20-10-2021, 08:44 | Ronaldo “Mançester Yunayted”ə Zidanı məsləhət gördü

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo klubu Zinəddin Zidanın çalışdırmasını istəyir.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. 36 yaşlı hücumçunun komandanın hazırkı baş məşqçisi Ole Qunnar Sulşer ilə münasibəti yaxşı deyil. Həmçinin klub rəhbərliyi də 48 yaşlı mütəxəssisin fəaliyyətindən narazıdır. Buna görə də Ronaldo "Mançester Yunayted" rəhbərliyinə baş məşqçi vəzifəsi üçün "Real"ın sabiq çalışdırıcısı Zinəddin Zidanı məsləhət görüb. İspaniyanın "Mega" kanalında yayımlanan "El Chiringuito" proqramında "Mançester Yunayted" nümayəndələrinin artıq Zidanla görüşdüyü bildirilib. 49 yaşlı mütəxəssis hazırda Sulşerin yerinə əsas namizəd hesab olunur.
Əlavə edək ki, Ronaldo 2016-2018, 2019-2021-ci illərdə Zinəddin Zidanın baş məşqçiliyi altında "Real"da oynayıb. Zidan bu ilin yayında Madrid təmsilçisindən istefaya göndərilib. Onu baş məşqçi vəzifəsində Karlo Ançelotti əvəzləyib.
Qeyd edək ki, Ronaldo avqust ayının 31-də "Mançester Yunayted" ilə 2+1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Ole Qunnar Sulşer "qırmızı şeytanlar"a 2018-ci ildən baş məşqçilik edir.
10-10-2021, 13:48 | Uşaqları sətəlcəmdən necə qorumalı? - Pediatrdan vacib məsləhət

Payız aylarında daha çox rast gəlinən xəstəliklərdən biri də sətəlcəmdir. Sətəlcəm ağciyərlərin hava kisəciklərinin (alveolalarının) maye və ya irinlə dolmasına səbəb olan bir və ya ikitərəfli infeksiyasıdır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, sətəlcəm ölümə ən çox səbəb olan xəstəliklər siyahısındadır. Sətəlcəm bakterial, viral və ya göbələk mənşəli olur. Azərbaycanda xüsusilə uşaqlar arasında virus mənşəli sətəlcəm halı daha geniş yayılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu həkim-pediatr Telman Aytayev Azərtac-a uşaqlarda sətəlcəm xəstəliyi barədə danışarkən deyib.
Həkim-mütəxəssis bildirib ki, yeni növ koronavirus (COVID-19) infeksiyası da sətəlcəmə səbəb olur: "COVID-19-un ağırlaşmış forması virus mənşəli sətəlcəmlərə nümunə ola bilər. Sətəlcəmin əsas əlamətləri uzun müddət davam edən bəlğəmli öskürək, yüksək hərarət və halsızlıqdır. Sətəlcəmlərin təxminən 50 faizi viruslar tərəfindən törədilir. Viral pnevmoniyalar soyuqdəymə tipli simptomlarla, adətən quru öskürəklə başlayır, başağrısı, qızdırma, əzələ ağrısı, kefsizlik kimi əlamətlərlə inkişaf edir. Xəstəliyin sonrakı mərhələlərində təngnəfəslik, ağ və ya rəngsiz bəlğəmli öskürək müşahidə edilir. Virus mənşəli sətəlcəmlər simptomatik olaraq müalicə edilir. Virus mənşəli sətəlcəm zamanı xəstədə ikincili olaraq bakterial sətəlcəm də əmələ gələ bilər".
T.Aytayev qeyd edib ki, bakterial sətəlcəmə daha çox pnevmokok adlandırılan mikrob səbəb olur: "Pnevmokok pnevmoniya və meningit kimi kəskin infeksion xəstəliklərə və onların ağır fəsadlarına səbəb ola bilən bakteriyadır. Həmin bakteriya ilə yoluxmanın qarşısını peyvəndləmə ilə almaq mümkündür. Nəzərə almaq lazımdır ki, Azərbaycanda tətbiq edilən Milli Peyvənd təqvimində pnevmokok əleyhinə peyvənd mövcuddur."
"Uşaq pnevmokoka qarşı peyvənd olunduğu zaman həmin xəstəlikdən 80-90 faiz qorunmuş olur. Bakterial sətəlcəmin müalicəsi antibiotiklər vasitəsilə aparılır. Pnevmokok bakteriyasının xüsusilə uşaqlar üçün təhlükəli olduğunu nəzərə alaraq, valideynlər uşaqlarını mütləq vaxtından peyvənd etdirməlidirlər", - pediatr əlavə edib.
10-10-2021, 11:26 | Serbiya millimizlə matça ciddi itki ilə çıxacaq

Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi önünə ciddi itki ilə çıxacaq.
Komandamızın qrupdakı növbəti rəqibi Straxinya Pavloviçin xidmətindən məhrum qalacaq.
Buna səbəb 20 yaşlı müdafiəçinin Lüksemburqla səfər qarşılaşmasında sarı vərəqə almasıdır. Hazırda davam edən matçın 22-ci dəqiqəsində cəzalandırılan "Monako"nun oyunçusu tsikldə ikinci sarı vərəqəsini alıb. Bununla cəzalı duruma düşən Pavloviç millimizlə oyunu buraxacaq. O, seçmə mərhələdə ilk sarısını I turda İrlandiya ilə görüşdə alıb.
Qeyd edək ki, Serbiya - Azərbaycan matçı oktyabrın 12-də Belqradda keçiriləcək.
10-10-2021, 10:47 | Kriştianu Ronaldu bir matçda üç rekordu qırıb

"Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldu Portuqaliya və Qətər milliləri arasında keçirilən yoldaşlıq oyunu zamanı eyni anda üç rekordu qırıb.
36 yaşlı hücumçu yığmanın heyətində 181-ci oyuna çıxıb. Bu, Avropa oyunçuları üçün tarixdə ən yaxşı nəticədir. O, Qətərlə matçda meydana girərək ispaniyalı Serxio Ramosu keçib.
37-ci dəqiqədə K.Ronaldu qol vurdu. Vurduğu top hücumçu üçün milli komandalar səviyyəsindəki 112 -ci qol oldu. Belə ki, o, milli komandada vurduğu qol sayı üzrə göstəricisini yaxşılaşdırıb. Bundan başqa K.Ronaldu karyerasında 46-cı milli komandaya qarşı oyunda fərqlənib - bu həm də dünya rekordudur.
10-10-2021, 10:15 | "Eurovision" təmsilçimizin çantasından görün nələr çıxdı - VİDEO

"Eurovison-2021" təmsilçimiz Samirə Əfəndi maraqlı addım atıb.
İfaçı hər gün çantasında gəzdirdiyi ləvazimatları sosial şəbəkədə nümayiş etdirib.
Samirə həmin anı əks etdirən videonu instaqram səhifəsinə yükləyib.
lent.az
9-10-2021, 09:59 | Bu gün millimizin matçı var

Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.
A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşəcək.
Tsikldə qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri ilk uğurunu qazanmaq üçün meydana çıxacaq. Bakı Olimpiya Stadionundakı görüşə qədər 5 oyunda 1 xal toplayan milli son sıranı tərk etmək üçün də mütləq qalib gəlməlidir.
Yığmamızın yer aldığı A qrupunda bu gün Lüksemburq - Serbiya matçı da baş tutacaq.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
9 oktyabr
20:00. Azərbaycan - İrlandiya
Baş hakim: Espen Eskas (Norveç).
Bakı Olimpiya Stadionu.
Xal durumu: Portuqaliya - 13, Serbiya - 11, Lüksemburq - 6, İrlandiya - 2, Azərbaycan - 1.
9-10-2021, 09:56 | Bu ölkədə vaksin vurdurmayanların mağazalara girişi qadağan edildi

Latviya Böhran İdarəetmə Şurası koronavirusa qarşı peyvənd vurdurmayan sakinlərin mağazalara girişini qadağan etmək qərarına gəlib. Yeganə istisna zəruri malları olan pərakəndə satış yerləri olacaq.
Bu barədə Latviya Baş naziri Krişyanis Karinş söyləyib.
"Yalnız COVID sertifikatı olan insanlar mağazalara gedə biləcəklər. İstisnalar zəruri malları olan pərakəndə satış yerləri, yəni ərzaq dükanları olacaq", - deyə Karinş bildirib.
O, Latviya sakinlərini imkan daxilində distant iş rejiminə keçməyə çağırıb.
Bundan başqa məktəbdə şagirdlərin maska taxması məcburi olacaq.
Qərar bu gün Latviya hökuməti tərəfindən təsdiqlənəcək.
Latviyada əhalinin 50%-i vaksinasiyadan keçib.
9-10-2021, 09:54 | Düşmənə verilən əbədi dərs: Hadrut əməliyyatının iştirakçıları Trend TV-yə danışdı - VİDEO

Azərbaycanın tarixi Zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsinin ilk günlərindən şanlı ordumuz ildırımsürətli hərbi əməliyyatlar keçirərək döyüş meydanlarında işğalçı Ermənistanı diz çökdürüb.
Cəbrayılın və ətraf yaşayış məntəqələrinin işğaldan azad edilməsindən sonra 2020-ci ilin oktyabrın 9-da Azərbaycan Ordusu Hadrut qəsəbəsini azad edib. Qəhrəman əsgərlərimiz Hadrut əməliyyatları zamanı düşmənə əbədi dərs verib.
Trend TV-nin çəkiliş qrupu Qələbənin ildönümü ərəfəsində Hadrut qəsəbəsində olub, əməliyyatlarda xüsusi qəhrəmanlıqlar göstərmiş hərbçilərimizlə görüşüb. Hərbçilərimiz Hadrut əməliyyatlarının gedişi, ordumuzun qəhrəmanlıqları, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən uğurlu döyüş taktikaları barədə təəssüratlarını bölüşüblər.
Xüsusi reportajı təqdim edirik:
9-10-2021, 09:44 | Feysbuk və instaqramdakı nasazlıq aradan qaldırılıb

Amerikanın feysbuk şirkəti daha əvvəl instaqram və feysbuk sosial şəbəkələrinin işində fasilələrə səbəb olan problemləri həll edib.
Bu barədə şirkət özünün tviter səhifəsində məlumat yayıb.
"Son bir neçə saat ərzində sosial şəbəkələrimizə daxil ola bilməmisinizsə üzr istəyirik. Problemi həll etdik, bu həftə səbr etdiyiniz üçün bir daha təşəkkür edirik", - xəbərdə deyilir.
"Downdetector" xidmətinin məlumatına görə, bütün dünyada istifadəçilər instaqram və feysbuk sosial şəbəkələrinin işində fasilələrdən şikayətləniblər.
9-10-2021, 09:31 | Millimiz Avropa çempionatının seçmə mərhələsində iştirak etməyəcək

Azərbaycan U-17 millisi Avro-2023-ün seçmə mərhələsində çıxış etməyəcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Belə qərarın qəbul olunmasına səbəb isə yığmanın heyətində 3 futbolçunun - Həmzəalı Mikayılov (müdafiəçi, "Sabah"), Adəm Topalov (yarımmüdafiəçi, "Səbail") və İbrahim Ağayarovun (yarımmüdafiəçi, "Qarabağ") koronavirusa yoluxması olub.
Belçikanın daxili qanunları nəzərə alınaraq, Azərbaycan millisinin üzvləri hazırda qaldıqları oteldə karantin rejimindədir.
AFFA ilə UEFA arasında aparılan danışıqlar, AFFA-nın Texniki departamentinin verdiyi rəy, komandamızın bir neçə gün ərzində karantin rejimi ilə əlaqədar məşq edə bilməməsi nəzərə alınaraq, AFFA ilə UEFA-nın qarşılıqlı razılaşması əsasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində çıxış etməməsi qərara alınıb.
Yaxın günlər ərzində UEFA tərəfindən millimizə müvafiq oyunlarda texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul oluna bilər.

















