1-07-2022, 15:42 | Naxçıvanla Türkiyə və İran arasındakı sərhədlər bağlandı

Azərbaycan-Türkiyə və Azərbaycan-İran arasında quru sərhədin bağlanması ilə bağlı məlumat yayılıb. Vətəndaşların ötən gündən etibarən Naxçıvan MR ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələrində yolda qaldığı bildirilir.
"qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunur ki, nəticədə əksəriyyətini tələbələrin təşkil etdiyi minlərlə insanın uçuş bileti, hotel rezervasiyası batıb. Qeyri-rəsmi məlumatlara görə, sərhəd iki ay müddətinə bağlı qalacaq.
Məsələ ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Hər iki qurumdan sərhədlərin bağlanıb-açılmasının onların səlahiyyətində olmadığı bildirildi. Sözügedən məsələyə cavabdeh qurum kimi Nazirlər Kabinetini göstərdilər. Hələ ki, NK sərhəddəki vəziyyətlə bağlı açıqlama verməyib.
İranın Azərbaycandakı səfirliyindən isə sfera.az-a məsələdən xəbərdar olduqlarını bildiriblər: "Belə bir məlumatın yayılmasından xəbərdarıq. Amma bildiririk ki, hazırda sərhəd İran tərəfindən açıqdır. Sərhəd Azərbaycan tərəfindən bağlanılıb".
Xatırladaq ki, Azərbaycan pandemiya səbəbindən quru sərhədər rəsmi olaraq qapalı olsa da, Naxçıvan ərazisindən Türkiyəyə keçid açıq idi. İran da xeyli müddətdir ki, qonşu ölkələrlə quru səhədini açıb. Azərbaycan vətəndaşları xüsusi icazə ilə quru sərhədini keçərək İrana səfər edə bilirdi. Həmçinin Bakıdan Naxçıvana gedən avtobuslar da İrandan keçməklə hərəkət edirdi.
1-07-2022, 15:40 | General rütbəsi alan polis rəislərinin vəzifələri nə idi?

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Trend-ə istinadən xəbər verir ki, sərəncamla Daxili İşlər Nazirliyinin (DİN) aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:
General-mayor rütbəsi verilən polis polkovniki Canpolad Alı oğlu Daanov. Hazırda DİN Polis Akademiyası rəisi vəzifəsində çalışır.
Reklamınızı SmartBee ilə effektiv edin.
General-mayor rütbəsi verilən digər şəxs polis polkovniki Namiq Zirəddin oğlu Həsənov. DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi vəzifəsində çalışır.
General-mayor rütbəsi verilən polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərov. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışır.
General-mayor rütbəsi verilən polis polkovniki polis polkovniki Sərdar Süleyman oğlu Səfərov. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışır.
1-07-2022, 15:34 | Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

İyulun 5-də "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Trend-ə bildirib ki, Xəzəryanı ölkələrin mütəxəssislərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə konfransda Xəzər dənizinin səviyyə tərəddüdləri və azalma səbəbləri, regional uyğunlaşma tədbirlərinin hazırlanması, birgə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Ətraflı
Eyni zamanda, iqlim dəyişmələri üzrə hökümətlərarası ekspert qrupunun bu ilin iyun ayında Bonn şəhərində İqlim Dəyişmələri üzrə Çərçivə Konveniyasının Elmi və Texniki aspektlər üzrə Yardımçı Təşkilatının 56-ci sessiyasında təqdim etdiyi qiymətləndirmə hesabatının nəticələri, son onillikdə iqlim dəyişmələri tempinin artması və gələcəkdə gözlənilən tərəddüdlərə dair aparılan araşdırmalar ətrafında fikir mübadiləsi aparılacaq.
Xidmət rəisi qeyd edib ki, Xəzər dənizinin səviyyə tərəddüdlərinə dair orta və uzunmüddətli müxtəlif proqnoz-ssenarilər mövcuddur. Bu baxımdan, daha realist ssenarinin seçilməsi, buna uyğun Xəzər dənizinin sahilyanı əraziləri üçün Uyğunlaşma Planının hazırlarmasında regional yanaşmanın tətbiq edilməsi sahəsində birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məsələsinə baxılacaq.
30-06-2022, 08:56 | Spirtli içki səbəbli qaraciyərin zədələnməsi

Spirtli içki səbəbli qaraciyərin zədələnməsi uzun müddət spirtli içki içən adamlarda baş verir. Spirtli içki qaraciyərin aşağıdakı zədələnmələrinə səbəb olur:
* piy toxumasının yığılması ( steatoz)
* iltihablaşma (alkohol hepatiti)
* fibroz qara ciyər ( sirroz)
Yuxarıda adları çəkilən xəstəliklərin ağırlıq dərəcəsi qəbul edilən spirtli içkinin miqdarında asılı olaraq dəyişir. Qadınlarda spirtli içki səbəbində baş verən qaraciyər xəstəlikləri kişilərdəkindən daha tez əmələ gəlir və qısa zamanda ağırlaşmalar verir.
Qadınlar gün ərzində 10 qram təmiz spirt (200 qram çaxır, 0,5 litr pivə və s.), kişiləri isə gün ərzində 50 qram təmiz spirt (0,5 litr çaxır, 1,25 litr pivə və ya 200 qram araq) qəbul etdikdə qaraciyərin xəstələnmə şansı çox olur.
Xəstəliyin əlamətləri qəbul edilən spirtin miqdarından və keyfiyyətindən asılı olaraq dəyişir. Erkən yaşlarından içməyə başlayan adamlarda 30-40 yaşlarından qaraciyər zədələnir. 40 yaşdan sonra isə qaraciyər tam zədələnmiş olur.
Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir:
* qarının sağ tərəfində ağrı
* qaraciyərin böyüməsi və sağ qabırğaaltı nahiyədə ağırlaşma hissi
* ağızda quruluq
* yorğunluq
* dəridə sarılıq
* iştahanın olmaması
* ürəkbulanma
* ayaqlarda şişkinlik
* arıqlama
Spirtli içki içən adamların qaraciyəri zədədləndikdə onların dərilərinin rəngi sarımtıl-qara, xoşagəlməz tünd olur. Onların əl və ayaqlarının rəngi qırmızıya çalır, kapilyar damarlarda qansızmalar meydana çıxır. Dəridə ulduzcuq şəklində qansızmalar görünür. Belə xəstələrdə bəzən burun və ya bağırsaq qanaxmaları müşahidə edilir.
Uzun müddət spirtli içki qəbul edənlərin sinir sistemnidə də patoloji əlamətlər meydana çıxır. Belə adamlar əsəbi, həyəcanlı, bəzən halsız olur, onlarda keylik müşahidə edilir. Diqqət dağınıqlığı, yaddaşsızlıq, halyusiyasiya, əl və ayaqlarda əsmələr, ağrı, fiziki lənglik müşahidə edilir. Belə kişilərin yumurtalıqları kiçilir, qadınların isə döşlərində böyümə baş verir.
Spirtli içki qəbulu səbəbindən qaraciyərdə əmələ gələn patologiyalara diaqnoz qoymaq üçün anamnez, laborator və diaqnostik müayinə metodlarından istifadə edilir. Xəstəliyin yeganə müalicəsi spirtli içkidən imtina etməkdir. Sirroz əlamətləri başlamadıqda xəstəliyi müalicə etmək mümkün olur.
30-06-2022, 08:26 | Böyrək daşlarının tökülməsi üçün sirop

Böyrək daşı xəstəliyi insanlarda ən güclü ağrı ilə müşayət olunan xəstəlikdir. Böyrək daşlarından bir çox insanlar əziyyət çəir. Müasir tibbdə müxtəlif tibbi vasitələrlə böyrək daşlarından azad olmaq vasitələri var. Amma, tarix boyu bu daşlardan təbii vasitələrlə qurtarmağa çalışmış və yaxşı nəticələr əldə etməşlər.
Böyrək daşları orqanizmdə kalsiumun çoxalması və böyrəklərdə yığılıb qalması səbəbindən baş verir. 80% daşların əmələ gəlməsi kalsium mübadiləsinin pozulması səbəbindən əmələ gəlir. Kalsium tərkibli daşlardan başqa fosfat və oksalat tərkibli daşlar da böyrəklərdə əmələ gələ bilir ki, bunlar da vaxtında tökülmədikdə böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Çikaqo Universitetinin uroloqları sitrus meyvələrinin böyrəklərdə əmələ gələn daşların tökülməsinə səbəb olduğunu sübut etmişdir.
Limon - tərkibində ən çox sitrat olan sitrus bitkisidir. Onun tərkibində böyrək daşlarının tökülməsini sürətlndirən ideal vasitələr var. Limondan istifadə etdikdə sidiyin tərkibində sitratın midqarı artır və kalsium daşları parçalanır. Limon şirəsinin zeytun yağı ilə qarışığı isə daşları parçalayaraq düşməsini asanlaşdırır. Limon şirəsi və zeytun yağı qarışımı böyrək daşlarının tökülməsi üçün ən yaxşı vasitə hesab edilir. Bunun üçün aşağıdakılar lazımdır:
* zeytun yağı - 2 xörək qaşığı
* limon şirəsi - 2 xörək qaşığı
* limon yağı - 2 damcı
* su - 1 stəkan
2 xörək qaşığı limon şirəsinin üzərinə 2 qaşıq zeytun yağı əlavə edilir. Sonra limon yağı damızdırılıb qarışdırırlır. Qarışım içildikdən sonra 1 stəkan ilıq su qəbul edilir. Bu prosedur gün ərzində 3 dəfə təkrarlanır və gün ərzində çoxlu su içilir.
30-06-2022, 08:17 | 35 yaşdan yuxarı kişilər mütləq oxusun

Bu bitkidən - jenşendən qədim dövrlrdə kişilərin gücünün artması üçün istifadə edilmişdir. Jenşen kişinin fiziki aktivliyinin artmasına yardım edən və kişi sağlamlığını qoruyub saxlayan bitkidir. Bitkinin əsasən də kök hissəsi kişilər üçün təbiətdən gələn bir nemət hesab edilir.
Son illərdə bu bitkinin Yer kürəsində sayı azalıb. Yanlız bəzi ölkələrdə jenşen bitkisinin olduğu və artırıldığı xüsusi sahələr var.
Kişilərin 35 yaşdan sonra adrogenlərinin sayında azalma başlayır. Bu da tədricən onlarda ereksiyanın azalmasına və cinsi fəallığın zəifləməsinə səbəb olur. Jenşen cinsi əlaqənin müddətinin uzadır və kişilərdə cinsi həvəsin artmasına səbəb olur. Jenşen kökü spermanın qatılığını artırır və sayının oxalmağına səbəb olur.
Jenjen kökündə yağlar, karbohidratlar, yağ turşuları, vitamin birləşmələri, alkoloid və s. var. Bunlar iltihab əleyhinə, xərçəng əleyhinə, tonuslandırıcı və stimulyasiyaedici təsir edir. Jenşendən stifadə etmək orqanizmdə bir çox poatologiyaların aradan qalxğmasına səbəb olur. Bu patologiyalara aiddir:
* oynaq xəstəlikləri
* artralgiyalar
* anemiya
* impotensiya
* diabet
* başağrıları
* astma
* dəri xəstəlikləri
* onkoloyi xəstəliklər
* iştahanın itməsi
* qastrit
Jenşenin tərkibində olan steroidlər onun antidepressant təsirə malik olmasına səbəb olur. Bu səbəbdən də stresslər və nevrozlar zamanı çox faydalıdır. Qədim əfsanələrdə jenşenin ən ağır xəstəlikləri müalicə etdiyi barədə söyləntilər var. O qanda şəkərin miqdarını və arterial təzyiqi azaltmaq azaltmaq qabiliyyərinə malikdir.
30-06-2022, 08:06 | Öskürmədən qısa zamanda xilas olmaq istəyirsinizsə...

Soyuqlamaya yaxalandıqda xəstəlik bronxlarımızı da zədələyir və biz bronxitə yaxalanır və öskürürük. Bəzən də soyuqqanlılıqla yanaşdığımız öskürmə ağırlaşaraq ağciyərlərimizdə ağılrlaşmalara səbəb olur.
Öskürək zamanı bizim bədənimizdən selik və bəlğəm ifraz olunur. Bunlar ən çox bronxlarımızda iltihabi proses gedən zaman baş verir.
Öskürmə əlamətini əmələ gətirən və ən çox rast gəlinən xəstəlik kəskin bronxitdir ki, bu bir həftədən üç həftəyə kimi xəstəni narahat edir. Xroniki bronxit isə üç aydan iki ilə qədər davam edə bilir. Xroniki bronxitin baş verməməsi üçün isə mütləq tibbi müdaxilə lazım gəlir. Bronxitin əlamətləri aşağıdakılardır:
* davamsız öskürək
* bronxlardan selik və bəlğəm ifrazı
* yorğunluq və halsızlıq
* döş qabırğalarında sərtləşmə
* yüngül titrətmə-qızdırma
Bronxit xroniki hala düşdükdə xəstəliyi sağaltmaq cəhdləri effekt vermir. Bunun baş verməməsi üçün isə xalq təbabəti vasitəsilə bronxiti müalicə etmək lazımdır. Aşağıdakı vasitə ilə bronxiti müalicə edə bilərsiniz.
Öskürmə əleyhinə bananlı krem.
Laızm olanlar:
Bananın qabığı soyulur.
Taxta və ya plastik qaşıqla əzilir və qaralmağa qoyulur.
Zövqə görə şəkər əlavə edilir.
Qarışıma bal əlavə edilir və qarışdırılır.
Üzərinə qaynamış su əlavə edilir və 30 dəqiqə üstü örtülü halda saxlanılır.
Qarışım püre halında olur və gün ərzində 4 qaşıqdan az olmayaraq qəbul edilir.Bu qarışım bir-neçə gün ərzində öskürəyi kəsir və xroniki hala keçməyə qoymur.Banan və ballı püre boğaz nahiyəsində olan iltihabi proseslərin də sağalmasına yardım edir. Buna səbəb isə qarışımın tərkibində C vitamini, kalium və liflərin zəngin olmasıdır.
30-06-2022, 07:55 | Soda və limon şirəsinin xərçəng hüceyrələrini məhv etdiyini bilirdinizmi?

Soda və limon şirəsinin xərçəng əleyhinə təsir etməsi 20-dən artıq laboratoriyada aparılan araşdırmalar zamanı təsdiq edilmişdir. Limon şirəsinin 12 növ xərçəng hüceyrəsini məhv etmək qabiliyyətində olması öz təsdiqini tapıb. Onun xərçəng xəstəliyinin müalicəsində istifadə edilən adriamitsin və kimyaterapiyasından da daha güclü müalicəvi əhəmiyyəti olduğu sübut edilib.
Limon şirəsi və sodanın xərçəg hüceyrələrinə təsiri
Limon şirəsinin tərkibi turşudan ibarətdir. O orqanizmə ödqovucu təsir göstərir və sonra metabolizmə uğrayır. Limon şirəsi həzmi və bağırsaq fəaliyyətini sürətləndirir, qıcqırmanı, qəbizliyi, köpməni və ürəkbulanmanı aradan qaldırır. Limon şirəsi böyrək daşlarını tökmək qabiliyyətinə malikdir, amtioksidant tərkibi var, C və B vitaminləri ilə zəngindir.
Limon anti kanserogen xüsusiyyətə malikdir. Onun tərkibində limonoidlər, fitokimyəvi birləşmələrdən ibarətdir. Limon şirəsi antimikrob təsirə malikdir və orqanizmin pH balansını normallaşdırır. Limon şirəsi parazit və qurd xəstəliklərinə qarşı təsir göstərir. Şirə arterial təzyiqi və stressin miqdarını aşağı salır.
Soda və limon qarışımı necə hazırlanır?
200 ml limon şirəsinin üzərinə 1 çay qaşığı qida sodası əlavə edilir. Şirəni içmək çətinlik törədərsə qarışıma distillə edilmiş su əlavə etmək olar.
Qarışım ən yaxşı effekti səhərlər acqarına yeməkdən əvvəl içidikdə verir.
28-06-2022, 09:06 | Azərbaycanda Dərmanların qiymətində 350 faizlik fərq

Azərbaycandakı apteklərdə satışa çıxarılan dərmanların qiymətləri qonşu Türkiyə və İrandakı preparatlardan bahadır.
"Xəzər Xəbər"ə istinadla bildirir ki, eyni dərmanların kəskin fərqlə baha satılması vətəndaşları narazı salır.
Məsələn: Ölkəmizdə 75 manata satılan "Qalusmet" preparatı qonşu ölkələrdə 25 manata, 51 manata satılan "Dostinek" 20 manata, 28 manata satılan "Tripliksam" 10 manata, 56 manata satılan "Skin kap aerazol" 20 manata, 193 manata satılan "Zoladeks" isə 58 manata təklif olunur. Göründüyü kimi, buradakı qiymət fərqi 10-15 faizlə deyil, 200-350 faizlə ölçülür. Üstəlik, bu dərmanlar ölkəmizdə tez-tez rast gəlinən şəkər, təzyiq, ürək və digər xəstəliklərin müalicəsi üçün nəzərdə tutulduğundan, qiymət fərqindən yaranan ödənişlər vətəndaşların büdcəsində ciddi yer tutur.
Əczaçılar da tez-tez vətəndaşların bu qəbildən olan şikayətləri ilə qarşılaşdıqlarını deyirlər. Onlar qiymətlər arasında bu qədər fərqin olmasını isə logistika xərcləri ilə izah edirlər.
Mövzuya münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov hesab edir ki, dərmanların qiymətləri arasındakı bu qədər fərqin olmasının ən başlıca səbəbi adıçəkilən xarici ölkələrin özlərinin dərman istehsalı ilə məşğul olmalarıdır.
Deputatın fikrincə, qiymət fərqindən irəli gələn problemləri həll etmək üçün xüsusi qurum olmalıdır. Bu qurum dərmanların sertifikatlarının alınmasından tutmuş onun qiymətinin tənzimlənməsinə qədər bütün proseslərə nəzarət etməlidir.
Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, idxal edilən dərmanların ölkəmizdəki satış qiymətləri ölkəyə daxil olarkən sahibkarın üzərinə düşən xərcdən 14-40 faiz arasında yuxarı ola bilər. Yəni 5 manata başa gələn dərman maksimim 40 faiz, 100 manatdan baha başa gələn dərman isə 14 faiz baha satıla bilər.
28-06-2022, 08:58 | Ürəyin düz işləmədiyini göstərən səkkiz işarəyə diqqət!

Bədənimizin ən əhəmiyyətli orqanlarından biri olan ürəyimizi qorumaq üçün bir çox yol izləməliyik. Gündəlik həyatımıza bağlı olaraq ortaya çıxa biləcək ürək xəstəliklərinə qarşı nə qədər qorunursunuz?
Ürəyimiz düz işləmədiyi zamanlarda bizə bir çox siqnal göndərir. Əhəmiyyətli olan bu siqnalları diqqətə alaraq ürək xəstəliklərinə qarşı tədbir görüb, infarkt riskini ortadan qaldıra bilərsiniz. Ürəyimizin düz işləmədiyinə dair 5 əhəmiyyətli işarə...
Aparılan araşdırmalara görə hər il yalnız 610 min adam ürək xəstəlikləri ilə əlaqədar çətinlik yaşayır.
Erkən diaqnoz ilə ürək narahatlıqlarından həyati bir risk yaratmadan xilas olmaq istəyirsinizsə ürək xəstəliklərini işarə edən siqnallar işinizə yaraya bilər.
QOLLARA YAYILAN AĞRI
Ürək xəstəliklərinə işarə edən ən əhəmiyyətli siqnallardan biri qola yayılan ağrılardır. Qol ağrısı kişilərdə sol qisimdə olarkən qadınlarda bu vəziyyət iki qol ağrısı olaraq özünü göstərə bilər.
Qadınların bəzi zamanlarda qollarında hiss etdiyi ağrılar sinir sistemi ilə əlaqəli ola bilər, bu səbəbdən doğru bir diaqnoz üçün mütləq mütəxəssislə məsləhətləşmək lazımdır.
ŞİDDƏTLİ ÖSKÜRƏK
Bir çox fərqli xəstəlikdə görülə bilən şiddətli öskürək xüsusilə çəhrayı bəlğəm ilə birlikdə görüldüyündə ürək çatışmazlığına işarə edə bilər.
AYAQLARDA ŞİŞ
Ürəyin yaxşı şəkildə vurulmadığı təqdirdə, qan damarlarındakı mayenin toxumalara sızması ilə birlikdə ortaya çıxan şişlik halı ilə bağlı, həkimə müraciət etmək ən faydalı işdir.
Xüsusilə ayağınızda corab geydiyinizdə, rezin çox narahat edirsə və bərabərində yara izləri meydana gəlirsə, mütləq həkimə baş çəkmək lazımdır.
HƏDDİNDƏN ARTIQ NARAHAT RUH HALI
Aparılan araşdırmalara görə həyatının müəyyən dövrlərində narahat ruh halına sahib insanların ürək xəstəliklərinə daha çox aludə olduğunu göstərir.
ŞÜUR İTKİSİ VƏ HUŞUNU İTİRMƏ
Ürək narahatlıqları arasında ən çox müşahidə olunan simptomlar arasında şüur itkisi və huşunu itirmə var.
Bunun səbəbləri arasında ürəyin qanı yaxşı vura bilməməsi ilə yanaşı ürək axışının damarlarda tıxanması kimi faktorlar da var.