14-12-2023, 07:40 | Əsirlərin dəyişdirilməsi: Azərbaycanın yaratdığı yeni reallıq öz bəhrəsini verir - VİDEO

Bu gün humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edib. Ermənistan Respublikası öz növbəsində 2 azərbaycanlı hərbçini azad edib. Bu bir daha göstərdi ki, Azərbaycan öz mövqeyində haqlıdır və iki ölkə arasında vasitəçi olmadan aparılan danışıqlar daha səmərəli nəticələr verir.
Respublica.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, əsirlərin dəyişməsi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması baxımından önəmli bir hadisədir.
"Çünki müharibədən sonra əsirlərin dəyişdirilməməsi sülh prosesinə mane olan bir məsələdir. Sülhə töhfə verilməsi baxımından əsirlərin dəyişdirilməsi olduqca vacib məsələdir. Eyni zamanda bu proses vasitəçi olmadan həyata keçirilir. Bu o deməkdir ki, Ermənistan və Azərbaycan digər məsələlərdə də danışıb razılığa gələ bilər", - deyə M.Abbaszadə qeyd edib.
Daha geniş videomüsahibəni təqdim edirik:
Respublica.Az
13-12-2023, 15:15 | Vergi ödəyicilərinə Xəbərdarlıq

Vergi ödəyicilərindən 15 dekabr tarixinə qədər məcburi dövlət sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi tələb olunur.
Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Həmçinin məlumatda qeyd olunur ki, cari ilin dekabrın 20-i xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, mədən vergisi, pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə sadələşdirilmiş vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyindən tutulan verginin ödənilməsinin son günüdür.
Ödənişlər vaxtında həyata keçirilmədikdə əlavə faizlər hesablanacaq.
Respublic.Az
13-12-2023, 13:02 | MDB missiyası Azərbaycanda seçkiləri müşahidə edəcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidəçilər missiyası Azərbaycanda 2024-cü ilin fevral ayında keçiriləcək seçkilərin monitorinqində iştirak edəcək.
Bu barədə MDB-nin baş katibi Sergey Lebedev jurnalistlərə deyib.
Onun sözlərinə görə, MDB-nin İcra Komitəsi artıq seçkilərin müşahidəsinə hazırlıq görür.
MDB-nin baş katibi müşahidə missiyasının Azərbaycanla yanaşı, Belarusda və Rusiyada keçiriləcək prezident seçkilərində də iştirak edəcəyini qeyd edib. Lebedev müşahidə missiyasının göndərilməsi ilə bağlı yalnız Azərbaycandan yazılı dəvət daxil olduğunu, Rusiya və Belarusun isə şifahi dəvət göndərdiyini qeyd edib.
Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.Trend
12-12-2023, 12:34 | Müstəqil Azərbaycanı Zəfər yoluna çıxaran lider

Ümummilli liderimiz, Azərbaycanın dünyaya bəxş etdiyi dahi şəxsiyyət Heydər Əliyevin həyatı doğma xalqına, canından əziz bildiyi Vətəninə, soydaşlarına xidmət etmək nümunəsidir. Onun şərəfli ömrünün bütün dövrləri buna əyani sübutdur. Ulu öndərimizin “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”- ifadəsi ömrü boyu bu böyük insanın başlıca məfkurəsi və həyata keçirdiyi bütün işlərdə əsas ideyası olmuşdur.
Dahi öndər hələ Azərbaycana rəhbərliyinin birinci dövründə – 1969-1982-cit illərdə bütün varlığı ilə sevdiyi xalqının xoşbəxt gələcəyi naminə əlindən gələni əsirgəməmişdir. Qısa müddət ərzində ümummilli liderimiz Azərbaycanı o vaxtkı SSRİ-nin geridə qalmış, aqrar bölgəsindən güclü sənaye respublikasına, elm, mədəniyyət və təhsil sahələrində böyük nailiyyətlərin əldə olunduğu çiçəklənən bir diyara çevirmişdi. Bugünkü müstəqil Azərbaycanın təməli məhz Heydər Əliyev dühası, uzaqgörənliyi və böyük zəhməti sayəsində təşəkkül tapmışdır.
1993-cü ildə ölkəmizin başını qara buludlar alanda, Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalanda xalqımız yeganə ümid yerinə – dahi şəxsiyyət və böyük vətənpərvər Heydər Əliyevə üz tutdu, ona pənah gətirdi. Doğma xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndərimiz tez bir vaxt ərzində səriştəsiz rəhbərlərin “fəaliyyəti” nəticəsində məhv olan Azərbaycanı, sözün əsl mənasında, həyata qaytardı. Ümummilli liderimiz öz zəngin idarəçilik təcrübəsi, əzmkarlığı və prinsipiallığı sayəsində qısa müddətdə ölkəmizdə sabitliyi bərqərar etdi, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatımızı labüd fəlakətdən xilas etmək üçün təcili tədbirlər görməyə başladı. Heydər Əliyev Azərbaycanın yeni neft strategiyasının müəllifi oldu, bütün çoxsaylı maneələrə və təzyiqlərə baxmayaraq, həmin proqam 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə reallaşmağa başladı. Dahi siyasətçinin ərsəyə gətirdiyi bu layihə müstəqil dövlətimizin qüdrətli inkişafının rəhni oldu.
Ulu öndərmizin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmışdır. Ölkəmizdə çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar olmuşdur. Ümummilli liderimizin “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” – deyimi Konstitusiyanın 1-ci maddəsində təsbit olunmuşdur.
Heydər Əliyevin apardığı uğurlu xarici siyasət Azərbaycanın bir çox ölkələrlə, mötəbər beynəlxalq təşkilatlarla əlaqəsini gündən-günə möhkəmləndirdi. Bu gün Azərbaycanın ATƏT, Avropa Şurası, NATO Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlarla sıx əlaqə saxlaması və bu qurumlarda bilavasitə iştirakı hüquq islahatları sahəsində təcrübə qazanmaqda respublkamıza çox böyük fayda verir.
Azərbaycanın dünya miqyasında tanınması ümummilli liderimiz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. Məhz bu dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o müstəqil yaşamaq istəyir və ərazisinin sahibi olmağa, bütün sərvətləri ilə bağlı müstəqil qərar qəbul etməyə qadirdir. Azərbaycan Heydər Əliyevin, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət sayəsində dünya birliyində layiqli yer tutmuşdur.
Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, ulu öndərimizin Azərbaycanın qüdrətlənməsinə və xalqımızın rifah halının yaxşılaşmasına yönəlmiş siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzm və uğurla davam etdirilir.
Yüz minlərlə yeni iş yerlərinin yaradılması, regionların sosial-iqtisadi inkişafı, yaşayış səviyyəsinin gündən-günə yüksəldilməsi, elm, təhsil, səhiyyə, mədəniyyətin inkişafına dövlət qayğısının artması, Azərbaycanın enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsi, insan hüquq və azadlıqlarının əsas məqsədlərdən biri olması, balanslaşdırılmış xarici siyasət kursu və hərbi qüdrətinin artırılması möhtərəm dövlət başçımız İlham Əliyevin fəaliyyətinin əsas qayəsini təşkil edir.
Ulu öndərin hüquqi və demokratik dövlət quruculuğu xəttini dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev ötən 20 il ərzində ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Məhz 2003-cü ildə Azərbaycan Prezidenti seçilərkən, xalqımızın qarşısında and icərkən verdiyi sözü tutub, düşmən işğalına son qoydu, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci ilə qədər münaqişənin dinc yolla nizama salınmasında yeganə məqsəd məhz Vətən övladlarımızın şəhid olmasının qarşısını almaq idi. Təəssüf ki, Ermənistan heç zaman sülh istəmədi, işğalçılığına son qoymadı, təcavüzü dayandırmadı, əksinə sistemli olaraq təxribatlar törətdi.
Necə ki, 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanat imzalanarkən Qarabağdan çıxarılmasını üzərinə vəzifə olaraq götürdü, lakin, 3 ilə yaxın müddət ərzində yenə bu öhdəliyini icra etmədi, qoşunlarını Qarabağdan çıxartmadı. Nəticə etibarı ilə bu ilin sentyabr ayının 19-da başlamış və 24 saatdan da az davam edən lokal xarakterli antiterror əməliyyatları zamanı düşmənə növbəti dəfə sarsıdıcı zərbə vuruldu. Azərbaycan Ordusu yüksək peşəkarlıq göstərək hərbi obyektləri sıradan çıxarıb, strateji yüksəklikləri ələ keçirdi və nəticədə düşməni təslim olmağa məcbur etdi. Bu təslimiyyət özü ilə birlikdə qondarma rejimin də birdəfəlik sonunu gətirdi.
Ölkəmizdə bütün sahələrdə böyük inkişaf və tərəqqi davam edir. Azərbaycan artıq regionun lider dövlətinə çevrilmişdir. Hər bir azərbaycanlı bu uğurlara görə ümummilli liderimiz Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə borcludur.
Azərbaycanın xilaskarı, Azərbaycan dövlətinin memarı və qurucusu, bütün şərəfli ömrünü xalqının səadətinə həsr etmiş Heydər Əliyev xalqımızın qəlbində və tariximizdə əbədi yaşayacaqdır.
Nizami ƏLİYEV,
"Qaradağ” şadlıq sarayının icracı direktoru.
23-11-2023, 06:29 | Ermənistan-Azərbaycan sərhədində vacib görüş olacaq

Noyabrın 29-u və 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək.
Respublica.Az report-a istinadən xəbər verir ki, bu barədə "Caliber"ə diplomatik mənbələrdən məlumat daxil olub.
Müvafiq razılaşmalar hər iki tərəf tərəfindən təsdiqlənib.
İki ölkənin delimitasiya məsələlərini vasitəçi olmadan özlərinin həll etməyə çalışması, şübhəsiz müsbət göstəricidir.
Xatırladaq ki, sərhədin delimitasiyası komissiyası ötən müddət ərzində iki dəfə, ən son isə bu ilin iyulunda iclas keçirib.
22-11-2023, 09:07 | Xankəndidən YENİ GÖRÜNTÜLƏR: Azərbaycan və Türkiyə bayraqları yan-yana asıldı - VİDEO

AzTv Azərbaycanın Xankəndi şəhərinin küçələrindən ilk dəfə görəcəyiniz kadrlar yayımlayıb.
Epizodların birində Xankəndi Şəhər Xəstəxanası önündə Azərbaycan və Türkiyə bayraqlarının yan-yana asıldığı əks olunub.
Həmin görüntüləri təqdim edirik:
[[[media=https://www.youtube.com/live/DcNFV_i4R7s?si=t0XYvwTNT6MAjdh4]
21-11-2023, 15:48 | Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər hazırlanacaq

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin"
21-11-2023, 15:38 | Bir sıra ədliyyə işçiləri təltif edildi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif ediliblər:
Abasova Könül Əlisəfər qızı
Abbasov Nazim İsa oğlu
Abışov Vüqar İdris oğlu
Ağayev Rüfət Salman oğlu
Eyvazov Xəyal Astan oğlu
Həsənli Rəşad İsmayıl oğlu
Həsənov Zaur Rauf oğlu
Hüseynov Rəşad Tofiq oğlu
Qəhrəmanov Vüqar İmambala oğlu
Mehralıyev Azər Umudvar oğlu
Sabitova Aynur Zakir qızı.
21-11-2023, 06:40 | Azərbaycanda yeni rayon yaradılır

Azərbaycanda Ağdərə rayonu yaradılır.
Bununla bağlı Milli Məclisə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi daxil olub.
Layihəyə əsasən, rayonun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil edilir.
Qeyd edək ki, Azərbaycanda 1930-cu ildə yaradılan Ağdərə rayonu 1992-ci ildə ləğv edilmiş, kəndləri Kəlbəcər, Ağdam və Tərtər rayonlarına verilmişdi.//publika.az/
20-11-2023, 18:24 | MN: Bu ərazilərdə silahsızlaşdırma prosesi davam edir

İşğaldan azad olunmuş ərazilərdə 44 günlük müharibədən sonra 10 000-dən çox piyada əleyhinə, 3000-dən çox tank əleyhinə minalar aşkarlanıb.
Bunu Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqi zamanı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.
O bildirib ki, bu ərazilərdə hələ də silahsızlaşdırma prosesi davam edir, yeni silah anbarları aşkarlanır.
"19 sentyabra qədər qeydiyyatdan keçirilmədən qeyri-qanuni yollarla bu ərazilərə silahlar daşınmağa davam edib. Erməni silahlı qüvvələri mülki insanlara dronların hərbi məqsədlə istifadəsi ilə bağlı təlimlər keçib ki, bu dronlar vasitəsilə Azərbaycanın hərbi və mülki infrastrukturuna zərbələr vurulsun", - Anar Eyvazov qeyd edib.//APA//















