15-10-2023, 10:17 | 2036-cı il Olimpiya Oyunları bu ölkədə keçirilə bilər

Hindistanın Baş naziri Narendra Modi ölkənin 2036-cı il Yay Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etməkdə maraqlı olduğunu açıqlayıb.
O, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Mumbayda keçirilən açılış sessiyasında deyib.
"Hindistan Olimpiya Oyunlarına ev sahibliyi etməkdə çox maraqlıdır və onun təşkili üçün bütün səylərini əsirgəməyəcək. Bu, 1,4 milyard insanın çoxdankı arzusudur, sizin dəstəyiniz və əməkdaşlığınızla həyata keçirilməlidir", - Modi bildirib.
Qeyd edək ki, Meksika, Türkiyə, İndoneziya və Polşa daha əvvəl 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət etmişdilər.
15-10-2023, 06:23 | Ayaqların Altına Baxın! - 10 Saniyədə xəstəliyiniz bilinəcək

Ayaqlarımızın altı daxili orqanlarımızın sağlamlığı barədə çox şey deyir. Bəli, düz eşitdiniz. Hələ qədim zamanlarda insanlar ayaqların altının əsasən də, pəncə hissəsindəki bəzi nöqtələrin müxtəlif xəstəliklərin işarətləri olduğuna inanırdılar. Onlar hər gün ayaqlarının altına baxır, öz xəstəlikləri haqqında məlumat ala bilirdilər. Bəs biz bunu necə edə bilərik? Sizə çox işinizə yarayacaq bir məlumat verəcəm.
Ayaqlar bizim həyat keyfiyyətimizin ən bariz göstəricisidir. Ayağımızın altını diqqətdə saxlamaqla müəyyən xəstəlik yaranmasından xəbərdar ola bilərik. Beləcə, yüngül profilaktika ilə kəskin xəstəliklərin yaranmasının qarşısını almaq şansımız olar.
Soyuq ayaqlar... Ən birinci səbəb odur ki, qan dövranı zəifləyib. İlk baxışdan o qədər də təhlükəli hal kimi görünməyə bilər. Amma həyat keyfiyyətini aşağı salmaq qabiliyyəti var. Qan dövranının zəifləməsi bir neçə saat belə, davam edərsə trombların yaranması ehtimalı artır. Damarların daralması, bədənin müxtəlif nahiyələrində spazmlar, hətta zəifləyən qan dövranının nəticələridir. Əgər ayaqlarınız daimi soyuqdursa həkimə müraciət etməyiniz mütləqdir. Qan dövranının pisləşməsi ayaqlardakı kapillyarların tündləşməsinə, dərinin bəzi yerlərinin göyərməsinə də səbəb ola bilir. Bu, o deməkdir ki, həmin nahiyəyə, yaxud kapillyarlara lazımi qədər qan çatmır.
Əgər ayaqda daimi qıcıqlanmalar varsa, bu, hipotireozun əlamətidir. Qalxanabənzər vəzinin funksiyasının zəifləməsi ilə xarakterizə olunan bu xəstəliyin yaranma səbəblərindən biri də passiv həyat tərzidir. Hipotireoz, adətən, yaşla əlaqəli olur və 40 yaşdan sonra meydana çıxır. Saçların tökülməsi, xroniki yorğunluq, çəkinin qəfildən artıb-azalması və səbəbsiz depressiyalar da hipotireozun əlamətlərindəndir.
Ayağın altında qırmızı və ya qəhvəyi rəngli ləkələr varsa, deməli, problem qaraciyərdədir. Əgər ayağın altındakı ləkələr nəzərə alınmasa, sonradan onları bədənin müxtəlif yerlərində də görmək mümkündür. Üstəlik, get-gedə ləkələrin ölçüsü də artır. Qırmızı ləkələr damarlardakı qanın təmiz olmadığının, başqa sözlə, qanyaranma prosesinin olduqca zəif və qeyri-düzgün getməsinin işarətidir. Bu da o deməkdir ki, qaraciyər öhdəsinə düşən işi lazımi şəkildə yerinə yetirə bilmir və damarlarda yığıntılar əmələ gəlməkdə davam edir.
Gicişmə və uyuşma. Pəncə hissəsində, xüsusilə, gecələr baş qaldıran gicişmələr vitamin çatışmazlığından xəbər verir. Məsələn; B12 və fol turşusu ehtiyacı yaranan orqanizm məhz bu cür "üsyan edir". Gicişmə, həmçinin, qanda şəkərin miqdarının yüksəlməsinin, hətta diabetin də əlaməti ola bilər. Gecələr yatmağa qoymayacaq qədər artan gicişmələr və uyuşmalar isə o deməkdir ki, orqanizmdə diqqətə dəyər ölçüdə dəmir əksikliyi var. Bu halda tibbi analizlər vermək vacibdir.
Ayaqlarda ağrılar. Bəzən onurğanın lap aşağısından-bel nahiyəsindən başlayan ağrı ayaqlara qədər uzanır. Bu, bel-kürək nahiyəsindəki sinirlərin zədələnməsinin əlamətidir. Bağırsaqlardakı sinirlərin zədələnməsi, əzələlərdəki vətərlərin həddən artıq sərtləşməsi də ayaqlardakı izaholunmaz ağrılarla özünü büruzə verə bilir. Tibbdə "S1 sindromu" da adlanan onurğanın radikulyar sindromu zamanı ayağımızın altındakı ağrı mərkəzdə yaranır və getdikcə pəncə, yaxud daban tərəfə yayılır. "S1 sindromu"nun özü də müxtəlif səbəblərdən qaynaqlanır. Disk yırtığı, disklərarası iltihablanma, geniş yayılmış fəqərə sütunu xəstəliyi olan osteoxondroz buna misaldır.
Damarların hörümçək toruna bənzəməsi. Bəzən dərinin altında hörümçək toruna bənzər qırmızı, göy, bənövşəyi görüntülər peyda olur. Daha çox qaraciyərdəki problemlərin xəbərçisi kimi meydana çıxan bu "hörümçək torları" venadakı varikozların da əlaməti ola bilir. Qadınlarda isə estrogen hormonlarının miqdarının artması zamanı bu hal müşahidə edilir. Estrogenlərin artmasının yalnız iki səbəbi ola bilər:
Hamiləlik;
Qaraciyərdə xroniki problemlər;
Estrogen çoxluğu damar sisteminin işinə mənfi təsir göstərir. Kapillyarlar şişməyə, bəzən partlamağa başlayır.
Qıcolmalar və spazmlar. Mütəmadi olaraq baş verən spazmlar zamanı adama elə gəlir ki, ayağı ağırlaşıb. Bu da əzələlərin lazımi qədər oksigenlə, elektrolitlərlə və qidalandırıcı maddələrlə təmin olunmamasına işarət edir. Bu situasiyada qidalandırıcı maddələr siyahısına natrium, kalsium, kalium və maqnium daxildir. Daimi spazmlar sidikqovucu vasitələrin qəbulundan sonra meydana çıxan "kəpənək effekti" də ola bilər. Əgər hərəkətsiz halda olduğunuz zaman spazmlar başlayırsa, bu, qan dövranının pozulmasının əlamətidir. Uzunmüddətli fiziki gərginlik və ya fasiləsiz ayaqüstə durmaq da spazmların səbəblərindəndir. Spazmlarla müşayiət edilən qıcolmalar isə qan dövranındakı istənilən problemin, yaxud tarıma çəkilən sinirlərin işarətidir.//oxu24.az//
15-10-2023, 06:20 | Bu 7 əlamətdən 4-ü sizdə varsa, həyəcan təbili çalmağın vaxtıdır

Bir çox hallarda şəkərli diabet insanda çox gec aşkar olunur. Bu isə olduqca təhlükəlidir. Yüksək şəkər bədənə çox ciddi ziyan vurur.
Sizi şəkərli diabetin əlamətləri ilə tanış edirik:
Yüksək susuzluq və sidik ifrazının artması. Qanda artıq qlükozadan qurtulmaq üçün, böyrəklər səylə işləməyə başlayır, buna görə də insan tez-tez xüsusən də gecələr bayıra çıxmağa məcbur qalır. Yüksək susuzluq isə onunla bağlıdır ki, orqanizm maye itkisini bərpa etməyə çalışır.
Sürətli çəki itkisi. Diabet xəstəliyi zamanı yalnız sürətli çəki yığımı deyil, həm də onun sürətli itkisi ola bilər. Bu simptom xüsusilə də 1-ci tip şəkərli diabet xəstəliyinin əlamətidir. İnsulin qlükozanın hüceyrələrə daşınılmasının və ondan enerji mənbəyi kimi istifadə etməyin öhdəsindən gəlmir. Nəticədə orqanizmdə aclıq hissi yaranır və o əzələlərdən zülal əldə etməyə başlayır. Böyrəklər də həmçinin qandan qlükozanın artığını çıxardaraq səylə işlədiklərinə görə, bu kalorilərin itməsinə gətirir və böyrəklərə pis təsir edir.
Dərinin qaşınması, qiperpiqmentasiya, dərinin kobudlaşması. Dərinin quruluğu pozulmuş qan dövranının nəticəsində yaranır. Bu halda hətta qlükozanın normal səviyyəsində belə insan orqanizmində insulinə qarşı müqavimət ola bilər.
Yaraların gec sağalması. Şəkərin artıq miqdarı qan damarlarını zədələyir ki, bu da yaranın yerinə qanın daxil olmasını çətinləşdirir və sağalma prosesi uzanır.
Göbələk infeksiyaları ( həmçinin, qadınlarının vaginal infeksiyaları). Zəngin şəkərli mühitdə göbələklər və bakteriyalar özlərini çox rahat hiss etdikləri üçün çoxalmağa başlayırlar.
Görmə qabiliyyətinin aşağı enməsi. Şəkərli diabet vaxtı görmə qabiliyyətinin yayğınlığı yarana bilər. Qlükozanın yüksək səviyyəsi göz büllurunun (büllur parçasının) formasına təsir edir. Qanda qlükozanın səviyyəsinin normallaşması vaxtı bu simptom yox ola bilər.
Əl və ayaqlarda keyləşmə, yandırma, şişlər və ağrılar. Diabet əsəb sonluqlarına da zərər vura bilər. Əgər bu simptomlar yeni yaranıbsa, bu zaman şəkərin səviyyəsinə nəzarət onlardan qurtulmağa imkan yaradar.
İnsan nə qədər tez şəkərli diabetin ilk simptomlarına və siqnallarına diqqət etsə, o qədər daha tez bu xəstəliyi nəzarətə götürüb ağır və ölümcül nəticələrdən qurtula bilər.//saglamolun.az//
12-10-2023, 20:03 | BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətini dayandırdı

Rusiya Olimpiya Komitəsi (ROK) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvlüyündən kənarlaşdırılıb.
Bunu BOK-un nümayəndəsi Mark Adams açıqlayıb.
BOK-un bu addımı atmasına qondarma "Donetsk və Luqansk respublikaları", Xerson və Zaporojye vilayətlərinin olimpiya şuralarının ROK-a daxil edilməsi səbəb olub.
BOK İcraiyyə Komitəsi tərəfindən verilən bu cəza məsələ ilə bağlı növbəti qərar verilənə qədər qüvvədə qalacaq. ROK bu müddətdə milli olimpiya komitəsi kimi fəaliyyət göstərə bilməyəcək və olimpiya hərəkatı tərəfindən maliyyələşməyəcək.
Qeyd edək ki, "Donetsk və Luqansk respublikaları", Xerson və Zaporojye vilayətlərinin olimpiya şuraları oktyabrın 5-də ROK-a üzv qəbul olunub.
12-10-2023, 17:40 | "Türkiyə nəhəngi" baş məşqçisini qovdu

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Bu barədə "Trabzonspor" klubu açıqlama yayıb.
"Trabzonspor" futbol komandasının baş məşqçisi Nenad Byelitsa ilə yollar ayrılıb.
Xorvatiyalı mütəxəssisin istefaya göndərilməsinə uğursuz nəticələr səbəb olub. Klubla baş məşqçi arasında 2025-ci ilin yayında başa çatmalı olan müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
Artıq bu vəzifəyə əsas namizəd də bəllidir. Türkiyə mətbuatı komandanın sabiq baş məşqçisi Abdullah Avcının yenidən bu vəzifəyə qayıdacağını iddia edir.
Qeyd edək ki, cari mövsümdə Super Liqada 8 matça çıxan Trabzon təmsilçisi 4 qələbə qazanıb və eyni sayda məğlubiyyət alıb. 12 xala malik komanda hazırda 7-ci pillədə qərarlaşıb.
12-10-2023, 17:35 | Bəzi “iPhone”lar gecə avtomatik olaraq sönür - Yeni xəta

Bəzi "iPhone" modelləri gecə avtomatik olaraq sönür.
Zəngli saat və digər "iPhone" funksiyalarını dayandıran xəta "iOS 17"nin ən son versiya ilə işləyən cihazlarda da baş verir.
Həm sosial media platformalarında, həm də "Apple" dəstək forumunda bu məsələ ilə bağlı çoxlu şikayətlər var. İstifadəçi təyin etdiyi iki ayrı zəngli saatın işləməməsindən şikayətlənib. Bir neçə başqa istifadəçi də oxşar xətalarla üzləşdiyini bildirib və məlum olub ki, xəta "iPhone"un gecə saatlarında sönməsi ilə bağlı ola bilər. Batareyanın parametrlərini yoxlamaq və gecə vaxtı fasilələrin olub-olmadığını yoxlamaq lazımdır.
Bu xəta "iOS 17"nin ən son versiyasında da baş verir. Bəzi istifadəçilər həmçinin səhər yuxudan duranda şifrələrini daxil etməli olduqlarını bildiriblər ki, bu da "iPhone"un bir gecədə yenidən işə düşdüyünə və ya sönməsinə işarədi.
Qeyd edək ki, smartfonun sönməsi təkcə "iPhone 15" modelləri ilə məhdudlaşmır və başqa istifadəçilərin yaşadığı problem deyil. Trend
5-11-2022, 13:02 | İllik 65 min manata işçi axtaran qadının verdiyi elan marağa səbəb oldu: “Şəkillərimi çəkməlidir”

Sosial şəbəkədə fotolarını sataraq pul qazanan Qreysi Harti adlı qadın illik 34 min sterling maaş (65 000 manata yaxın) olan işçi elanı yerləşdirib.
öz səhifəsi üzərindən verdiyi iş elan diqqət çəkib.
Harti işə qəbul olunanlardan onunla şəkil çəkdirmələrini və səyahət etmələrini xahiş edir. O, işə müraciət edənlərdən onun seksual şəkillərini çəkməli və səyahətlərdə ona kömək etməli olduqlarını qeyd edib.
Qreysi Hartinin verdiyi elan böyük marağa səbəb olub. Onun rəsmi saytından əldə edilən məlumatlara görə, cəmi 3 dəqiqə ərzində iş elanına mindən çox müraciət edilib. Kimlərin işə götürüləcəyi yaxın günlərdə bəlli olacaq.
5-11-2022, 12:56 | Çoxsaylı mieloma

Çoxsaylı mieloma limfositlərin erkən sələfləri səviyyəsində olan hüceyrələrin şiş xəstəliyi olub, bu zaman birincili transformasiya etmiş hüceyrələrin sələflərinin monoklonal keyfiyyəti, sonuncu mərhələyə qədər differensasiya etmək qabiliyyətini saxlayır. Məntiqi olaraq şişin substratı plazmatik hüceyrələrdir. Şiş limfositlərin erkən sələflərindən inkişaf etdiyindən bu xəstəlik eyni zamanda limfoprolivativ xəstəliklər qrupuna aid edilir. Xəstəliyə ən çox 50-60 yaşlı şəxslər arasında rast gəlinir.
Xəstliyin baş verməsində orqanizmin plazmatik hüceyrələrinin proliferasiyası durur. Plazmosit qısa müddətli yaşayan limfositlərdəın törəyir və praktik olaraq bütün növ antigenlərə qarşı spesifik olan qeyri-məhdud miqdarda antitellər hasil etmək qabiliyyətinə malik olur. Birincili olaraq şiş sümük iliyində yerləşir. Sonradan şiş hüceyrələri müxtəlif orqanlara (dalaq, qaraciyər) metastaz edir. Sümük iliyində şiş hüceyrələri artıb çoxaldıqca eritroblastik və miyelositar qanyaranma işini azaltmağa başlayır. Xəstəliyin bir-neçə mərhələsi müəyyən edilir:
* zəif közərən
* ləng proqressivləşən
* sürətlə proqressivləşən (aqressiv).
Xəstəliyin gedişindəki bu mərhələlər diaqnozun qoyulmasında yardımçı olur. Çoxsaylı mieloma xəstələrdə aşağıdakı patologiyaların əmələ gəlməsinə səbəb olur:
- sümük maddəsinin dağılması
- sümüklərdə deüstruktiv dəyişikliklər.
Sümük maddəsinin dağılması ilə əlaqədar olaraq xəstələrdə osteoparoz və osteoliz əlamətləri meydana çıxır. Partologiyalar ən çox özünü yastı sümüklərdə və fəqərələrdə göstərir.
Xəstəliyin əlamətləri artdıqca periferik qanda anemiya, leykopeniya, trobositopeniya baş verir. Çoxsaylı mieloma xəstəliyində 5% hallarda periferik neyropatiya inkişaf edir ki, bu da xəstələrdə ağrı hissinin pozulması və paresteziyalarla müşahidə edilir.
5-11-2022, 12:52 | Soyuq duş qəbulunun 10 faydası

1. Soyuq duş qəbul etmək bədən müqavimətini artırır. Bu səbəbdən də soyuq duş qəbul edən adamlar soyuqdəymə xəstəliyinə az yoluxurlar.
2. Soyuq duş qəbul etmək qan dövranını sürətləndirir, ürək - qan - damar sistemi fəaliyyətini artırır. Soyuq su qan damarlarını daraldır və qanın sürətlə axmasını təmin edir.
3. Soyuq duş qəbul etmək bədənin tempraturunu aşağı salır, stressi aradan qaldırır.
4. Soyuq duş qəbul etmək metobolizmi sürətləndirir, yağ hüceyrələrini parçalayır, onların yenidən əmələ gəlməsinin qarşısını alır.
5. Depressiyanı aradan qaldırır. Virciniya Tibb Universitetinin alimlərinin araşdırmalarına görə soyuq duş beyindəki mavi nöqtələri oyadır. Mavi nöqtələr beyinin adrenalin ifraz edən hissəsində olur. Adrenalin depressiyanın qarşısını alan bir hormondur.
6. Soyuq duş limfa sisteminindəki atrıq maddələrin bədəndən çıxarılmasını sürətləndirir.
7. Soyuq duş ağ ciyərləri genişləndirir, nəfəsalmanı rahatlaşdırır.
8. Soyuq duş dəridə sızanaq əmələgəlməsinin qarşısını alır.S açları soyuq su ilə yuduqda daha parlaq olurlar.
9. Soyuq duş enerji və canlılıq yaradır.
10. Soyuq duş hormonların mübadiləsini artırır, sperma sayını çoxaldır. Buna görə də uşaq sahibi ola bilməyənlərə soyuq duş qəbul etmək faydalıdır.
26-08-2022, 10:58 | "Ölkəmiz Avrasiya regionunda sülhü təşviq edir"

Avqustun 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasının Çolpon-Ata şəhərində qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda çıxış edən Baş nazir Əli Əsədov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olan demək olar ki, bütün ölkələrlə sıx ikitərəfli əlaqələrə və iqtisadi əməkdaşlığa malik olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu münasibətlər ərazi bütövlüyünə qarşılıqlı hörmət, milli suverenlik və bir-birinin milli maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanır.
Diqqətə çatdırıldı ki, məhz bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan əməkdaşlıq uzunmüddətli sülhün, sabitliyin və davamlı inkişafın əsas təminatçısıdır.
Azərbaycanın regional və qlobal miqyasda əməkdaşlığın və sülhün təmin edilməsinə, sabit təhlükəsizlik sisteminin formalaşmasına yönəlmiş strateji kursun həyata keçirdiyi vurğulandı. "Bu kontekstdə ölkəmiz Avrasiya regionunda sülhü və dialoqu təşviq edir, əməkdaşlığın inkişafına dəyərli töhfələr verir", - deyə Baş nazir bildirdi.
Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın regiondakı tərəfdaşları ilə birlikdə nəqliyyat kommunikasiyalarının inkişafına, regional və kontinental ticarətin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüs və layihələrdə iştirak etdiyi qeyd edildi.
İclas iştirakçılarının diqqətini Azərbaycanın iqtisadi inkişafına yönəldən Baş nazir Əli Əsədov qlobal iqtisadiyyatdakı mənfi tendensiyalara baxmayaraq, 2022-ci ilin ilk altı ayında ölkəmizdə yaxşı iqtisadi artım templərinin qeydə alındığını bildirdi.
Belə ki, cari ilin 6 ayı ərzində iqtisadi artım 6,2% təşkil edib. Qeyri-neft iqtisadiyyatı 9,6% artıb. Xarici ticarət də xeyli artıb - 70%-dən çox. Azərbaycan məhsullarının ixracı iki dəfədən çox, qeyri-neft ixracı isə 25 faiz artıb.
Bildirildi ki, Azərbaycan beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin yaradılması üzrə mühüm layihələrin həyata keçirilməsi üçün nəqliyyat infrastrukturunun modernləşdirilməsinə sərmayə qoyub və bunu etməkdə davam edir.
Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu və s. kimi bir sıra layihələrdə mühüm halqa olduğu vurğulanıb. "Ölkəmizin ərazisindən keçən müxtəlif marşrutlar üzrə yükdaşımaların hər il yüksəldiyini müşahidə edirik. Təkcə cari ilin 6 ayında tranzit daşımalarının həcmi 50 faizdən çox artıb. Xəzərdə yeni Ələt beynəlxalq dəniz ticarət limanından daşınan tranzit yüklərin həcmi artmaqdadır. Liman infrastrukturu ildə 100 000 TEU konteyner daxil olmaqla 15 milyon tona qədər yük daşımağa imkan verir. Bununla belə, yük daşımalarının artması və bununla bağlı proqnozlar onun buraxılış qabiliyyətinin artırılmasını tələb edir. Bunu nəzərə alaraq biz limanın yükdaşıma qabiliyyətinin 25 milyon ton yükə və 500 min TEU konteynerə qədər genişləndirilməsi üzrə ikinci fazanın əsasını qoyduq", - deyə Ə.Əsədov bildirdi.
Diqqətə çatdırılıb ki, Azərbaycan bundan sonra da Avrasiya İqtisadi İttifaqı üzrə tərəfdaşlarının ölkənin tranzit potensialından istifadə edə bilməsi üçün hər cür şərait yaratmağa hazırdır.
Ölkələri və qitələri birləşdirən nəqliyyat layihələri çərçivəsində əməkdaşlığın bütün Avrasiya məkanında sabit, firavan, ləyaqətli və proqnozlaşdırıla bilən gələcəyə töhfə verəcəyinə əminlik ifadə olundu.
"Bu tezis regionda yaranmış yeni reallıqlarla daha da möhkəmlənir ki, bu da nəqliyyat kommunikasiyalarının, eləcə də yeni nəqliyyat və ticarət yollarının açılması üçün yaxşı imkanlar yaradır", - deyə Baş nazir əlavə etdi.(milli.az)

















