15-12-2023, 13:41 | Azərbaycan “Qarabağ”ın sayəsində Rusiyanı geridə qoydu

Azərbaycan “Qarabağ”ın sayəsində Rusiyanı geridə qoydu



"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda qələbə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

Respublica.Az report.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin Bakıda İsveçin "Hakken" klubuna 2:1 hesabı ilə qalib gəlməsi ölkə reytinqinə daha 0,500 əmsal əlavə edib.

Komandanın pley-offa adlaması daha 0,500 əmsalın qazanılmasına səbəb olub. Nəticədə ölkənin cari mövsümdəki əmsalı 4,875-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 19,125-dir. Bununla Azərbaycan UEFA reytinqində Rusiyanı geridə qoyaraq, 28-ci pilləyə yüksəlib.

Baş tutan qarşılaşmalar Danimarka, Yunanıstan, Macarıstan, Bolqarıstan, Sloveniya, Bosniya və Herseqovinanın irəliləməsinə, Norveç, Serbiya, İsveç, Slovakiya, Rusiya, Moldova və Lixtenşteynin geriləməsinə səbəb olub.

Reytinqə 100,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,114) ikinci, İtaliya (83.284) isə üçüncü pillədə qərarlaşıb.

Respublica.Az



15-12-2023, 13:38 | İDMAN “Qurban Qurbanov olmasaydı, Azərbaycan futbolu nə edərdi?” sualına - Özündən cavab

İDMAN “Qurban Qurbanov olmasaydı, Azərbaycan futbolu nə edərdi?” sualına - Özündən cavab



"Qarabağ"ın baş məşqçisi Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Hekken"lə keçirilən matçdan sonra mətbuat konfransında iştirak edib.

Respublica.Az xəbər verir ki, qafqazinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- 9 il əvvəlki "İnter"lə oyundan sonra demişdiniz ki, bu yolda davam edəcəyik...

- Həmin oyun yadımdadır. Başqa şanslarımız da olmuşdu. Amma biz həmişə irəli baxırıq. Geriyə baxmaq, həmin sayılmayan qolu xatırlamaq istəmirəm. Bəlkə də bizim üçün faydası oldu. Düzdür, 9 il əvvəl adımız siyahıda olmalı idi. Amma alınmadı və buna baxmaq olmaz. Həmin oyundan sonra Prezident İlham Əliyev də bizi qəbul etmişdi, bu da bizi möhkəmləndirmişdi. Böyük dəstək olmuşdu bizə. Ondan sonra da şanslar var idi. PAOK-u hər iki matçda udduq, amma sonra onlar "Fiorentina"nı udub qrupdan çıxdı.

- Telefonda ilk sizi təbrik edən kim oldu?

- Zaqatala rayonunun icra başçısı idi. Azarkeşdir və hər zaman mənə zəng edib təbrik edir.

- Potensial rəqiblərinizin içərisində kimisə xüsusi olaraq görmək istəyərdiniz?

- Ordakı komandalar Çempionlar Liqasında uğur qazanmaq üçün mübarizə aparırlar. Kimisə seçmək istəməzdim.

- Ötən il Konfrans Liqasında 1/16 final mərhələsinə çıxanda aparıcı bir neçə futbolçunu başqa klublar aldı. Bu dəfə daha böyük turnirdə 1/16 final mərhələsinə çıxmısız. Qorxmursuz ki, oyunçularınıza "elçin" düşənlər çoxalacaq...

- Açığı, bu cür hallarla rastlaşırıq. Bu il də futbolçularımızla maraqlananlar var. Amma bu, normal haldır.

- Marko Veşoviç "qırmızı" almamışdan öncə sanki onu əvəzləmək istəyirdiniz...

- Sarı vərəqə alanda əvəzləmək istəyirdim. Çünki qırmızı vərəqə almaq ehtimalı var idi. Sağ olsun hakim imkan vermədi (gülür).

- Kadi Borxes yenidən "Qarabağ"a qayıda bilər?

- Belə bir söhbət yoxdur. Amma burdan gedən hər kəsə qapımız açıqdır. Kadinin böyük müqaviləsi var. İnşallah, "qayıdar" desəm də, düz çıxmayacaq.

- Sizcə, Musa Qurbanlı bu oyundan sonra düşündümü ki, kaş bu il də "Qarabağ"da qalardım?"
- Musa fərqli xarakterdə oyunçudur. Onun üçün legioner həyatı yaşamaq çox önəmli şeydir. Avropanın ortabab ölkələrində oynamaq da yaxşı hal sayılır. Düşünmürəm ki, o heyfislənir. Əgər bu düşüncədə olsa, inkişaf edə bilməz.

- Həmişə biz bunu düşünürük, bu dəfə sizdən soruşaq ki, Qurban Qurbanov olmasaydı, Azərbaycan futbolu nə edərdi?

- Hansı sahədə oluruqsa, Azərbaycan vətəndaşıyıqsa, məsuliyyətli olmalıyıq.

- Juninyo sevincini sizinlə elə bölüşdü ki, sanki 10 ildir burdadır. Futbolçuların bu cür sevgisini necə qazanırsız?

- Biz bir ailəyik. Juninyonun xarakteri başqa cürdür, əsl idmançı keyfiyyətlərinə malikdir. Bu onun tam potensialı deyil. Həmişə düşünmüşəm ki, idmançı üçün "çempion" adı vacibdir. Bunu qazanmamısansa, deməli, sən böyüməmisən. Juninyo Portuqaliyada çıxış edib, böyük klublara qarşı oynayıb. Amma burdakı məsuliyyət heç zaman olmayıb. Onunla bəzən danışırıq, müzakirə edirik, zaraftlaşırıq, amma o bizim ciddiyətimizi anlayır. Bəlkə də bu məsuliyyəti özündə yaratdığıma görə mənə münasibəti çox yaxşıdır.

- Daim komandanı motivasiya edən Qurban Qurbanovu nə motivasiya edir?

- Bəzən uğur üçün düstur axtarırsan. Mən həmişə məsuliyyətli olmağa çalışıram, güvənən insanların inamını doğrultmağa çalışıram. Sadəcə bunları düşünərək işimi görürəm.

Respublica.Az



15-12-2023, 06:42 | Abort qadağasının TƏHLÜKƏLƏRİ

Abort qadağasının TƏHLÜKƏLƏRİ


ABŞ-ın bəzi ştatlarında abort qadağası arzuolunmaz hamiləliyin kəsilməsinin daha təhlükəli növlərinin yayılmasının artmasına səbəb olub.

Respublica.Az lent.az-a istinadən xəbər verir ki, ABŞ ştatlarının yarısında aborta girişi qadağan edən və ya məhdudlaşdıran qanunlar var.

Onların qəbulu abort üçün orta gözləmə müddətinin artmasına səbəb olub: bu, beş ilə səkkiz iş günü arasında dəyişir. Siyasi və ideoloji müzakirələr davam edərkən, qadınların həyatı və sağlamlığı risk altındadır, xüsusilə də mürəkkəb hamiləliklərlə üzləşən qadınların həyatı və sağlamlığı təhlükəlidir.

Abort qadağası qadınları ştatdan kənara çıxmağa məcbur edib və bəziləri daha təhlükəsiz tibbi abortlardan məhrum olub. Araşdırmalar həmçinin göstərib ki, bəzi klinikalarda 14 həftə və ya daha sonra abort edən xəstələrin sayında artım müşahidə olunub ki, bu da sağlamlıq risklərinin artması ilə əlaqələndirilir.

Bundan əlavə, bəzi qadınlar hamiləlik onların həyatını təhlükə altına alsa belə, abort üçün icazə almaq üçün məhkəməyə müraciət etməli olurlar. Texas ştatında bir qadına hamiləliyini həyat qabiliyyətini itirən dölün patologiyası səbəbindən dayandırmağa icazə verilib.

Həkimlər hamiləliyin davam etdirilməsinin qadının sağlamlığı və gələcək hamiləlik və uşaq dünyaya gətirmə qabiliyyəti üçün təhlükə yaratdığını təsdiqlədikdən sonra qərar qəbul edilib. Başqa bir halda, Texas hakimi əlavə 18-ci xromosomu (trisomiya 18) olan qadının abort edə biləcəyinə qərar verib.

Respublica.Az


14-12-2023, 08:33 | Təşviş, nevroz və panik atakda hansı analizləri verməli?

Təşviş, nevroz və panik atakda hansı analizləri verməli?



Təşviş pozuntusu, depressiya, nevroz, panik atak - nevroloji, psixoloji xəstəliklər hesab olunsa da, əslində hər bir xəstəliyin fizioloji səbəbləri də ola bilər.

Orqanizmdə bir çox xəstəliklər var ki, onlar da eyni simptomları verir. Ona görə bu problemləri olanlar bəzi analizləri verib, əmin olmalıdırlar.

Respublica.Az həmin analizləri, müayinələri təqdim edir. Psixoterapevt və nevroloqa getməzdən əvvəl bunları yoxlayın:

1. Ümumi qan analizi, hemoqlobin

Qanazlığı, anemiya, hemoqlobin azlığı insanda apatiya, təşviş, yorğunluq, halsızlıq, enerji itkisi, hipoksiya baş verir. Ürək ritmi artır, təşviş panik ataklara səbəb olur.

2. Ferritin, dəmir analizi

Ferritin, dəmir azdırsa, yaddaş pozulması, diqqət yayılması, qıcıqlanma, təşviş, həyəcan, baş spazmları, hətta başgicəllənmə mümkündür.

3. Hormonlar - T3, T4, TH

Qalxanvari vəzin işi pozulduqda, xüsusən qadınlarda nevroz, depressiya, təşviş, halsızlıq - bir sözlə psixoz hallar mütləq olur. Bu insanlarda panik ataklar da baş verir

4. D və B 12 vitamini analizi

Bu vitaminlərin azlığı psixi vəziyyətə birbaşa təsir edir. Xəstədə depressiya, xroniki yorğunluq, ağrılar, gücsüzlük olur.

5. Onurğa, boyun müayinəsi

Onurğada problemlər birbaşa başa, beyinə təsir edir. Bu isə psixoloji problemlər yaradır. /medicina.az

Respublica.Az



13-12-2023, 15:09 | AFFA sənədləri saxtalaşdıran məşqçini futboldan uzaqlaşdırdı

AFFA sənədləri saxtalaşdıran məşqçini futboldan uzaqlaşdırdı


AFFA sənədlərin saxtalaşdırılmasında iştirak etmiş "Baku Sporting" klubunun məşqçisi Şamil Məmmədovu 6 ay şərti olmaqla, 12 aylıq futbolla bağlı fəaliyyətdən kənarlaşdırıb.

Buna səbəb U-13 Liqasında iştirak edən "Baku Sporting" komandasının heyətində yer alan futbolçu Roman Bayandurov adından lisenziyası olmayan Əli Hüseynov adlı şəxsin oyunlara çıxarılmasıdır.

Qeyd edilib ki, "Baku Sporting" komandasına həmin oyunlarda 0:3 hesablı texniki məğlubiyyət verilib.
Trend

13-12-2023, 14:04 | Bakıya palçıqlı yağış yağmasının səbəbləri açıqlanıb

Bakıya palçıqlı yağış yağmasının səbəbləri açıqlanıb



“Son zamanlar Bakıda və bir çox rayonlarda yağan yağış şəffaf deyil, bulanıq olur. Bu, atmosferin çirklənməsi və hava axınlarının əraziyə hansı istiqamətdən daxil olması ilə əlaqədardır”.

Bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya Şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov deyib.

“Yəni hava axınının gəldiyi ərazilərdə güclü külək, toz burulğanları varsa, müəyyən bir sinoptik şəraitdə bu toz yuxarı qalxaraq hava axınları ilə müəyyən marşrut üzrə yağıntılar gözlənilən yerə gəlib çatanda, tozun qatılığından asılı olaraq, palçıqlı və ya bulanıq yağış şəklində özünü göstərir”, - o deyib.

Səid Səfərov qeyd edib ki, hava axınları da istiqamətlərini dəyişdiyinə görə, günün müxtəlif saatlarında palçıqlı və ya bulanıq yağış müşahidə edə bilirik:

“Yağıntı uzun müddət davam edəndə atmosferdəki toz çökür və yağıntıdakı bulanıqlılıq azalır”.

13-12-2023, 12:06 | Balıq uşaqların sinir sisteminin normal inkişafına kömək edir – TƏDQİQAT

Balıq uşaqların sinir sisteminin normal inkişafına kömək edir – TƏDQİQAT



Uşaqların qida rasionuna balığn daxil edilməsi onları sinir-inkişaf pozğunluqlarından qoruyur.

Bu qənaətə Pensilvaniya Tibb Kollecinin (ABŞ) alimləri gəlib və nəticələri Microorganisms jurnalında dərc olunub.

Neyroinkişaf pozğunluqlarına diqqət, yaddaş, qavrayış funksiyasının pozulması, problemlərin həlli və ya sosial qarşılıqlı əlaqədə çətinliklər daxil ola bilər.


26-11-2023, 18:56 | “Google” qeyri-aktiv hesabları siləcək

“Google” qeyri-aktiv hesabları siləcək


Dekabrın ilk günlərindən etibarən "Google" bir sıra xidmətlər üçün aktiv olmayan istifadəçi hesablarını silməyə başlayacaq.

Bu barədə şirkət öz bloqunda xəbərdarlıq edib.

Yeni qaydalar "Gmail" sahiblərinə, sənədlərin yaradılması xidmətinə, disk yaddaşına, "Meet" audio zəng və videokonfrans xidmətinə, təqvim planlaşdırıcısına, həmçinin fotoşəkillər hostinqinə təsir edəcək.
Ətraflı
Ad - 00:11

Son iki ildə öz hesablarına daxil olmayan istifadəçilər onlara girişi itirəcəklər.

"Google" bu tədbiri şirkətin serverlərində yerin boşaldılması və məlumatların təhlükəsizliyinin artırılması ilə izah edib. //oxu.az/

26-11-2023, 18:18 | 18 yaşlı dünya çempionu Ayan Bakıda

18 yaşlı dünya çempionu Ayan Bakıda


İtaliyada 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qalib olmuş Azərbaycan idmançısı Ayan Allahverdiyeva Vətənə qayıdıb.

Report-a istinadən xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, A.Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.


24-11-2023, 06:28 | Qara Qarayev De Byazi haqda: "Məni təəssüfləndirdi"

Qara Qarayev De Byazi haqda: "Məni təəssüfləndirdi"


"Bəhs olunan həmin videoda məntiqsiz iradı, peşəkar məşqçiyə yaraşmayan yanaşması məni təəssüfləndirdi".

Respublica.Az teleqraf.com-a istinadən bildirir ki, bunu "Neftçi"də çıxış edən Qara Qarayev şəxsi instaqram hesabında yazıb.

Təcrübəli futbolçu Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazinin onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Milli komandanın sabiq baş məşqçisinin dedikləri yəqin ki, özü haqqında tam məlumatın yekunu idi. Təqdim etdiyi videoda mən yoxam, məntiqlə, orada 7-8 oyunçu var və qalanları kadrda yoxdur. Bu o deməkdir ki, qalan bütün oyunçular millinin qoluna (qələbəsinə) sevinmirdi? Bu müsahibəni verdiyi üçün çox sevindim. Bir gün əsassız şəkildə millidən uzaqlaşdırılmağımı onun dilindən eşitmək xoşbəxtlik idi. 10 ilə yaxın millidə oynamışam. Yaxşı və pis oynadığım dönəmlər olub, amma hər zaman milli dəyərimiz olan milli formanı ləyaqətlə geyinmişəm", - deyə Qarayev vurğulayıb.

Respublica.Az



������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.