi vəziyyət, enerji, səhiyyə, iqlim məsələləri, mədəniyyətlərin dialoqu kimi sahələrlə bağlı müzakirələrin aparılması və yeni ideyaların yaranması üçün yaxşı platforma olduğu qeyd edildi.
17-06-2022, 06:33 | "Dünyada elə bir lider yoxdur ki, Putini müharibəni dayandırmağa məcbur etsin" - Zelenski

Hazırda dünyada elə bir lider yoxdur ki, Rusiya Prezidenti Vladimir Putinlə fikir mübadiləsi aparıb onu Ukraynada müharibəni dayandırmağa məcbur etsin.
"Report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Putin qərar verməzdən əvvəl onun nəticələrini düşünmür.
"Onun nəyisə eşitməyə hazır olduğuna əmin deyiləm. Mənə elə gəlir ki, o, qərar qəbul etmə mərhələsindədir. O əvvəlcə hərəkətə keçir, sonra fikirləşir", - Zelenski qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, yalnız kollektiv şəkildə, birləşməklə Rusiyanı dayandırmaq olar.
Zelenski bundan əvvəl deyib ki, indi Ukraynanın sülh danışıqlarına başlamaq imkanı yoxdur. Rusiya rəhbərliyi dialoq aparmaq istəmir və buna hazır deyil.