10-10-2021, 11:26 | Serbiya millimizlə matça ciddi itki ilə çıxacaq

Serbiya millimizlə matça ciddi itki ilə çıxacaq


Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi önünə ciddi itki ilə çıxacaq.

Komandamızın qrupdakı növbəti rəqibi Straxinya Pavloviçin xidmətindən məhrum qalacaq.

Buna səbəb 20 yaşlı müdafiəçinin Lüksemburqla səfər qarşılaşmasında sarı vərəqə almasıdır. Hazırda davam edən matçın 22-ci dəqiqəsində cəzalandırılan "Monako"nun oyunçusu tsikldə ikinci sarı vərəqəsini alıb. Bununla cəzalı duruma düşən Pavloviç millimizlə oyunu buraxacaq. O, seçmə mərhələdə ilk sarısını I turda İrlandiya ilə görüşdə alıb.

Qeyd edək ki, Serbiya - Azərbaycan matçı oktyabrın 12-də Belqradda keçiriləcək.


10-10-2021, 10:47 | Kriştianu Ronaldu bir matçda üç rekordu qırıb

Kriştianu Ronaldu bir matçda üç rekordu qırıb


"Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldu Portuqaliya və Qətər milliləri arasında keçirilən yoldaşlıq oyunu zamanı eyni anda üç rekordu qırıb.

36 yaşlı hücumçu yığmanın heyətində 181-ci oyuna çıxıb. Bu, Avropa oyunçuları üçün tarixdə ən yaxşı nəticədir. O, Qətərlə matçda meydana girərək ispaniyalı Serxio Ramosu keçib.

37-ci dəqiqədə K.Ronaldu qol vurdu. Vurduğu top hücumçu üçün milli komandalar səviyyəsindəki 112 -ci qol oldu. Belə ki, o, milli komandada vurduğu qol sayı üzrə göstəricisini yaxşılaşdırıb. Bundan başqa K.Ronaldu karyerasında 46-cı milli komandaya qarşı oyunda fərqlənib - bu həm də dünya rekordudur.


10-10-2021, 10:15 | "Eurovision" təmsilçimizin çantasından görün nələr çıxdı - VİDEO

"Eurovision" təmsilçimizin çantasından görün nələr çıxdı - VİDEO

"Eurovison-2021" təmsilçimiz Samirə Əfəndi maraqlı addım atıb.

İfaçı hər gün çantasında gəzdirdiyi ləvazimatları sosial şəbəkədə nümayiş etdirib.

Samirə həmin anı əks etdirən videonu instaqram səhifəsinə yükləyib.

lent.az


9-10-2021, 09:59 | Bu gün millimizin matçı var

Bu gün millimizin matçı var


Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşəcək.

Tsikldə qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri ilk uğurunu qazanmaq üçün meydana çıxacaq. Bakı Olimpiya Stadionundakı görüşə qədər 5 oyunda 1 xal toplayan milli son sıranı tərk etmək üçün də mütləq qalib gəlməlidir.

Yığmamızın yer aldığı A qrupunda bu gün Lüksemburq - Serbiya matçı da baş tutacaq.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
9 oktyabr

20:00. Azərbaycan - İrlandiya
Baş hakim: Espen Eskas (Norveç).
Bakı Olimpiya Stadionu.

Xal durumu: Portuqaliya - 13, Serbiya - 11, Lüksemburq - 6, İrlandiya - 2, Azərbaycan - 1.

9-10-2021, 09:56 | Bu ölkədə vaksin vurdurmayanların mağazalara girişi qadağan edildi

Bu ölkədə vaksin vurdurmayanların mağazalara girişi qadağan edildi

Latviya Böhran İdarəetmə Şurası koronavirusa qarşı peyvənd vurdurmayan sakinlərin mağazalara girişini qadağan etmək qərarına gəlib. Yeganə istisna zəruri malları olan pərakəndə satış yerləri olacaq.

Bu barədə Latviya Baş naziri Krişyanis Karinş söyləyib.

"Yalnız COVID sertifikatı olan insanlar mağazalara gedə biləcəklər. İstisnalar zəruri malları olan pərakəndə satış yerləri, yəni ərzaq dükanları olacaq", - deyə Karinş bildirib.

O, Latviya sakinlərini imkan daxilində distant iş rejiminə keçməyə çağırıb.

Bundan başqa məktəbdə şagirdlərin maska ​​taxması məcburi olacaq.

Qərar bu gün Latviya hökuməti tərəfindən təsdiqlənəcək.

Latviyada əhalinin 50%-i vaksinasiyadan keçib.

9-10-2021, 09:54 | Düşmənə verilən əbədi dərs: Hadrut əməliyyatının iştirakçıları Trend TV-yə danışdı - VİDEO

Düşmənə verilən əbədi dərs: Hadrut əməliyyatının iştirakçıları Trend TV-yə danışdı - VİDEO

Azərbaycanın tarixi Zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsinin ilk günlərindən şanlı ordumuz ildırımsürətli hərbi əməliyyatlar keçirərək döyüş meydanlarında işğalçı Ermənistanı diz çökdürüb.

Cəbrayılın və ətraf yaşayış məntəqələrinin işğaldan azad edilməsindən sonra 2020-ci ilin oktyabrın 9-da Azərbaycan Ordusu Hadrut qəsəbəsini azad edib. Qəhrəman əsgərlərimiz Hadrut əməliyyatları zamanı düşmənə əbədi dərs verib.

Trend TV-nin çəkiliş qrupu Qələbənin ildönümü ərəfəsində Hadrut qəsəbəsində olub, əməliyyatlarda xüsusi qəhrəmanlıqlar göstərmiş hərbçilərimizlə görüşüb. Hərbçilərimiz Hadrut əməliyyatlarının gedişi, ordumuzun qəhrəmanlıqları, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən uğurlu döyüş taktikaları barədə təəssüratlarını bölüşüblər.

Xüsusi reportajı təqdim edirik:


9-10-2021, 09:44 | Feysbuk və instaqramdakı nasazlıq aradan qaldırılıb

Feysbuk və instaqramdakı nasazlıq aradan qaldırılıb

Amerikanın feysbuk şirkəti daha əvvəl instaqram və feysbuk sosial şəbəkələrinin işində fasilələrə səbəb olan problemləri həll edib.

Bu barədə şirkət özünün tviter səhifəsində məlumat yayıb.

"Son bir neçə saat ərzində sosial şəbəkələrimizə daxil ola bilməmisinizsə üzr istəyirik. Problemi həll etdik, bu həftə səbr etdiyiniz üçün bir daha təşəkkür edirik", - xəbərdə ​​deyilir.

"Downdetector" xidmətinin məlumatına görə, bütün dünyada istifadəçilər instaqram və feysbuk sosial şəbəkələrinin işində fasilələrdən şikayətləniblər.



9-10-2021, 09:31 | Millimiz Avropa çempionatının seçmə mərhələsində iştirak etməyəcək

Millimiz Avropa çempionatının seçmə mərhələsində iştirak etməyəcək

Azərbaycan U-17 millisi Avro-2023-ün seçmə mərhələsində çıxış etməyəcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Belə qərarın qəbul olunmasına səbəb isə yığmanın heyətində 3 futbolçunun - Həmzəalı Mikayılov (müdafiəçi, "Sabah"), Adəm Topalov (yarımmüdafiəçi, "Səbail") və İbrahim Ağayarovun (yarımmüdafiəçi, "Qarabağ") koronavirusa yoluxması olub.

Belçikanın daxili qanunları nəzərə alınaraq, Azərbaycan millisinin üzvləri hazırda qaldıqları oteldə karantin rejimindədir.

AFFA ilə UEFA arasında aparılan danışıqlar, AFFA-nın Texniki departamentinin verdiyi rəy, komandamızın bir neçə gün ərzində karantin rejimi ilə əlaqədar məşq edə bilməməsi nəzərə alınaraq, AFFA ilə UEFA-nın qarşılıqlı razılaşması əsasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində çıxış etməməsi qərara alınıb.

Yaxın günlər ərzində UEFA tərəfindən millimizə müvafiq oyunlarda texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul oluna bilər.

9-10-2021, 09:30 | Bunu biləndən sonra yumurta qabıqlarını atmayacaqsınız! TƏBİİ DƏRMANın resepti

Bunu biləndən sonra yumurta qabıqlarını atmayacaqsınız! TƏBİİ DƏRMANın resepti


Bildiyimiz kimi, kalsium elementi insan orqanizmində böyük rol oynayır. Kalsium sümüklərimiz, dişlərimiz və dırnaqlarımız üçün əsas "tikinti" materialıdır.

Bundan əlavə kalsium əzələlər (o cümlədən, ürək əzələsi), gözlər, sinir sisteminin normal fəaliyyəti üçün çox vacibdir.

Uşaqların, hamilə və uşaq əmizdirən qadınların və yaşlı insanların bu elementə olduqca çox ehtiyacı var. Bu qrup insanlara adətən həkimlər tərəfindən müəyyən kurslarla kalsium preparatları təyin olunur.

Saglamolun.az bildirir ki, kalsiumun çatışmazlığı uşaqlarda ağır pozulma olan raxitə, yaşlı insanlarda isə osteoporoza (sümüklərdə kalsiumun azalması nəticəsində sümüklərin kövrək olması) səbəb olur. Hamilə və uşaq əmizdirən qadınlarda isə kalsiumun çatışmazlığı həm onların özlərinin, həm də uşaqların orqanizmi üçün ziyanlıdır.

Keçmişdə nənələrimiz uşaqlarına yumurta qabıqlarını verməklə onları raxitdən qoruyurdular.

Adi toyuq yumurtası qabığında olan kalsium ən müasir kalsium preparatlarında olan kalsiumdan orqanizm tərəfindən daha asan mənimsənilir. Kalsiumdan əlavə yumurta qabığının tərkibinə dəmir, sink, ftor, fosfor, mis və s. çox vacib elementlər daxildir. Ümumillikdə yumurta qabığının kimyəvi tərkibi insanın dişlərin, sümüklərin və dırnaqların kimyəvi tərkibinə bənzəyir.

Uşaqlarda raxit və anemiya zamanı əsas müalicə ilə paralel olaraq verilən yumurta qabığı çox yaxşı kömək edir.

Böyüklərdə qəbizlik, damaqların qanaması, əsəbilik, dırnaqların kövrək olması və tez qırılması, karies, osteoporoz zamanı və bu xəstəliklərin və pozulmaların profilaktikası üçün yumurta qabığı uğurla istifadə oluna bilər.

Lakin yumurta qabığını düzgün istifadə etmək lazımdır. İlk növbədə yumurta təzə olmalıdır, kənd yumurtası (dükanlarda satılan yox!) istifadə olunmalıdır.

Yumurta axar suyun altında yaxşı yuyulmalı və 5 dəqiqə ərzində qaynadılmalıdır. Daha sonra yumurta soyulur, qabığın içərisində olan nazik pərdə xaric olunur və yumurta qabığı həvəngdəstədə toz halına çatdırılır. Qəhvə üyüdən maşından istifadə etmək tövsiyə edilmir ki, bu halda yumurta qabığında olan faydalı maddələr qismən itir.

Bu qayda ilə hazırlanmış toz quru sərin yerdə şüşə bankada saxlanılmalıdır. İldə 2-3 dəfə olmaqla tozu uşağa (və ya böyüyə) müəyyən kurslarla (2-3 həftə ərzində) vermək tövsiyə olunur. Toz bıçağın ucunda götürülür, üzərinə 1-2 damcı limon şirəsi əlavə olunur (üzərinə limon sıxılır) və uşağa verilir.

Təbii ki, bütün digər xalq təbabəti vasitələri kimi, yumurta qabığı da yalnız əsas müalicəyə əlavə kimi və yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər.


9-10-2021, 09:24 | Hamiləlik zamanı saçları kəsmək və boyamaq olarmı?

Hamiləlik zamanı saçları kəsmək və boyamaq olarmı?

Bu sual hamilə qadınların əksəriyyətini maraqlandırır.

Tanışlardan, rəfiqələrdən qadınlar tez-tez eşidir ki, hamiləlik zamanı saçları kəsmək və boyamaq olmaz ki, bu uşağın sağlamlığına ziyan vura bilər.

Həqiqətdə saçların kəsilməsi hamiləliyə heç bir mənfi təsir etmir. Bu səbəbdən hamilə qadın özünə istədiyi saç kəsimi seçə bilər.

Saçların boyanmasına gəldikdə isə həkimlərin əksəriyyəti bunu hamiləliyin ilk 3 ayı ərzində etmək məsləhət etmirlər. Məsələ burasındadır ki, saç boyaların tərkibində müxtəlif orqanizmə zərər verə bilər maddələr var. İlk növbədə bu ammonyak, hidrogen peroksidi, rezorsin və s. maddələrdir. Saç boyası saçlarda 30 dəqiqə və hətta daha artıq müddət ərzində qalır. Bu müddət ərzində bu maddələr baş dərisinə düşərək kiçik miqdarlarda olsa da qadının qanına sorulur. İlk 3 ay ərzində ciftin formalaşması prosesi gedir və bu müddət ərzində döl hələ ki ciftlə tam müdafiə olunmur. Bu səbəbdən bu və digər ziyanlı maddələr nisbətən asan ana qanından dölün qanına düşə bilər.

Hamiləliyin təxminən 16-cı həftəsində cift tam formalaşır və bundan sonra qadın saçlarını boyaya bilər. Lakin bu halda müəyyən qaydalara riayət etmək lazımdır:

- ammonyak tərkibli davamlı boyalardan imtima edin. Hal hazırda satışda müxtəlif tərkibində ammonyak olmayan saç boyaları var (boyanın qutusunun üzərində "без аммиака" qeydi var). Orqanik boyalar, xüsusi köpüklər və şampunlar davamlı effekt verməsələr də, orqanizm üçün, demək olar, tam ziyansızdır. Ən ziyansız boyalar isə təbii boyalardır - xına və basma. Bu təbii boyalar həm də saçların keyfiyyətini yaxşılaşdırır, onları daha möhkəm edir. Bildiyimiz kimi, hamiləlik zamanı saçlar nazilir və tökülür.

- salona səhər saatlarında gedin ki, orada olan hava daha təmiz olsun.

- hamiləlik zamanı qadının immuniteti zəifləyir və bunun nəticəsində hətta allergiyaya meyilli olmamayan qadınlarda saç boyası allergik reaksiya verə bilər. Bu səbəbdən saçları boyadıqdan əvvəl belə bir test edin. Axşamdan boyanın kiçik hissəsini qulaqın axrasına çəkin və səhər nəticəni qiymətləndirin. Əgər dəridə qızarma, qaşınma və s. olarsa, saç boyasını dəyişin.

Qadında allergiyaya meyillik olarsa, hamiləlik zamanı saçları boyamaq məsləhət deyil.

- hamiləlik zamanı qadının hormonal fonu kəskin dəyişilir və bu səbəbdən istədiyiniz rəng alınmaya bilər (daha tünd və ya daha açıq, qeyri-bərabər rəng, "ləkəli" saçlar). Bu səbəbdən əvvəl boyanı saçın kiçik dəstəsində yoxlayın. Nəticə sizi qane edərsə, bütün saçlarınızı boyaya bilərsiniz.

- hamiləlik zamanı "melirovaniye" və "kolorirovaniye" kimi müasir üsullara üstünlük verin. Bu zaman saç boyası dəri ilə təmasda olmur və bu səbəbdən onun tərkibində olan maddələr ananın qanına düşmür.

Beləliklə, hamiləlik zamanı müəyyən qaydalara riayət etməklə saçları boyamaq olar.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.