20-10-2021, 08:40 | Məktəbdə oxuyanda oğlanları döyürdüm" - Sevda Ələkbərzadə

Məktəbdə oxuyanda oğlanları döyürdüm" - Sevda Ələkbərzadə


"Anama çox bağlı olmuşam, onsuz bir gün də qalmırdım. Bir dəfə məni nənəmgildə qoydu, səhərə kimi onun paltarını qucaqlayıb ağlayırdım. Məktəbdə oxuyanda oğlanlar məndən qorxurdu, onları döyürdüm. Buna görə də valideynlərimi tez-tez məktəbə çağırırdılar".

Bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə "Özəl" proqramında danışıb. müğənni uşaqlığından, anasına bağlılığından danışıb.

S.Ələkbərzadə bir çoxlarının onun ifasından öyrənib ali məktəbə daxil olduğunu söyləyib:

"Kimin üçünsə məktəb olursansa, bu, yaxşıdır. Örnək olmaq başqa, məktəb olmaq başqadır. Mən məktəb oldum. Gələcəkdə də məktəb olacam. Ali məktəblərə mənim oxuduğum mahnıları öyrənir, universitetə daxil olurlar. Virtual müəlliməyəm. Londonda, İranda, Praqa, Türkiyədən bunu mənə yazırlar. hamısı da ali məktəbə daxil olur. Məni dinləyib, öyrənib, mənim kimi ifa edirlər. Ola bilsin başlanğıcda bunu edirlər, amma sonradan özlərini tapmalıdırlar".


10-10-2021, 10:22 | "Müğənni siqaret çəkib, içki içməməlidir" - Brilliant Dadaşova

"Müğənni siqaret çəkib, içki içməməlidir" - Brilliant Dadaşova

"Bəziləri müğənnini görünüşünə, bəzisi isə qulağı ilə sevir. Elə bu da qadın kimidir: elə qadınlar var ki, qulağı ilə sevir, gözəl sözlərə aldanır. Eləsi də var ki, zahiri görünüşə, intellektə baxır. Həm də maddiyat böyük rol oynayır. Həyat tərzi çox bahalaşıb. Musiqidə də böyük vəsaitlər var. Bizim sənət bahalıdır. Mahnı almaqdan, studiyaya qədər xərclənən pullar... Bir şeyi iki dəfə geyinəndə zəng edirlər ki, onu geyinmişdin də".

Bu sözləri Xalq artisti Brilliant Dadaşova "Özəl" proqramında deyib. O, müğənnilik sənətinin bahalı olmasından danışıb. Dadaşova bildirib ki, sənət adamları bir geyimi iki dəfə geyinə bilmir.

Müğənni eyni zamanda gənclərin həyat yoldaşı seçimindən gileylənib:

"İndi gənclər üçün öz yarısını tapmaq çət.

axşam.az

9-10-2021, 09:49 | Çağla Şıkel şəxsi həyatından danışdı: “Kasıb biriylə...” - FOTO

Çağla Şıkel şəxsi həyatından danışdı: “Kasıb biriylə...” - FOTO

Türkiyəli məşhur model və aparıcı Çağla Şıkel Kenan Doğulunun konsertinə gələnlər arasında olub.

42 yaşlı model münasibətləri barədə jurnalistlərin verdiyi sualları cavablandırıb.

"Həyatınızda kimsə varmı?" sualına Şıkel "Əgər biri olsaydı mən də istərdim ki, bir yerdə gələk, konsertdə musiqi dinləyək, amma indi yoxdur", deyə cavab verib.

O bildirib ki, birlikdə olduğu şəxsin kasıb və ya zəngin olmasının onun üçün fərqi yoxdur:

"Allaha şükür mənim hər şeyim var. Kasıb biriylə də sevgili olaram".

Bir zaman Kənan Doğulu ilə də eşq yaşadığı barədə söz-söhbəti gəzən məşhur jurnalistlərin bu mövzunu xatırlatmasından sonra sualları cavabsız qoyub.

Qeyd edək ki, Şıkel müğənni Emre Altuğla boşanandan sonra aktyor Kaan Yıldırımla sevgili olması ilə gündəmə gəlmişdi.

9-10-2021, 09:15 | Bred Pittə görə 164 milyonluq ərazini satır

Bred Pittə görə 164 milyonluq ərazini satır

Hollivud ulduzu Ancelina Coli ilə keçmiş həyat yoldaşı Bred Pitt arasındakı məhkəmə proseslərindən biri bitib.

Ancelina "Chateau Miraval" şərab şirkətindəki 50 faiz payını satıb. O, 164 milyon dollarlıq ərazinin ona aid səhmlərini "Tenute del Mondo" şərab qrupunun adına keçirib.

Qeyd edək ki, cütlük sözügedən ərazini 2011-ci ildə satın alıb.

30-09-2021, 08:37 | "Hiss etməliyəm ki, həyatımda əsl kişi var"

"Hiss etməliyəm ki, həyatımda əsl kişi var"


Müğənni Ayan Babakişiyeva "Üzə-düz" verilişində qonaq olub.

Ayan veriliş zamanı maraqlı açıqlamaları ilə diqqət çəkib. O, ailə quracağı insan haqqında danışıb:

"Həmişə demişəm ki, mənim həyatımda olan insan məndən 10 qat artıq güclü olmalıdır. Və mən hiss etməliyəm ki, mənim həyatımda əsl kişi var. Zaman var idi ki, özəl həyatımdan ağız dolusu danışırdım. Indi susacam ancaq. Bu mənim şəxsi həyatımdır. Hər zaman sevilən qadın olmuşam

big.az

23-09-2021, 06:19 | Boşanma xəbərləri yayılan Nazilə Səfərli növbəti dəfə ana olacaq - “UZİ” görüntülərini paylaşdı

Boşanma xəbərləri yayılan Nazilə Səfərli növbəti dəfə ana olacaq - “UZİ” görüntülərini paylaşdı


Şairə Nazilə Səfərli növbəti dəfə ana olacaq.

Bu barədə N.Səfərlinin özü məlumat yayıb. O, "UZİ" görüntülərini paylaşaraq bu sözləri yazıb:

"Şükür, balam böyüyür. Natiq həkim, mənə bu qədər hörmət etdiyin üçün çox sağ ol. Uşaq deyəsən akrobat olacaq".

Qeyd edək ki, bir müddət öncə N.Səfərlinin hamilə olması ilə bağlı xəbərlər yayılıb. Lakin şairə bu haqda danışmayıb.

sherg.az-

22-09-2021, 06:46 | Safura doğum gününü belə qeyd etdi - VİDEO

Safura doğum gününü belə qeyd etdi - VİDEO

Xəbər verdiyimiz kimi ötən gün "Eurovision" təmsilçilərimizdən olan Safura Əliyevanın doğum günü idi.

Safura sosial media hesabında doğum günündən video paylaşıb. Videoda Safuranın həyat yoldaşı Fərhad Əliyev də yer alıb.

Qeyd edək ki, Safura mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün üç övladı var.

Həmin videonu təqdim edirik:


big.

22-09-2021, 06:27 | Xatirə müalicə üçün Rusiyaya getdi - "Həkim nəzarətindəyəm"

Xatirə müalicə üçün Rusiyaya getdi - "Həkim nəzarətindəyəm"

Müğənni Xatirə İslam bir müddətdir Rusiyadadır.

Sənətçi Moskvaya müalicəyə getdiyini bildirib. O qeyd edib ki, hazırda həkim nəzarətindədir və təcili olaraq çəki atmalıdır:

"Hələ də arıqlamaq üçün bir vasitə tapmamışam. Müalicəmlə əlaqədar pəhriz saxlamalıyam. Həkim deyib ki, gündə 2,5 litr su içməliyəm. Bir çox adam mənə arıqlamaq üçün dərman dedi. Amma tərkibində kimyəvi qatqı olan heç nə içə bilmərəm. Kimyəvi maddələr olan çaydan da uzaq durmalıyam. Tərkibində heç bir zərərli maddə olmayan arıqladıcı vasitələr lazımdır. Həkim nəzarətindəyəm".

Qeyd edək ki, sənətçi bir müddət əvvəl ana olmaq istədiyini bunun üçün müalicə aldığını açıqlamışdı. "İki ildən artıqdır ki, müalicələr edirəm. Xanımlar bilir ki, hormonal dərmanlar ziyandır. İki il fasiləsiz onlardan istifadə etmişəm ki, yenidən ana olum. Hər dəfə yazırlar Xatirə ana olacaq. Normal qadınam, olmalıyam. Amma olanda açıqlayacam. Keyfiyyətsiz həkimlərin müalicəsi nəticəsində 20 kiloqram çəki aldım.


İndi ikinci dəfə ana olmaq yolunda sonuncu addımı atmışam. Son şansımdır. Ortada heç nə yoxdur, amma çalışıram. Müalicə gedir" deyə, Xatirə açıqlamasında qeyd edib.


axşam.az

22-09-2021, 06:25 | "Cenniferin dünyaya təsirinə heyranam"

"Cenniferin dünyaya təsirinə heyranam"

Müğənni Cennifer Lopez sevgilisi Ben Affleklə eşq yaşamağa başladıqdan sonra ilk dəfə birgə müsahibə veriblər.

Adweek"ə danışan Cennifer karyerasından bəhs edərək öz timsalında hər irqdən olan insanın uğur qazana biləcəyini açıqlayıb.

Afflek öz növbəsində sevgilisinə heyran olduğunu bildirib:

"Cenniferin dünyaya təsirinə heyranam. Bir sənətçi kimi edə biləcəyim ən böyük şey insanlara təsir edən filmlər çəkməkdir. Cennifer isə insanlara bu ölkədə hər birinə yer olduğunu hiss etmələri üçün ilham verir. Tarixdə çox az adam bunu bacarıb. Mən bunu heç vaxt edə bilmərəm, amma bunu dəstəkləyirəm, hörmət edirəm və heyranam".


Cütlük yeni ildə bir yerdə olmaq üçün işlərinə ara verəcəklərini və övladları ilə birgə vaxt keçirəcəklərini qeyd ediblər.

axşam.az

21-09-2021, 14:34 | Kamilə Babayeva bu kanalda çalışacaq

Kamilə Babayeva bu kanalda çalışacaq

Aparıcı Kamilə Babayeva da uzun fasilədən sonra bu mövsüm televiziyaya qayıtmaq qərarı verib.

Bu haqda aparıcı axşam.az-a açıqlamasında deyib. O bildirib ki, AzTV-də çalışacaq:

"Verilişin adı hələ məlum deyil. Səmimi ortamda söhbət olacaq. Həftəsonu yayımlanacaq. Proqramda sənət adamları, sayılıb-seçilən ziyalılar, yazarlar yer alacaq".

Qeyd edək ki, K.Babayeva sonuncu dəfə sözügedən kanalda "Görüş yeri" verilişinə aparıcılıq edib. Onun proqramı bir mövsüm davam etmiş, daha sonra yayımı dayandırılmışdı. K.Babayeva bir ildən çoxdur ki, aparıcılıq fəaliyyətinə fasilə verib.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.