27-12-2021, 09:08 | Qalib xalqın müzəffər sərkərdəsi

Azərbaycan Respublikasının müstəqilliyi olunanda ölkənin indiki dövlət başçısının cəmi 30 yaşı var idi. Bu günlərdə isə Prezident İlham Əliyevin 60 yaşı tamam oldu. Bu ömrün tən yarısı – 30 ili müstəqillik tariximizdir. Dövlət müstəqilliyimizin 30-cu ilində 60 yaşa çatan cənab İlham Əliyevin Prezident vəzifəsində 18 illik fəaliyyəti çağdaş siyasi tariximizə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf dövrü kimi yazılmaqdadır. Bu inkişafın arxasında vətənpərvər bir insanın böyük dövlət xadimi İlham Əliyevin heç bir ölçü vahidi ilə hesablana bilməyən gərgin və fədakar əməyi, görünən və görünməyən tərəfləri olan geniş əhatəli fəaliyyəti dayanır.
Dünyanın ən qüdrətli superdövləti hesab olunan Sovet İttifaqının liderlərindən biri Heydər Əliyevin ailəsində yaşanan tələbəlik və gənclik ömrü, müstəqilliyimizin dramatik hadisələrlə başlayan ilk illəri və ulu öndər Heydər Əliyevin sınaqlarla dolu 10 illik hakimiyyəti dövrü İlham Əliyevi siyasi müdrikliyə yaşından daha tez yetişdirmişdi. Gənc siyasətçi kimi o, müstəqilliyimizin təməli qoyulan həmin dövrün, sadəcə, şahidi deyildi, həm də Prezident Heydər Əliyevin Azərbaycanın siyasi suverenliyinin möhkəmləndirilməsi, ölkədə sabitlik, milli birlik, sosial-iqtisadi inkişaf yaradılması və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsinin fəal iştirakçısı idi.
Həlledici an isə 2003-cü ildə gəldi. Azərbaycan xalqı Heydər Əliyev kimi bir siyasət dahisinin yolunu davam etdirə biləcək şəxsin yalnız İlham Əliyev olduğuna inanaraq, məhz onu özünə prezident seçdi. Ümummilli lider Heydər Əliyevin uğurlu dövlət quruculuğu ilə başa çatan XX əsr yeni və müasir Azərbaycanın qurulması ilə başlayan XXI əsrə belə keçdi. Bu, həm də xalqımız üçün yeni bir həyata keçidin başlanğıcı idi. Bu keçidin ən yaddaqalan hadisələri, taleyüklü qərarları və addımları Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Son iki onillikdə həyatımızı dəyişən sözləri və ifadələri ilk dəfə İlham Əliyevdən eşitdik. Belə ki, Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş ölkələrə siyasi-publisistik leksikada “postsovet ölkələri” deyilirdi. Ətalət düşüncəsinin əlaməti kimi istifadə olunan bu ifadə insanları gələcəyə baxmağa yox, sanki, sovet keçmişindən ayrılmamağa səsləyirdi. İlk dəfə İlham Əliyev məqsədəyönlü şəkildə “postsovet ölkələri” deyimindən imtina etdi, əvəzində “müstəqil ölkə”, “suveren dövlət” anlayışlarını dil düşüncəmizin üst qatına çıxardı. Məram aydın idi: ictimai-siyasi təfəkkürdən “post-sovet” qalıqları təmizlənməli idi ki, insanlar keçmişdən asılılığa son verib sovet nostalgiyasından birdəfəlik qurtulsunlar və müstəqillik, suverenlik ideyalarına və davranışlarına köklənsinlər.
İlk dəfə İlham Əliyev 2009-cu ildə “Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq” bəyanatını səsləndirdi. Prezidentin sözləri yeni inkişaf dövrünə başlamağın anonsu idi: həmin illərdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə regional inkişaf proqramlarının və infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində ölkənin iqtisadi tərəqqisi üçün güclü zəmin yaranırdı. Keçid dövründən sonra dayanıqlı inkişaf, iqtisadi artım və daimi modernləşmə dövrünün aktuallaşması zərurəti yaranmışdı. Məhz bu zərurətdən çıxış edən dövlət başçısı ölkənin çoxşaxəli, dinamik, müasir innovasiyalara əsaslanan iqtisadi inkişaf dövrünə qədəm qoyduğunu elan etdi.
İlk dəfə İlham Əliyev Azərbaycanın “Dördüncü Sənaye İnqilabı” proseslərinə qoşulması zərurətindən bəhs etdi və dünyanın bu aparıcı tendensiyasında Azərbaycanın lider dövlət olmaq məramını bəyan etdi. İlk süni peykimizi də ilk dəfə İlham Əliyev fəzaya göndərdi və Azərbaycanın adını dünyanın kosmik ölkələri sırasına yazdırdı. Son iki ildə təkcə Azərbaycanda yox, dünyanın hər yerində milyonlarla Azərbaycanlının qəlbində işıq yandıran, Azərbaycan Ordusunun şüarına, marşına və zəfər andına çevrilən “Qarabağ Azərbaycandır!” ifadəsini də belə qətiyyət və əzəmətlə ilk dəfə İlham Əliyevin dilindən eşitdik! Əlbəttə, ondan əvvəl də bu ifadəni deyirdik. Amma heç kimin deyimi Qarabağı bu qədər Azərbaycanlaşdıra bilməmişdi.
İlk dəfə məhz Ali Baş Komandan İlham Əliyev “Biz qalib xalqıq!” hökmü ilə xalqımızın milli öyünc və özünəgüvəncini yüksək bir səviyyəyə qaldırdı. Hər cümləsi xalqın yaddaşında silinməz iz buraxan, hər bəyanatı xalqın taleyində böyük dəyişikliklər yaradan Prezident İlham Əliyev, sözün əsl mənasında, yeni bir Azərbaycan qurur. Yenilməz, məğlubedilməz, durmadan güclənən və çiçəklənən, vətəndaşlarına qürur və fəxarət yaşadan bir Azərbaycan.
Ulu öndərin ideya və əməllərinin ən sadiq davamçısı İlham Əliyev şüarlarla deyil, xalqın etimadı ilə hakimiyyətə gəldi. Prezidentlik vəzifəsinin icrasına başladığı zaman müqəddəs bayrağımızı öpərək Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içmiş Prezident öz andına sədaqətini əməlləri ilə sübut etdi. O nəyi, necə və nə zaman etməli olduğumuzu nəzəri ideyalarla yox, şəxsi nümunələri ilə göstərdi.
Dövlət atributlarımızın təbliği, üçrəngli bayrağımıza ümummilli ehtiram əxlaqının formalaşdırılması, dövlətçiliyimizin, milli-mənəvi, dəyərlərimizin qorunması ölkə rəhbəri İlham Əliyevin yürütdüyü milli siyasətin ən qabarıq istiqamətləri oldu. Azərbaycanın yeni iqtisadi inkişaf və tərəqqi yoluna çıxması, bölgənin ən yüksək iqtisadi potensialı olan ölkəsi kimi tanınması, etibarlı tərəfdaş kimi qəbul olunması və əsl müstəqil dövlət kimi dünya birliyinə uğurlu inteqrasiyası məhz İlham Əliyevin prezidentliyi dövründə və onun apardığı uğurlu xarici siyasət nəticəsində reallaşdı.
Dövlət müstəqilliyimizin 20-ci ildönümündə (2011) Prezident İlham Əliyev daha sonrakı 10 il ərzində ümummilli potensialın inkişafına dair fundamental istiqamətlərin müəyyənləşdirilməsinə qərar verdi – “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlandı. Azərbaycan Respublikasının perspektiv inkişafında böyük tarixi-siyasi əhəmiyyət daşımış bu konsepsiya qarşıya qoyulan hədəflərə çatmaq üçün xalqın intellektual potensialının səfərbər olunmasını, dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsini, bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsini və və bütün bu işlərdə vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını nəzərdə tuturdu.
Azərbaycanda bu konsepsiyanın, digər zəruri struktur layihələrinin və islahatların həyata keçirilməsi, milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin müəyyən edilməsi və s. 2020-ci ilədək ölkəmizi beynəlxalq miqyasda rəqabətə davamlı siyasi subyektə çevirdi. Ölkənin dayanıqlı inkişafına pillə-pillə təməl qoyuldu. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra digər dövlət proqramlarının uğurlu icrası İlham Əliyevin hədəflədiyi nəticələrə gətirib çıxardı.
Möhtərəm İlham Əliyevin prezident olduğu illərin qaynar ictimai, iqtisadi, siyasi, mədəni həyatı, hər ilin gətirdiyi çoxsaylı yeniliklər, günbəgün dəyişən və güclənən Azərbaycanın müasirləşmə tempi siyasi praqmatizmin, rasional idarəetmənin və məqsədəyönlü səmərəli fəaliyyətin qanunauyğun nəticəsidir. Dövlət başçısının yürütdüyü çoxvektorlu və çoxqatlı siyasət bir sıra fenomenal xüsusiyyətlərin sonda vəhdətə gələn bənzərsiz uzlaşmasını təşkil edir.
Böhranların, ziddiyyətlərin, münaqişə və müharibələrin tüğyan etdiyi dünyada gənc milli dövləti xarici təsirlərdən qorumaq, ölkəni tərəqqiyə qovuşdurmaq, iqtisadi potensialı hərəkətə gətirərək inkişafın davamlılığını təmin etmək, ümumdaxili məhsulun həcmini qat-qat artırmaq Prezident İlham Əliyevin ayrı-ayrı istiqamətlərdə apardığı düşünülmüş siyasətin ümumi uğurlu nəticəsidir.
Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik kursuna, azərbaycançılıq ideologiyasına, Türk dünyası ilə bütövləşmə strategiyasına sadiq qalmaqla bərabər, onları yeni keyfiyyətlərlə zənginləşdirən Prezident İlham Əliyev bu yolu heç kimin proqnozlaşdıra bilmədiyi novatorluqla davam etdirdi. O, müasir dünyanın siyasi mədəniyyətində öz dəst-xəttini, özünəməxsus “İlham Əliyev üslubunu” yaratdı.
“Siyasətimiz işimizdir”, “Sözümüz imzamızdır” kimi məzmunca qısa, mahiyyətcə dərin inam və etibar doğuran ifadələri də ilk dəfə siyasi leksikona gətirən İlham Əliyev oldu. Beynəlxalq siyasi münasibətlərdə ədalət və konstruktivlik, iqtisadi əməkdaşlıqda rasionallıq və qarşılıqlı fayda, mədəni-humanitar əlaqələrdə səmimiyyət, açıqlıq və bəşərilik prinsiplərinə həmişə sadiq qalan Azərbaycan öz rəhbəri İlham Əliyevin şəxsində dünya birliyinin etibarlı tərəfdaşına çevrildi.
Nəhayət, müstəqilliyimizin 30-cu ildönümü ərəfəsində etibarlı beynəlxalq dəstəyə, sarsılmaz xalq-iqtidar birliyinə, güclü iqtisadiyyata, vətənpərvər gəncliyə, yenilməz orduya və hərbi qüdrətə, bir sözlə, Vətəni işğaldan azad etməyin bütün resurslarına sahib olan Azərbaycan müstəqillik dövrünün ən böyük sınağına girdi və bu sınaqdan möhtəşəm qələbə ilə, üzüağ çıxdı. 2020-ci ilin Vətən müharibəsindəki qələbə qəhrəman Azərbaycan xalqının ikili standartlara əsaslanan ədalətsiz qlobal siyasət üzərində tarixi qələbəsi oldu. Bu qələbə xalqımızı bir yumruq kimi birləşdirməyə və monolit gücə çevirməyə nail olmuş İlham Əliyev siyasətinin ən böyük təntənəsi oldu.
Bu günlərdə ölkə əhalisi, xaricdəki soydaşlarımız və dostlarımız Prezident İlham Əliyev 60 illik yubileyini müdrik dövlət başçısı, bütün dünya Azərbaycanlılarının lideri və Vətənimizin ərazi bütövlüyünü təmin etmiş qalib sərkərdənin ömür yolunun təntənəli məqamı kimi qeyd etdi. Öz xalqının ən müqəddəs arzusunu – Qarabağın işğaldan azad olunmasını həyata keçirən və ölkəmizin ərazi bütövlüyünü təmin edən İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl həflərlə yazıldı. Xalq bu misilsiz qəhrəmanlığı və təmənnasız xidməti heç vaxt unutmayacaq.
Qarabağ Zəfərindən 1 ay sonra – 2020-ci il dekabrın 10-da Azərbaycan paytaxtının baş meydanında keçirilən Zəfər paradı Qarabağda aparılan qalibiyyətli Vətən müharibəsi ilə tariximizə yazılan zəfər salnaməsinin son cümləsininə qoyulan nida işarəsinə bənzədi. Bu parad elə Prezident İlham Əliyevin düşmən ölkə rəhbərinin təxribatına cavab olaraq səsləndirdiyi “Qarabağ Azərbaycandır!” ifadəsinin sonundakı nida işarəsi idi.
Yaşadığımız zəfər təntənəsi, təəssüf ki, müharibələrlə bağlı göynəkli düşüncələr də yaşadır. Tarixdə çox müharibələr olub. Haqlı-haqsız, ədalətli və ya ədalətsiz. Bütün müharibələrin hər iki tərəf üçün ümumi olan və tarix boyu dəyişməyən cəhətləri var – itkilər, məhrumiyyətlər və onlardan doğan nifrət. Lakin yeganə bir fərq var– tərəflərdən yalnız birinə nəsib olan zəfər xoşbəxtliyi. Ermənistanın Azərbaycana hərbi təcavüzündən 30 il sonra bu sevincin və xoşbəxtliyin sahibi Azərbaycan xalqı oldu. Ötən il ölkənin baş meydanında keçirilən Zəfər paradı qalib ordumuzun düşmən üzərində tam və birdəfəlik qələbəsinin möhtəşəm təntənəsi oldu. Bu Zəfər paradı ümumxalq həmrəyliyimizin təcəssümü və düşmənə qarşı yumruq kimi birləşmiş bir xalqın müqəddəs Vətən sevgisinin təzahürü idi.
İtkilərimiz olsa belə, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun qazandığı möhtəşəm zəfər xalqı nifrətə yox, qurub-yaratmağa, xoşbəxt və firavan həyata səslədi. Zəfər paradında hərbçilərimizin torpağı möhürləyən sərrast addımları yalnız zəfərlərlə davam edəcək yeni həyatın başlanğıc addımları kimi səsləndi. Bu addımlar xalqımızı və dövlətimizi yeni və daha parlaq zəfərlər yoluna çıxartdı.
Prezident İlham Əliyevin ikionillik liderlik fəaliyyətinin tarixə yazılmış uğurları təkcə bu zəfərlə bitməyib həyatımızın bütün sferalarını əhatə edir:
– Beynəlxalq siyasət sahəsində çoxvektorlu müstəqil siyasətin aparılması, bütün beynəlxalq platformalarda dövlət müstəqilliyimizin və suverenliyimizin qorunub saxlanması;
– ölkənin iqtisadi-sosial inkişafı, şaxələnmiş və rəqabətədavamlı iqtisadiyyatın yaradılması;
– Azərbaycanın bir çox istehlak məhsullarını idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsi;
– ölkəmizin Şərq–Qərb və Şimal–Cənub istiqamətlərində regional və qlobal əhəmiyyətli nəqliyyat-kommunikasiya marşrutlarının qovşağına çevrilməsi;
– cəmiyyət daxilində ictimai-sosial münasibətlərin innovativ əsaslarda yenidən qurulması;
– Azərbaycan Ordusunun qısa bir müddət ərzində dünyanın ən güclü hərbi qüvvələrdən birinə çevrilməsi;
– Azərbaycanın neft ölkəsindən təbii qaz ixracatçısına çevrilməsi və Avropanın enerji təminatında yeganə alternativ təchizatçı kimi xüsusi rola sahiblənməsi;
– Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi tanınması, Bakının dünyanın azsaylı multikulturalizm mərkəzlərindən birinə çevrilməsi, ölkəmizin çoxsaylı qlobal tədbirlərə evsahibliyi etməsi,
– davamlı olaraq yüz minlərlə yeni iş yerlərinin yaradılması, vətəndaşlara yeni sosial dəstək mexanizmlərinin tətbiqi.
Bütün bunlar İlham Əliyevin prezidentlik fəaliyyətinin yalnız xalq tərəfindən açıq-aşkar görünən tərəfləri və ümumiləşdirilmiş nəticələridir. Sadalanan nəticələrə nail olmaq üçün hər bir bəndin altında nə qədər və hansı həcmdə işlərin hansı çətinliklər üzərindən görüldüyünü təsəvvür etməyə çalışsaq, bütün bunların cəmi 18 il ərzində baş verdiyinə heyrət etməmək mümükün deyil. Bu tarixi nailiyyətlər Azərbaycan xalqının gözləri qarşısında baş verən reallıqdır, çağdaş tariximizdir.
2003-cü ildə Azərbaycan dövlətinin müstəqilliyini və suverenliyini qoruyacağına and içmiş prezident İlham Əliyev öz andına hər zaman sadiq qaldı. Ötən illərdə həmişə Vətən torpaqlarının işğaldan azad olunacağına əminliyini qətiyyətlə bildirdi və bu müqəddəs vəzifənin öhdəsindən gəlmək üçün yorulmaq bilmədən çalışdı. Ardıcıl olaraq işğalçıya, eləcə də aşkar və gizli şəkildə işğalçını dəstəkləyən qlobal güc sahiblərinə qarşı tək mübarizə apardı. Hər yerdə, savaş meydanında olduğu kimi, beynəlxalq siyasət meydanında da təklənmiş Azərbaycanın milli maraqlarını cəsarətlə müdafiə etdi. Xarizmatik yanaşması və bənzərsiz siyasi məharəti ilə Azərbaycanın haqlı mövqeyini dünya birliyinə qəbul etdirdi. Fasiləsiz olaraq Vətənin hər bir qarışını düşmən tapdağından azad etmək üçün canını belə əsirgəməyəcək gənc vətənpərvər nəsil yetişdirdi. İstənilən şəraitdə istənilən yollarla Ali Baş Komandan tərəfindən qoyulan döyüş tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirməyə hazır olan yenilməz ordu yaratdı.
Qarabağ zəfərinə baş verənlər və bütün bunlara necə bir əzmkarlıqla nail olunduğu heç də hamıya məlum deyildi. Bütün bunlar İlham Əliyevin prezidentlik fəaliyyətinin görünməyən və ya az görünən tərəfləri idi. Üzləşdiyimiz tarixi şərait bunu tələb edirdi. Nəhayət, bütün bu fəaliyyətlərin möhtəşəm nəticəsini keçən ilin payızında həm xalqımız, həm də bütün dünya gördü.
Prezidentin özünün də dediyi kimi, “həqiqət anı gəlib çatdı”. Ali Baş Komandanın bir əmri ilə Azərbaycan xalqının qəzəbindən bükülmüş “dəmir yumruq” müzəffər ordumuzun timsalında düşmənin başına endirildi. Müstəqil Azərbaycan dövlətinin Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi İlham Əliyev Azərbaycan xalqlının qarşısında duran ən böyük vəzifəni və ən müqəddəs missiyanı ləyaqətlə yerinə yetirdi. Doğma torpaqlarımız işğaldan azad olundu. Həm ölkə daxilində, həm də xaricdə çoxlarının mümkünsüz hesab etdiyi möhtəşəm zəfər Azərbaycanın son min illik tarixinin qızıl səhifəsinə yazıldı. Bu tarixi zəfərin müəllifi də 50 milyonluq Azərbaycan xalqının vahid lideri İlham Əliyev oldu.
Prezident İlham Əliyev son 18 illik fəaliyyəti ərzində öz xalqının xoşbəxtliyi naminə prezident vəzifəsində mümkün olan və hətta mümkün olmayan bütün işləri gördü– dövlət müstəqilliyimizi və suverenliyimizi əbədi etdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi və bununla da Azərbaycan xalqını daimi xoşbəxtliyə qovuşdurdu. Bütöv bir xalqın ləyaqətini və qürurunu özünə qaytaran, bütün dünya qarşısında öz xalqının başını ucaldan lider sonsuz rəğbətə və ümumxalq məhəbbətinə layiqdir.
Bu gün Azərbaycan xalqı onu zamanın ən çətin sınaqlarından uğurla və qələbə ilə çıxaran liderinin 60 illik yubiley yaşını sonsuz rəğbət və böyük məhəbbətlə qeyd edir. Bu günlərdə Azərbaycan xalqının ən xoş arzuları və ən səmimi duyğuları qalib xalqın müzəffər sərkərdəsi İlham Əliyevə ünvanlanıb.
Dilqəm Məhərrəmov,
Plastik-Cərrah
24-12-2021, 15:59 | Böyük yolun Müzəffər davamçısı

Azərbaycan işğal altındakı ərazilərini azad etmək üçün apardığı 44 günlük müharibə və qazanılan tarixi Zəfər dünya hərb tarixində uzun müddət öyrənilib, təhlil ediləsi hadisələrdəndir. Bu tarixi Qələbə təkcə Qarabağı deyil, Azərbaycan dövlətinin əzəmətini və xalqın dövlətinə olan inamını geri qaytardı. 44 günlük savaş dünya hərb tarixində hələ uzun zaman öyrəniləcək, təhlil ediləcəkdir.
Şübhəsiz ki, eyni dövrdə Azərbaycan dövlətinin diplomatik addımları və informasiya siyasəti də diqqəti cəlb edirdi. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti əvvəllər Ermənistanın hansısa iqtisadi, tranzit potensialına inanan dövlətlərə bunun bir fiasko olduğunu sübut etdi. Xüsusilə Ali Baş Komandanın İkinci Qarabağ savaşında müharibəni yüksək peşəkarlıqla idarə etməsi və Qələbənin əldə edilməsi üçün xarici təzyiqlərə sinə gərməsi də önəmli hadisə idi.
Postmüharibə dövründə Müzəffər Ali Baş Komandanın «Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz…» bəyanatı ilə açıq şəkildə dünyaya Azərbaycan dövlətinin gücünü göstərdi. Xüsusilə revanşist ermənilər anladılar ki, Azərbaycanla oyun oynamaq olmaz, bu onların bir dövlət kimi məhv olmasına gətirib çıxara bilər.
Bəli, bu gün Azərbaycan artıq regionun geosiyasi güclərindən birinə çevrilib. Təbii ki, iqtisadi və siyasi baxımdan sadəcə Cənubi Qafqazın lider dövləti olmaqla regional proseslərin həllinə təsir göstərən geosiyasi gücə çevrilmək fərqli məsələlərdir. Əgər İkinci Qarabağ müharibəsinə qədər formalaşmış çirkin bir regional mənzərə mövcud idisə, müharibədən sonra Azərbaycan dövləti bu mənzərəni öz xeyrinə və ədalətli şəkildə dəyişdi.
44 günlük Vətən müharibəsində tarixi Zəfərimizin baş memarrı Prezident İlham Əliyev çox gözəl bilirdi ki, Qarabağın Azərbaycana qaytarılması danışıqlar masası ətrafında aparılan müzakirələr çərçivəsində mümkün olmayacaq. Ona görə də ötən 18 il ərzində Azərbaycanda qurulan peşəkar və vətənpərvər ordu Ali Baş Komandanın siyasi fəaliyyətində ilk pillədə qərarlaşmışdı.
İkinci Qarabağ müharibəsinin 44 gün davam edən şanlı Zəfərinin təməl prinsiplərini təşkil edən digər önəmli faktorlar Ali Baş Komandanın, Azərbaycan Ordusunun və xalqın birliyi oldu. Vətən müharibəsinin gedişində cəmiyyətdə ölkəmizin ərazi bütövlüyü kimi taleyüklü məsələdən sonra gələn bütün müzakirə mövzuları arxa plana keçirildi. Xalq böyük qələbə üçün imkanlarını tam səfərbər etdi. Əsgər və zabitlərimiz ön cəbhədə düşmənlə üz-üzə əlindəki silahı ilə, cəmiyyət həyatının müxtəlif sahələrində çalışan əmək adamlarımız arxa cəbhədəki fəaliyyəti, informasiya savaşında iştirak imkanı olan hər kəs Qarabağ həqiqətlərini çatdırması ilə Qələbəyə öz töhfəsini verməyə çalışdı. 44 günlük tarixi Qələbəmiz milli ləyaqətimizin, dünyadakı geosiyasi nüfuzumuzun bərqərar olmasına imkanlar yaratdı…
Azərbaycan Ordusunun bu tarixi Zəfəri regionda bizim xeyrimizə önəmli dəyişikliklər yaratdı. Bir əsrdən artıq dövrdə yoluna qoyulması mümkün olmayan Qarabağ münaqişəsi «Dəmir yumruğ»un zərbəsi ilə cəmi 44 gündə həll edildi. BMT tarixində bu, bəlkə də, ilk hal dəfə idi ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu.
Prezident İlham Əliyevin hərb meydanında Müzəffər Sərkərdə olması ilə yanaşı, böyük diplomat və güclü siyasətçi olması öz təsdiqini tapdı. Ali Baş Komandanımız 44 gün ərzində informasiya sahəsində Azərbaycan xalqının ədalətli olduğunu qətiyyətlə bildirdi. Bununla da cənab Prezidentimiz həmin dövrlərdə əsl mübarizlik rəmzinə çevirildi.
İlk dəfə Prezident seçildiyi 2003-cü ildən bu yana bir gün də olsun Qarabağ problemini diqqətindən kənarda qoymayan və onun həlli üçün böyük fədakarlıqlar göstərən Prezident İlham Əliyev heç vaxt Qarabağla bağlı xalqımızın ruh düşkünlüyü yaşamasına imkan vermədi. Xalqımız da hər zaman Vətən həsrətini, vətən sevgisini ürəklərində yaşatdı. Vətəni, xalqı sevməyi və qorumağı hər şeydən üstün tutan gənclərimiz də bu ruhda tərbiyə olundu. Müharibəni də məhz bu ruhda yetişən gənclərimizin qəhrəmanlığı nəticəsində qazandıq.
Ulu öndər Heydər Əliyev xalqla görüşlərində «Biz Şuşanı da, Laçını da, Kəlbəcəri də və işğalda olan bütün torpaqlarımızı qaytaracağıq» deyirdi. Ali Baş Komandanımız İlham Əliyev Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirərək «Biz Qarabağı qaytaracağıq, Qarabağ Azərbaycan torpağıdır» inamı ilə 2020-ci ilin sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq ordumuza «İrəli» əmri verdi. Ölkə başçımız Ulu Öndərə və xalqa verdiyi vədlərini qətiyyətlə yerinə yetirdi. Xalqımızın qürur yeri, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad edildiyi gün cənab İlham Əliyevin Ulu Öndərin qəbrini ziyarət etməsi və orada «Mən xoşbəxtəm ki, ata vəsiyətimi yerinə yetirdim» deməsi xalqın öz liderinə sevgisini daha da artırdı. Bu gün böyük fəxrlə bəyan edirik ki, Ali Baş Komandanımız dövlətinə, xalqına bağlı bir dövlət xadimidir. Məhz Ulu Öndərin vaxtıilə «Mən İlham Əliyevə özüm qədər inanıram» deməsi bu gün öz təsdiqini real uğurlarda tapmaqdadır.
Bəli, biz böyük Zəfəri qazandıq. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, ölkəmizin tarixinə yeni uğur səhifələri yazan Zəfər oldu. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma böyük Qələbəmiz heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastan yazan Azərbaycan övladlarının Vətən müharibəsindəki igidlikləri yaddaşlarda əbədi qalacaq.
Ən başlıcası şəhidlərimizin əziz xatirəsi daim anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq. Xalqımız, bütün dünya azərbaycanlıları regionda yeni bir reallıq yaradan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizlə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər ilə hər zaman qürur duyacaqlar.
Qara Abdullayev,
Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi .
24-12-2021, 10:28 | Azərbaycanın tarixi uğurlarındakı möhtəşəm imza

2020-ci ildə qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Pandemiyanın doğurduğu çətinliklərə rəğmən 2021-ci ili ciddi sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurur. Ümummilli Lider Heydər Əliyevin böyük müdrikliklə müəyyən etdiyi strategiyanı 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin son 18 ildə ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirsək, dövlət başçısının fəaliyyətində bu şərtlərin özünü necə dəqiqliklə doğrultduğunu əyani şəkildə görərik.
Prezident İlham Əliyev Azərbaycanı son onillikdə iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətlərdən birinə çevirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin Avropa regionunun enerji təhlükəsizliyi missiyasını öz üzərinə götürməsi də danılmaz reallıqdır.İqtisadi baxımdan inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməyi qarşıda başlıca məqsəd qoyan ölkə başçısı hüququn aliliyinə, ictimai həyatın müxtəlif sahələrində şəffaflıq və hesabatlılığın gücləndirilməsinə, hər bir vətəndaşın qanuni maraq və mənayefinin təminatına yönəlmiş siyasət yürüdür.
İqtisadiyyatın uğurlu inkişafının bariz göstəricilərindən biri də pandemiya şəraitində özünün pik həddinə çatan qlobal maliyyə-iqtisadi böhranın ölkəmizə təsirlərinin minimum həddə olmasıdır. Sosial-iqtisadi sahədə həyata keçirilən məqsədyönlü siyasət son iki ildə Azərbaycanın pandemiya ilə mübarizədə möhtəşəm nailiyyətlərə imza atmasına gətirib çıxarıb.
Pandemiya ilə qlobal mübarizədə tutduğu ədalətli mövqeyinə görə Prezident İlham Əliyevbeynəlxalq ictimaiyyətin rəğbətini qazanmışdır. Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı öz etirazını bildirən ölkədir. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım etmişdir. Azərbaycanıntəşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilib.
Prezident İlham Əliyevin qətiyyətli, prinsipial, milli maraqları əsas tutan liderlik missiyası ölkə vətəndaşlarının böyük sevinc və məmnunluğu ilə qarşılanır. Azərbaycanın Vətən müharibəsindəki layiqli qələbəsi Prezident İlham Əliyevin son bir ildə regional və qlobal miqyasda nüfuzunu daha da artırıb, bu ilin yekunları üzrə dünyanın ən uğurlu liderləri sırasında
yer almasını təmin edib.Azərbaycan Prezidenti İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Onun fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət və vətəndaş məmnunluğu prinsipləri üzərində qurulub.
Oktay Abdullayev,
Xızı rayon Təhsil şöbəsinin müdiri.
Əməkdar müəllim.
24-12-2021, 10:11 | Müdrik lider, böyük strateq, qalib sərkərdə

Görkəmli dövlət xadimi, yeni əsrin modern lideri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 18 ili tamam olur. Ümummilli lider Heydər Əliyevin xalqımıza ən böyük əmanəti olan müstəqil Azərbaycan dövləti bu müddətdə ulu öndərin ən layiqli varisi, ideya və əməllərinin sadiq davamçısı İlham Əliyevin rəhbərliyi altında daha da güclənmiş, sürətlə inkişaf etmişdir.
Bu gün Azərbaycan Avropa ilə Asiyanı əlaqələndirən ölkə kimi dünyanın Qərb siyasətində də, Şərq tərəfdaşlığında da mühüm geosiyasi məkandır. Müstəqillik qazanmış yeni ölkələr sırasında bütün mənalarda Azərbaycan müstəqil dövlət kimi inkişaf etməyin və fəaliyyət göstərməyin ən müasir modelidir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilmiş və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunmuşdur.
1993-cü ildən ulu öndər Heydər Əliyevin vətəndaş qarşıdurmalarından, parçalanma təhlükəsindən, sosial-iqtisadi problemlər məngənəsindən xilas edərək inkişaf yoluna çıxardığı, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində əzmlə irəliləməsinə nail olduğu Azərbaycanın taleyini xalqımızın 2003-cü ilin oktyabrında Heydər Əliyev yolunun davamçısı cənab İlham Əliyevə etibar etməsi yeni tariximizdəki növbəti doğru seçim idi.
Ölkə rəhbəri İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Prezident İlham Əliyev son 18 ildə Azərbaycan Respublikasını təməl dövlətçilik prinsipləri zəminində və ardıcıl yaradıcı fəaliyyət əsasında yenidən qurub, sürətlə və hərtərəfli şəkildə inkişaf etdirərək yeni mərhələyə çatdırmağın mümkünlüyünü qəti şəkildə isbat etmişdir. Keçən dövr ərzində aparılmış məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan möhkəm ictimai-siyasi sabitliyə, inkişaf etmiş və modernləşdirilmiş iqtisadiyyata, güclü hərbi-sənaye kompleksinə, davamlı milli-mənəvi dəyərlərə malik olan qüdrətli dövlət səviyyəsinə çatdırılmışdır.
Əsrə bərabər 18 ilin zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.
Əlbəttə, Vətən müharibəsində qazanılmış Qələbə həm də həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi 2003-cü ildən başlayaraq yeni dinamika almışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqilliyini yeni qazanmış dövlətimizi çoxəsrlik tarixinin ən qüdrətli ölkəsinə çevirmiş, ən güclü inkişaf mərhələsinə çatdırmışdır. Bütün mövcud resursları ən optimal qaydada ölkənin tərəqqisinə yönəldərək Azərbaycanı başdan-başa abadlıq-quruculuq meydanına çevirmişdir. Daxili və xarici siyasətin tam vəhdəti təmin edilmişdir.
Bu gün ölkəmiz sabit şəraitdə sürətli inkişafını davam etdirir. Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir. Bu müddətdə İlham Əliyev daim milli və dövləti maraqlardan çıxış edərək, ulu öndər Heydər Əliyevin siyasi kursunu rəhbər tutaraq Azərbaycan dövlətçiliyi və xalqı üçün yorulmadan çalışmışdır. İndi İlham Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi son 18 ilə nəzər salanda bütün sahələrdə nə qədər böyük inkişaf yaradıldığına əmin oluruq.
Prezident İlham Əliyev ulu öndərin müəyyən etdiyi dövlətçilik kursuna uyğun olaraq Azərbaycanın, sözün əsl mənasında, tam müstəqilliyini təmin etmişdir. Dövlət rəhbəri ölkənin sosial-iqtisadi cəhətdən kiminsə asılılığında olmasına imkan verməyərək, Azərbaycanı ən önəmli, rəyi, mövqeyi ilə hamının hesablaşmağa məcbur qaldığı nüfuzlu ölkəyə çevirmişdir. Azərbaycan regionun lider dövləti kimi bölgədəki yeni reallıqların əsas müəllifi, iqtisadi-siyasi proseslərin başlıca iştirakçısıdır.
Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilən qlobal enerji-kommunikasiya layihələri regionun geopolitik mənzərəsini yenidən müəyyənləşdirmişdir. Bu mənzərədə Azərbaycan qlobal inkişaf proseslərinin mərkəzindədir. Dünya iqtisadiyyatı üçün yeni həyat mənbəyi rolunu oynayan bir çox şəbəkələr, enerji-kommunikasiya xətləri məhz Azərbaycanda kəsişir və burada üst-üstə düşərək, dünyada dayanıqlı inkişafa, sülhə, rifaha can atan hər kəs üçün fayda verir.
Azərbaycan bu gün fərqli mədəniyyətlərin, Şərq və Qərb sivilizasiyalarının təmas mərkəzidir, tolerantlıq örnəyidir. Aydın strateji baxışı, faydalı təşəbbüsləri ilə ümumilikdə dünyamızın bugünü və gələcəyinə dəyərli töhfələr verən ölkədir. Belə bir səviyyəyə Azərbaycan, ilk növbədə, iqtisadi inkişafı sayəsində nail ola bilibdir. Çünki iqtisadi imkanlar, maliyyə resursları bütün inkişaf proseslərinin təməl qaynağıdır.
Müstəqil dövlətimiz regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı rolunda çıxış edir. Ölkəmizin fəal iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr, bütövlükdə, regionun inkişafında mühüm rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilibdir. Azərbaycanın fəal təşəbbüslər irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region və Avropa İttifaqı məkanı üçün önəmini artıran faktorlar qismində çıxış edir.
Malik olduğumuz iqtisadi imkanlar beynəlxalq münasibətlər sistemində də ölkəmizin mövqelərini getdikcə gücləndirməkdədir. Bu gün xarici investorların ölkəmizə olan güclü marağı da təsadüfi deyil. Bu, sərmayədarların Azərbaycanın əlverişli coğrafi mövqeyini, böyük tranzit potensialının, müasir infrastrukturunun mövcudluğunu yüksək dəyərləndirmələri ilə bağlıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunmuşdur. Dövlət başçısının nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır. Daxili siyasətdə Azərbaycan Prezidenti idarəetmədəki islahatları tamamilə sosial-iqtisadi, enerji, nəqliyyat, elm, təhsil, mədəniyyət, ekologiya, sənaye, kənd təsərrüfatı, hərbi və başqa sferalardakı yeniləşmələrlə, iri həcmli maliyyə tələb edən proqramlarla uyğunlaşdıra bilmişdir.
Dövlətimizin başçısı bu iki aspekti cəmiyyətdə həyata keçirilən və vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən islahatlarla harmoniya halına sala bilmişdir. Sosial-iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurların analizi göstərir ki, Azərbaycan 18 il müddətində nəhəng irəliləyiş əldə etmişdir. Bu irəliləyişin ən gözəl cəhəti ondan ibarətdir ki, həm ayrı-ayrı sferalarda aparılan islahatlar bir-birini tamamlayır, həm də onların hər biri insanların həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına xidmət edir.
Bütün bunlar isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, möhtərəm Prezident cənab İlham Əliyevin zamanın tələbləri ilə yeni çalarlarla zənginləşdirilən, Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafını, insanların layiqli həyat səviyyəsini ehtiva edən, ölkəmizin dünya miqyasında nüfuzunu daha da artıran milli sosial-iqtisadi modelin uğurlarıdır.
Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı, ümumi tərəqqiyə verdiyi geniş ictimai dəstəyin müşayiəti ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyatına qovuşmasına mütləq təminat yaradır.
Azərbaycan müasir dünyamızın çağırışlarına münasibətdə çox həssasdır. Ölkə həyatına gətirilən innovasiyalarla, mövcud resursların insan kapitalına çevrilməsi üçün görülən işlərlə özünü sürətlə gələcəyə, dəyişən çağırışlara hazırlaya bilir. Bu məsələlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da əməyi çox böyükdür. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən sosial-humanitar layihələr inkişaf proseslərinə, sosial-iqtisadi problemlərin həllinə mühüm töhfələr verir. Birinci vitse-prezidentin Azərbaycanın dünyada yüksək və qədim mədəniyyətə, müasir demokratik və ədalətli idarəetmə metoduna malik müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri vardır.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək yaradan, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharıbədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, dünyaya səs salan möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili də Birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən şəhidlərimizin ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur.
Ölkəmizdə hər zaman olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən bu kateqoriyadan olan insanların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu gün də bu istiqamətdə tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir.
Belə mövqe cəmiyyətdə hər birimizin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilmişdir. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, dəstəyini gündən-günə artırır.
Heydər Əliyev Fondu da Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi bu qurum həssas kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.
Beləliklə, siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin, ulu öndərin yüksək siyasi iradəsi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməlinin qoyulmasının məntiqi nəticəsidir.
44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizdə, 30 ildən sonra torpaqlarımızın düşməndən təmizlənməsində də iqtisadi amillər çox mühüm rol oynadı. Həyat sübut etdi ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin nümunəsi olan genişmiqyaslı islahatlar qarşıya qoyulan hədəfə çatdı. Məhz Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində qazanılan nailiyyətlər ölkəmizə güclü bir ordu qurmaq imkanı yaratdı. Elə bir ordu ki Vətən müharibəsində tarix yazdı.
Silahlı Qüvvələrimiz bu savaşda tətbiq etdiyi innovativ silahlar, döyüş metodları ilə XXI əsrin müharibəsini apardı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsi Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz və müzəffər xalq kimi tanıtdı. Prezidentin effektiv siyasəti, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.
Bu gün Azərbaycanın arzusu Cənubi Qafqazı çiçəklənən bir diyara çevirməkdir. Dövlət rəhbərimiz bununla bağlı təkcə danışmır, bəyanatlar vermir, eyni zamanda, gerçək perspektivi göstərməyi, hiss etdirməyi də bacarır. Dayanıqlı sülhə, əməkdaşlığa nail olmaqdan ötrü hər kəs səyləri birləşdirərsə, regionda bütün maraqlı tərəflər üçün nə qədər böyük imkanların yarana biləcəyini özünəməxsus lider baxışı ilə anladır.
Azərbaycan Vətən müharibəsindəki qələbəmizi davam etdirən diplomatik nailiyyətləri ilə də bölgədə yeni reallıqlar yaradır. Azərbaycan indiyə qədər dövlət rəhbərliyimizin əzmkar siyasəti sayəsində çox xəyalları reallaşdırmağa müvəffəq olmuşdur. İrəlidəki bir çox böyük perspektivlər də zaman-zaman gerçəkliyə çevriləcək və ölkəmiz dünyanın bugünü və gələcəyinə mühüm töhfələr verəcəkdir. Düşməndən təmizlənmiş ərazilərimizdə başlanan dirçəliş prosesləri, resurslarla zəngin bu torpaqlarda sosial-iqtisadi həyatın bərpası da ölkəmiz üçün yeni inkişaf imkanları yaradır.
Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur.
Bütün bu söylənilənlərin fonunda bir daha vurğulamaq istərdik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm də dünyanın inkişaf etmiş dövlətlərinin liderləri ilə bir sırada dayanan görkəmli dövlət xadimi, bəşəriyyətin gələcəyini düşünən humanist bir siyasətçidir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının timsalında bir dövlətin mükəmməl bir rəhbəri olmaqla bərabər, 50 milyonluq dünya azərbaycanlılarının da sevimli lideridir.
Azərbaycanın dövlət başçısı İlham Əliyev, eyni zamanda, planetin taleyüklü məsələlərinin həllində söz sahibi olmaq haqqı qazanmış nüfuzlu liderlərdən biridir. Siyasi liderlik üçün xarakterik olan zəngin dövlət idarəçiliyi təcrübəsi, möhkəm siyasi iradə, müdriklik və uzaqgörənlik, qətiyyət və cəsarət, natiqlik məharəti kimi keyfiyyətlərin hamısı Prezident İlham Əliyevin şəxsində ahəngdar şəkildə birləşmişdir.
Ötən 18 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, inanmış, ona arxa və dayaq olmuşdur. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır.
İlham Əliyev kimi misilsiz bir lideri xalqımıza bəxş etmiş 24 dekabr günü, haqlı olaraq, ölkəmizdə əlamətdar tarixi günlər sırasında qədirbilənliklə qeyd olunur. Nəsimi rayonunun ictimaiyyəti də bu təntənələrə qoşularaq müdrik Prezidentimiz İlham Əliyevi anadan olmasının 60 illiyi münasibətilə səmimi təbrik edir, sevimli rəhbərimizə möhkəm cansağlığı və ali rəhbər missiyasının gerçəkləşməsində yeni uğurlar arzulayır.
Rafael Mehrəliyev,
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi.
24-12-2021, 09:59 | Milli maraqlara söykənən liderlik missiyası

Fuad Hacıyev,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru.
24-12-2021, 09:53 | Müstəqil Azərbaycanın çağdaş intibahının gerçək mənzərəsi

Dünyada ani bir zaman kəsiyində baş verən gərgin və ziddiyyətli geosiyasi dəyişikliklər hər bir müstəqil dövlətin davamlı xarici siyasət kursunun vacibliyini şərtləndirir. Buna sadəcə Cənubi Qafqaz regionunda 2020-ci ildə baş verən hadisələri misal göstərmək olar. Ötən il baş verən Ermənistan – Azərbaycan münaqişəsinin yendən alovlanması və Azərbaycanın 44 günlük müharibədə qarşı tərəfi kapitulyasiya sənədi imzalamağa məcbur etməsi bu regionun yeni simasını və gələcəyini müəyyənləşdirdi. Azərbaycanın hərbi uğurları, diplomatik uğurları ilə paralel irəlilədi. Çünki ölkəmizin yeni şəraitin tələblərinə cavab verən kurs müəyyənləşdirməsi strateji mahiyyət kəsb edirdi və bunun üçün həm milli-tarixi ənənədən qaynaqlanan qaydalar gözlənilməli, milli maraqlar təmin edilməli, həm də diplomatiyanın müasir metodlarından yararlanılmalı idi. Belə də oldu. Azərbaycan Prezidentinin daxili və xarici siyasəti o qədər dəqiq cizgilərlə müəyyənləşdirildi ki, Ermənistan həm hərbi sahədə, həm də diplomatiya sahəsində idman termini ilə ifadə etsək, nakaut vəziyyətinə düşdü.
Bildiyimiz kimi, Azərbaycanın xarici siyasət kursunun əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Təcrübə göstərir ki, bu, çox uğurlu, səmərəli, demokratik məzmunlu və praktiki nəticələri yüksək olan prinsiplər sistemidir. Xarici siyasətin prioritetlərinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində əldə olunan nəticələr həm də gələcəyə ümidlə baxmağa əsas verir. Bu bağlılıqda Prezident İlham Əliyevin xarici siyasətin qarşısında duran yeni vəzifələri müəyyənləşdirməsi xüsusi əhəmiyyətli məsələ kimi göz önünə gəlir. Həmin məqamların işığında elə təkcə bu il baş tutan mötəbər beynəlxalq görüşləri qeyd etməklə Azərbaycanın xarici siyasətinin bir sıra aspektlərini yada salmaqda fayda var.
Bir neçə gün əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün ardınca verdiyi bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan rəhbərləri 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə qəbul edilmiş Azərbaycan – Ermənistan – Rusiya üçtərəfli bəyanatları çərçivəsində götürülmüş əsas öhdəliklərin yerinə yetiriləcəyini və 26 noyabr 2021-ci ildə Soçidə əldə olunmuş anlaşmaların inkişafı zərurətini bir daha təsdiqləyiblər. Bu isə o deməkdir ki, Avropa İttifaqı da Rusiyanın vasitəçiliyi ilə üçtərəfli formatda indiyə qədər əldə edilmiş və milli maraqlarımiza xidmət edən razılaşmaları dəstəkləyir, eləcə də Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirir. Məlumdur ki, Soçidə əldə edilmiş anlaşmalar arasında Zəngəzur dəhlizinə dair müddəalar var idi. Brüssel görüşündə isə həmin anlaşmaların həyata keçirilməsi istiqamətində müəyyən irəliləyiş əldə edildi. Bəyanatda Azərbaycan və Ermənistan arasında nəqliyyat infrastrukturlarının bərpasının əhəmiyyəti vurğulanır. Bu istiqamətdə işlərə dəmir yolu xətlərinin bərpasından başlanılması, sərhəd və gömrük nəzarətinin qarşılıqlı prinsip əsasında təşkil olunması barədə razılığa gəlindiyi qeyd olunur. Qarşılıqlı prinsipin tətbiqi Prezident İlham Əliyevin Brüsseldə açıq şəkildə səsləndirdiyi arqumentə əsaslanır. Prezident bildirmişdir ki, əgər Ermənistan Zəngəzur dəhlizində gömrük məntəqələrinin olmasında israr etsə, onda biz eyni yanaşmanın Laçın dəhlizinə də tətbiq edilməsində israr edəcəyik. Prezident İlham Əliyevin arqumentinə müvafiq olaraq qarşılıqlı prinsip kimi ifadə edilmiş formula gələcəkdə Ermənistan və Azərbaycan sülh danışıqlarında müəyyən mənada presedent və ya baza prinsipi rolu oynaya bilər.
Geosiyasi zərurət onu tələb edir ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımalıdır. Əks-təqdirdə Ermənistanın da ərazi bütövlüyü tanınmaz və Qərbi Zəngəzur və digər tarixi torpaqlarımızla bağlı iddia qaldıra bilərik. Avropa İttifaqı da bu prosesdə maraqlı olduğunu nümayiş etdirdi və nəqliyyat infrastrukturlarının yaradılması layihələrini iqtisadi baxımdan və investisiya vasitəsilə dəstəkləməyə hazır olduğunu bəyan etdi. Habelə, nəqliyyat bağlantılarının yaradılmasına dəstək məqsədilə iqtisadi məşvərət platformasının yaradılması təklifinə müsbət yanaşdı. Qeyd edilənlər göstərir ki, Zəngəzur dəhlizinin açılması regionun simasını həm iqtisadi inkişaf və tərəqqi, həm də sülh və təhlükəsizlik baxımından dəyişəcək. Bura münaqişə bölgəsindən müxtəlif tərəflərin əməkdaşlıq etdiyi sülh və inkişaf bölgəsinə çevriləcək.
Azərbaycan və Ermənistan rəhbərlərinin görüşləri Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının 6-cı Sammiti çərçivəsində baş tutmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev Brüssel səfərində NATO-nun mənzil-qərargahında olub, təşkilatın baş katibi Yens Stoltenberqlə görüşüb və NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Baş katib Stoltenberq Azərbaycanın təşkilatla əməkdaşlığını yüksək qiymətləndirib. O, Azərbaycan hərbçilərinin Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələri sırasında olduğunu xüsusi vurğulayaraq, onların Kabul Hava Limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyyə edilməsində göstərdikləri müstəsna xidmətini təqdir edib.
Dövlət başçımız İlham Əliyev də, öz növbəsində, NATO ilə əməkdaşlıqdan razılığını ifadə edib və qarşı tərəfə Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar, Azərbaycanın mövqeyi və Ermənistanla sülh danışıqlarına başlamağa hazır olması barədə məlumat verib. Prezident İlham Əliyev NATO-ya üzv olan 20-yə yaxın ölkənin Azərbaycandan neft və 4 ölkənin isə qaz idxal etdiyini diqqətə çatdırıb. Bununla, Azərbaycanın NATO üzvlərinin enerji təhlükəsizliyinin təmin edilməsi məsələsinə önəmli töhfə verməsi qeyd olunub.
Səfər çərçivəsində keçirilmiş tədbirlər və görüşlər Azərbaycanın həm Avropa İttifaqı ilə, həm də NATO ilə münasibətlərinin dinamik, səmərəli olduğunu və bərabərhüquqlu tərəfdaşlığa əsaslandığını bir daha təsdiq etdi. Azərbaycanın dünyanın müxtəlif hərbi, siyasi və iqtisadi qütblərində duran dövlətlər və təşkilatlarla konstruktiv, bərabərhüquqlu və məhsuldar tərəfdaşlıq münasibətlərində olması onun ayırıcı deyil, birləşdirici rol oynamasını və beynəlxalq sülh və əməkdaşlığa töhfə verən ölkə kimi çıxış etməsini şərtləndirir. Azərbaycanın xarici siyasət tarixində Prezidentin Brüssel səfəri xüsusi bir hadisə kimi nəzərə çarpdı. Bununla yanaşı, Azərbaycan sammitin yekun sənədi kimi qəbul edilmiş Birgə Bəyannamənin Belarusla bağlı 11-ci paraqrafına qoşulmayaraq, öz müstəqil mövqeyini də ortaya qoydu.
Bundan əlavə, Brüsseldə keçirdiyi görüşlərdə və iştirak etdiyi tədbirlərdə qalib dövlətin Prezidenti və möhtəşəm zəfər çalmış ordunun müzəffər Ali Baş Komandanı kimi İlham Əliyevə göstərilən xüsusi diqqət də aydın sezilirdi. Təsadüfi deyildir ki, Azərbaycana qarşı, adətən, qərəzli mövqe tutan və güclü erməni diasporu və lobbisinin təsiri altında olan Fransa Prezidenti Emmanuel Makron təşəbbüs göstərərək, Prezident İlham Əliyev və Ermənistan baş nazirinin iştirakı ilə qeyri-formal görüş keçirib və sonra da öz rəsmi sosial şəbəkə hesabında Azərbaycan dilində paylaşımlar edib.
Səfər çərçivəsində Brüsseldə İspaniyanın “El Pais” qəzeti Prezident İlham Əliyevdən geniş müsahibə alıb. Müsahibə zamanı verilmiş suallar, xüsusən də Vətən müharibəsində qələbəmizlə nəticələnmiş hərbi strategiyamızın detalları ilə bağlı suallar Azərbaycana Avropada verilən əhəmiyyətin təzahürüdür. Bu kontekstdə bir məqamı da qeyd etmək yerinə düşərdi. İlham Əliyev Şərq Tərəfdaşlığı sammitində çıxışı zamanı bildirdi ki, Ermənistan rəhbərliyi ilk dəfə olaraq beynəlxalq tədbirdə Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar etməyib. Bu halın özü hərb meydanında böyük Zəfərimizin, Beynəlxalq Cinayət Məhkəməsində və hüquqi müstəvidə haqlı olduğumuzun və Soçidən Brüsselə qədər uzanan diplomatik təsirimizin nəticəsidir.
Ümumiyyətlə, Brüssel görüşü bir sıra məsələlərin müzakirəsi baxımından səmərəli və məhsuldar oldu. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə çıxarılaraq müzakirə olundu. Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycana yardım göstərməyə hazır olduğunu ifadə etdi. Eyni zamanda, Ermənistan – Azərbaycan dövlət sərhədinin müəyyənləşdirilməsi zamanı tərəflər arasında müvəqqəti işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə olundu. Bir sözlə, əminliklə qeyd etmək olar ki, Brüssel görüşündə müzakirə olunan, imza atılan və qəbul edilən Azərbaycan xalqının milli maraqları, iradəsi bütünlüklə əks olundu. Prezident İlham Əliyevin müdrikliyi, qətiyyəti, uzaqgörənliyi, həyata keçirdiyi mükəmməl xarici siyasət erməni revanşistlərinin bütün ümidlərinin üstündən xətt çəkdi.
Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, milli maraqlarımızın fəal müdafiəsi üçün biz hücum diplomatiyası yürütməliyik. Müasir diplomatiyada ictimai diplomatiya adlanan istiqamətin bu mənada böyük əhəmiyyəti var. İctimai diplomatiyanın məğzi ondan ibarətdir ki, onun vasitəsilə ölkənin maraqları xarici auditoriyalara və beynəlxalq ictimaiyyətə daha səmərəli çatdırılır. Nəticədə xarici ictimai rəydə ölkənin milli maraqları haqqında dürüst fikir yaranır və mahiyyət etibarilə beynəlxalq dəstək əldə edilir. Hazırkı şəraitdə Azərbaycanın belə müsbət beynəlxalq ictimai rəyə və dəstəyə xüsusi ehtiyacı var. Bu, Vətən müharibəsində qazanılan Qələbənin nəticələrini beynəlxalq müstəvidə möhkəmləndirmək üçün zəruridir. Avropada geniş oxucu kütləsinə malik nəşr olan, ingilis və ispan dillərində yayımlanan “El Pais” qəzeti üçün Avropa ictimaiyyətinə çıxış baxımından yaxşı platforma hesab edilir. Prezident İlham Əliyev də bu fürsətdən tam yararlanaraq, hücum diplomatiyamızı ictimai diplomatiya müstəvisində növbəti dəfə tətbiq etdi.
Prezident bildirdi ki, son dövrdə Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insidentlər, sərhədlərin açılması və Ermənistanla böyük sülh sazişinə dair danışıqların başlanması Azərbaycanın haqlı mövqeyini ortaya qoysa da, dövlət başçısı bir daha sülh mesajı verərək bildirdi ki, “yetərincə müharibə oldu, biz sülh istəyirik”.
Belə bir nüfuzlu nəşrin Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevdən müsahibə alması Avropada ölkəmizə göstərilən maraq və verilən əhəmiyyətin təzahürüdür. Jurnalist tərəfindən sualların qoyuluşu və ifadə tərzi də həmin maraq və əhəmiyyətdən xəbər verirdi. Xüsusən də, Vətən müharibəsində qələbəmizlə nəticələnmiş hərbi strategiyamızın detalları ilə bağlı suallar Azərbaycana Avropada verilən əhəmiyyəti göstərirdi. Jurnalistin İsrail və Türkiyə istehsalı olan PUA-ların Vətən müharibəsində tətbiqi ilə bağlı sualına Prezident İlham Əliyevin verdiyi cavab göstərdi ki, Qələbə təkcə dronların sayəsində deyil, onların digər hərbi texnika ilə koordinasiyalı şəkildə düzgün istifadəsi və mükəmməl hərbi strategiya nəticəsində qazanıldı. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, “motivasiya, ruh yüksəkliyi və cəsarət Qələbəmizin əsas amilləri oldu. Bu, milli ləyaqət və qürur məsələsi idi.
Prezident İlham Əliyev onu da bildirdi ki, Ermənistan “bütün beynəlxalq təşkilatların sənədlərinə zidd olaraq, bizim torpaqlarda oturmuşdu, torpaqlarımızı dağıdırdı, iddia edirdi ki, bu torpaq onlara məxsusdur. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti – onların hamısı bizi dəstəkləyən qətnamələr qəbul etmişdi. Lakin onlar, sadəcə, orada oturmuşdular və bəyan edirdilər ki, həmişəlik orada oturacaqlar.
Beləliklə, dövlətimizin başçısı bu fürsəti də layiqli dəyərləndirərək, Qərb ictimaiyyətinin diqqətinə çatdırdı ki, Qələbəmiz Avropa mediasında, adətən, təqdim edildiyi kimi, təkcə dronların hesabına baş verməmişdir. Daha önəmli amil xalqımızın motivasiyası və ruh yüksəkliyidir ki, bunun da səbəbi Ermənistanın torpaqlarımızı işğal etməsi ilə 30 il ərzində barışmamağımızdır.
Beləliklə, Prezident İlham Əliyevin Brüssel səfəri xarici siyasət prioritetlərimizin növbəti dəfə hədəfə çatması, böyük diplomatik uğurun yeni təntənəsi kimi qəbul edilməlidir. Brüssel görüşlərindən əvvəl bir sıra xarici siyasi ekspertlər və o cümlədən, elə erməni siyasətçilər də, guya, Qərbin və beynəlxalq qurumların Paşinyanın tələblərini yerinə yetirəcəyini, onu dinləyəcəklərini, üstünlüyü ona verəcəklərini qeyd edirdilər. Əlbəttə, biz bunun tam əksini gördük. Haqlı tərəf olaraq Azərbaycan bütün parametrlərdə dəstəkləndi. Brüssel görüşlərində də şərtləri diktə edən tərəf Azərbaycan idi. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və müdrik siyasəti nəticəsində Azərbaycanın irəli sürdüyü bütün təkliflər qəbul edildi. Bu, onu göstərir ki, Azərbaycan dünyada həm qüdrəti, həm də çevik xarici siyasət manevrləri ilə ağır siyasi çəkiyə malik ölkəyə, hesablaşılan, qəbul edilən dövlətə çevrilir.
Şahin Şirinzadə,
Şəki Dövlət Peşə Təhsil Mərkəzinin direktoru.
24-12-2021, 09:43 | Tarixi Zəfərin memarı

2020-ci ildə qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Pandemiyanın doğurduğu çətinliklərə rəğmən 2021-ci ili ciddi sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurur. Ümummilli Lider Heydər Əliyevin böyük müdrikliklə müəyyən etdiyi strategiyanı 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin son 18 ildə ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirsək, dövlət başçısının fəaliyyətində bu şərtlərin özünü necə dəqiqliklə doğrultduğunu əyani şəkildə görərik.
Prezident İlham Əliyev Azərbaycanı son onillikdə iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətlərdən birinə çevirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin Avropa regionunun enerji təhlükəsizliyi missiyasını öz üzərinə götürməsi də danılmaz reallıqdır.İqtisadi baxımdan inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməyi qarşıda başlıca məqsəd qoyan ölkə başçısı hüququn aliliyinə, ictimai həyatın müxtəlif sahələrində şəffaflıq və hesabatlılığın gücləndirilməsinə, hər bir vətəndaşın qanuni maraq və mənayefinin təminatına yönəlmiş siyasət yürüdür.
İqtisadiyyatın uğurlu inkişafının bariz göstəricilərindən biri də pandemiya şəraitində özünün pik həddinə çatan qlobal maliyyə-iqtisadi böhranın ölkəmizə təsirlərinin minimum həddə olmasıdır. Sosial-iqtisadi sahədə həyata keçirilən məqsədyönlü siyasət son iki ildə Azərbaycanın pandemiya ilə mübarizədə möhtəşəm nailiyyətlərə imza atmasına gətirib çıxarıb.
Pandemiya ilə qlobal mübarizədə tutduğu ədalətli mövqeyinə görə Prezident İlham Əliyevbeynəlxalq ictimaiyyətin rəğbətini qazanmışdır. Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı öz etirazını bildirən ölkədir. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım etmişdir. Azərbaycanıntəşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilib.
Prezident İlham Əliyevin qətiyyətli, prinsipial, milli maraqları əsas tutan liderlik missiyası ölkə vətəndaşlarının böyük sevinc və məmnunluğu ilə qarşılanır. Azərbaycanın Vətən müharibəsindəki layiqli qələbəsi Prezident İlham Əliyevin son bir ildə regional və qlobal miqyasda nüfuzunu daha da artırıb, bu ilin yekunları üzrə dünyanın ən uğurlu liderləri sırasında
yer almasını təmin edib.Azərbaycan Prezidenti İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Onun fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət və vətəndaş məmnunluğu prinsipləri üzərində qurulub.
Rəhman Məmmədov,
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri.
24-12-2021, 09:36 | Xalqın arzularını gerçəkləşdirən MAHIR SƏRKƏRDƏ

Tarixi reallıqlar göstərir ki, ictimai inam idarəçilikdə hər zaman böyük nailiyyətlərə yol açaraq xalqın etimad göstərdiyi liderlə sarsılmaz mənəvi bağlılığını təmin edir. Bugünün özündə də hər bir hakimiyyət cəlbedici proqram və ideyalarla cəmiyyətdəki həlledici çoxluğun dəstəyini qazanmağa çalışır. Hakimiyyəti millətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən və bunu əməli fəaliyyəti ilə sübuta yetirən liderlər milyonlarla insanın iradəsi əsasında dövlətə rəhbərlik şansı qazanırlar.
Bu gerçəkliklər fonunda əminliklə demək olar ki, müstəqil Azərbaycan yeni minilliyin başlanğıcında Ulu Öndər, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin ideyalarının ən layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında son 18 ildə uğurlu gələcəyinə doğru inamla irəliləyir, bu yolda qarşılaşdığı ən müxtəlif maneələrə, çətinliklərə sinə gərir. 2003-cü ilin 15 oktyabrından ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev ötən müddətdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirmiş, respublikamız iqtisadi sahədə dinamik inkişaf yolu keçərək modernləşmə mərhələsinə qədəm qoymuşdur. Cənab İlham Əliyev hər cür pafosdan, populizmdən tamamilə uzaq olan, praqmatik, realist təfəkkürlü lider olaraq ötən müddətdə xalq qarşısında verdiyi bütün vədləri yerinə yetirmişdir.
Cəmi 18 ildə həyata keçirilən islahatların - real miqyasına, əhəmiyyətinə görə - ən azından onilliklər ərzində gerçəkləşdirilməsi mümkünlüyü inkarolunmaz reallıqdır. Öz liderinin yüksək iradəsi, əzmi, qətiyyəti, idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan 2003-cü ildən bu günə kimi fantastik görünə biləcək sürətli inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur. Bu müddətdə inamla həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması cənab İlham Əliyevin yüksək bilik və intellektə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha təsdiqləyir.
Tarixən bu həqiqət birmənalı təsdiqini tapmışdır ki, hakimiyyəti xalqın iradəsinə söykənən, onun dəstəyini hiss edən qətiyyətli, peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli, vətəndaş daha güvənli olur. Məhz bu cür liderlər zamanın çağırışlarına cavab verən realist siyasət yürüdür, uğurlu gələcək naminə xalqın, dövlətin güc və imkanlarını toparlayır, vahid milli ideyanın gerçəkləşdirilməsi naminə səfərbər edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin özünün də bəyan etdiyi kimi, ötən il qazandığımız tarixi Zəfərdən sonra ölkəmizdə islahatların keyfiyyətcə yeni mərhələsi başlanmışdır. Postmüharibə dövründə daha geniş vüsət alan islahatlar fonunda bu gün hər bir azərbaycanlı doğma Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir.
Dövlət başçısı İlham Əliyevin yürütdüyü inkişaf strategiyası özündə həm də ictimaiyyətin müəyyən gözləntilərini, arzu və istəklərini təcəssüm etdirir. İqtisadi inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır, habelə modernləşmənin vacib amilinə çevrilir. Müstəqil Azərbaycanın son 18 ildə əldə etdiyi böyük makroiqtisadi uğurlar da məhz sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən inkişaf strategiyasının nəticəsidir. Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, ölkənin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir.
Siyasi liderin fəaliyyətinin istər daxildə, istərsə də ölkə hüdudlarından kənarda qiymətləndirilməsi zamanı ən obyektiv istinad yeri onun gördüyü işlərdir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, son illərdə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən illər, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli Lider Heydər Əliyevin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, “Ümid”, “Abşeron” və digər perspektivli qaz yataqlarının kəşfi, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası, Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan “Cənub qaz dəhlizi” layihəsinin seqmentləri olan TANAP, TAP layihələrinin gerçəkləşdirilməsi, son bir ildə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar bu baxımdan xüsusi qeyd olunmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Brüsseldə gerçəkləşən səfərinin yekunları bir daha təsdiqləyir ki, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biri kimi tanınır. Bu fakt özlüyündə Azərbaycanın Abropa İttifaqı üçün önəmini daha da artırmış, respublkamızın təşkilatla əlaqələrinə yeni nəfəs vermişdir.
Dövlət başçısının ötən illərdə praqmatizmə və əməli siyasətə söykənən iqtisadi siyasətinin qayəsində məhz insan amili dayanmışdır. Cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. “Hər bir məmur xalqının xidmətçisi olmalıdır”, - deyə hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir. Dövlət başçısı ötən 18 ildə ayrı-ayrı məmurlara etimad meyarını məhz onların fəaliyyətinə əsasən müəyyənləşdirmiş, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər, həyata keçiriləcək layihələr barədə dolğun məlumatlandırılmasını zəruri saymışdır.
Müasir dövrdə hər bir dövlətin tərəqqisi “insan meyarı”, yəni həyat keyfiyyətinin, şəxsiyyətin dövlət tərəfindən təmin olunan vəziyyətinin önə çəkilməsi ilə ölçülür. Şəxsiyyət azadlığı, insanların maddi rifah səviyyəsi, hər bir fərdin özünü cəmiyyətdə təsdiqetmə imkanı, insan və vətəndaş hüquqlarının qorunması - “insan meyarı”nın bu və digər elementləri onu dövlətin inkişafının qiymətləndirilməsinin əsas ünsürlərinə çevirir. Bu mənada əminliklə demək olar ki, tarixin heç bir mərhələsində Azərbaycan cəmiyyəti son illərdəki kimi sürətli dəyişikliklərə uğramamış, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmamışdır.
“Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır” deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev keyfiyyətcə yeni mərhələdə insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. Bu yanaşma respublikamızın qısa müddətdə həm də elektron xidmətlər sahəsində əldə etdiyi böyük uğurlara əsaslanır. Son 10 ildə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış “müştəri məmnunluğu” ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir. Yeni, müasir, şəffaf və çevik xidmət növü vətəndaşların dövlətə olan inam və etimadını, güvənini daha da artırmaqla yanaşı, ölkə rəhbərinin neqativ hallara qarşı mübarizədə prinsipial siyasi iradə nümayişinin bariz təcəssümü olmuş, respublikamızın beynəlxalq arenada nüfuzu daha da yüksəlmişdir.
Ümumiyyətlə, respublikamızda həyata keçirilən iqtisadi siyasətin sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənərək cəmiyyətin sosial sifarişini əks etdirir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir. Sahibkarlığın sürətli inkişafı, bazar münasibətləri şəraitində qiymətlərin optimallaşdırılması əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Hər bir islahatın bu təbəqənin maraqlarına vura biləcəyi cüzi ziyan belə təxirəsalınmaz sosial müdafiə tədbirləri hesabına kompensasiya edilir.
2018-ci ilin 11 aprelində ölkəmizdə keçirilmiş prezident seçkilərindən sonra vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər genişləndirilmişdir. Yeni mərhələdə aparılan islahatların əsas hədəfi xüsusən də aztəminatlı və həssas əhali qruplarının ölkədəki inkişaf proseslərindən daha dolğun və hərtərəfli şəkildə bəhrələnmələrinə şəraitin yaradılmasıdır. 2020-2021-ci illərdə koronavirus pandemiyası səbəbindən bir sıra region ölkələrində iqtisadi artımın zəifləməsinə rəğmən Azərbaycanda ümumi daxili məhsulun 4,8 faizlik artımı qarşıdakı dövr üçün ciddi sosial tədbirlərin gerçəkləşdirilməsinə imkan yaratmışdır.
Dünyada pandemiya ilə əlaqədar qlobal-iqtisadi böhranın müşahidə olunduğu və bu prosesin ölkəmizə də təsirsiz keçmədiyi bir şəraitdə Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin uğurlu sosial-iqtisadi inkişafını təmin etmişdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi Artımın bərpası və Post Konflikt Quruculuğu” hesabatına əsasən, 2021-ci ilin may ayından etibarən Azərbaycanda iqtisadi geriləmə dayanmış, respublikamız inkişaf baxımından pandemiyadan əvvəlki səviyyəyə yüksəlmişdir. Lakin bu da danılmaz həqiqətdir ki, məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması fonunda dünyada enerji daşıyıcılarının qiymətinin və məcmu tələbin artması, iqtisadi fəallığın dinamikası əmtəələrin qiymət artımına da səbəb olmuşdur. Yaranmış vəziyyətdə hökumət vətəndaşlara, xüsusən də aztəminatlı, həssas qruplardan olan insanlara dəyən maddi ziyanın kompensasiyası üçün bütün zəruri tədbirləri reallaşdırır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı əhalinin sosial müdafiəsi tədbirləri baxımından xüsusilə əhəmiyyətli olmuşdur. Dövlət başçısının müvafiq sərəncamları ilə bu günlərdə minimum əməkhaqqının, sosial ödəniş, müavinət və təqaüdlərin, bir sıra müəssisələrdə çalışan vətəndaşların məvaciblərinin artırılması bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna əsasən, ilk dəfə olaraq 29,9 miyard manat təşkil edəcək büdcə xərclərinin 13,9 mlrd. manata yaxını və ya 46,4 faizə qədəri sosial təyinatlı olacaqdır. 2021-ci illə müqayisədə sosial xərclər 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artırılmışdır. Sosial xərclərin büdcədəki xüsusi çəkisinin bu səviyyəyə yüksəlməsi Azərbaycanın sosialyönümlü siyasət yürütdüyünü bir daha təsdiqləyir.
2022-ci ildə büdcə gəlirlərinin mühüm bir hissəsi qeyri-neft sektorunun payına düşəcək - gəlirlərin 52,4 faizini neft sektoru, 47,6 faizini qeyri-neft sektoru təmin edəcəkdir. Büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun, sahibkarlar sinfinin payının ildən-ilə yüksəlməsi hökumətin həyata keçirdiyi iqtisadi diversifikasiya siyasətinin, biznes mühitinin sağlamlaşdırılması tədbirlərinin real nəticələridir.
Vətən müharibəsindən sonra azad edilmiş ərazilərin bərpa və yenidənqurulması tədbirlərinin prioritet məsələlərdən olmasına baxmayaraq, hökumət əhalinin sosial müdafiəsi tədbirlərinə, sosial siyasətin reallaşdırılmasına yenə də mühüm məsələ kimi yanaşır. Əslində hökumətin son 18 ildə həyata keçirdiyi bir çox layihələr sosial mahiyyəti ilə diqqəti cəlb etmişdir. Dəniz səviyyəsindən 3000 min metrədək hündürlükdə yerləşən Qubanın Xınalıq kəndinə yolun, sovetlər dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlıya qaz kəmərlərinin çəkilməsi, eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin ləğvi - bütün bunlar Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələrinin çox cüzi qismidir.
Növbəti il üçün büdcə siyasətinin əsas məqsədləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərin bərpası, qeyri-neft sektorunun dayanıqlı inkişafına, makroiqtisadi vəziyyətin sabit saxlanılmasına və dinamik inkişafın stimullaşdırılmasına nail olmaqdan ibarətdir. 2022-ci ilin dövlət büdcəsi layihəsi sosial-infrastruktur layihələri, habelə pandemiya şəraitində təminatlı sosial müdafiə tədbirləri ilə yanaşı, ölkəmizin müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını da hədəfləyir ki, bu da obyektiv reallığın diktə etdiyi zərurətdir. İcmal büdcə proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərclərinin 4 milyard 499 milyon 238,9 min manat təşkil edəcəyi gözlənilir.
Hərbi xərclərin artırılmasını zərurətə çevirən başlıca amillərdən biri də işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin, qərargahların, istehkam-müdafiə qurğularının, sərhəd zastavalarının yaradılması, habelə Ermənistan və İranla sərhəd ərazilərdə etibarlı təhlükəsizlik çətirinin formalaşdırılmasıdır.
Əminliklə deyə bilərik ki, məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin inamla davam etdirilməsi 2020-ci ildə üzləşdiyimiz ədalətsiz münaqişənin güc yolu ilə Azərbaycanın maraqlarına uyğun həllinə gətirib çıxarmışdır. 2003-cü ildən bu yolda addım-addım irəliləyən Prezident İlham Əliyev Azərbaycan xalqını illərdir həsrətində olduğu Qələbə sevincinə qovuşdurmuşdur. Son 18 ildə çevik xarici siyasət yürüdən Azərbaycan Respublikasının xarici siyasətdə müəyyənləşdirdiyi əsas hədəflərdən biri də Ermənistanın təcavüzkarlıq siyasətinin qlobal miqyasda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün doğurduğu təhdidlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olmuşdur. Respublikamız diplomatik fəaliyyət sferasında məhz hücum taktikasından çıxış edərək, Ermənistanın və ermənipərəst dairələrin yalan üzərində qurulmuş saxta təbliğatını ifşa etmişdir. İqtisadi-siyasi, təbliğati müstəvilərdə üstünlüyü ələ alan respublikamız 44 günlük Vətən müharibəsinin başlanmasına qədər Ermənistanın işğalçı siyasət yürüdən, özünü qlobal iqtisadi layihələrdən təcrid edən, Cənubi Qafqazda təhlükəsizliyi təhdid edən və sülh danışıqlarını pozmağa çalışan dövlət kimi tanınmasına nail olmuşdur.
44 günlük Vətən müharibəsinin başa çatmasından bir ildən çox vaxtın keçməsinə baxmayaraq, bu gün də hər bir azərbaycanlı dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin sevincini yaşayır, torpaqlarımızın işğaldan azad edilməsindən fəxarət hissi keçirir. Azərbaycan 30 illik barışmaz mübarizə mərhələsinin məntiqi yekunu olaraq, beynəlxalq hüquq normalarını, BMT qətnamələrinin icrasını məhz döyüş meydanında - “dəmir yumruğ”u sayəsində bərpa etmişdir.
2021-ci il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı Prezident İlham Əliyev demişdir: “Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2021-ci il iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı ilə tarixi haqsızlığa son qoyulmuş, “Dağlıq Qarabağ” termini tarixin arxivinə gömülmüşdür. Tərkibinə Xankəndi şəhərinin, habelə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil olduğu Qarabağ iqtisadi rayonunun yaradılması, eləcə də Cəbrayıl, Kəlbəcər, Laçın və Zəngilan rayonlarını birləşdirən Şərqi Zəngəzur iqtisadi rayonunun formalaşdırılması Azərbaycanın birliyinin və bölünməzliyinin bir daha təsdiqi olmuşdur.
Vətən müharibəsindəki Zəfərdən sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin Cənubi Qafqaz regionunda abad, müasir zonaya çevriləcəyini bəyan etmişdir. Qısa zamanda regionda mühüm infrastruktur layihələrinin icrasına başlanılması, Tərtərdən Suqovuşana və Talış kəndinə, eləcə də Füzulidən Şuşa şəhərinə yeni yolların çəkilməsi, Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə tikilərək istifadəyə verilməsi, Zəngilan və Laçın beynəlxalq hava limanlarının təməlinin qoyulması, Horadiz-Ağbənd dəmir yolu xəttinin bərpasına başlanılması, “ağıllı kənd”, “ağllı şəhər”, “yaşıl enerji” kimi innovativ layihələrin reallaşdırılması və digər tədbirlər dövlət başçısının işğaldan azad edilmiş ərazilərimizin bərpasına və yenidənqurulmasına həssas münasibətinin göstəriciləridir.
30 ilə yaxın müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən iqtisadi təsərrüfat dövriyyəsinə cəlb edilməsi ölkəmizin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaqdır. Görülən işlər deməyə əsas verir ki, yaxın illərdə işğaldan azad edilmiş ərazilərdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, həyata keçirilən quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını möhkəmləndirəcək, Azərbaycanın inkişafında yeni mühüm mərhələ açacaqdır.
Prezident İlham Əliyevin müharibədən sonra dəfələrlə bəyan etdiyi kimi, bu gün Ermənistanın üzləşdiyi sosial-iqtisadi böhrandan çıxmasının yeganə yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaq, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından əl çəkmək, revanş iddialarından, işğalçı ideologiyadan imtina etməkdir. Yalnız bu cür konstruktiv yanaşma əsasında sərhədyanı ərazilərdəki hərbi münaqişələrə birdəfəlik son qoyulması, qarşıdurma riskinin aradan qaldırılması, münaqişə səhifəsinin birdəfəlik bağlanması mümkündür.
Ermənistan 30 ildən çox müddətdə işğalçı siyasət yürüdərək özünü regional layihələrdən təcrid etsə də, heç bir məqsədinə nail ola bilməmişdir. Bu gün faktiki olaraq Ermənistan regionda müstəqilliyini tamamilə itirmiş, müstəmləkə altında olan dövlətə çevrilmişdir. Prezident İlham Əliyev bununla bağlı haqlı olaraq demişdir: “Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu”.
2022-ci ilin dövlət büdcəsində diqqəti cəlb edən mühüm məqamlardan biri də işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpası və yenidənqurulması, habelə burada mühüm sosial-infrastruktur layihələrinin reallaşdırılması tədbirləri üçün 2,2 milyard manat həcmində maliyyə vəsaitinin nəzərdə tutulmasıdır. Bunda məqsəd işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin yüksək dimanizmlə və keyfiyyətlə aparılması, müvafiq sosial-iqtisadi, enerji, kommunal və nəqliyyat infrastrukturunun yaradılması, doğma yurdlarına qayıdacaq vətəndaşların normal yaşayışı və işgüzar fəaliyyəti üçün yüksək şəraitin yaradılmasıdır. Ayrılmış vəsaitin müəyyən qismi eyni zamanda qeyd olunan ərazilərdə müasir inzibati infrastrukturun yaradılmasına, şəhərsalmaya, mədəni-tarixi abidələrin bərpası və yenidənqurulmasına yönəldiləcəkdir.
Hazırda qarşıda duran əsas vəzifələrdən biri də azad edilmiş ərazilərin zəngin resurslarından, infrastruktur potensialından səmərəli istifadə, bu məqsədlə dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla, həmin ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasına və dayanıqlı məskunlaşmanın təmin olunmasına çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının səmərəli realizəsi baxımından bir sıra stimullaşdırıcı tədbirləri özündə ehtiva edir. Sərəncam əsasında həyata keçiriləcək tədbirlər həmin ərazilərdə iqtisadiyyatın canlandırılması, investisiya cəlbediciliyinin yüksəldilməsi, müasir istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi və sənaye potensialının reallaşdırılması baxımından əhəmiyyətli olacaqdır.
Sərəncam azad edilmiş ərazilərdə iqtisadi fəaliyyət üçün optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması, əlverişli sahibkarlıq mühitinin formalaşdırılması baxımından bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sənəd əsasında işğaldan azad edilmiş ərazilərdə əmək resurslarının səmərəli idarə olunması, emal sənayesi və xidmət infrastrukturunun yaradılması məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi nəzərdə tutulur. Bu, həmin ərazilərə həm yerli, həm də xarici investisiyaların təşviqi və cəlbi baxımından yeni imkanlar açır.
Sənəddə işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, istehsal fəaliyyəti ilə məşğul olacaq sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi nəzərdə tutulur. Digər stimullaşdırıcı addım işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsidir.
Sərəncam müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsini, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsini və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsini nəzərdə tutur. Bu və digər güzəştlər gələcəkdə gənc və yüksəkixtisaslı kadrları azad edilmiş ərazilərdə işləməyə həvəsləndirəcək. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi də sərəncamda əksini tapan mühüm məqamlardan biridir.
Xüsusi vurğulamaq istərdik ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən abadlıq-quruculuq işlərinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva da layiqli töhfələrini verir. Dövlətimizin başçıcı cənab İlham Əliyevi işğaldan azad edilmiş ərazilərə səfər zamanı müşayiət edən birinci xanım Mehriban Əliyeva özünəməxsus səmimiyyətlə paylaşımlar edir, ictimai diqqəti erməni vandalizminin ağır fəsadlarına yönəldir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihə və tədbirlər barədə ictimaiyyətə müəyyən mesajlar, məlumatlar verir.
Heydər Əliyev Fondu Qarabağda, xüsusilə Şuşa şəhərində tarixi mədəniyyət abidələrinin, dini ziyarətgahların təmiri və bərpası prosesində yaxından iştirak edir. Fondun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, mütəxəssislər qrupu işğaldan azad olunan ərazilərdə ermənilər tərəfindən dağıdılmış dini abidələrin, məscidlərin bərpasına dair layihənin icrasına başlamışdır.
Birinci vitse-prezidentin göstərişi əsasında Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi diqqətdə saxlayır, onların qayğısına qalır. Fond bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Fondun dəstəyi ilə Vətən müharibəsində ağır yaralanan bir neçə qazimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilmiş və müasir protezlərlə təmin edilmişlər.
İslahatlar və abadlıq-quruculuq prosesində Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Dövlət rəhbərinin müəyyən etdiyi prioritetlərin icrasına ümumxalq dəstəyi hər addımda özünü qabarıq göstərir. Bu gün Azərbaycan xalqı cənab İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, bizi Azərbaycanımızın parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun alternativsizliyini yaxşı dərk edir və bu siyasəti birmənalı dəstəkləyir.
İlham Çraqov,
Laçın Rayon Çıraqlı Kənd Tam Orta Məktəbinin direktoru.
24-12-2021, 06:16 | Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbriklər gəlməkdə davam edir.
Həmin məktubları təqdim edirik:
Rusiya Federasiyasının senatoru İlyas Umaxanovdan:
- Möhtərəm İlham Heydər oğlu.
Əlamətdar yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bütün dünyada Sizi görkəmli dövlət xadimi, dahi atanızın işinin mərd, müdrik və layiqli davamçısı kimi qəbul edirlər.
Qardaş Azərbaycan xalqı üçün Siz Azərbaycan Respublikasının illər boyu fasiləsiz inkişafını, beynəlxalq aləmdə onun nüfuzunun möhkəmlənməsini təmin edən tanınmış lidersiniz. Ölkənin ərazi bütövlüyünün və birliyinin təmin edilməsi həmişəlik Sizin adınızla bağlı olacaq. Mən fəxr edirəm ki, uzun illərdir bizi bir-birimizə dostluq və qarşılıqlı hörmət telləri, atalarımızın vəsiyyətləri bağlayır.
Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sevinc, dostcasına ünsiyyət, əla əhval-ruhiyyə və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Əminəm ki, Rusiyanı və qardaş Azərbaycanı birləşdirən sıx, qarşılıqlı faydalı iqtisadi və humanitar əlaqələr bundan sonra da inkişaf edəcək.
Sizə və yaxınlarınıza əmin-amanlıq diləyirəm.
***
Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzindən:
- Hörmətli İlham Heydər oğlu,
İcazə verin, 60 illik yubileyiniz münasibətilə Sizi Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzi adından və şəxsən öz adımdan təbrik edim.
Sizin Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmlənməsinə böyük töhfələrinizi yüksək qiymətləndiririk.
Bu əlamətdar doğum gününüzdə Azərbaycanın daha da inkişafı, sülh və rifah naminə məsul fəaliyyətinizdə Sizə uğurlar, yaxınlarınıza firavanlıq arzulayırıq.
Tanrı hər zaman köməyiniz olsun!
Hörmətlə və xoş dualarla,
İsmayıl Berdiyev
Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə
Mərkəzinin sədri,
Qaraçay-Çərkəz Respublikasının müftisi,
Salah-Hacı Mejiyev
Çeçenistan Respublikası Müsəlmanları
Ruhani İdarəsinin sədri,
Əhməd Abdullayev
Dağıstan Respublikası Müsəlmanları
Ruhani İdarəsinin sədri,
Hacımurad Qatsalov
Şimali Osetiya-Alaniya Respublikası Müsəlmanları
Ruhani İdarəsinin sədri,
Həzrətəli Dzasejev
Kabardin-Balkar Respublikası Müsəlmanları
Ruhani İdarəsinin sədri,
Sultanəhməd Karalayev
Kalmık Respublikası Müsəlmanları
Ruhani İdarəsinin sədri,
Askarbiy Kardanov
Adıgey və Krasnodar Respublikası Müsəlmanları
Ruhani İdarəsinin sədri,
Muhammad Raximov
Stavropol diyarı Müsəlmanları
Ruhani İdarəsinin sədri.
***
Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Şuraya daxil olan təşkilatlar adından:
- Möhtərəm Prezident, cənab Ali Baş Komandan,
Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Şuraya daxil olan təşkilatlar adindan Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik.
Vətənin rifahı naminə səmərəli fəaliyyətiniz, işgüzar və şəxsi keyfiyyətləriniz, mürəkkəb məsələləri effektiv həll etmək bacarığınız haqlı olaraq Sizə doğma Azərbaycanda və onun hüdudlarından kənarda böyük nüfuz və dərin hörmət qazandırıb.
Azərbaycanın tarixində çox böyük əhəmiyyəti olan Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Qarabağın işğaldan azad olunması Sizin uzaqgörənliyiniz, müdrik rəhbərliyiniz və dəqiq planlarınız, həmçinin cəsarətiniz, qətiyyətiniz, son məqsədə çatmağa olan qəti inamınız sayəsində əldə edilib.
Sizin xaricdəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərinə verdiyiniz qiyməti yüksək dəyərləndiririk. Biz ABŞ-da fəaliyyətimizi daha da səmərəli təşkil edərək Azərbaycan həqiqətlərini Amerika ictimaiyyətinə çatdırmaqda davam edəcəyik, buradakı mənfur erməni diasporuna qarşı informasiya mübarizəmizi daha da kəskinləşdirəcəyik.
Fürsətdən istifadə edərək, möhtəşəm Qələbə münasibətilə Sizi bir daha təbrik edir, Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Yubileyiniz Mübarək Olsun!
***
Rusiya Rəssamlıq Akademiyasının prezidenti, Rusiyanın Xalq rəssamı Zurab Seretelidən:
- Möhtərəm İlham Heydər oğlu,
Əlamətdar yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz parlaq diplomat və rəhbər, yüksək daxili mədəniyyətə malik bir insan kimi Azərbaycan Respublikasının inkişafına və XXI əsrin ən mürəkkəb problemlərinin həllinə böyük töhfə verirsiniz.
Siz Azərbaycan Respublikasında mədəniyyətin və incəsənətin inkişafına dair proqramlara ciddi dəstək verirsiniz. Bu, bir rəssam kimi mənim nəzərimdə xüsusi əhəmiyyət kəsb edir. Atanız, hər zaman mədəniyyət və incəsənət xadimlərinə səmimi rəğbət bəsləmiş görkəmli dövlət xadimi, unudulmaz Heydər Əliyevin adını daşıyan, müasir Azərbaycan mədəniyyətinin rəmzi sayılan Mərkəz çox cəhətdən Sizin səyləriniz sayəsində yaradılıb.
Rusiya Rəssamlıq Akademiyasının üzvlərinin aktual bədii layihələrinə və beynəlxalq fəaliyyətinə göstərdiyiniz diqqətə, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə dair birgə təşəbbüsləri dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm.
Möhtərəm İlham Heydər oğlu, Sizə öz ehtiramımı, dəyərli fəaliyyətinizin bütün sahələrində uğurlar, Sizə və ailənizə möhkəm cansağlığı, əmin-amanlıq və firavanlıq arzularımı bildirməyə ürəkdən şadam.
***
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerdən:
- Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Azərbaycanın qazandığı bütün uğurlar, o cümlədən idman sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə Sizi təbrik edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, həyatınızda və fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
***
Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan:
- Əziz İlham Heydər oğlu,
Yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin 60 yaşınız hələ cavanlıqdır. Mən bunu asanlıqla isbat edə bilərəm. Hamıya məlumdur ki, bu yaxınlarda 30 illiyini qeyd etmiş müstəqil Azərbaycan gənc dövlətdir. Deməli, əgər 30 yaş cavanlıqdırsa, onda 60 yaş ikiqat cavanlıqdır.
Bu zarafatda həqiqət çoxdur. Ona görə ki, Siz həqiqətən gəncsiniz. Gördüyünüz hər işdə cəsarət və enerji buna sübutdur.
Əziz dostum, mənim ikiqat gənc dostum, Sizə tükənməz enerji arzu edirəm. Bu enerji Sizə atanızın layiqli oğlu kimi onun başladığı işləri sona çatdırmaq və xalqının sədaqətli oğlu kimi bu xalqın böyük gələcəyini qurmaqda davam etmək üçün lazımdır.
***
Rusiya Federasiyası Tatarıstan Respublikasının birinci Prezidenti Mintimer Şaymiyevdən:
- Çox hörmətli İlham Heydər oğlu,
Əlamətdar yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Nüfuzlu dövlət xadimi, müdrik rəhbər, görkəmli şəxsiyyət olan atanızın layiqli davamçısı kimi Siz uzun illərdir doğma Azərbaycanın uğurlu inkişafını və rifahını təmin edirsiniz. Sizin qətiyyətiniz, strateji təfəkkürünüz, siyasi iradəniz xüsusi olaraq qeyd edilməlidir.
Xoş münasibətlərimizi yüksək qiymətləndirir, qardaş respublikalarımızın Heydər Əliyevlə birlikdə əsasını qoyduğumuz hərtərəfli əməkdaşlığının inkişafına görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Sizə səmimi qəlbdən uzun ömür, Azərbaycan xalqının rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. Sizə, nəcib xanımınıza və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq diləyirəm.
***
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, İtaliyanın sabiq xarici işlər naziri Franko Frattinidən:
-Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Sizi 60 illik yubileyiniz münasibətilə təbrik etməkdən məmnunluq duyuram. Sizə cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar arzulayıram.
Cənab Prezident, bu xoş fürsətdən istifadə edib Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz böyük dəstəyə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.
24-12-2021, 06:12 | Gənclər və İdman Nazirliyi Prezident İlham Əliyevin 60 illik yubileyi ilə bağlı videoçarx hazırlayıb - VİDEO

Gənclər və İdman Nazirliyi Prezident İlham Əliyevin 60 illik yubileyi ilə bağlı videoçarx hazırlayıb.
Videoçarxda gənclər və idmançılar adından Prezident İlham Əliyev təbrik olunub.
Videoçarxı təqdim edirik.