12-10-2023, 17:45 | Əməkdar artist efirdəki biabırçılıqdan danışdı: “Onların abırı-həyası yoxdur”

Əməkdar artist efirdəki biabırçılıqdan danışdı: “Onların abırı-həyası yoxdur”


Müğənni Nüşabə Musayevanın "Bizimləsən" verilişində doğma xalası haqda verdiyi açıqlamalar gündəmi alt-üst etdi.

ifaçı canlı efir zamanı atasının anasına xalası ilə xəyanət etdiyini açıqlayıb. Daha sonra verişildə üz-üzə gətirilən qohumlar qarşıdurma yaşayıblar. İfaçının xalası deyilənlərin tamamilə yalan olduğunu bildirib. O, canlı efirdə Nüşabəni ögey atası ilə yataqda gördüyünü iddia edib.

Sözügedən kadrlar isə sosial şəbəkələrdə qısa zaman ərzində paylaşılıb və sərt tənqidlə qarşılanıb. Tez-tez hansısa verilişdə efirə yaraşmayan söhbətlərin, müzakirələrin getməsi məsələsi yenidən aktuallaşıb.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Gülşad Baxşiyeva şəxsi məslələrin efirdə, hər kəsin gözü önündə danışılmasının əleyhinə olduğunu bildirib:

"Bu mövzuda bayağı, bütün həyatını çılpaqlığı ilə efirə, səhnəyə daşıyanlar niyə danışmır? Onlar niyə şkaflarında neçə paltarları olduğunu, bütün şəxsi həyatlarını gündəmə gətirirlər bilmirəm. Gizlin qalmalı şeylər elə gizlin qalmalıdır. Bir məsəl var: Adam yediyini deməz. Yəqin ki, bizlər Nuh əyyamından qalmışıq. Amma biz bu cür şəxsi məsələləri həmişə gizli saxlamışıq. İndi başqa bir dövr gəlib, hamı nə edirsə, dəqiqəsinə, saniyəsinə qədər çıxıb danışır. Düşünürəm ki, onların abrı da, həyası da yoxdur".

Aktrisanın sözlərinə görə, bəzi şeylərin gizli qalması daha məqsədəuyğundur. O, hər şeyi açıb-ağardan sənətçiləri sərt şəkildə tənqid edib:

"O vaxt, bizim dövrümüzdə məşhurlarla bağlı şeylər gizli qalırdı. Çünki o vaxt "İnstagram", digər sosial şəbəkələr, saytlar yox idi. Nə olurdusa, teatrın daxilində olurdu və kənara çıxmırdı. Amma bu gün biri asqıranda bunu bütün ölkə bilir. Çünki həmin "məşhur" asqırdığını da "İnstagram"da yazır ki, əziz izləyicilər, mən bu gün yuxudan oyandım və iki dəfə asqırdım.

Bunu etmək lazım deyil, hər şeyin gizli qalması daha məsləhətdir. Bu zaman izləyiciyə də maraqlı olursan.

Bizim dövrümüzdə də çox şeylər olub, amma o "mətbəx"dən qırağa çıxmayıb. İndi isə hamı deyir ki, mən beləyəm, danışıram, əcəb edirəm, yaxşı edirəm.

Bu cür cəmiyyət təbii ki, zamanla pozğunluğa doğru gedəcək. Abır-həya itəndən sonra geriyə heç nə qalmır. Bir az müşahidə kifayət edər ki, artıq bu cür olduğunu görək.

Biz dünya şöhrətli müğənnilərə, aktrisalara da baxırıq. Onlar hər zaman sadəliyi ilə diqqət çəkiblər. Makiyajları, estetik əməliyyatları sadədir, təbiiliklərini qoruyub saxlayırlar, lakin bizdə hər şey sanki göstəriş üçündür. Niyəsini isə anlamıram. Özüm elə adam olmadığım üçün digərlərinin niyə bu cür etdiyinin də cavabını bilmirəm, açığı, heç bilmək də istəmirəm. Mən yerli telekanallara belə baxmıram, yalnız xəbərləri izləyirəm. Telekanallarımızda gedən verilişlərdəki danışıqlara qulaq asmıram, müzakirələri izləmirəm". yenisabah.az-


12-10-2023, 17:36 | Məşhur modelin 19 yaşlı qızı alt paltarı reklamında

Məşhur modelin 19 yaşlı qızı alt paltarı reklamında


Məşhur model Haydi Klumun və milyarder Flavio Briatorenin qızı Leni İtaliyanın "Intimissimi" brendi üçün yeni fotosessiyaya çəkilib.

Leni Klum anasının peşəsini davam etdirib və 2020-ci ildə, cəmi 16 yaşında modellik karyerasına başlayıb. O, anası ilə birlikdə "Vogue Germany" jurnalının üz qabığında yer alıb.



26-08-2022, 10:48 | Evlənməyə hazırlaşırdılar, ayrıldılar

Evlənməyə hazırlaşırdılar, ayrıldılar


Evlilik hazırlığında olan türkiyəli aktrisa Hilal Altınbilek sevgilisi Metin Harayla ayrılıb.

axşam.az-a istinadən xəbər verir ki, cütlüyün ayrılmasına səbəb isə Haranın qısqanclığı olub.

Qeyd edək ki, onlar 1 ildir eşq yaşayırdı.


26-08-2022, 10:42 | TikTok-a görə Xalq artistini teatrdan çıxarıblar?

TikTok-a görə Xalq artistini teatrdan çıxarıblar?


Xalq artisti Bilal Əliyevin TikTok-dakı fəaliyyətinə görə solisti olduğu Rəşid Behbudov adına Dövlət Mahnı teatrından çıxarıldığı iddia olunub.

olay-a istinadən xəbər verir ki, bildirilib ki, məşhur müğənninin sözügedın platformada izləyicilərini təhqir etməsi, tez-tez canlı yayım açması onun işdən uzaqlaşdırılması ilə nəticələnib.

OLAY həmin ittihamlarla bağlı teatrın direktoru Kazım Qasımlı ilə əlaqə saxlayıb. O deyib ki, müğənni ilə əməkdaşlıqları illər əvvəl bitib:

"6-7 il bundan əvvəl teatrın solisti olub. İndi isə bizimlə çalışmır".

B. Əliyev də yayılan iddialara münasibət bildirib. O, olay-a açıqlamasında təqaüdə çıxdığı üçün işdən ayrıldığını deyib:

"İslahatlar aparıldı. Ondan sonra bizim yollarımız ayrıldı. Mənim də təqaüd yaşım idi. Vokalistlər də bilirsiniz ki, 57 yaşından sonra təqaüdə çıxırlar. Ona görə ayrıldım".

1-07-2022, 15:48 | Afət Fərmanqızı Flora Kərimovaya uduzdu

Afət Fərmanqızı Flora Kərimovaya uduzdu


Müğənni Afət Fərmanqızının apelyasiya şikayəti təmin edilməyib.

lent.az-a istinadən xəbər verir ki, müğənninin vəkili tərəfindən Binəqədi rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə bu gün baxılıb. Nəticədə onların şikayəti təmin edilməyib və yenidən baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Ətraflı

Qeyd edək ki, müğənni A.Fərmanqızının vəkili mayın 13-də Binəqədi rayon Məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.

Xatırladaq ki, bir neçə aydır A. Fərmanqızı ilə xalq artisti Flora Kərimova arasında məhkəmə çəkişməsi davam edir.

30-06-2022, 08:31 | Brilliant Dadaşovadan həyat yoldaşı ilə bağlı paylaşım - VİDEO

Brilliant Dadaşovadan həyat yoldaşı ilə bağlı paylaşım - VİDEO


Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı Ədalət Hacıyevlə bağlı paylaşım edib.

axsam.az-a istinadən xəbər verir ki, müğənni həyat yoldaşının ad günü olduğunu vurğulayıb.

O, video yayımlayaraq "Ədalət müəllim, ad günün mübarək. Çox sağ ol, mənə gözəl bir oğlan hədiyyə etmisən. Səni də, o oğlanı da çox sevirəm. Təbrik edirəm, neçə-neçə belə illərə çıxasan, Allah sənə can sağlığı versin" sözlərini söyləyib.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin 63 yaşı olur.


30-06-2022, 08:20 | Tünzalə qızı ilə eyni səhnədə - VİDEO

Tünzalə qızı ilə eyni səhnədə - VİDEO



Xalq artisti Tünzalə Ağayeva prodüseri Yalçın Cabbarovun qızının toyundan video paylaşıb.

Ağayeva məclisə qızı Fidanla birgə qatılıb.

Onlar səhnədə gəlin və Bəylə birgə rəqs ediblər.



30-06-2022, 08:10 | “Cüneytin qızı rolunu oynayacaqdım, görüşəndə ondan soruşdum ki..” - FOTO

“Cüneytin qızı rolunu oynayacaqdım, görüşəndə ondan soruşdum ki..” - FOTO


Əfsanəvi türkiyəli aktyor Cüneyt Arkının ölüm xəbəri yerli sənətçilərimizi də təsirləndirib. Xalq artisti Nübar Novruzova aktyorun ölümündən dərin hüzn keçirdiyini və onunla görüşünü belə xatırlayıb.

Sənətkar bu haqda moderator.az-a danışıb.

"Əlbəttə ki, Cüneyt Arkının dünyasını dəyişməsi mənə çox təsir etdi. Təxminən 1991-ci il idi, o Bakıya gəlmişdi. Bir film layihəsi var idi, orada birlikdə çəkilməli idik. Mən Cüneyt Arkının qızı rolunu oynayacaqdım. Daha sonra mən ailə həyatı qurdum, çəkilmədim. Daha sonra həmin filmin aqibəti mənə də qaranlıq qaldı. Çünki Türkiyəyə getməli idim, o dövrdə Özbəkistanda da bir filmə çəkiləcəkdim, ona da çəkilmək alınmadı. O vaxt mən çəkildiyim tamaşaların görüntülərini görmüşdü, çünki öncədən onlara baxmışdı, öz fikirlərini söyləyirdi. Nazim Hikmətin "Unudulan adam" televiziya tamaşamı izləmişdi. Ünsiyyətimiz də olmuşdu, ondan soruşdum ki, "Qız qalasını, İçərişəhəri sevdiniz?". Əlbəttə ki, Bakını çox sevdiyini bildirmişdi. Allah rəhmət etsin, çox gözəl insan idi. O cür böyük sənətkar çox sadə insan idi, dəyər-qiymət verirdi, necə gözəl sözlər deyirdi mənə" deyə sənətkar bildirmişdi.


30-06-2022, 08:01 | Kendal Cenner lüt şəklini yaydı - FOTO

Kendal Cenner lüt şəklini yaydı - FOTO



Dünyaca məşhur supermodel Kendall Cenner bu dəfə instaqram hesabındakı paylaşımla diqqət çəkib.

axsam.az-a istinadən xəbər verir ki, model hovuzun qarşısında çəkdirdiyi çılpaq fotosunu izləyiciləri ilə bölüşüb.

Reklamınızı SmartBee ilə effektiv edin.

Kendallın şəklinə 9 milyona yaxın bəyənmə gəlib.


28-06-2022, 08:29 | "Mənə qarşı diqqətli deyil" - Xumar şikayət etdi - VİDEO

"Mənə qarşı diqqətli deyil" - Xumar şikayət etdi - VİDEO



ATV-nin "Zaurla Günaydın" proqramının budəfəki qonağı müğənni Xumar Qədimova olub.

Müğənni efirdə bacısından şikayətçi olub.

"Matandan şikayət edəcəm. Hansısa tədbirdə oxuyuram, gəlib deyirlər ki, Xumar xanım, paltarın etiketini çıxartmamısınız. Bacım o dərəcədə mənə laqeyddir. Bu bir-neçə dəfə olub. Mənə qarşı diqqətli deyil. Efirə çıxanda deyir ki, Zaurun adını çəkməliydin, sən filan sözü deməliydin. Ay qız, nolar, bir az da məni düşün".



������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.