4-11-2021, 06:39 | Həsrət Cəfərov dünya çempionu oldu

Həsrət Cəfərov dünya çempionu oldu


Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov debütdə meksikalı rəqibini məğlub edib.

Cəfərov daha sonra Rumıniya idmançısına tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Qazaxıstan idmançısına da heç bir şans tanımayan Həsrət adını yarımfinala yazdırıb. Türkiyə güləşçisindən də güclü olan həmyerlimiz dünya çempionatının finalına yüksəlib.

Noyabrın 3-də həlledici görüşdə İran pəhləvanıyla münasibətləri aydınlaşdıran Cəfərov gərgin keçən mübarizədən minimal fərqlə olsa da, qalib ayrılıb.

Beləliklə, 19 yaşlı Həsrət 23 yaşadək güləşçilər arasında dünya çempionu olan ilk yunan-Roma güləşçimiz kimi adını tarixə yazdırıb.

Xatırladaq ki, Cəfərov bu ilin avqustunda Ufada gənclər arasında keçirilən dünya çempionatında da qızıl medal qazanıb.


4-11-2021, 06:36 | Məşhur yazıçının külü kitabına "köçürüldü"

Məşhur yazıçının külü kitabına "köçürüldü"

Bu ilin may ayında vəfat edən belçikalı yazıçı Piter Haspeslaqın yandırılmış cəsədinin külləri onun bu yaxınlarda işıq üzü görən son kitabının çapında istifadə olunan mürəkkəbə qarışdırılıb. Həmin mürəkkəbdən kitabın yalnız ilk 25 min nüsxəsində istifadə olunub.

Kitablarını "Piter Aspe" adıyla imzalayan belçikalı yazıçı Piter Haspeslaqın "Van İn" seriyasının 5-ci - son kitabında istifadə edilən mürəkkəb gündəm olub.

Brüggedə bələdiyyə binasında təşkil olunan təqdimat mərasimində iştirak edən Haspeslaqın həyat yoldaşı Tamara Hanqeraf qeyd edib ki, onlar bu şəhərdə evləniblər. Əlavə edib ki, onlar üçün hər şey Brüggedə başlayıb və burada da bitib.

Piter Haspeslaqın 2-si uşaqlara həsr olunmuş 8 romanı var. O, 2010-cu ildə "Herkül Puaro" Ömür Boyu Müvəffəqiyyət Mükafatına layiq görülüb.

Qeyd edək ki, Piter Haspeslaq 68 yaşında ağciyər xəstəliyindən vəfat edib. (publika.az)


4-11-2021, 06:31 | Sosial şəbəkələrin işində problem yarandı

Sosial şəbəkələrin işində problem yarandı


Feysbuk və İnstaqramın işində problem yaranıb.

Nyus.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Downdetector" məlumat yayıb. Şikayətlər daha çox ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Kanada, Polşa, Rusiya və digər ölkələrdən daxil olub.

İnstaqram istifadəçilərinin əksəriyyəti (60%) proqramda fasilələrlə üzləşib, 21%-i vebsaytla bağlı problemləri qeyd edib, 19%-i sosial şəbəkənin serverlərinə qoşulma problemlərinə diqqət çəkib.

Feysbuk istifadəçilərinin 51%-i sayta, 24%-i sosial şəbəkənin serverlərinə qoşulmaqda çətinliklə üzləşib, 24%-i isə ümumiyyətlə proqramın işləmədiyini qeyd edib.

Nyus.Az

4-11-2021, 06:27 | Mədəsi xəstə olanlar belə qidalanmalıdır. Vacib QAYDALAR

Mədəsi xəstə olanlar belə qidalanmalıdır. Vacib QAYDALAR

Qastrit və xora xəstəliyi mədə-bağırsaq sistemi xəstəliklərinin arasında birinci yerlər tutur.

Mədə və 12 barmaq bağırsağı xorası çox təhlükəli xəstəlikdir ki, uzun müddət ərzində movcud olan və müalicə olunmayan xora mədə və 12 barmaq bağırsağı xərçənginə səbəb ola bilər.

Müasir dərman preparatlarının köməyi ilə qastrit və xora xəstəliyi çox uğurla müalicə olunur. Lakin müalicədən əlavə bu xəstəliklər zamanı xüsusi qidalanma rejimi də çox böyük müalicəvi rol oynayır. Deyə bilərik ki, xəstə müəyyən pəhriz saxlamazsa, heç bir ən müasir və bahalı dərman preparatı ona kömək edə bilməz və ya bu kömək müvəqqəti olacaq. Bu xəstəliklər zamanı pəhriz daim saxlanılmalıdır. Xəstəliklərin kəskinləşməsi də əksər hallarda məhz pəhrizin pozulması fonunda baş verir.

Əsas qaydalar:

- Bütün qızardılmış, duzlu, istiotlu, hisə verilmiş, marinada qoyulmuş qidalar qidalanmadan tamamilə çıxarılmalıdır.

- Bütün qidalar yalnız suda və buxarda bişirilmişməlidir (yağda yox!).

- Qida daha tez-tez və kiçik miqdarlarla qəbul edilməlidir ki, mədə yüklənməsin.

- Çox isti və çox soyuq qidaları və içkiləri qəbul etmək olmaz. Bu qaydaya hətta tam sağlam insanlar riayət etməlidir. Həm çox soyuq, həm də çox isti qida və içkilər insan sağlamlığına ciddi ziyan vurur.

- Bu kimi qidaları qəbul etmək olmaz: təzə çörək və un məmulatları; çiy meyvə-tərəvəz, giləmeyvə; pendir; turş süd məhsulları; şokolad; tünd çay, qəhvə; ketçup, mayonez, tomat və s. souslar; kolbasa və sosis məmulatları; şirniyyatlar (tortlar, pirojnalar).

- Bu kimi qidaların qəbulu tövsiyə olunur:

duru südlü sıyıqlar (manna, yulaf, qarabaşq, düyü),

buxarda və ya suda bişirilmiş ət (ət yağlı olmamlıdır), buxarda bişirilmiş kotlet,

bişmiş yumurta,

bişmiş kök, kartof, çuğundur,

moruqlu, çiyələkli kisel (kiselin tərkibində olan nişasta qastrit və xora xəstəliyi zamanı müalicəvi təsir edir - mədənin divarlarında qoruyucu qat əmələ gətirir)

süd, qaymaq

südlü kokteyl, südlü çay

kərə yağı və bitki yağları.

Müalicə zamanı xəstə fiziki gərginliklərə məruz qalmamalı, streslərdən uzaq olmalıdır.


4-11-2021, 05:55 | Dünyanın pandemiyadan sonrakı vəziyyəti Bakıda müəyyənləşəcək

Dünyanın pandemiyadan sonrakı vəziyyəti Bakıda müəyyənləşəcək


Bu gündən etibarən 3 gün boyunca Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Dünya COVID-19-dan sonra" mövzusunda VIII Bakı Qlobal Forumu işinə başlayacaq. Dünyanın pandemiyadan sonrakı vəziyyətinin dünya liderlərinin qatılacağı məhz Bakı Forumunda müzakirəyə çıxarılması təsadüfü deyil. Bu Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni vəziyyət yaradan, BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurla rəhbərlik edən Azərbaycanın qazandığı növbəti etimad nümunəsidir.

Bakının son illər xüsusilə bütün dünyanın diqqətini cəlb edən qlobal təşəbbüslərlə çıxış etməsi, post-COVİD dünyasındakı nəhəng dəyişikliklərin müzakirəsi, dərk olunması, bundan sonrakı ümumi yolun müəyyənləşdirilməsi üçün qlobal diskussiya paytaxtına, istinad nöqtəsinə çevrilməsi Azərbaycanın artan nüfuzuna bir qədər də təkan olacaq. Nəzərə alsaq ki, Forumun ilk günündə Prezident İlham Əliyevin çıxışı gözlənilir, o zaman istər dünyadakı vaksin bərabərsiliyi və hər bir azərbaycanlının, xüsusilə son 1 ildə bütün türk dünyasının ümumi diqqət mərkəzində olan məsələyə çevrilən Ermənistan-Azərbaycan arasındakı son vəziyyət və kommunikasiyaların açılması kimi mühim məsələlərlə bağlı dünya ictimaiyyətinin gözünün, qulağının Bakıda olacağı bir məqamda olduqca önəmli mesajların verilməsi üçün əlverişli meydan yaranır.

Post-COVİD dövründə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Bakı Qlobal Forumu dünya miqyasında keçirilən ilk qlobal tədbirlərdən biri olması xüsusilə diqqət çəkir. Foruma məhz Bakının ev sahibliyi etməsini şərtləndirənbaşqa amillər də var ki, onlardan Prezident İlham Əliyevin həyata keçirdiyi fəal praqmatik siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətlərini nümayiş etdirməsini göstərmək olar. Xüsusən də Azərbaycan Prezidentinin istər Qoşulmama Hərəkatınının zirvə görüşü, istərsə də BMT Baş Assambleyasının cari sessiyası zamanı dünyanın COVİD bəlası qarşısında aciz qaldığı bir vaxtda peyvəndlərin super güclər arasında qeyri-bərabər bölgüsünə görə sərt mövqe ortaya qoyaraq, bunu ədalətsizlik adlandırması onun tək ölkə daxili məsələlərdə yox, bəşəri dəyərləri, dünyanı qorumaq üçün nə qədər qətiyyətə sahib olduğunu nümayiş etdirdi. Elə bunun təsdiqi idi ki, cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edildi.

Azərbaycanın "peyvənd millətçiliyi"nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməsi də məhz Bakının "Dünya COVID-19-dan sonra" mövzusunda VIII Bakı Qlobal Forumunun işinə başlamasını şərtləndirən növbəti amildir.

Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə məsuliyyətlə yanaşaraq pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərdi. Bunun davamı olaraq Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdü ki, onlardan biri də 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi idi, Bakı bunun da öhdəsindən məharətlə gəlməyi bacardı. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı ki, bu böyük işin baş tutmasında Azərbaycanın rolu danılmaz oldu. Hazırda da Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.

Azərbaycanın peyvənd millətçiliyinə qarşı ən çox mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanınması və qəbul edilməsi dünyanın COVID-19-dan sonrakı mənzərəsini, gələcəyini müəyyən etmək məqsədi ilə məhz Bakının məkan seçilməsində müstəsna rol oynadı.

Təhməz Əsədov
Milli.Az

4-11-2021, 05:48 | Ədəbiyyat İnstitutunda Pakistanın böyük şairi Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı olub

Ədəbiyyat İnstitutunda Pakistanın böyük şairi Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı olub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistanın böyük şairi və mütəfəkkiri Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri şair Elxan Zal Qaraxanlı, fondun əməkdaşı Əfqan Nəsirli və digər ziyalılar iştirak ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açaraq qardaş Pakistanın səfirinin iştirakı ilə Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatının keçirilməsini yüksək qiymətləndirib. Akademik Məhəmməd İqbalın yaradıcılığının özəlliyindən danışıb, həmçinin səfirə institutun nəşrlərini hədiyyə edib.

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye çıxış edərək ölkələrimiz arasında qardaşlıq əlaqələrinin 1992-ci ildən bəri daha da genişləndiyini bildirib: “Nizami Gəncəvi və Məhəmməd İqbal hər iki xalqı bir-birinə yaxınlaşdıran böyük dahilərdir. Bu il “Nizami Gəncəvi İli” elan olunub, biz Nizami Gəncəvini Pakistanda tanıtdırmaq üçün işlər görmüşük”.

Tədbirdə Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Məhəmməd İqbal - milli istiqlal mücahidi” mövzusunda məruzə edib. “Bu gün Pakistan xalqının böyük siyasət və fikir adamı, istiqlal mücahidi Məhəmməd İqbalın (1877-1938) kitabının işığına toplaşmışıq. İlk dəfədir ki, Məhəmməd İqbalın “Seçilmiş əsərləri” işıq üzü görür. Bu böyük hadisə Qarabağ Zəfəri fonunda baş verir. Azərbaycanı Türkiyədən sonra tanıyan ikinci ölkə Pakistan həm də Ermənistanı bir dövlət kimi tanımayan ölkə kimi də Azərbaycanın hər zaman yanında olub. Azərbaycanın Pakistan sevgisi Türkiyə bayraqları ilə yanaşı, Bakı küçələrində dalğalanan Pakistan bayraqlarında da özünü bir daha göstərdi. Pakistan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin nəşr edilməsi isə bu mənəvi güclərin birləşməsinin gələcəyə ünvanlanmış maddi sübutudur. Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və Mahmud Kaşğari adına Beynəlxalq Fond bizi Məhəmməd İqbal irsi ilə tanış edir. Burada şairin əsərlərini ilk dəfə dilimizə çevirən Elxan Zal Qaraxanlının əziyyət və məsuliyyətini, eyni zamanda, kitabı nəşr edən və ona “Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı” adlı “Ön söz” yazaraq bu görkəmli fikir adamının obrazını yaradan akademik İsa Həbibbəylinin bu layihəni reallaşdırmasını xüsusi qeyd etmək istəyirəm”, - deyə Bədirxan Əhmədli bildirib.

Fəlsəfə və Sosiologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli vurğulayıb ki, Məhəmməd İqbalın yaradıcılığı əhatəlidir. O qeyd edib ki, Məhəmməd İqbal Pakistanın mənəvi atası sayılır. Alim Məhəmməd İqbalın Qərbdə modernist islamçı kimi tanındığını vurğulayıb.

Sonra kitabın tərcüməçisi və şərhlərin müəllifi Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri Elxan Zal Qaraxanlı çıxış edib. O, əsərdə Məhəmməd İqbalın urdu və fars dillərində yazılmış şeirlərinin tərcüməsinin yer aldığını diqqətə çatdırıb, “Kurtuba camesi”, “Bəndəginmanə” - qulluq kitabı, “Yeni Gülşəni-raz” əsərləri haqqında məlumat verib.

Sonda filologiya elmləri doktoru, professor İmamverdi Həmidov çıxış edərək Məhəmməd İqbalın Azərbaycanla bağlılığından bəhs edib.



3-11-2021, 08:03 | "Facebook" üz tanıma sistemindən imtina edəcək

"Facebook" üz tanıma sistemindən imtina edəcək


"Facebook" sosial şəbəkəsinin rəhbərliyi üz tanıma sistemindən imtina etmək qərarına gəlib.

Bu barədə sosial şəbəkənin məxsus olduğu "Meta" şirkətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Biz "Facebook"da üz tanıma sistemindən istifadəni dayandırırıq. Bundan istifadə etməyə razılıq verən insanlar artıq foto və videolarda avtomatik müəyyən edilməyəcəklər. Bir milyarddan çox insanın fərdiləşdirilmiş üz tanıma şablonlarını siləcəyik".

2-11-2021, 08:21 | Təngənəfəsliyə səbəb olan XƏSTƏLİKLƏR

Təngənəfəsliyə səbəb olan XƏSTƏLİKLƏR


Böyüklər 1 dəqiqə ərzində orta hesabla 16-18 nəfəsalma hərəkəti edir (1 nəfəsalma hərəkəti = 1 nəfəs alma + 1 nəfəs vermə). İdmançılarda bu daha az, uşaqlarda daha çox olur.

Sağlam insan sakit vəziyyətdə nəfəsalmasına fikir vermir. Fiziki gərginlik (idman, fiziki iş və s.) və həmçinin stress zamanı orqanizmin oksigenə olan təlabatı artır, beyin bu haqda məlumat alır və nəfəsalmanın tempini artırmağa əmr verir. Bu vəziyyətdə insan nəfəsalmasını hiss etməyə başlayır. Saglamolun.az bildirir ki, buna "fizioloji təngənəfəslik" deyilir. Lakin bu sağlam insanda güclü diskomfort yaratmır və insan sakitləşdikdə və ya fiziki gərginlik azaldıqda nəfəsalma tez bir zamanda normaya düşür. Daim idman və ya bədən tərbiyəsi ilə məşğul olan, aktiv insanlarda idmanla məşğul olmayan, passiv insanlarla müqayisədə eyni fiziki gərginlik zamanı təngənəfəslik daha az olur və nəfəsalma daha tez sabitləşir.

Əgər təngənəfəslik yüngül fiziki gərginlik (adi tempdə yerimə, hər hansı adi ev işləri zamanı) və hətta sakit vəziyyətdə, gecə yuxu zamanı inkişaf edirsə, bu patoloji haldır və buna ciddi fikir vermək lazımdır. Belə patoloji təngənəfəslik bir çox ağır xəstəliklərinin və pozulmalarının simptomu ola bilər.

Patoloji təngənəfəsliyin səbəbləri:

- Anemiya (qanazlığı)

- Nəfəsalma sistemi xəstəlikləri (vərəm, bronxial astma, bronxit, pnevmoniya, ağciyər emfizeması, xroniki obstruktiv ağciyər xəstəliyi, ağciyər xərçəngi və s.)

- Ürək-damar sistemi xəstəlikləri (ürəyin işemik xəstəliyi, kardiopatiyalar, ürəyin qüsurları, xroniki ürək çatışmazlığı və s.)

- Piylənmə

- Tireotoksikoz (qalxanvari vəzinin fəaliyyətinin artması)

- Şəkərli diabet

- Skolioz, döş fəqərələrinin qüsurları, Bexterev xəstəliyi. Bu xəstəliklər zamanı döş qəfəsinin forması dəyişilir ki, bu da nəfəsalmanı çətinləşdirir.

- Nevroz

Əgər adi fiziki aktivlik sizdə təngənəfəsliyə səbəb olursa və ya təngənəfəslik sizdə "səbəbsiz" inkişaf edirsə, mütləq həkimə müraciət edin. İlk növbədə terapevtin müayinəsindən keçin. Nəticələrdən asılı olaraq terapevt sizi digər mütəxəssislərin (kardioloq, pulmonoloq, nevropatoloq və s.) müayinələrinə göndərə bilər.

2-11-2021, 08:07 | Daha gümrah və sağlam olmaq üçün günə bu 4 prosedurla başlayın

Daha gümrah və sağlam olmaq üçün günə bu 4 prosedurla başlayın


Sağlamlığınızı qorumaq üçün müntəzəm sürətdə sağlamlığınıza diqqət etməlisiniz.

Bunun üçün bir çox müxtəlif prosedurlar mövcuddur, ancaq ən effktiv olanları səhər yuxudan ayılandan sonra edilənlərdir. Bu prosedurlar 5 dəqiqədən artıq vaxtınızı almayacaq və həmçinin də sağlamlığınıza çox fayda verəcək. Bu zaman ən əhəmiyyətli məqam müntəzəmlikdir. Başlanğıcda biraz çətin ola bilər, ancaq bir müddətdən sonra bu, vərdiş halına gələcək. Bu prosedurların həyata keçirilməsi üçün isə sizə sadəcə olaraq limon, su, bal və hidrogen-peroksid lazım olacaq.


Dilin təmizlənməsi

Hər kəs səhərlər dişlərini fırçalayır, ancaq olduqca vacib olan bir amil - dilin təmizlənməsi barədə unudulmamalıdır. Bu prosedurun əhəmiyyəti və vacibliyi barədə insanlar hələ qədim dövrlərdən məlumatlıdır. Orta əsrlərdə yaşamış ən böyük və tanınmış təbiblərdən biri olan İbn Sina dilin təmizlənməsini ağız boşluğuna gündəlik qulluq prosedurlarına daxil etməyi qətiyyətlə tövsiyyə edirdi. Bunu diş fırçası və ya xüsusi fırça vasitəsilə etmək mümkündür.

Dilin təmizlənməsi nəyə lazımdır:

1. Bu, mədəyə düşərək müxtəlif xəstəliklər əmələ gətirə biləcək bakteriyalardan xilas olmağı təmin edir.

2. Dildəki bakteriyalar ağızdan xoşagəlməz qoxu gəlməsinin, həmçinin ağız boşluğu xəstəliklərinin əsas səbəblərindən biridir.

Bir stəkan qaynar su

Çoxları yuxudan sonra maye balansını bərpa etməyin necə önəmli olduğundan xəbərdardır. Qaynamamış, filtrdən süzülmüş suyu qaynar olana qədər qızdırın. Qaynamamasına diqqət edin. Bir stəkanı tam şəkildə bu su ilə doldurun, içinə limon dilimi atın və ya sadəcə biraz limon şirəsi sıxın. Yeməkdən 20 dəqiqə əvvəl kiçik udumlarla yavaş-yavaş için.

Bu sadə içki nə ilə faydalıdır?

1. Su həzm sistemini normaya salır, orqanizmi qida qəbuluna hazırlayır.

2. Maddələr mübadiləsini yaxşılaşdırır və arıqlamağa yardımçı olur.

3. Qaraciyəri təmizləyir.

4. Limon şirəsində çox sayda mikroelementlər (kalsium, fosfor, kalium, natrium, maqnezium, dəmir), həmçinin B və C vitaminlər qrupu mövcuddur.

Yeməkdən əvvəl bal
Səhər yeməyindən 10 dəqiqə əvvəl bir çay qaşığı bal yeyin və üzərindən su için. Bal təbii və təzə bal olmalıdır.

Səhərdən bir qaşıq bal yemək nə üçündür?

1. Bal - mikroelementlər və vitaminlər qaynağıdır. Balın tərkibində böyük miqdarda fruktoza və qlükoza vardır ki, bunlar da orqanizmə enerji verərək beynin fəaliyyətini gücləndirir və iş qabiliyyətini artırır.

2. İmmuniteti gücləndirir.

3. Antioksidant xüsusiyyətlərə malik olan bu məhsul orqanizmin yaşlanmasının və gücdən düşməsinin qarşısının alınmasına yardımçı olur.

Ağzın hidrogen-peroksid məhlulu ilə yaxalanması

Səhər yeməyindən sonra ağzınızı hidrogen-peroksid həll olunmuş su ilə yaxalayın. 3 % faizli hidrogen-peroksid məhlulundan 5-7 damcını 50 mq qaynamayan su ilə qarışdırın.

Ağzı belə məhlulla yaxalamaq nə üçün lazımdır?

1. Kariesə, diş və diş əti ağrılarına qarşı mükəmməl profilaktikadır.

2. Ağızdan xoşagəlməz qoxunu itirir.

3. Dişləri yüngül ağardır.

Bu prosedurları hər səhər təkrar edin və özünüzü daha yaxşı hiss etdiyinizi görəcəksiniz.

2-11-2021, 08:05 | "Instagram"ın işində fasilələr yaranıb

"Instagram"ın işində fasilələr yaranıb


Bir sıra ölkələrdə "Instagram" sosial şəbəkəsinin işində fasilələr müşahidə olunur.

Bu barədə Downdetector xidmətinin saytında bildirilib.

Ən çox şikayət ABŞ, Kanada və Böyük Britaniyadan gəlir. Bildirilib ki, ABŞ-da problemlərlə bağlı şikayət edən istifadəçilərin 53 faizi proqramın işindən şikayət edir, 24 faizi sayta daxil ola bilmir, 23 faizi öz hesablarına daxil ola bilmir.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.