17-06-2022, 06:59 | Sezen Aksu haqda film və serial çəkiləcək

Sezen Aksu haqda film və serial çəkiləcək



Bir müddətdir səhnələrdən uzaq olan türkiyəli müğənni Sezen Aksu "Disney Plus"un reklam siması olub.

axşam.az-a istinadən xəbər verir ki, sənətdə olduğu müddət ərzində ilk dəfə sima seçilən Aksunun həyatı və karyerası barədə film və serial çəkiləcək.

Ekran işləri "Disney Plus"da yayımlanacaq.


16-06-2022, 07:55 | "Məcbur qalıb soyadımı dəyişdim" - Əməkdar artist


"Məcbur qalıb soyadımı dəyişdim" - Əməkdar artist


Əməkdar artist Nigar Şabanova sosial şəbəkədə "Qaragözova" soyadını dəyişməsinin səbəbini açıqlayıb.

axşam.az-a istinadən xəbər verir ki, xanəndə bu haqda "Xəbər-ətətr" proqramında danışıb. O bildirib ki, söz-söhbətlərə son qoymaq üçün həyat yoldaşının soyadını instaqram hesabından silib:

"Niyə ailə mövzusu adiləşməlidir? Niyə elə bir peşənin sahibi adiləşməlidir, camaatı yormalıdır? Sevincək olsaydım, başqa müğənnilər kimi bütün günü şəkil paylaşardım, həyatım onla bağlı olardı. Axırda bezdim və soyadımı da dəyişdim".

Qeyd edək ki, Nigar Xəyyam adlı hərbçi ilə ailəlidir.


16-06-2022, 07:42 | "Tək səninəm" dediyiniz biri var?" sualına Məleykənin cavabı belə oldu

"Tək səninəm" dediyiniz biri var?" sualına Məleykənin cavabı belə oldu


Xalq artisti Məleykə Əsədova "7 canlı" proqramında qonaq olub.

axşam.az-a istinadən xəbər verir ki, aktrisa şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. O, aparıcı Vüsalə Əlizadənin "Tək səninəm" dediyiniz biri var?" sualına belə cavab verib:

"Zamanında olub, indi qızımdır. Sabah nə olacaq bilmirəm, amma mənə lazım deyil, çünki qız övladı böyüdürəm. Böyük danışmayım. Real deyil, həyatım Allahıma və qızıma aiddir. Qızım özüm boydadır, oxuyur. Universitetə daxil olsun. Vaxtım var ki, başqa nəyəsə? Qaçıram harasa. Sevgi ancaq övladıma, Allahımadır. Övladıma düzgün anayam".

Qeyd edək ki, M.Əsədovanın Gülər adlı qız övladı var.


16-06-2022, 07:29 | Bu haqda heç nə deməyim - Röya sevgilisini gizlədir? - VİDEO


Bu haqda heç nə deməyim - Röya sevgilisini gizlədir? - VİDEO

ATV-nin "Günün sədası" proqramının budəfəki qonağı Xalq artisti Röya Ayxan.

Müğənni bildirib ki, sevgi ilə bağlı suala cavab vermək istəmir:

"Ürəyimdə qırmızı-qırmızı şarlar var. Bu haqda heç nə deməyim. Bilmirəm çünki. Belə daha xoşbəxt və gözələm. Mənim həyatımda bir şey baş versə də mən yenə sənətimi seçirəm".



15-06-2022, 16:07 | "Əfsanələr geri döndü" - FOTOlar

"Əfsanələr geri döndü" - FOTOlar


Müğənni Sevda Yahyayeva uzun müddətdən sonra yenidən həyat yoldaşı ilə görüntüsünü yayımlayıb.

axşam.az-a istinadən xəbər verir ki, cütlük birlikdə Xalq artisti Röya Ayxanın ad gününə qatılıb.
Ətraflı

Sevda paylaşımına "Əfsanələr geri döndü" qısa şərhini yazıb.


15-06-2022, 15:13 | Nişanlısından 3 gün sonra öldü - 4 gün sonra toyları olacaqdı

Nişanlısından 3 gün sonra öldü - 4 gün sonra toyları olacaqdı


QƏZA

İyunun 12-si Şəki şəhərində toya hazırlaşan nişanlı cütlük qəzaya uğrayıb. "Mersedes" markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Avtomobildə olan nişanlısı 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.

qafqazinfo-ya istinadən xəbər verir ki, Balakən rayon Hənifə kənd sakini olan Göyüşova Günel bu gün Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, cütlüyün iyun ayının 19-u Baləkən rayonunda toyları olacaqdı.




15-06-2022, 14:48 | Azərbaycanlı müğənni İstanbuldakı toy tarixini açıqladı


Azərbaycanlı müğənni İstanbuldakı toy tarixini açıqladı


Müğənni Orxan Babazadə ailə həyatı quracaq.

BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi bu haqda "Həmin Zaur" proqramında danışıb. Babzadə toy tarixini də açıqlayıb. Onun şad günü İstanbulda oktyabr ayında baş tutacaq.
Ətraflı

Qeyd edək ki, Orxanın toy məclisi İstanbulun dəbdəbəli məkanlarından birində keçiriləcək. O, məclisə şou-biznes nümayəndələrini də dəvət edəcək. Hətta ifaçı verilişlərdən birində 100 həmkarının təyyarə biletinin pulunu öz cibindən verəcəyini deyib.


15-06-2022, 09:22 | "Şeron"la o tədbirdə utandım girdim yerə"

"Şeron"la o tədbirdə utandım girdim yerə"


"Şeron"da oxuyanda da fərqli idim. Hamı qara geyinirdi, mən ağ kostyumda gəlirdim. Birlikdə qatıldığımız sonuncu toy Xalq artisti Faiq Ağayevinki idi".

axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "7 Canlı" proqramında deyib. İfaçı "Şeron" qrupundan ayrılma səbəbini açıqlayıb:


"Bir dəfə Anar Məmmədxanov dedi ki, uşaqlar, başqa mahnınız yoxdur? Utandım, girdim yerə. 3 il fəaliyyət göstər, 3-4 mahnı olsun, 1 klip olmasın və az sayda kostyum olsun. Dedim, artıq mən dözə bilmirəm, çıxıram. Xoşlamıram kimsə desin ki, təzə mahnı yoxdur?".

Qeyd edək ki, Vaqif Gərayzadənin rəhbərliyi altında fəaliyyətə başlayan "Şeron" qrupunun solistləri Elnur Məmmədov, Samir Cavadzadə, Rüstəm Zeynallı, Ülvi Cəfərov olub.


15-06-2022, 09:19 | 78 yaşında koronavirusa yoluxdu

78 yaşında koronavirusa yoluxdu


"The Rolling Stones" qrupunun solisti Mik Caqqerin koronovirus testinin müsbət çıxdığı açıqlanıb.

olay-a istinadən xəbər verir ki, 78 yaşlı sənətçinin xəstəliyindən sonra qrupun Amsterdam konserti təxirə salınıb.

Açıqlamada tamaşaçıların, tur komandasının və qrupun digər üzvlərinin sağlamlığının prioritet olduğu vurğulanıb.

15-06-2022, 09:17 | “Mənə edilənləri desəm, 10 nəfər həbs olunar” - Gənc ifaçı

“Mənə edilənləri desəm, 10 nəfər həbs olunar” - Gənc ifaçı


Türkiyəli gənc ifaçı Aleyna Tilkinin son paylaşımı diqqət çəkib.

olay-a istinadən xəbər verir ki, pop ulduz Tvitterdə qalmaqallı status paylaşıb.
Ətraflı

Aleyna "Uşaqlıqda mənə edilənlərdən danışsam, ən az 10 nəfər həbs olunar", - deyə bildirib.

Bundan sonra həm sənət dünyasından, həm də sosial şəbəkə istifadəçilərindən ifaçıya dəstək gəlib. Hər kəs onun susmamasını, baş verənləri danışmasını söyləyib.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.