Afət Fərmanqızı Flora Kərimovaya uduzdu
Afət Fərmanqızı Flora Kərimovaya uduzdu


Müğənni Afət Fərmanqızının apelyasiya şikayəti təmin edilməyib.

lent.az-a istinadən xəbər verir ki, müğənninin vəkili tərəfindən Binəqədi rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə bu gün baxılıb. Nəticədə onların şikayəti təmin edilməyib və yenidən baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Ətraflı

Qeyd edək ki, müğənni A.Fərmanqızının vəkili mayın 13-də Binəqədi rayon Məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.

Xatırladaq ki, bir neçə aydır A. Fərmanqızı ilə xalq artisti Flora Kərimova arasında məhkəmə çəkişməsi davam edir.
Tarix: 1-07-2022, 15:48