20-11-2023, 18:16 | XİN Müdafiə Nazirliyi ilə birgə brifinq keçirir

XİN Müdafiə Nazirliyi ilə birgə brifinq keçirir


Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan Müdafiə Nazirliyinin birgə brifinqi keçirilir.

XİN-in inzibati binasında keçirilən brifinq Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və hərbi attaşelər üçün təşkil olunub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə çıxış edir.

//APA//

20-11-2023, 15:33 | Emin Cəfərov UEFA-dan təyinat aldı

Emin Cəfərov UEFA-dan təyinat aldı






AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.

Milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsinin Astanada keçiriləcək "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 30-da baş tutacaq.

9-11-2023, 09:30 | "Fatih Sultan Mehmet” körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

"Fatih Sultan Mehmet” körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb


İstanbulda Fatih Sultan Mehmet körpüsü İkinci Qarabağ müharibəsində Zəfərin ildönümü münasibətilə Azərbaycan bayrağı rənglərində işıqlandırılıb.

Trend-ə istinadən xəbər verir ki, gecə saatlarında körpünün işıqları mavi, qırmızı və yaşıl rənglərdə bərq vurub.



8-11-2023, 11:50 | Türkiyə Milli Müdafiə Nazirliyi Zəfər Günü ilə bağlı paylaşım edib

Türkiyə Milli Müdafiə Nazirliyi Zəfər Günü ilə bağlı paylaşım edib



Türkiyə Milli Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib.

Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında qeyd edilib.

"Sən olasan Gülüstan, Sənə hər an can qurban,

Sənə min bir məhəbbət, sinəmdə tutumuş məkan.

Üç rənrli bayrağınla məsud yaşa, Azərbaycan!

Azərbaycan türkü qardaşlarımızı təbrik edir, salamlayırıq", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

8-11-2023, 09:44 | 5 ulduz "Qalatasaray"dan gedir! - ADLAR

5 ulduz "Qalatasaray"dan gedir! - ADLAR


"Qalatasaray" klubunda 5 futbolçunun komandadan ayrılması gözlənilir.

"Fotomaç" nəşrinə istinadən xəbər verir ki, son iki mövsümdə möhtəşəm performans göstərən Saşa Boey, Lukas Torreyra, Kerem Aktürkoğlu, Viktor Nelsson və Abdulkerim Bardakçı Avropa klublarının hədəfindədir. Adıçəkilən oyunçular bu gecə "Bayern"ə qarşı oyunda bir çox klubların skautları və nümayəndələri tərəfindən izləniləcək.

"Cim-Bom"un yeni müqavilə təklifini rədd edən Saşa "Arsenal" və "Mançester Yunayted" klublarının maraq dairəsindədir. Uruqvaylı Torreyraya İtaliya A Seriyasında "Latsio" və "Fiorentina" kimi klublardan təklif var. Kerem Aktürkoğlu, Nelsson və Abdulkerimlə isə İngiltərə və İtaliya klubları yaxından maraqlanır.

Qeyd edək ki, "Bayern" (Münhen) - "Qalatasaray" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.//offsideplus.az//

8-11-2023, 09:39 | Ağciyəri təmizləyən 4 möcüzə

Ağciyəri təmizləyən 4 möcüzə



Siqaret çəkən adamların ilk növbədə ağciyərləri mənfi təsirə məruz qalır. Hər nəfəsalma zamanı daxilə gedən siqaret tüstüsü ağciyərləri xaricdən örtən kiçik tükcüklərin mikroskoipik yanmalarına, atrofiyalaşmasına və ölməsinə səbəb olur.

Nəticədə isə ağciyərlərə qərtan toplanır və selik əmələ gəlir ki, bu da xroniki öskürməyə səbəb olur. Ağciyərləri örtən tükcüklər özünəməxsus bərpaedici xüsusiyyətə malikdir. Onların yenidən bərpa olunması üçün siqaretdən imitina etmək kifayətdir.

Ağciyər zədələnmələrindən yalnız siqaret çəkənlər əziyyət çəkmir. Şəhər əhalisinin ağciyərləri demək olar ki, hər gün maşınlarda havaya buraxılan zəhərli qazlardan və çirkli havadan da zədələnir. Buna görə qidalanmaya müntəzəm olaraq ağciyəri təmizləyən məhsulları daxil etmək lazımdır. Bu hansı məhsullardır?

1. Qreypfurt

Bu sitrus meyvəsinin tərkibi hüceyrələrin fəaliyyətini yaxşılaşdıran antioksidantlarla zəngindir. Qreypfurtun tərkibində olan maddələr ağciyərin hüceyrələrinin bərpasını sürətləndirir. Mütəxəssislər siqaret çəkənlərə ağciyərdə pozulmaların riskini azaltmaq üçün tünd turş dadına malik olan qreypfurt yeməyi tövsiyə edirlər.

2. Sarımsaq

Sarımsaq yüzlərlə xəstəliyi müalicə edir. O oraqnizmə müalicəvi təsir göstərir və sağalmanı sürətləndirir. Ağciyər xəstəliklərinin müalicə və profilaktikası üçün sarımsaq yemək çox faydalıdır.

3. Zəncəfil

Zəncəfil antibakterial və virus əleyhinə təsirə malikdir. Zəncəfil damarları genişləndirir, bəlğəmi xaric edir və bronxial kanalların regenerasiyasını (bərpasını) sürətləndirir.

4. Yerkökü

Yerkökü A, C, E, K və B qrup vitaminləri ilə zəngindir. A vitamini hüceyrələrin və epitel toxumalarının vəziyyətini yaxşılaşdırır. Ağciyər toxumalarına dəyən nikotin zəhərlənmələrini təmizləmək üçün yerkökünü çiy halda yemək lazımdır. Yerkökü şirəsi isə insan sağlamlığı üçün lazım olan vitamin və mineral deposudur. (publika.az)


8-11-2023, 09:19 | İdmançılarımız beynəlxalq turnirdə 7 medal qazanıblar

İdmançılarımız beynəlxalq turnirdə 7 medal qazanıblar


Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadası davam edir.

Cüdoçulardan Ramilə Əliyeva (48 kiloqram) qızıl, Eltac Yusifli (66 kiloqram) gümüş və Elcan Şəfiyev (81 kiloqram) bürünc mükafata sahib çıxıb.

Sərbəst güləşdə isə Camal Abbasov (61 kiloqram) və Sabir Cəfərov (70 kiloqram) birinci, Aydın Əhmədov (125 kiloqram) ikinci, Sahib Dadaşov (79 kiloqram) üçüncü yeri tutub.

Qeyd edək ki, noyabrın 10-dək davam edəcək yarışda Azərbaycan 4 idman növündə 38 idmançı ilə təmsil olunur.Trend



8-11-2023, 08:35 | Burun axıntısını dəqiqələr ərzində yox edən - Təbii üsul

Burun axıntısını dəqiqələr ərzində yox edən - Təbii üsul


Burun axması bir çox xəstəliyin yan təsiridir. Xüsusilə qış aylarında burun axıntısı daha çox olur.

Soyuq hava və xəstəliklərin birləşməsi səbəbindən tez-tez baş verən burun axıntısını bir neçə damcı ilə həll etmək üçün təbii üsul tapılıb.

Qış aylarında xəstəliklərin yayılması ilə tez-tez görülməyə başlayan burun axıntısı infeksiyalar səbəbiylə sağlamlığınıza zərər verməklə yanaşı, daim yanınıza salfet apararaq burun qıcıqlanmasına da səbəb olan bir vəziyyətdir.

Bir neçə dəqiqə ərzində burun axıntısından qurtulmanıza kömək edəcək təbii üsul evkalipt yağıdır. Təbii yağ olan evkalipt yağı sinus kanallarını açaraq burun axıntısını qısa müddətdə aradan qaldırmağa kömək edir. Evkalipt yağı ilə burun axıntısından asanlıqla qurtulmaq mümkündür.

Evkalipt yağı istifadə edərək burun axıntısından xilas olmaq üçün burnunuzu sildiyiniz salfetin üzərinə bir neçə damcı evkalipt yağı çəkmək kifayətdir. Daha sonra üzərinə yağ damcılatdığınız salfeti qoxulayaraq qısa müddətdə burun axıntısından xilas ola bilərsiniz. sağlamolun.az


23-10-2023, 09:16 | Bu gün Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimləri başlayır

Bu gün Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimləri başlayır




Bu gün Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimləri başlayır.

Təlimlərin Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.

İki ölkənin quru qoşunları arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, bilik və təcrübə mübadiləsi məqsədi ilə həyata keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təlimləri Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunub.

İki gün davam edəcək birgə taktiki təlimə Azərbaycan və Türkiyənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunacaq.//musavat.com//

20-10-2023, 09:29 | Ziyil və papilomalardan necə qurtulmalı? - RESEPTLƏR

Ziyil və papilomalardan necə qurtulmalı? - RESEPTLƏR


Ziyil-dəridə epidermis qatlarının artması nəticəsində düyünəbənzər törəmələrin əmələ gəlməsidir. Ziyillərin inkişafı çox vaxt virusla əlaqədar olur, kontakt və ümumi məişət əşiyalarından istifadə vasitəsilə yayılır.

Milli.Az bildirir ki, ziyillərin bir neçə növü var:

Sadə ziyillər-kiçik ölçülü, səthi buynuzlaşmış düyüncüklər olub, əsasən əllərdə və ayaqaltında yerləşir. Bəzən bir-biri ilə birləşərək böyük səthi əhatə edir və ağrıya səbəb olur.

Yastı ziyillər-xırda , yastı, dəri rəngindən seçilməyən papulalardır. Əsasən üz və əl dərisində olur.

Ayaqaltı ziyillər-məməcik şəkilli və kələ-kötür səthə malikdir, çox vaxt ayaq barmaqlarında və dabanda yerləşir.

Qocalıq ziyilləri-yaşlı adamlarda sinənin, qarının, belin dərisində iri ölçülü, qəhvəyiyə çalan rəngli törəmələr olur.

Ziyillər dəridə əmələ gələn xoşxassəli şişlərdir və onların əmələ gəlməsində virusların rolu böyükdür.

Ziyilləri əmələ gətirən viruslar insandan insana kontakt vasitəsilə keçir. Ziyillərə toxunmaqla, xəstənin darağından istifadə etməklə bu xəstəliyə yoluxmaq mümkündür. Ziyillərin əmələ gəlməsində həddindən çox tərləmənin, yüngül dəri zədələnmələrinin, psixi yüklənmələrin də rolu olduğu söylənilir.

Xəstəlik 4-5 ay gizli sürür və sonra əlamətlərini biruzə verir.

Ziyillərin bir-neçə növləri var (sadə, vulqar, kondiloma, gənclik ziyilləri və s.). Onlardan dermatoloqların köməyi ilə xilas olmaq mümkündür. Dermatoloqlar əməliyyat vasitəsilə ziyilləri kəsib götürürlər. Bu əməliyyat ağrısız və asan əməliyyatlardan sayılır.

Bəzi xalq təbabəti vasitələri ilə də ziyillərdən xilas olmaq mümkündür.

1. Soğanı sirkədə 2 saat saxlayın və ziyilin üstünə qoyub bağlayın, sarğı gecə boyu qalsın. Bu üsulu bir-neçə dəfə tətbiq eləsəniz ziyildən xilas ola bilərsiniz.

2. 10 gün ziyili təzə alma sirkəsi ilə silin. 10 gün sonra ziyyillərdən xilas olduğunuzu görəcəksiniz.

3. Kalanxoe yarpağını ziyilin üstünə qoyub bağlanır və bir gün ərzində sarğı açılmır. Hər gün təkrarlanarsa, 1 həftə sonra ziyil itir.

4. Gündə 2 dəfə aloe şirəsini, dəmrovotu şirəsini, ananası ziyilə sürtməklə onldan xilas olmaq mümkün olur.

5. Qaraqaytaran toxumunu donuz yağı ilə qarışdırıb ziyillərin üstünə sürtməklə onlardan xilas olmaq mümkün olur. Bu zaman məlhəm ziyilə sürtülür və üstü bintlə bağlanır. Sarğı 3 gündən sonra açılır. Sarğı açıldıqdan 7 gün sonra ziyillər qopub düşür. /medicina.az



������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.