11-11-2021, 10:23 | “Buster” doza ilə peyvəndlənənlərin orqanizmində koronavirusa qarşı yaranmış anticisimlər daha uzun müddət qalır

“Buster” doza ilə peyvəndlənənlərin orqanizmində koronavirusa qarşı yaranmış anticisimlər daha uzun müddət qalır

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə "buster" doza ilə peyvəndlənmə intensiv hal almağa başlayıb. Ölkədə yarım milyon nəfərə yaxın vətəndaş qüvvətləndirici doza peyvənd vurdurub. Bu, yaxşı haldır. Çünki koronavirusla mübarizə üçün kütləvi immunitetin formalaşdırılması vacibdir. İki doza peyvənd vurdurmuş şəxslərin orqanizmində yaranan immunitetin 6 aydan sonra zəiflədiyini nəzərə alaraq, deyə bilərik ki, "buster" dozanın əhəmiyyəti böyükdür. Vaksinasiyanın üçüncü mərhələsində iştirak etməklə vətəndaşların orqanizmində COVID-19 əleyhinə yaranmış anticisimlərin sayı artmağa başlayır. Onu da qeyd edim ki, "buster" dozanın miqdarı digərləri ilə fərqlənmir.

Bunu AZƏRTAC-a açıqlamasında həkim-infeksionist Könül Cəfərova deyib.

Həkim-mütəxəssis bildirib ki, "buster" dozanın fərqli heç bir yan təsiri yoxdur: "Qüvvətləndirici doza nəticəsində anticisimlər orqanizmdə daha uzun müddət qala bilir. Risk daşıyan vətəndaşların "buster" doza vurdurması faydalıdır, çünki həmin kateqoriyaya aid olanların koronavirusa yoluxma və yoluxduğu halda xəstəliyi ağır keçirmə ehtimalı çoxdur. Koronavirusun son vaxtlar yaranmış AY.4.2 növü daha yoluxdurucudur. Koronavirusun yaranan yeni ştamlarının fərqli xüsusiyyətlərə malik olduğunu nəzərə alaraq ehtiyatlı davranmaq və vaksinasiyada aktiv iştirak etmək lazımdır. Həmçinin qeyd etmək lazımdır ki, hazırda ölkədə istifadə edilən peyvəndlərin hər biri yeni ştamlara qarşı effektivdir. Bütün vətəndaşların "buster" doza ilə peyvəndlənməsi tövsiyə edilir".

Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 9 milyon 928 min 938, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 999 min 583, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 438 min 477 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 490 min 878 nəfər təşkil edir.

11-11-2021, 10:21 | Pandemiya tezliklə bitəcəkmi? - Professordan proqnoz

Pandemiya tezliklə bitəcəkmi? - Professordan proqnoz


Türkiyəli professor, Koronavirus Elmi Komitəsinin üzvü Tofiq Özlü hesab edir ki, pandemiyanın bitməsinə hələ çox var və virus bütün dünyanın bəlası olmağa davam edəcək.

Professor dünyada vaksinasiya prosesinin ləng getdiyini bildirib. Professorun sözlərinə görə, pandemiya yaxın gələcəkdə başa çatmayacaq:

"Gənclər bu xəstəliyi yüngül keçirsə də, böyüklərinə, ailə ağsaqqallarına və qohumlarına yoluxdura bilirlər. Yaşlı insanlar xəstəliyi hələ də ağır keçirtməyə davam edir. Bu aspektə diqqət yetirməyə dəyər. Pandemiya əslində heç yerə getmir, davam edir, getdikcə xroniki hala gəlir.

Təxminən iki ilə qət etdiyimiz məsafəyə baxmayaraq, virusla yaşamağa davam edirik. İndi virus hər yerdə yayılıb, bütün dünyada mövcuddur və görünür ki, yayılmağa davam edəcək. Üfüqdə bu pandemiyanı tezliklə dayandıracaq heç nə görə bilmirəm. Peyvəndlər bu baxımdan çox faydalıdır, ağırlaşma halları azalsa da, dünyada ölüm hallarının qarşısı hələ də istənilən səviyyədə alınmayıb.

Dünyada peyvəndlənmə o qədər də yaxşı getmir. Tez peyvənd olunmaqla ağır xəstəliklərin və ölümün qarşısını alsaq, qrip kimi adi mövsümi xəstəlik halına gətirə bilsək, o zaman normal həyata qayıda bilərik. Düşünürəm ki, bu nöqtəyə qısa zamanda çata bilməyəcəyik, virusla yaşamağa davam edəcəyik. Lakin çalışacağıq ki, heç bir məhdudiyyət olmadan həyatımızı davam etdirək". /publika.az

11-11-2021, 10:18 | Korona xəstələri üçün həyati vacib - Saturasiyanı necə ölçməli?

Korona xəstələri üçün həyati vacib - Saturasiyanı necə ölçməli?

Bildiyimiz kimi, saturasiyanın azalması koronavirusun ağırlaşmasına işarə edən ilk əlamətlərdən biridir. Pulsoksimetrin göstəricisi 93-dən aşağı düşdükdə vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Çox zaman evdə uzanan xəstənin saturasiyasının aşağı düşdüyünü təxmin etmək olmur, çox zaman xəstə klinikaya saturasiya 80-ə düşdükdə çatdırılır, bu isə həyati təhlükəlidir.

Saturasiyanın düzgün ölçülməsi qaydaları ilə tanış edir.

1. Rahat oturun, qolunuzu masanın üzərinə qoyun.

2. Əllləriniz normal temperaturda olmalıdır. Əllərinin soyuqdursa, bu pulsoksimetrin nəticəsinə təsir edə bilər. Bu halda saturasiyanı ölçməzdən əvvəl əllərinizi isti suda bir qədər saxlayın.

3. Saturasiyanı hər dəfə eyni əldə və eyni barmaqda ölçün.

4. Saturasiyanın ölçülməsi zamanı tərpənməyin. Bu nəticəyə təsir edir.

5. Uzun süni dırnaqlar nəticəyə ciddi təsir edir. Nəticə səhv ola bilər.

6. Saturasiyanı bir neçə dəfə ölçün. Əgər sizdə şübhə yaranarsa, dərhal həkimlə əlaqə saxlayın. /saglamolun.az


10-11-2021, 08:33 | 8 Noyabr sevinc və iftixar günüdür - ICESCO-nun sabiq baş direktoru

8 Noyabr sevinc və iftixar günüdür - ICESCO-nun sabiq baş direktoru


8 Noyabr - Zəfərin birinci ildönümü sevinc və iftixar günüdür.

Bunu Trend-ə açıqlamasında ICESCO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.

O qeyd edib ki, Azərbaycan xalqı 27 il ərzində səbr etdi, problemin danışıqlar yolu ilə həllinə çalışdı:

"Bu müddət ərzində Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qəbul edilən qətnamələr yerinə yetirilmədi. Beynəlxalq ictimaiyyət isə sadəcə izləyirdi. Nəhayət Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını azad etdi."

ICESCO-nun sabiq baş direktoru qeyd edib ki, işğal dövründə həmin torpaqlarda tarixi-dini abidələr, kəndlər, şəhərlər ermənilər tərəfindən dağıdılıb:

"Bu işğal nəticəsində insanlar doğma torpaqlarından didərgin düşdü. Ermənilərin pis və köhnə arzuları hələ də davam edir. Bu səbəbdən dünya birliyi möhkəm dayanaraq Qarabağı yenidən qurmaq, bərpa etmək və bu vəhşiliklərin bir daha yaşanmaması üçün Azərbaycana dəstək olmalıdır."

10-11-2021, 08:09 | "Instagram"ın işində fasilələr yaranıb

"Instagram"ın işində fasilələr yaranıb


ABŞ-da "Instagram" sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

Trend bildirir ki, bu barədə Downdetector xidmətinin saytında xəbər verilib.

Qeyd olunub ki, nasazlıqlar barədə məlumat verən istifadəçilərin 55 faizi proqramın işindən şikayət edir, 24 faizi serverə qoşulma zamanı problemlərlə üzləşir, daha 22 faizi isə saytın işində çətinliklər olduğunu qeyd edir.

Böyük Britaniyada da kiçik bir nasazlığın olduğu bildirildi.

10-11-2021, 08:05 | "Samsung" gələcəyin smartfonları üçün operativ yaddaşı təqdim edib

"Samsung" gələcəyin smartfonları üçün operativ yaddaşı təqdim edib



"Samsung" şirkəti smartfonlar üçün LPDDR5X formatında operativ yaddaş təqdim edib.

Trend xəbər verir ki, bu barədə şirkətin saytında bildirilib.

Korporasiya nümayəndələri bildiriblər ki, LPDDR5X 16 giqabitlik çiplərlə 14 nanometrlik proses texnologiyasından istifadə etməklə istehsal olunur, məlumatların ötürülmə sürətinin artması və aşağı enerji sərfiyyatı ilə fərqlənir.

Yeni format 5G süni intellekt, metakainatlarla işləmək üçün nəzərdə tutulub və gələcəyin smartfonlarında istifadə olunacaq.

10-11-2021, 08:03 | Atasının ildönümündə vəfat etdi... - Uzun illərdən sonra övladı olacaqdı

Atasının ildönümündə vəfat etdi... - Uzun illərdən sonra övladı olacaqdı



Xəbər verdiyimiz kimi, Türkiyədə komando kursunda iştirak edən hərbi qulluqçumuz kapitan Quliyev Rafiq Cərulla oğlu bədbəxt hadisə nəticəsində həlak olub. Ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan kapitan Quliyev, dərhal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Həlak olan hərbi qulluqçumuzla bağlı bir sıra məlumatları əldə edib.

Məlumata görə, Rafiq Quliyev 1993-cü ildə Qusarın Xuray kəndində anadan olub.

Peşəkar zabitimiz Aprel döyüşləri ilə yanaşı, Vətən müharibəsinin də iştirakçısı olub.

O, müharibə başa çatdıqdan sonra, Türkiyəyə təlimlərə yollanıb. Yaxınlarının bildirdiyinə görə, bədbəxt hadisə Rafiqin Vətənə qayıtmasından bir gün öncə - oktyabrın 28-də baş verib. O, həmin tarixdən komada olub, ötən gün isə dünyasını dəyişib.

Hərbi qulluqçumuz atasının ildönümündə doğulduğu Xuray kəndində torpağa tapşırılıb.

Yaxınlarının bildirdiyinə görə, Rafiq uzun illər övlad həsrətində olub. Onun bu yaxınlarda qız övladı dünyaya gələcəkdi.

qafqazinfo


10-11-2021, 06:52 | Kompüterdə “WhatsApp”dan istifadə edənlərin nəzərinə...

Kompüterdə “WhatsApp”dan istifadə edənlərin nəzərinə...


Dünyanın ən populyar messencerlərindən olan "WhatsApp" kompüter istifadəçiləri üçün yeniliyə imza atıb.

Bundan sonra tətbiqdən böyük ekranlarda istifadə üçün mobil versiya ilə sinxronlaşdırılma tələb olunmur. Başqa sözlə desək, kömpüter və ya noutbuklarda "WhatsApp"dan istifadə etdikdə smartfonun da messencerə qoşulu olması vacib deyil.

Hazırda bu yenilik yalnız tətbiqin beta-versiyasında aktivdir. Lakin beta-versiya hələ ki, birtərəfli çalışır. Onunla "WhatsApp"ın köhnə versiyalarından istifadə edənlərə mesaj göndərmək mümkün deyil.


oxu.az

9-11-2021, 09:54 | Müharibənin son günü bu ərazilər düşməndən təmizlənib - SİYAHI

Müharibənin son günü bu ərazilər düşməndən təmizlənib - SİYAHI

Vətən Müharibəsinin sonuncu günündə də hərbi əməliyyatlar davam etdirilib.

Həmin gün 71 kənd, bir qəsəbə, səkkiz strateji yüksəklik düşməndən təmizlənib.

Belə ki, Şuşa rayonunun Daşaltı kəndi, Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyidmahmudlu, Ələsgərli, Aşağı Güzlək, Govşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hüseynbəyli, Saracıq kəndləri, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq kəndləri, Xocavənd rayonunun Susanlıq, Binə, Tuğ, Ağdam, Azıx, Böyük Tağlar, Salatəkin, Zoğalbulaq, Arakül, Tağaverd, Zərdanaşen, Şexer kəndləri, Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Molla Həsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər kəndləri, Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri, Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragözə, İsgəndərbəyli kəndləri, Laçın rayonunun Güləbird, Səfiyan, Türklər kəndləri düşməndən təmizlənib.

Həmçinin, Zəngilanın Bartaz qəsəbəsi, Bartaz yüksəkliyi (2300 metr), Sığırt yüksəkliyi (1370 metr) Şükürataz yüksəkliyi (2000 metr) işğaldan azad edilib.


9-11-2021, 08:18 | Oynaqları balla müalicə edin. RESEPTLƏR

Oynaqları balla müalicə edin. RESEPTLƏR

Oynaqlar xəstəlikləri zamanı bal çox yaxşı müalicəvi təsir edir.

Aşağıda təqdim etdiyimiz xalq təbabəti reseptləri xəstə oynaqlarda ağrıları və iltihabı azaldır.

1. 1/2 litr ilıq suda 1 xörək qaşığı bal və 1 çay qaşığı darçın həll edin və gün ərzində için. Müalicə kursu - 1 ay.

2. Həmçinin balı xəstə oynağa çəkin (bal duru olmalıdır), 5 dəqiqə ərzində massaj edin ki, bal dəriyə tam hopulsun və sonra oynağı yun şərflə bağlayın. Bunu axşam edib sarığı səhərə kimi saxlayın.

3. Balla duzun qarışığı da oynaq xəstəlikləri zamanı yaxşı kömək edir. 1 xörək qaşığı bal 1 xörək qaşığı narın duzla yaxşı qarışdırın və xəstə oynağa çəkib massaj edin. Daha sonra oynağı pambıq parça, sonra isə yun şərflə bağlayın və səhərə kimi saxlayın.

Sadaladığımız müalicə üsulları həkimlə məsləhətləşdikdən sonra istifadə edin.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.