24-12-2023, 11:55 | Leyla Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü münasibətilə instaqram hesabında paylaşım edib.
Respublica.Azxəbər verir ki, paylaşımda Leyla Əliyevanın Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə Şuşada çəkilmiş şəkli əksini tapıb.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 62 yaşı tamam olur.
Respublica.Az
24-12-2023, 10:01 | Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsinə dair vacib MƏLUMAT
Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasınа və sayınа dair tələblərin təsdiq edilməsi müddəti başa çatır.
Məlumatına görə, bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.
Təqvim Planına əsasən, tələblər səsvermə gününə azı 45 gün qalanadək, 2023-cü il dekabrın 24-dək Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilməlidir.
Bununla yanaşı, səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilmə müddəti dekabrın 24-də başa çatır.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Respublica.Az
24-12-2023, 09:22 | Qardaşdan mesaj var: Erdoğan İlham Əliyevin ad gününü belə təbrik etdi!
Türkiyə Prezidenti Recep Tayyib Erdoğan Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Respublica.Az xəbər verir ki, Türkiyə prezidenti təbrikinə "Can Azərbaycanın can Prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edirəm" cümləsi ilə başlayıb.
Respublica.Az
Həmin təbrikin videosunu təqdim edirik.
23-12-2023, 14:31 | Dmitri Medvedev İlham Əliyevi təbrik edib
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrik məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu gün Azərbaycan Respublikası siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə böyük uğurlar qazanmağa davam edir. Dövlət xadimi kimi müdrikliyiniz və zəngin həyat təcrübəniz Sizə respublikada və onun hüdudlarından kənarda böyük hörmət qazandırıb.
Sizin Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm amil olan Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, ölkələrimizə dost olan xalqların maraqları naminə, o cümlədən Qərbin müasir neokolonializm siyasəti ilə mübarizə çərçivəsində dialoqun ardıcıl surətdə inkişafının ciddi perspektivləri var.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və uğurlar diləyirəm".
Respublica.Az
22-12-2023, 14:34 | Yeni il hədiyyə qutularını seçərkən diqqətli olun!
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yeni il hədiyyə qutularını seçərkən diqqət olmağa çağırıb.
AQTA-dan "milli.az"a verilən məlumata görə, uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutularının seçilməsi və ya valideynlər tərəfindən hazırlanması zamanı son dərəcə diqqətli olmaq lazımdır.
Belə ki, hədiyyə qutularını mağazalardan, yarmarkalardan və digər rəsmi satış yerlərindən almaq məsləhət görülür:
"Belə qutuların üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qutuların qablaşdırılma tarixidir. Ona görə də, istehlakçılara hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunaqlı şəkildə etiketlənməsinə, istehsal tarixinə, adına, əmtəə nişanına, xalis çəkisinə, qida dəyərliliyinə, həmçinin istehsalçı müəssisənin adına, ünvanına və digər məlumatlara diqqət yetirməsi tövsiyə olunur. Bununla yanaşı, Yeni il hədiyyə qutularını alarkən onun qablaşdırılmasının deformasiya olunmadığına, əzilmədiyinə, korlanmadığına diqqət yetirilməlidir. Eyni zamanda qutuların içərisindəki məhsullar da diqqətdən yayınmamalıdır. Yadda saxlamalıyıq ki, hədiyyə qutularının içərisinə xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejiminə riayət edilmədiyi təqdirdə xarab olma ehtimalı yüksək olan yoqurtlar, kremli qənnadı və kəsmik içlikli məmulatlar yerləşdirilməməlidir.
Sadalananlarla yanaşı, hər bir istehlakçı ticarət yerlərindən aldığı Yeni il hədiyyəsi qutularının içərisindəki məhsulların təhlükəsizliyini təsdiq edən sənədləri tələb edə bilər. Bəzi hallarda qutuların üzərində içərisindəki məhsullara dair siyahı yerləşdirilir. Siyahı olmadığı təqdirdə, qutuların içərisindəki məhsullarla tanış olmaq üçün satıcıya müraciət etmək tövsiyə olunur. İstehlakçı məhsulu aldıqda, mütləq şəkildə satıcıdan kassa qəbzini də tələb etməlidir. Eləcə də hədiyyə qutuları açılan zaman keyfiyyətsiz məhsullar aşkar edildiyi halda, ticarət yerlərində həmin məhsullar keyfiyyətlisi ilə dəyişdirilməlidir".
Qeyd edilib ki, məhsulların keyfiyyəti ilə yanaşı, onların düzgün istehlakı da əsas şərtlərdəndir:
"Belə ki, valideynlər aldıqları məhsulların uşaqlar tərəfindən istehlak edilmə miqdarına da diqqət yetirməlidirlər. Çünki ən keyfiyyətli şokolad, konfet və marmeladların belə həddindən artıq istehlakı uşaqlarda diatez, karies və artıq çəkiyə səbəb ola bilər.
Sadalananlardan çıxış edərək vətəndaşlardan xahiş olunur ki, Yeni il hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin "1003-Çağrı Mərkəzi"nə məlumat versinlər".
Respublica.Az
22-12-2023, 13:30 | "AYB İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir"
Azərbaycan Yazıçılar Birliyi (AYB) İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir.
Respublica.Az report-a istinadən xəbər verir ki, bu barədə qurumun sədri, Xalq yazıçısı Anar Rzayev Yaradıcı ittifaqların və mədəniyyət xadimlərinin l qurultayında bildirib.
Onun sözlərinə görə, yeni il Azərbaycanın mədəniyyət sahəsində mühüm hadisələrlə yadda qalacaq: "Gələn il AYB-nin 90 illiyi qeyd olunacaq. Yazıçılar Birliyinin tarixində qara səhifələr, ağır günlər də olub. Amma bununla bərabər sovet dövründə Azərbaycan ədəbiyyatını yaşadan AYB olub. 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanmışıq. Bu qələbədə başda Ali Baş Komandan İlham Əliyev olmaqla həm də ədəbiyyatın, incəsənətin də rolu var. Gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək. Biz hər zaman olduğu kimi Ali Baş Komandan İlham Əliyevi dəstəkləyir və onun yanında olduğumuzu bildiririk".
Respublica.Az
22-12-2023, 13:16 | Baş nazir bu qaydalara dəyişiklik etdi
Maliyyə Nazirliyinin təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərinin bölgüsünün çatdırılması ilə bağlı dəyişiklik edilib.
Respublica.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Nazirliyi təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsünü 5 iş günü ərzində büdcə təşkilatlarına çatdıracaq.
Hazırkı sənənədə əsasən, Maliyyə Nazirliyi təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsünü 1 ay ərzində çatdırırdı.
Yeni Qərar gələn il yanvarın 1-dən qüvvəyə minir.
Respublica.Az
20-12-2023, 17:52 | Azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı açıqlandı
Azad edilmiş ərazilərdə təqribən 800-900 seçicinin səs verməsi gözlənilir.
Respublica.Az Trend-ə istinadən məlumatına göröə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
"Orada təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu, kifayət qədər yaxşı rəqəmdir", - deyə MSK sədri əlavə edib.
Respublica.Az
20-12-2023, 08:36 | Uşaqları başa düşmək üçün nə etməliyik? Düzgün tərbiyə...
Uşağınızı böyüdükcə istiqamətləndirmək və tərbiyə etmək üçün ilk növbədə onu başa düşməlisiniz. Uşağınızın ehtiyaclarını bilmək və qarşılamaq üçün onun özünəməxsus xarakteri olduğunu yaddan saxlayın. Övladınızı anlamaq bir valideyn olaraq sizin əsas məsuliyyətlərinizdən biridir.
Respublica.Az bildirir ki, uşaqları başa düşməyin ən əsas yolu onları müşahidə etməkdir. Çünki uşaqlar şifahi olaraq özlərini tam ifadə edə bilmirlər və davranışları ilə özlərini ifadə edirlər. Onlar yatarkən, yemək yeyərkən və ya oynayarkən seyr edin. Onların davamlı davranışlarını araşdırın. Ən çox nəyi sevirlər, nə vaxt darıxırlar?
Uşaqlarınızla söhbət edin
Müşahidə etməkdən əlavə, uşaqlarınızla danışmaq üçün vaxt ayırmaq, onlar haqqında məlumat yığmaq və perspektivlərini öyrənmək lazımdır. Suallar verməklə uşaqlara öz hisslərini və düşüncələrini sizinlə bölüşməkdə kömək edə bilərsiniz. Bu, aranızdakı bağı gücləndirəcək və uşağınızı daha yaxşı başa düşməyinizə kömək edəcək.
Ancaq verdiyiniz suallarda da diqqətli olmalısınız. Məsələn, bu gün məktəbdə nə etdiyini və rəsm dərsində nə çəkdiyini soruşun. O şəkil haqqında məlumat verməyini gözləyin. Onu dinləməyin sizin üçün maraqlı olduğunu hiss etdirin.
Onun başqaları ilə münasibətini müşahidə edin
Uşağınızın öz mühitində necə davranması onun hazırkı əhval-ruhiyyəsi və xarakteri haqqında çox şey deyir. Bunun üçün onun qohumlara, dostlara, müəllimlərə, heyvanlara necə davrandığına nəzər salın. Məsələn, uşağınız bir dostuna qarşı aqressiv davranış nümayiş etdirirsə, bu aqressiv davranışın əsas səbəbini tapmağa cəhd edin.
Uşağınızın özünü inkişaf metodunu anladığınız zaman ona daha yaxşı imkanlar təklif edə bilərsiniz. Onun inkişafının növbəti mərhələsinə keçmək üçün daha böyük töhfə verə bilərsiniz və ya onun xüsusi dəstəyə ehtiyacı olub olmadığını tez bir zamanda anlayacaqsınız. Bunlara əlavə, uşağınızla gözləntiləriniz və məhdudiyyətləriniz haqqında danışa bilmək üçün bu məlumatlara da ehtiyacınız var.
Hər bir valideyn övladını ən yaxşı şəkildə böyütmək istəyir. Bu mövzuda ümumi tövsiyələr verə bilsək də, hər bir uşaq unikal və xüsusidir. Valideynlərin vəzifəsi uşağı anlamaq və ona uyğun ünsiyyət qurmaqdır. Yalnız bu şəkildə uşağınızı ən yaxşı şəkildə böyüdə və bütün ehtiyaclarını ödəyə bilərsiniz. lent.az
Respublica.Az
17-12-2023, 11:55 | SON DƏQİQƏ! Sabah ilə bağlı əhaliyə RƏSMİ XƏBƏRDARLIQ - TƏHLÜKƏLİDİR
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, temperaturun xeyli enəcəyi və güclü külək əsəcəyi proqnozlaşdırılır.
Respublica.Az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Bundan əlavə, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, bunların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir: "Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Respublica.Az