22-11-2023, 20:11 | Dövlət sərhədini pozmağa cəhd edən 4 pakistanlı SAXLANILIB

Dövlət sərhədini pozmağa cəhd edən 4 pakistanlı SAXLANILIB


Noyabrın 21-də saat 13:35-də Qusar rayonunun Zuxul kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Pakistan İslam Respublikası vətəndaşları 1974-cü il təvəllüdlü Majeed Abdul Muhammad, 1979-cu il təvəllüdlü Muhammad Yaseen Ali, 2004-cü il təvəllüdlü Abu Bakar Ahsan ve 2008-ci il təvəllüdlü Ullah Ubaid Ahsan Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Bu barədə milli.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan əcnəbi vətəndaşların ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

22-11-2023, 20:01 | Cənubi Qafqazda sülhdən hər kəs faydalana bilər - Leo Dokerti

Cənubi Qafqazda sülhdən hər kəs faydalana bilər - Leo Dokerti


Böyük Britaniya Cənubi Qafqazda davamlı sülhü dəstəkləyir və hər kəs bundan faydalana bilər.

Bu barədə Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Dövlət katibinin Avropa məsələləri üzrə müavini Leo Dokerti "X" sosial media hesabında yazıb.

"Yenidən Bakıda olmağa şadam. Azərbaycan Prezidenti İlham Əliyevlə regional təhlükəsizlik məsələlərini müzakirə etmək imkanım oldu. Böyük Britaniya Cənubi Qafqazda davamlı sülhü dəstəkləyir və hər kəs bundan faydalana bilər", - deyə o bildirib.
Ətraflı

Qeyd edək ki, 22 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Dövlət katibinin Avropa məsələləri üzrə müavini Leo Dokertinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.//Trend/

22-11-2023, 19:52 | "Milan"ın əfsanəsi Azərbaycan millisinin baş məşqçisi ola bilər

"Milan"ın əfsanəsi Azərbaycan millisinin baş məşqçisi ola bilər


Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə müqavilənin uzadılmaması barədə qərar qəbul edilib.

67 yaşlı italyan mütəxəssis millidəki vəzifəsinə davam etmək istəmədiyini bildirib və qurum baş məşqçi ilə sözləşməni yeniləməmək qərarına gəlib.

Bundan sonra AFFA yığmanın baş məşqçi postuna namizəd şəxslərin müəyyən edilməsi üçün xüsusi işçi qrupu da yaradıb.

Futbol ictimaiyyətində gözləntilər əsasən yerli baş məşqçilərdən yanadır. Lakin Azərbaycan millisinin "sükan"ı yenidən xarici, özü də yenə italyan məşqçiyə həvalə oluna bilər.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, bu, İtaliya yığmasının və "Milan"ın əfsanəvi futbolçularından olan Alessandro Nestadır.

Belə ki, 47 yaşlı Nesta yanvar ayında seçməmizin başına keçə bilər. Mənbəmizin məlumatına görə, 47 yaşlı mütəxəssis ilinə 1 milyon avro qarşılığında Azərbaycanda çalışa bilər.

Qeyd edək ki, Nesta hazırda İtaliya B Seriyasında mübarizə aparan "Recciana"nı çalışdırır.




22-11-2023, 13:51 | Yığmanın baş məşqçisi mentalitetimizə uyğun biri olacaq - AFFA-nın baş katibi

Yığmanın baş məşqçisi mentalitetimizə uyğun biri olacaq - AFFA-nın baş katibi



İclasda əvvəlcə De Byazinin hesabatı dinlənildi, sonra isə gələcək taleyi ilə bağlı müzakirə aparıldı.

Bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin fövqəladə iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Funksioner bildirib ki, baş məşqçi nəticələr barədə məlumat verdikdən sonra Azərbaycan millisində fəaliyyətini dayandırmaq istədiyini söyləyib:

"Müqaviləsinin uzadılmamasını xahiş etdi. Bundan sonra isə müzakirələr başladı. İtaliyalı mütəxəssisin yığmadakı 3 illik fəaliyyəti dövründə əldə olunan nəticələr də nəzərə alınaraq, onun müqavilənin uzadılmaması ilə bağlı istəyi qəbul olundu".

"De Byazi özü istəməsəydi, onunla müqavilənin müddəti uzadılacaqdı" sualına S.Hacıyevin cavabı belə olub:

"Əslində, bu sualı cavablandırmaq çətindir. Çünki belədə hadisələr başqa istiqamətdə cərəyan edəcəkdi. Prosedur var, ilk növbədə baş məşqçinin hesabatı dinlənilməlidir. Bu zaman özü tərəfindən belə xahiş oldu. De Byazinin istəyinə baxmayaraq, iclasda müzakirələr oldu və İcraiyyə Komitəsi də belə qənaətə gəldi ki, müqavilənin yenilənməməsi ən düzgün qərardır".

Baş katibin sözlərinə görə, AFFA-da baş məşqçi vəzifəsi ilə bağlı xüsusi işçi qrupu yaradılacaq:

"Qrupun həm İcraiyyə Komitəsindən, həm də kənardan üzvləri olacaq. Onlar tərəfindən baş məşqçi postuna namizədlərlə bağlı təkliflər veriləcək. Hər şey detallı şəkildə analiz olunduqdan sonra İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. İşçi qrupunun üzvləri ilə bağlı hazırda məlumat verə bilmirik. Yaxın vaxtlarda bu barədə ictimaiyyətə açıqlama veriləcək".

AFFA rəsmisi iclasda müxtəlif fikirlər səsləndirildiyini vurğulayıb:

"Yerli məşqçi məsələsi ilə bağlı müzakirələr də aparıldı. Millimizin növbəti oyunu gələn ilin martında olacaq. Yeni baş məşqçinin həmin matçdan bir neçə ay öncə müəyyənləşməsi daha məqsədəuyğun olar. Son tarix üçün konkret müddət təyin olunmayıb. Düşünürəm ki, yaxın 1-2 ay ərzində məsələ öz həllini tapa bilər".

S.Hacıyev yeni baş məşqçi seçimində hansı kriteriyalara üstünlük veriləcəyini də açıqlayıb:

"Ad əsas götürülməyəcək. Əsas kriteriyalardan biri odur ki, yerli mentaliteti və futbolçuları tanıyan mütəxəssisə üstünlük veriləcək. Azərbaycan mədəniyyətinə uyğun məşqçilər arasında seçim ediləcək. Milliyə 100 faiz yerli mütəxəssisin rəhbərlik edəcəyini demək çətindir. Amma yeni baş məşqçinin azərbaycanlı məşqçi olmaq ehtimalı da az deyil".

O, yığıncaqda Canni De Byazinin Belçika ilə oyundan (0:5) sonra azərbaycanlı jurnalistlər haqqında səsləndirdiyi fikirlərin də müzakirə olunduğunu əlavə edib:

"Onun sözləri qınanıldı və birmənalı şəkildə pislənildi".

Qeyd edək ki, AFFA Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollarını ayırıb.

Xatırladaq ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinin baş məşqçisidir. Yığma onun rəhbərliyi atında son oyununda Avro-2024-ün seçmə mərhələsində səfərdə Belçikaya 0:5 hesabı ilə uduzub. //Trend

22-11-2023, 13:46 | DİN kiberdələduzluqla bağlı xəbərdarlıq etdi

DİN kiberdələduzluqla bağlı xəbərdarlıq etdi



Kiberdələduzların qurbanlarına çevrilməmək üçün tanımadığınız şəxsdən gələn şübhəli məktubları və linkləri açmayın".

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) paylaşdığı videoçarxda bildirilib.

"Hədiyyə qazandınız kimi anidən gələn mesajlara inanmayın. Bütün hesablarınız üçün eyni paroldan istifadə etməyin. Şəxsi və bank kartı ilə bağlı informasiyalarınızı heç kimlə bölüşməyin. Açıq mənbələrdə şəxsi məlumatlarınızı yaymayın", - xəbərdarlıqda qeyd olunub.


22-11-2023, 08:40 | Ürək xəstəliyi riskini artıran gizli faktor

Ürək xəstəliyi riskini artıran gizli faktor


Depressiya əlamətləri olan insanlar ruhi sağlamlıq problemi olmayanlara nisbətən daha çox ürək xəstəliyi və iflic olma riski altındadır.

Bu barədə "British Heart Foundation" Kembric Universitetinin araşdırmasına istinad edərək məlumat yayır.

Alimlər əvvəllər ürək problemləri ilə qarşılaşmayan yarım milyondan çox insanın tibbi qeydlərini təhlil ediblər. Tədqiqat iştirakçıları son iki həftədə əhval-ruhiyyə və depressiya yaşaya biləcəkləri ilə bağlı suallara verdikləri cavablara əsasən qiymətləndiriliblər.

Bu simptomlardan əziyyət çəkənlərə yüksək, qalanlarına isə aşağı bal verilib.

On il sonra mütəxəssislər ən ağır depressiya əlamətləri olan insanların sonradan ürək problemlərinə daha çox meylli olduqlarını müəyyən ediblər.

"Bu, depressiya ilə əlaqəli hisslərin gələcəkdə ürək problemləri və insult ehtimalı ilə əlaqəli olduğuna dair bu günə qədər göstərilən ən böyük dəlildir", - deyə professor Emanuel Di Angelantonio bildirib. /medicina.az




22-11-2023, 08:24 | Bakıda yayılan virus - maska taxmaq da qorumur

Bakıda yayılan virus - maska taxmaq da qorumur



Adətən 37°C və ya daha yuxarı qalxan qızdırma ilə başlayır, öskürək və...

Son günlər Azərbaycanda qızılca xəstəliyinə yoluxma ilə bağlı məlumatlar yayılıb. Xüsusən kiçik yaşlı uşaqlar arasında bu xəstəliyə daha çox rast gəlinir. Yüksək hərarət və səpkilərlə müşahidə edilən xəstəlik əksər insanlarda olduqca ağır keçir. Hələ ötən ay Səhiyyə Nazirliyi qızılca xəstəliyi ilə bağlı vətəndaşlara müraciət edib.

Zaqatalada qızılca xəstəliyi yayılıb. Xəstəliyə Zaqatala şəhər və rayonun Kebeloba, Car, Yuxari Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında rast gəlindiyi bildirilir. Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub: “Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən səkkizi uşaqdır, vəziyyətləri stabildir.

Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (beşi uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. Doqquz xəstənin isə stasionar müalicəsi davam etdirilir".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Zaqatala rayonunda qızılcaya yoluxma tək-tək hallarda qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb: “Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunublar. Hazırda rayonda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir”.

Bəs bu xəstəlikdən qorunmaq üçün nələrə diqqət edilməlidir?



Gülşən Əliyeva

Pediatr Gülşən Əliyeva mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qızılca hava-damcı yolu ilə yayılan infeksion xəstəlikdir: "Bu xəstəlikdə yoluxma yüz faizdir. Yəni kontakt olursa, yüz faiz yoluxma baş verir. Ölkəmizdə bir yaşından başlayaraq qızılca xəstəliyinə qarşı peyvəndləmə olur. 1 yaşında və 6 yaşında. Lakin peyvənddən kənar qalan uşaqların yoluxma ehtimalı daha çoxdur. Ona görə burada birinci qorunma yolu peyvənd olunmaqdır. Uşaqlarda əgər hər hansı bir ciddi əks-göstəriş yoxdursa, mütləq peyvənd olunmalıdır. Maskadan istifadə etmək, ya da uzaq durmaqla bu xəstəlikdən qorunmaq mümkün deyil. Yalnız izolyasiya ilə mümkündür. Yəni kollektivdə bir uşaqda belə qızılca xəstəliyi aşkarlanırsa, həmin müəssisə dezinfeksiya, həmin uşaq təcrid olunmalıdır. Yaxşı olardı ki, əlaqədə olan uşaqlarda bir müddət kollektivə çıxmasınlar. Yəni xəstəni izolyasiya etməklə yalnız qorumaq mümkündür və peyvənd vasitəsilə".

Pediatr onu da əlavə edib ki, peyvənd olunan uşaqlar xəstəliyi ya yüngül keçirirlər, ya da ümumiyyətlə keçirmirlər: "Uşaqların peyvənd olunmasının digər müsbət xüsusiyyəti də evdə olan digər adamları yoluxmadan qoruyur. Uşaqlar asan keçirsələr də, evdə olan digərləri, əsasən də böyüklər bu infeksiyanı ağır keçirir, əsasən də kişilər. Hamilə qadınların yoluxması təhlükəlidir. Bir yaşa qədər körpə uşaqların yoluxması təhlükəlidir. O baxımdan mütləq şəkildə peyvənd olunmaya ciddi riayət edilməlidir. Məncə, bu valideynin istəyi ilə yox, məcburi şəkildə, əks-göstəriş yoxdursa, uşaqlar bir yaşından sonra mütləq peyvənd olunmalıdır. Yoluxma halları da kiçik yaşda uşaqlar arasında daha çox müşahidə edilir".

Qeyd edək ki, uşaqlarda qızılca şiddəti ilə fərqlənən fərqli simptomlarla özünü göstərir. İlkin simptomlar soyuqdəymə simptomlarına bənzəyir və yüksək hərarət, öskürək və burun axması olur. İnfeksiya irəlilədikcə xarakterik bir qırmızı səpgi meydana çıxır, adətən üzdən başlayır və bədənin digər hissələrinə yayılır.

Qızılca adətən 37°C və ya daha yuxarı qalxan qızdırma ilə başlayır. Öskürək, burun axması və ya tıxanıqlığı kimi soyuqdəyməyə bənzəyən tənəffüs simptomları qızılcanın erkən əlamətlərdir. Konjonktivit - qızılca zamanı gözlərdə qızartı və işığa həssaslığa səbəb olacaq iltihab yaranır. Diaqnostik əlamət sayılan koplik ləkələri olaraq bilinən ağız içərisində kiçik ağ ləkələr qızılca olduqda görünə bilir. Eləcə də qırmızı, düz ləkələrdən ibarət səpgi adətən üzdən başlayır və bədənə yayılır. Bu daha çox yüksək hərarətlə birlikdə müşahidə olunur.

Qızılca simptomları yaxşı qidalanmayan uşaqlarda və ya immun sistemi zəif olanlarda daha ağır ola bilir. Yüksək yoluxucu təbiətinə görə, bu simptomları erkən tanımaq və vaxtında həkim müayinəsi düzgün diaqnoz və müalicə üçün çox vacibdir. Bundan əlavə, vaksinasiya da qızılca xəstəliyinin başlanmasının qarşısını almaqda və virusa yoluxanlarda simptomların şiddətini azaltmaqda mühüm rol oynayır.

Qızılca virusu daha sonra tənəffüs epitelində çoxalır və bütün bədənə yayılır. İmmunitet hüceyrələrinə, xüsusən də ağ qan hüceyrələrinə üstünlük verilir. İmmunitet sistemi infeksiyaya cavab verir və simptomlar adətən məruz qaldıqdan 10-14 gün sonra görünür. Bu inkubasiya dövründə virus çoxalır və uşaq qızılca əlamətlərini bu zaman göstərməyə başlayır. Qızılca çox yoluxucudur və fərdlərdə səpgilərin başlamasından təxminən dörd gün əvvəldən dörd gün sonraya qədər virusu başqalarına yaya bilir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

21-11-2023, 19:55 | Bu şəxslər vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq

Bu şəxslər vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq


Miqrasiya orqanlarında sınaq müddəti müəyyən edilmiş şəxslər vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq və həmin müddətdə yalnız vəzifə maaşı alacaqlar.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, ilk dəfə miqrasiya orqanlarına qulluğa qəbul edilən şəxslər üçün daxil olduqları vəzifədən və hazırlıq səviyyələrindən asılı olaraq 3 aydan 6 aya qədər sınaq müddəti (kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluğa qəbul edilən şəxslər üçün yalnız üç aylıq sınaq müddəti) müəyyən edilir
Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaq.
Ətraflı

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.



21-11-2023, 15:44 | General-mayor rütbəsi verilən Mirsaleh Seyidov kimdir? - DOSYE

General-mayor rütbəsi verilən Mirsaleh Seyidov kimdir? - DOSYE




Mirsaleh Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr (fərqlənmə ilə), 2002-ci ildə isə magistr (fərqlənmə ilə) pilləsi üzrə bitirib.

Respublica.Az News24.az-a istinadən xəbər verir ki, 1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru olub.

2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı İstintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı istintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsində xidmət edib.

2009-cu ilin fevral ayından Penitensiar xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib.

2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayının 10-a qədər Penitensiar xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi vəzifəsində çalışıb.

2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

2018-ci ildə "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.

20 noyabr 2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

21 noyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.


21-11-2023, 10:14 | Qeyri-sabit hava bu tarixədək davam edəcək

Qeyri-sabit hava bu tarixədək davam edəcək


Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.