1-11-2021, 20:59 | İşədüzəltmə agentlikləri insanları necə aldadır? - AÇIQLAMA

İşədüzəltmə agentlikləri insanları necə aldadır? - AÇIQLAMA

Azərbaycanda əhaliyə müxtəlif işlər təklif edən işədüzəltmə agentlikləri fəaliyyət göstərir. Ölkədə fırıldaqçılıqla məşğul olan işədüzəltmə agentlikləri də mövcuddur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, belə işədüzəltmə agentliklərinin fəaliyyəti tam qanunla nəzərdə tutulmuş fəaliyyət deyil:

"Bəzi işədüzltmə agentliklər işsiz insanların inamından istifadə edib dələduzluq edir. İşədüzəltmə agentliyinə yaxınlaşan insanlara anket verilir ki, bu anketi doldurun, biz sizi işlə təmin edəcəyik. Anketə görə 10-15 manat pul tələb edilir. İnsanlar dərhal bilməlidir ki, bu fırıldaqçılıqdır. İşədüzəltmə büroları göstərdikləri xidmətə görə işçidən qətiyyən pul almamalıdırlar. Azərbaycan Respublikasının Əmək məcəlləsində işə düzələrkən pul alınması deyə bir maddə yoxdur".

O qeyd edib ki, xarici ölkələrdə işədüzəltmə agentliyi vətəndaşı işə düzəldəndən sonra işə düzələnlərdən yox, işə götürənlərdən faiz alır. Bu qanunla tənzimlənmiş formada həyata keçirilir:

"Azərbaycanda olan işədüzəltmə agentliklərinin əksəriyyəti isə vətəndaş işə başlayandan bir müddət keçmiş hədələyir ki, ilk ayının maaşının yarısın bizə ver. Yoxsa işdən çıxaracağıq. Bütün bunlar qanuni şəkildə araşdırılıb sübuta yetirilməlidir. Şəxsin əməli sübut olunarsa, qanuni şəkildə məsuliyyətə cəlb olunmalıdır".

1-11-2021, 20:49 | Sabiq gömrük əməkdaşları məhkəmədə özlərini ittihamlarla təqsirli bilməyiblər

Sabiq gömrük əməkdaşları məhkəmədə özlərini ittihamlarla təqsirli bilməyiblər

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşlarının işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının elan edilməsini yekunlaşdırıb. Təqsirləndirilən şəxslər özlərini ittihamlarla təqsirli bilməyib.

Daha sonra sübutların tədqiqinə başlanıb.

Təqsirləndirilən şəxslərin vəkilləri bildirib ki, təqsirləndirilən şəxslər ittihamları rədd etdiyi üçün prosesdə zərərçəkmiş kimi Dövlət Gömrük Komitəsinin nümayəndəsi və şahidlər dindirilsin.

Prosesdə bildirilib ki, zərərçəkmiş tərəf mövqeyini dəqiqləşdirsin və məhkəməyə bildirsin.

Proses noyabrın 15-də davam etdiriləcək.

İttihama görə, Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, "İpək Yolu" gömrük postunda inspektor işləyən Mirağa Ağayev, gömrük əməkdaşı Orxan Zöhrabov habelə "Global Broker" MMC-nin direktoru olmaqla "D2D Logistics" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında adı çəkilən vətəndaşlar şübhəli şəxs qismində tutulublar.


Trend


1-11-2021, 20:33 | Keçmiş məhkum saxta pula görə saxlanılıb

Keçmiş məhkum saxta pula görə saxlanılıb

Qobustan Rayon Polis Şöbəsinə oktyabrın 29-da şəhər ərazisində yerləşən iki yanacaqdoldurma məntəqəsində yanacaq müqabilində saxta əsginas verilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, həmin gün gecə saat 3 radələrində avtomobillə yanacaqdoldurma məntəqələrinə gələn sürücü birinci məntəqədə operatora 15 manat dəyərində yanacaq müqabilində 200 manatlıq əsginas verərək 185 manat, ikinci məntəqədə isə 20 manat dəyərində yanacaq müqabilində 100 manatlıq əsginas verərək 80 manat geri alıb. Sonradan həmin əsginasların saxta olması aşkar olub.

Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginasları verməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Salayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.


1-11-2021, 20:26 | AzTU-da 4 tələbə koronavirusa yoluxub, qrup distant təhsilə keçib

AzTU-da 4 tələbə koronavirusa yoluxub, qrup distant təhsilə keçib

Azərbaycan Texniki Universitetində (AzTU) ötən həftə 4 tələbənin (Nəqliyyat və logistika fakültəsi -1 tələbə, Xüsusi texnika və texnologiya fakültəsi - 1 tələbə, Maşınqayırma və robototexnika fakültəsi - 1 tələbə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi - 1 tələbə) COVID-19 testi pozitiv çıxıb.

Ali təhsil müəssisəsindən verilən məlumata görə, bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant tədrisə keçib.

Qeyd edək ki, bundan əvvəl koronavirusa yoluxan üç tələbə artıq sağalıb və onların qrupunda əyani tədris bərpa olunub.

22-10-2021, 09:28 | İsraildə koronavirusun yeni ştammına daha 5 yoluxma qeydə alınıb

İsraildə koronavirusun yeni ştammına daha 5 yoluxma qeydə alınıb


İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 025 nəfər yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, yoluxma hallarından 5-i yeni aşkarlanan "delta" ştammına aid "AY4.2" variantıdır.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 1 320 884 nəfərə çatıb. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 8 035 nəfəri ölüb, 1 298 172 nəfəri isə sağalıb. Aktiv xəstələrin sayı 14 677 nəfər təşkil edir.


Trend

22-10-2021, 09:07 | Azərbaycan UEFA əmsallar cədvəlində 26-cı pilləyə yüksəlib

Azərbaycan UEFA əmsallar cədvəlində 26-cı pilləyə yüksəlib


Azərbaycan UEFA əmsallar cədvəlində 26-cı pilləyə yüksəlib.

Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsi çərçivəsində "Kayrat" üzərində qələbəsindən sonra ölkənin aktivinə daha 0,500 xal əlavə olunub və xalların sayı 16,000-a çatıb.

Beləliklə, Azərbaycan cədvəldə Macarıstan və Polşanı (hər birinin aktivində 15,875 xal) geridə qoyaraq 26-cı pillədə qərarlaşıb.


Trend

22-10-2021, 08:55 | Şəhər sakinlərinin problemi - xroniki intoksikasiya

Şəhər sakinlərinin problemi - xroniki intoksikasiya


Böyük şəhərlərdə yaşayan insanların əksər hissəsində xroniki intoksikasiyanın simptomları müşahidə olunur.

Bu ilk növbədə meqapolislərin pis ekoloji şəraiti ilə bağlıdır - burada hava və su müxtəlif toksiki maddələrlə olduqca zəngindir. Digər tərəfdən meqapolis sakilərin qəbul etdiyi qidanı da ekoloji təmiz hesab etmək çətindir.

İnsan orqanizmi özü-özünü təmizləmə və bərpa etmə xüsusiyyətlərinə malikdir. Bağırsaq, qara ciyər, böyrəklər, ağ ciyər yorulmadan ziyanlı maddələri zərərsizləşdirir və orqanizmdən xaric edirlər. Lakin bu maddələrin miqdarı çox olduqda bu orqanlar böyük yükləmələrlə işləyir ki, nəticədə bu orqanların fəaliyyətində pozulmalar baş verir.

Bundan əlavə orqanizmdə yığılan toksiki maddələr qana düşərək orqanizm boyu yayılır və müxtəlif orqanların fəaliyyətinə mənfi təsir edir. Xroniki intoksikasiya özünü bu kimi əlamətlərlə büruzə verir:

- səbəbsiz yorğunluq və zəiflik, əsəbilik, iş qabiliyyətinin aşağı olması, baş ağrıları, yuxunun pozulması. Bu xroniki intoksikasiyanın sinir sisteminə mənfi təsiri ilə bağlıdır. İntoksikasiyadan ilk növbədə məhz sinir sistemi əziyyət çəkir.

- immunitetin zəifləməsi - insan daha tez-tez soyuqdəymə xəstəliklərinə tutulur, daha gec sağalır, xroniki xəstəliklər və infeksiyalar kəskinləşməyə başlayır, insanda tez-tez allergik reaksiyalar olur və s.

- mədə-bağırsaq sisteminə pozulmalar - köp, ishal, qəbizlik, qarın ağrıları.

- dərinin vəziyyətinin pisləşməsi - dəridə tez-tez səpgilər əmələ gəlir, dəri öz elastikliyini itirir, solğun və qocalmış görünür.

- saçlar tökülməyə başlayır, daha cansız görünür.

- dırnaqlar kövrək olur, öz parıltısını itirir.

Əgər siz özünüzdə bu kimi əlamətlərin olmasını müşahidə edirsinizsə, bu o deməkdir ki, siz xroniki intoksikasiyadan əziyyət çəkirsiniz.

Xroniki intoksikasiya ilə mütləq mübarizə aparmaq lazımdır. Bunun üçün bu kimi sadə qaydalara əməl edin:

- Mümkün qədər çox təmiz su için (dükanlarda butulkalarda satılan su). Su orqanizmdən ziyanlı maddələrin çıxmasını sürətləndirir.

- Fast-fud qidalardan tam imtina edin, ev yeməklərinə üstünlük verin.

- Qidalanmanızda daim yerli və mövsümə uyğun meyvə-tərəvəz olmalıdır. Meyvə-tərəvəz qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqlarda olan ziyanlı maddələri "süpürüb" çıxardır.

- Süd məhsulları orqanizmə çox gözəl detoks təsiri göstərir. Süd məhsullarını (qatıq, ayran, xama, kəsmik və s.) mümkün qədər tez-tez qəbul edin.

- Yarmalar da (qarabaşaq, yulaf, darı, düyü və s.) bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir, bağırsaqları yaxşı təmizləyir.

- Bir çox müalicəvi bitkilər (çobanyastığı, itburnu, solmazçiçəyi və s.) orqanizmi ziyanlı maddələrdə təmizləmək xüsusiyyətinə malikdir. Apteklərdə qara ciyər, böyrəklər üçün olan xüsusi müalicə çaylar satılır. Bu çaylardan istifadə etmək olar.

- Orqanizmi əsaslı şəkildə təmizləmək istəyənlər özlərinə həftədə 1 dəfə detoks günü təyin etməlidir. Axşamdan 1 stəkan ilıq suda 1 xörək qaşığı buğda kəpəyi isladın və səhər acqarına qarışdırıb için. Gün ərzində yalnız çiy meyvə-tərəvəz yemək və bol su içmək lazımdır.

22-10-2021, 08:52 | Mançester klubları ispana görə rəqib oldu

Mançester klubları ispana görə rəqib oldu


"Leypsiq"in yarımmüdafiəçisi Dani Olmo karyerasını İngiltərədə davam etdirə bilər.

İspaniya millisinin üzvü uğrunda Mançester klubları mübarizəyə qoşulub.

"Barselona"nın transfer gündəmində olan Olmo üçün "Mançester Yunayted" və "Mançester Siti" də Bundesliqa təmsilçisi ilə danışıq aparmağa hazırdır. Lakin onlar yalnız "Barselona"nın maliyyə məsələsində "Leypsiq"lə anlaşmaması halında təmasa keçə biləcək. Çünki Olmo özü yetirməsi olduğu Kataloniya klubu ilə 5 illik şəxsi müqaviləni razılaşdırıb.

Qeyd edək ki, 23 yaşlı orta sahə oyunçusu "Leypsiq"ə ötən il Zaqreb "Dinamo"sundan keçib.

22-10-2021, 08:50 | Uşaqlara dərman verdikdə diqqətli olun!

Uşaqlara dərman verdikdə diqqətli olun!


İstənilən dərmanlar istənilən insanda allergik reaksiyanın inkişafına səbəb ola bilər.

Heç bir insan belə allergik reaksiyadan sığortalanmayıb. "Məndə heç nəyə allergiya yoxdur" kimi dəlil burada işləmir.

Reaksiyanın gücü müxtəlif ola bilər - yüngül səpgilərdən başlayaraq ağır anafilaktik şokun inkişafına kimi (anafilaktik şok insanın həlak olmasına səbəb ola bilər).

Həkimlərin müşahidələrinə görə, uşaqlarda və yaşlı insanlarda dərmanlara qarşı allergik reaksiyalarına daha az rast gəlinir. Bunun səbəbi bu qrup insanlarda immun sisteminin daha zəif olmasıdır.

Lakin uşaqlarda allergik reaksiya daha sürətli gedir və daha tez-tez hallarda ağır fəsadlara səbəb olur. Bunun səbəbi uşaq orqanizmində bütün fizioloji proseslərin daha sürətli getməsidir.

Əksər hallarda ağır allergik reaksiyaların səbəbi hər hansı dərman preparatının qəbulu olur. Bu səbəbdən uşağa bu və ya digər dərman preparatını verdikdə çox diqqətli olun.

Bəzi dərman preparatları allergik reaksiyalara daha tez-tez səbəb olur. Allergik reaksiyaların inkişafına ən tez-tez səbəb olan preparatlar penisillin və sefalosporin qrupuna aid olan antibakterial preparatlardır ("antibiotik"lər). Sulfanilamid preparatları, vərəm əleyhinə preparatlar, aspirin, yuxu gətirici, qıcolma qarşı preparatlar, anestetiklər (ağrısızlaşdıran) və bəzi digər preparatların istifadəsi allergik reaksiyanın riskini artırır.

Nəzərinizə çatdıraq ki, allergik reaksiya yalnız hər hansı allergenlə (o cümlədən, dərmanla) təkrar (!) kontakt zamanı inkişaf edə bilər. Bu o deməkdir ki, əgər insan, məsələn, bundan əvvəl heç zaman ampisillin qəbul etməyibsə, ampisillinin ilk qəbulu bu insanda allergik reakisyanın inkişafına səbəb olmayacaq.

Lakin ilk qəbuldan sonra orqanizmdə hələ ki tibbə məlum olmayan proses işə salınır ki, immun sistemi bu maddəyə qarşı xüsusi həssas olur. Bu proses "sensibilizasiya" adlandırılır. Məhz bu sensibilizasiya gələcəkdə bu dərmanın təkrar qəbulu nəticəsində allergik reaksiyaya səbəb olur.

Bunu misal çəkərək izah edək. Məsələn, uşaqda otit (orta qulağın iltihabı) inkişaf etmişdir. Həkim uşağa "ampisillin" təyin edib. 3 aydan sonra bu uşaq bronxit xəstəliyinə tutulub və ana uşağa müstəqil şəkildə ampisillin "təyin etməyə" qərar verib (axı keçən dəfə ampisillin uşağa kömək edib!). Nəticədə uşaqda allergik reaksiya baş verib.

Dərmanın qəbul forması da sensibilizasiyanın və allergik reaksiyanın inkişafında böyük rol oynayır. Belə ki, dərmanın peroral (həb, suspensiya və s.) qəbulu zamanı sensubilizasiya və allergik reaksiyanın riski daha az, parenteral (inyeksiyalar şəklində) qəbulu zamanı isə daha çox olur. Məhz bu səbəbdən həkimlər uşaqlara dərmanları əksər hallarda həb və ya suspensiya şəklində təyin edirlər.

Əgər ana hamiləlik zamanı hər hansı dərman qəbul edibsə, bu o deməkdir ki, uşaq bu dərmana sensibilizasiya alıb və doğulduqdan sonra bu dərmanın qəbulu uşaqda allergik reaksiyaya səbəb ola bilər.

Bu səbəbdən hamiləlik zamanı ana yalnız həkim tərəfindən təyin olunan dərmanları qəbul etməli və bu dərmanların adlarını yazıb saxlamalıdır. Əgər körpə doğulduqdan sonra ona hər hansı müalicə təyin olunarsa, ana mütləq hamiləlik zamanı istifadə etdiyi dərmanlar haqqında həkimə məlumat verrməlidir. Bu uşaqda ağır allergik reaksiyaların baş verməsinin qarşısını alacaq.

Həmçinin əmizdirmə zamanı ana tərəfindən qəbul olunan dərmanlar da uşaqda sensibilizasiyaya səbəb olur. Bunu da nəzərə almaq lazımdır.

Valideynlərdə hər hansı dərman preparatına qarşı allergik reaksiya olduqda bu uşaqda bu dərmana qarşı reaksiya riskini artırır.

Əgər uşaqda bu və ya digər dərman preparatına qarşı allergik reaksiya olubsa, bu o deməkdir ki, növbəti dəfə bu preparatın qəbulu daha ağır reaksiyaya səbəb olacaq.

Qara ciyər və böyrək xəstəlikləri allergik reaksiyaların riskini artırır.

Beləliklə, uşağı ağır allergik reaksiyalardan qorumaq istəyirsinizsə, bu qaydalara əməl edin:

- heç bir halda müstəqil şəkildə (həkimlə məsləhətləşmədən) uşağa heç bir dərman preparatını verməyin;

- uşağa verilən bütün dərman preparatların adını və verilmə tarixini yazıb saxlayın və uşağa hər hansı dərman təyin olunduqda bu siyahını həkimə göstərin;

- əgər uşaqda hər hansı dərmana qarşı allergik reaksiya olubsa, bu dərmanın adını yazıb saxlayın;

- heç bir halda inyeksiya şəklində istifadə üçün nəzərdə tutulmuş dərmanları yerli vasitə kimi istifadə etməyin (bəzi analar uşaqda boğaz xəstəlikləri zamanı şprisə penisillin yığıb uşağın boğazını yuyurlar - bu yolverilməzdir!).

22-10-2021, 08:47 | Çeferindən FİFA-nın ideyasına sərt reaksiya

Çeferindən FİFA-nın ideyasına sərt reaksiya



UEFA prezidenti Aleksandr Çeferin dünya çempionatlarının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirib.

Bu fikri məntiqsiz layihə adlandırıb:

"Bu layihəni dəstəkləmirəm. Əgər dünya çempionatının 2 ildən bir keçirilməsi barədə qərar verilsə, futbol adına qorxunc nəticələr ola bilər. Sizdən və FİFA-dan xahiş edirəm ki, layihənin tətbiq edilməsiylə bağlı səsvermə etməyin. Bu fikri və məsələnin səsverməyə çıxarılmasını məntiqli hesab etmirəm".

Qeyd edək ki, FİFA dünya çempionatlarının keçirilmə müddəti ilə bağlı qərarı ilin sonunda verəcək.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.